Məhkəmə qərarları › İş №2(102)-66/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-66/2023

09.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-66/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-66/2023 Açar sözlər: mülkiyyətin müdafiəsi Bakı şəhəri, 9 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-32/2022 nömrəli mülki iş üzrə 07 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı ilə Cavabdeh1 (bundan sonra ikinci cavabdeh) arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A. mənzil 53-ə (bundan sonra mübahisəli mənzil) dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqavilə əsasında həmin mənzilə dair xx.xx.2013-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Müqaviləyə əsasən, cavabdeh müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 2 il müddətində iddiaçının faktiki sahibliyinə və istifadəsinə verməyi, iddiaçı isə daşınmaz əmlakı qəbul etməyi, həmçinin yaşadığı 2 il müddət ərzində kom munal xərcləri ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin bağlandığı tarixdə, yəni xx.xx.2013-cü il tarixdə ibtidai istintaq orqanına, sonradan isə məhkəməyə ərizə ilə müraciət edərək, birinci cavabdehin ona vurduğu 80.000 ABŞ dolları maddi ziyanın tam şəkildə ödənildiyini və onun təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbinin olmamasını bildirmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1031/2013 saylı xx.xx.2013-cü il tarixli hökmü ilə Cavabdeh2 (bundan sonra birinci cavabdeh) Azərbaycan Respublikası CM- nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası şərti hesab edilərək, 3 il sınaq müddəti təyin edilmişdir.

4. Həmin hökmə əsasən, i kinci cavabdeh dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 2006-cı ilin aprel ayında özünü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsul şəxsi kimi təqdim edərək İddiaçı (bundan sonra iddiaçı) ünvan 1 ünvanda yerləşən poçt şöbəsini satacağı adı ilə aldadaraq 2006-2008-ci illərdə bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan ümumilikdə məzənnəsi 65.750 manat olan 80.000 ABS dolları pul alıb ələ keçirməklə zərər çəkmişə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus mübahisə predmeti olan əmlakın cavabdehlər tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, sözügedən mənzil xx.xx.2013-cü il tarixdən xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur, müvafiq şəkildə DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində rəsmi reyestr qeydiyyatından keçmiş və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona çıxarış verilmişdir. Cavabdehlər həmin mənzili iki il müddətinə təhvil verib köçüb getməli idilər, həmçinin də mənzilə olan pasport qeydiyyatdan da çıxmalı idilər. Lakin cavabdehlər alqı-satqı müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəlikləri üç ildir ki, yerinə yetirmirlər.

7. İddiaçı birinci instansiya məhkəməsinin iclasında izahatında bildirmişdir ki, ikinci cavabdehin əri olan birin ci cavabdehin ona 80000 ABŞ dolları məbləğində borcu olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1031/2013 saylı xx.xx.2013-cü il tarixli hökmü ilə sonuncu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası şərti hesab edilərək, 3 il sınaq müddəti təyin edilmişdir. Borcun əvəzinə qeyd edilən mənzil verildiyindən, o, alqı-satqı müqaviləsinin bağlandığı tarixdə, yəni xx.xx.2013-cü il tarixdə ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək birinci cavabdehin ona vurduğu 80000 ABŞ dolları maddi ziyanın tam şəkildə ödənildiyini və onun təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbinin olmamasını bildirmişdir. Müqavilədə göstərilmiş 40000 manat məbləğində pul vəsaitini ikinci cavabdehin ona vermiş olduğu etibarnamə əsasında o özü götürmüşdür. Yəni, həmin məbləği ikinci cavabdehə verməmişdir. Birinci cavabdeh ona 2 il ərzində 19000 ABŞ dolları məbləğində pul ödəmişdir. Hazırda Cavabdeh2 ona 61000 ABŞ dolları məbləğində borcu qalmışdır.

8. Birinci cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən qeyd edilən mənzilin alqı-satqısı ilə bağlı hər hansı bir məbləğ ödənilməmişdir. Borc ödənildiyindən iddiaçı xx.xx.2013-cü il tarixdə ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək, ona vurulmuş 80000 ABŞ dolları maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbinin olmamasını bildirmişdir. Belə ki, müqavilədə göstərilmiş 40000 manat məbləğində pul vəsaitini on un arvadı ikinci cavabdehin vermiş olduğu etibarnamə əsasında elə iddiaçının özü götürmüşdür. Hazırda onun iddiaçıya 16500 ABŞ dolları məbləğində borcu qalmışdır.

9. Məhkəmənin 2 may 2018-ci tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 17 dekabr 2018-ci il tarixli, 28605 saylı rəyinə əsasən, 4Ə-03-633 saylı notariat işinin 8-ci vərəqəsində Cavabdeh2 adından olan 25 iyun 2013-cü il tarixli 7E17958 saylı reyestrlə qeydiyyatdan keçmiş ərizənin sonundakı imza və “Abdullayev Ə” yazıları-birinci cavabdeh tərəfindən icra olunmuşdur.

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Misirzadə) 13 mart 2019-cu il tarixli, 2(011)-192/2019- cu i tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməs i, onların həmin mənzildən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və ikinci cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsində göstərilmiş 40000 manat məbləğində pul vəsaitini sonuncunun iddiaçıya vermiş olduğu etibarnamə əsasında özü götürmüşdür. Yəni, həmin məbləği o, ikinci cavabdehə verməmişdir. Müqaviləyə əsasən ikinci cavabdeh müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 2 il müddətində iddiaçının faktiki sahibliyinə və istifadəsinə verməyi, həmçinin yaşadığı 2 il müddət ərzində kommunal xərcləri ödəməyi, iddiaçı isə daşınmaz əmlakı qəbul etməyi öhdələrinə götürmüşlər. Birinci cavabdeh iddiaçıya 2 il ərz ində müəyyən məbləğində pul vəsaiti ödəmişdir. Hazırda birinci cavabdeh iddiaçıya 61000 ABŞ dolları məbləğində borcu qalmışdır.

12. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı bağlanmış müqavilə ləğv edilməmiş və bağlanmış müqavilə qüvvədədir.

13. Yuxarıda sadalananları əsas tutaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə ikinci cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanması ilə və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli evin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq mübahisəli mənzilə dair ikinci cavabdehin adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində ikinci cavabdehin mülkiyyət hüququ və mülkiyy ət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdehlərin mübahisəli mənzili könüllü olaraq boşaltmamaları nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan həmin mənzilin boşaldılmaqla ona təhvil verilməsini tələb etməkdə haqlıdır.

14. Buna görə də cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. İddia bu hissədə təmin edilərək, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli və onlar mənzildən çıxarılmalıdır.

15. Məhkəmə eyni zamanda iddianın “ailə üzləri ilə birlikdə mənzildən çıxarılması hissəsində iddia tələbinin əsassız olduğunu qeyd etmiş və Mülki Prosessual Məcəllən in 50.1 və 50.3-cü maddələrinə istinad edərək vurğulamışdır ki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbində “ailə üzləri”nin kim olmasını göstərməmiş və və onları cavabdeh qismində qoymamışdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir.

16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsi, 29-cu maddəsiAzərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 178.1, 203.1-ci, və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.3, 50.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Birinci cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı istintaqda və məhkəmədə işə baxılan zaman ərizə ilə müraciət edərək ziyanının ödənildiyini və cavabdehdən şikayətinin olmadığını bildirmişdir. İddiaçı sonradan cavabdehin ona olan borcundan müəyyən məbləğini ödədiyini etiraf etmişdir, hətta iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı evin alqı-satqısı zamanı bank hesabına ödənilmiş pul məbləğini də götürmüşdür. İddiaçı ilə cavabdeh arasında olan borcun təminatı olaraq mübahisəli mənzil alqı-satqı edilmiş, lakin həmin müqavilə müqaviləsi görünüş üçün bağlanmış, əslində isə niyyətləri ipoteka müqaviləsi bağlamaq olmuşdur. Belə ki, alqı-satqı müqaviləsindən görünür ki, alqısatqıdan sonra iki il müddətində həmin mənzildə yaşamaq hüquqları saxlanılmışdır. Həmin iki il ərzində cavabdeh iddiaçıya 23500 ABŞ dolları pul ödəmişdir və hazırda iddiaçıya 16500 ABŞ dolları borcu qalmışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli, 2(103)-7732/2019 saylı qərardadı ilə mülki işin icraatı iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə yekun qərar çıxarılanadək dayandırılmışdır.

20. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(011)-5549/2019 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiaları qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18 A saylı evin 53 saylı mənzilinə dair bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında cavabdeh İddiaçı adına verilmiş RX serailı, ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdehlər İddiaçı, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorundan və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun iddiaçılar Cavabdeh2 və Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(103)-1115/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin rədd edilməsi qət edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(102)-4008/2021 saylı qərarı ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və N.Cəfərov) 2(10 3)-32/2022 nömrəli iş üzrə 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, şikayətin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətində qeyd edilmişdir ki, borcun təminatı olaraq mübahisəli mənzil alqısatqı edilmiş, həmin müqavilə görünüş üçün bağlanmış, əslində isə niyyət ipoteka müqaviləsi bağlamaq olmuşdur.

26. Kollegiya hesab etmişdir ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, iddia təmin edilməmişdir. Bu isə o deməkdir ki, iddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış müqavilə qüvvədədir, həmin müqavilədən doğan hüquqi nəticələr tətbiq edilməlidir.

27. Apellyasiya instansiya məhkəməsi qətnaməsini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Birinci cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında real olaraq alqı-satqı müqaviləsi bağlanmamış, borc müqaviləsinin təminatı olaraq mənzil alqı-satqı edilmiş, alqı-satqının qiyməti alıcı tərəfindən satıcıya ödənilməmiş, müqavilənin predmeti olan mənzil isə satıcıya təhvil verilməmişdir. Belə olan halda iddiaçının həqiqətən də mülkiyyətçi olması və mülkiyyətçi kimi qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə etməsi qanunvericiliyin tələblərinə ziddir. İddia tələbi əqdə əsaslanan tələb olduğundan məhkəmə kollegiyasının ilk vəzifəsi əqdin etibarlı olub-olmamasını yoxlamaq olduğu halda, o istiqamətdə heç bir hərəkət etməmişdir. Ha lbuki, əqdin əhəmiyyətsizliyinə işarə verən iş materiallarında kifayət qədər sübutlar mövcud olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(102)-4008/2021 saylı qərarına istinad etməklə həmin qərarın hazırkı iş üzrə preyudisiallığını müəyyən etmişdir. Halbuki, nə həmin qərarda, nə də həmin mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində tərəflərin arasında bağlanmış əqdə hüquqi qiymət verilməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə istinad edilməklə 1 illik kəsici müddət tətbiq edilərək tələb hüququnu itirməyi müəyyən edilmişdir. Bu səbəbdən də işə baxan məhkəmə kollegiyası əqdin etibarlılığını ümumi qaydada yoxlamaq v əzifəsindən özünü azad etməklə prosessual hüquq normasını tətbiq etməkdə yanlışlığa yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:

31. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verm ək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərə kətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək sə lahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Belə ki, iddiaçının tələbi mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna söykənir. Həmin qeydin əsassız olması sübuta yetirilməmişdir. MM-in 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə olan halda, iddiaçı mülkiyyətin müdafiəsi çərçivəsində hazırkı iddianı irəli sürməkdə haqlıdır (§ 31-35).

46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(103)-32/2022 nömrəli mülki iş üzrə 07 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar