Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-660/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-660/2019 şəhəri 21 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X3, X1 ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X2 və vəkili X4, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.09.2018-ci il tarixli, 2(103)8882/2018 nömrəli qətnaməsindən İddiaçı MTK-nın kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 21 may 2018-ci il tarixli, 2 (002)-1438/2 018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Ə.Baxışova, V.T.Həsənov və N.Ş.Cəfərov) 20.09.2018-ci il tarixli, 2(103)-8882/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MTK və vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 10 C saylı 9 mərtəbəli evin, 49 saylı mənzilindən çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə yux arıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia tələbinin hüquqi əsaslarını Mülki Məcəllənin 109-4.4.1 – 109-4.4.4, 112.2 və 475.1-ci maddələri təşkil etmiş, birinci instansiya məhkəməsi öz qətnaməsində həmin maddi hüquq normalarını tətbiq etməmiş, bu maddi hüquq normalarını rədd etmək üçün hər hansı dəlil gətirməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə ilə gəldiyi nəticəni qanunsuz olaraq əsaslı və qanuni hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi AR MPM-nin 220.4-cü maddəsinin tələbini pozaraq qətnaməsində işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutları və məhkəmənin bu və ya digər sübutları və ist inad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri göstərməmişdir. Bundan başqa ASC “XalqBank”la bağlanmış zaminlik müqaviləsinin 2.8-ci maddəsinə əsasən borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş zaminə həmin müqavilə üzrə bankın hüquqları zaminin bankın tələblərini ödədiyi həcmdə keçir. İşin hallarından görünür ki, zamin olaraq cavabdehin adıçəkilən banka olan borcunu ödəmişlər. Bu halda təbii ki, həmin zaminlik müqaviləsinin 2.8-ci maddəsinə əsasən cavabdeh onların qarşısında borclu olmuş, lakin dəfələrlə xəbardar edilməsinə baxmayaraq borcunu ödəməkdən qəsdən imtina etmişdir. Bu isə o deməkdir ki, cavabdehlə aralarındakı müqavilə ilə öhdəliklərinə tam xitam verilməmişdir. Məhkəmə kollegiyasının istinad etdiyi müqavilənin 4.1-ci bəndinə görə “bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir”. İşin hallarından da görünür ki, cavabdeh əvvəlcə sözügedən banka, daha sonra isə (zaminlik müqaviləsinin 2.8-ci maddəsinə əsasən) kooperativə olan külli miqdarda pul və ya pay borcunu ödəməmişdir. Deməli məhkəmə kollegiyası şikayəti rədd edərkən həmin müqavilənin 4.1-ci bəndini əsas tutmaqda haqlı olmamışdır. Ona görə ki, cavabdeh kooperativ qarşısında olan öhdəliyini tam icra etməmişdir. Bundan başqa məhkəmə kollegiyası şikayətlərini rədd edərkən Mülki Məcəllənin 399.3-cü maddəsini səhf şərh etmiş və 399.4-cü maddəsini tətbiq etməmişdir. Belə ki, Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavil ə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-nin sözügedən 399.3-cü maddəsindən görünür ki, əgər müqavilədə nəzərdə tutulmayıbsa, müqavilə müddətinin qurtarması müqavilə öhdəliklərinin xitamına səbəb olmur. Onlarla cavabdeh arasında olan müqavilədən görünür ki, müqavilə müddətinin qurtarması müqavilə öhdəliklərinin xitamına səbəb olmur. Əksinə, tərəflər öhdəliklərini tam icra edənək qüvvədə qalır. Bundan başqa, MM-nin 399.4-cü maddəsinin tələbi ilə hətta müqavilə müddə ti bitmişsə də, bu müddətdə yol verilmiş pozuntuya görə tərəfləri məsuliyyətdən azad etmir. Hansı ki, cavabdeh müqavilə müddətində zaminlik müqaviləsi ilə qarşılarında olan borc öhdəliyini yerinə yetirməmişdir. Beləliklə məhkəmə kollegiiyası AR MM-nin 399.3-cü maddəsini səhf təfsir etmiş, MM-nin 399.4-cü maddəsini tətbiq etməyərək maddi hüquq normalarını pozmuşdur. İddiaçı MTK-nın nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı MTK-nın vəkili X4 nümayəndənin dediklərinə uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izah atı alınmadan baxılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 20.09.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsini qüvvədə saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər arasında 01.04.2013-cü il tarixli İddiaçınə pay qoyuluşu barədə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsas ən cavabdeh kooperativə 29729,04 manat pay haqqı ödəməyi, iddiaçı pay haqqı müqabilində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində tikintisini həyata keçirdiyi 9 mərtəbəli 4 saylı binanın 49 saylı mənzilini (ümumi sahəsi 90,01 kv.m, 2 otaqlı) təmir olunmuş vəziyyətdə payçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin ümumi dəyəri 67.566 manat təşkil etmiş, həmin məbləğin 37.836,95 manatının ARDNŞ tərəfindən ödənilməsi razılaşdırılmışdır. Müqavilənin 1.5-ci bəndində nəzərdə tutulmuşdur ki, mənzilin dəyəri kooperativə tam ödənildikdən sonra həmin mənzil üzərində mülkiyyət hüququ payçıya keçir. Qanuni qüvvəyə minmiş, hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən Qaradağ Rayon Məhkəməsinin 14.12.2016-cı il tarixli, 2(002)-7724/2016 saylı qə tnaməsinə əsasən, Cavabdeh İddiaçı MTK-ya müqavilə üzrə ödəməli olduğu 29729,04 manat pay haqqını “Xalq” Bank tərəfindən 31.07.2013-cü il tarixli kredit müqaviləsi əsasında verilmiş kredit hesabına ödəmiş, İddiaçı MTK həmin kredit öhdəliyinin icrasına görə məsuliyyəti zamin kimi öz üzərinə götürmüş, Cavabdeh “Xalq” Bank qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən həmin məbləğ zaminin, yəni İddiaçı MTK-nın həmin bankda olan hesabından silinmiş, İddiaçı MTK Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən reqress qaydada cavabdehə qarşı iddia qaldırmış, həmin iddia 27723,96 manat pulun cavabdehdən tutulması hissəsində təmin xahiş etmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsasla rını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İddiaçı cavabdeh tərəfindən öhdəlik icra edilmədiyindən 24.10.2017-ci il tarixdə cavabdehlə bağlanmış müqaviləyə birtərəfli xitam verilməsi əsası ilə mənzilin geri qaytarılmalı olduğunu iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı halda müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanmış 01.04.2013-cü il tarixli “İddiaçınə pay qoyuluşu barədə” müqavilənin 4.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. İşin apellyasiyta instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh 01.04.2013-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdə liyi tam icra edərək “Xalq” Bank tərəfindən 31.07.2013-cü il tarixli kredit müqaviləsi əsasında aldığı kredit vəsaiti hesabına İddiaçınə 29729,04 manat pay haqqını tam ödəmiş, İddiaçı də öz növbəsində öhdəliyə riayət edərək mənzili cavabdehə təhvil vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən 01.04.2013-cü il tarixli müqavilə tərəflər arasında öhdəliklər icra edildiyi vaxtdan qüvvədən düşdüyündən qüvvədə olmayan müqavilənin 2017-ci ildə iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı halda cavabdehin İddiaçı qarşısında pul öhdəliyi 01.04.2013-cü il tarixli müqavilə üzrə deyil, Qaradağ Rayon Məhkəməsinin 14.12.2016-cı il tarixli 2 (002)-7724/2016 saylı qətnaməsi üzrə yaranmış öhdəlik olduğundan cavabdehin 01.04.2013-cü il tarixli müqavilənin 1.5-ci bəndinə əsasən üzərində mülkiyyət hüququ əldə etdiyi mənzildən çıxarılmalı olduğuna dair iddia ərizəsinin dəlilləri əsassızdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin apellyasiya şikayəti ilə eynilik təşkil edən dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verildiyindən və kassasiya k ollegiyası bu qiymətləndirmə ilə razılaşdığından onlara yenidən qiymətin verilməsini zəruri hesab etməyərək, belə qənaətə gəlir ki, həmin dəlillər əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.09.2018-ci il tarixli, 2(103)-8882/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanı lsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-660/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-660/2019
21.01.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver