Məhkəmə qərarları › İş №2(102)-660/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-660/2020

30.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-660/2020 30.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(060)-533/2019, hakim İ.M.Mahmudov) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdehin iddiaçıya məxsus ünvan 1 ünvanına istifadə hüququna xitam verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-2856/2019, hakimlər T.Q.Məmmədov, Ş.R.Abasov və A.Ə.Abbasov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: XXXİddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 21-ci məhəllə, Nizami küçəsi, ev 48/13, həmin mənzilə hüququna xitam verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1948-c i ildə anadan olmuş, 1953-cü ildən Sumqayıt şəhəri, 21-ci məhəllə, Natəvan küçəsi, 48/13 saylı evin kommunal şəraiti olmayan, 18,4 kv.metr yaşayış sahəsi və 11,4 kv.metr yardımçı sahəsi olan 1 otaqlı 5 saylı mənzilində yaşamışdır. 1993-cü ildə mənzilin kirayəçisi olan anası ölmüş, 1994-cü ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin qərarına əsasən mənzilin kirayəçisi olmuş və onun adına müvafiq şəxsi hesab açılmışdır. Mənzilində təmir işlərinin aparılması ilə əlaqədar cavabdehlə tanış olmuşdur. Belə ki, cavabdeh onun qonşuluğunda yaşamışdır. 2007-ci ildə Cavabdeh ona məxsus olan mənzilə formal pasport qeydiyyatına düşmək istədiyini bildirmişdi. Bu isə ancaq sovet dövründə olduğu kimi saxta nikahla mümkün ola bilərdi. Cavabdehin vicdanlı olduğuna etibar edərək, ona məxsus olan mənzilə formal pa sport qeydiyyatına alınmasına razılıq vermişdir. Cavabdeh özünə mənzil alan kimi onun mənzilindən qeydiyyatdan çıxacağına söz vermişdi. Razılaşdıqları kimi, cavabdeh onun mənzilinə köçməmişdir. Cavabdeh onun mənzilində bir gün də olsun yaşamamış, onunla birgə təsərrüfat aparmamışdır. Onun mənzilində cavabdehin əşyaları yoxdur və olmamışdır. Onların aralarında 12 yaş fərqi vardır və nikahları qeydə alınan zaman onun 60-a yaxın yaşı olmuşdur. Cavabdeh əsl məqsədini 2011-ci ildə o, mənzilini özəlləşdirmək istəyərkən göstərmişdir. Onun mənzili özəlləşdirmək istədiyini bilən cavabdeh mənzilin öz adına özəlləşdirilməsini tələb etmişdir. Ancaq o, cavabdehin bu tələbini rədd edərək mənzili öz adına özəlləşdirmişdir. Bundan sonra cavabdeh onu təhdid etməyə başlamış, həyat və saxlamlığı üçün qorxd uğundan Rusiyanın Orenburq şəhərində yaşayan oğlu Leonid Qusev 2012-ci ildə onun yanına gəlmiş, həmin ildən oğlu Leonid onunla birlikdə mənzildə yaşayır və onu Cavabdeh həmlələrindən qoruyur. Onun nikaha və mənzilindəki qeydiyyatına xitam verilməsi haqqında tələblərini Cavabdeh qalmaqalla qarşılayır, onu nalayiq sözlərlə təhqir edir, qapının qıfılını sındırır, evə soxulmağa cəhd edir. Bu hərəkətləri ilə ictimai asayişi pozduğuna görə Cavabdeh iki dəfə inzibati qaydada cərimələnmişdir. Müxtəlif mənbələrdən aldığı məlumatlara görə Cavabdeh bir neçə nikahdan bir neçə övladı vardır. Onun ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Lakin qətnamənin rəsmi tərcüməsini xx.xx.2016-cı ildə oxuyanda vəkilinin onun tələbini düzgün sənədləşdirmədiyini bilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh Sumqayıt şəhərində 21-ci məhəllə, 48/13 saylı evin 5 saylı mənzilinə köçürülmə barədə iddiası təmin edilmişdir. Onunla Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikah ailə yaratmaq məqsədi daşımayan saxta (formal) bir akt olmuşdur. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Onun həmin mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələblərinin təmin edilməsi barədə məhkəmə qətnamələri qüvvədə olduğu halda qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçının mülkiyyətində olan mənzilə dair cavabdehin istifadə hüququna xitam verilməsi təşkil edir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı Sumqayıt şəhəri, 21-ci məhəllə, 48/13 saylı evin 5 saylı mənzilinin icarədarı olmuş, xx xxxxxx 2016-cı il tarixdə həmin mənzil onun adına özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvəd ə olan maddi hüquq normalarma və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hazırki mənzil hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək yarandığından hazırki mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci və 6-cı hissələrinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli Qararının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddənin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsini və həmin yaşayış sahəsində hansı hüquqla, yəni mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh qeydiyyatda olduğu mübahisəli mənzildə yaşamadığından, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyündən, uzun müddətdə yaşamadığı hə min mənzillə bağlılığını itirdiyindən, mübahisəli mənzildə heç bir əmlakı olmadığından və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulan əsaslar olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ilə düzgün olaraq iddia təmin edilmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh mübahisəli mənzilə köçürülməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin olması hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillərlə eynilik təşkil edən dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəf lərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar