Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-660/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-660/24 (Açar sözlər: bağışlama müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6308/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətna məsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı və X5 2014-cü ildə rəsmi nikaha daxil olmuşlar.
2. Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən 10 saylı evin 89,4 kv metr yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzili Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 133485 nömrəli, xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
3. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 89,4 kv metr yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzilini Bakı şəhər 1 saylı notari at kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli müqavilə əsasında Cavabdeh bağışlamışdır.
4. Həmin bağışlama müqaviləsi rəsmiləşdirilərkən Cavabdeh etibarnamə əsasında atası X5 təmsil etmişdir.
5. Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 89,4 kv metr yaşayış sahəsindən ibarət 7,8,9 saylı mənzili xx.xx.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.
6. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti ev 39 ünvanında yerləşən 27 saylı mənzilini X8 ilə bağladığı və Bakı şəhər 3 saylı “Asan xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli müqavilə əsasında Ülkər İbrahimovaya bağışlamışdır.
7. Həmin bağışlama müqaviləsi rəsmiləşdirilərkən İddiaçı etibarnamə əsasında atası X5 təmsil etmişdir.
8. İddiaçı və X1 nikahı 2019-cu ildə pozulmuşdur.
9. Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, əmlakının X5 və qeyriləri tərəfindən ələ keçirilməsi barədə ərizəsi Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. xx.xx.2014-cü il tarixdə Vasif Səlimov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ölkə hüdudlarını tərk etdiyindən axtarışı elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
10. İddiaçı Cavabdeh və X2 qarşı “Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləş ən 10 saylı evin 7,8,9 nömrəli mənzilinin Cavabdeh bağışlanmasına dair xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab olunması” barədə iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
11. Həmin qətnamədən İddiaçı nümayəndəsinin (vəkilinin) verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia ərizəsinin formasına və məzmununa, eləcə də pretenziya qaydasına əməl etməmişdir.
12. İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunda göstərmişdir ki, “atası X5 tərəfindən aldadılması nəticəsində Bakı şəhəri, Yasam al rayonu, İslam Səfərli küçəsi, ev 10-da yerləşən 7,8,9 saylı mənzillər xx.xx.2012-ci il tarixdə Cavabdeh bağışlanılmışdır. Atası tərəfindən aldadılması artıq ona məlum olduğu üçün bağışlama müqaviləsindən imtina edərək onun ləğv edilməsi barədə 7 gün ərzində müvafiq tədbir görülməsi üçün məlumat verir. xx.xx.2022-ci il tarixədək müqavilənin ləğv edilməsinə dair müvafiq tədbir görülməyəcəyi halda, tərəfindən məhkəməyə müraciət ediləcəkdir”.
13. İddiaçı Cavabdeh və Bakı şəhəri 1 saylı Notariat kontoruna qarşı “Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 7,8,9 nömrəli mənzilinin Cavabdeh bağışlanmasına dair xx.xx.2012-ci il tarixli müqavilənin ləğv olunması və Cavabdeh həmin mənzildən çıxarılması” barədə iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
15. Səbail RPİ-nin 39-cu PB-nin xx.xx.2021-ci il tarixli qərarı ilə X1 əməlində cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, İddiaçı ərizə ilə müraciət edərək X6 tərəfindən aldatma yolu ilə ünvan 3 ünvanında yerləşən 7,8,9 saylı mənzillərinin ələ keçirilməsini göstərmişdir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı 2017-2018-ci illərdə Norveç Krallığında o larkən görmüşdür. Bundan əvvəl onu Bakıda olarkən cəmi bir dəfə görmüşdür. Yasamal rayonu, İ.Səfərli küçəsində yerəşən 10 saylı evdəki 7,8,9 saylı mənzilləri onun adına bağışlanmazdan əvvəl görməmişdir. Eləcə də, həmin mənzillərin əvvəlcədən ona bağışlanacağı barədə İddiaçı ona heç bir vəd və yaxud bu barədə ondan xahiş etməmişdir. İddiaçı həmin mənzilləri ona bağışlamasından bir müddət sonra xəbəri olmuşdur. İddiaçı həmin mənzilləri ona bağışladıqdan sonra da mənzilləri görməmiş, onları təhvil almamışdır. Bildiyinə görə İddiaçı xaricdə yaşayırmış, ona həmin mənzilləri bağışlayarkən bağışlama müqaviləsini onun adından etibarnamə əsasında atası imzalamış və mənzilləri qəbul etmişdir. Müqavilə bağlanan gün onun müqavilədən xəbəri olmamışdır. İddiaçı sözügedən mənzillərdə əşyaları qalsa da, s onradan onları evdə görməmişdir. Hesab edir ki, İddiaçı həmin əşyaları aparmışdır. İddiaçı onun atası ilə 2014cü ildən 2019-cu ilədək rəsmi nikahda olmuşdur. Bundan savayı İddiaçı ilə qohumluq əlaqəsi olmamışdır. Hazırda atası ilə olan nikahı pozulduğu üçün İddiaçı həmin mənzillərin qaytarılmasını tələb edir. 16. 02.12.1959-cu il təvəllüdlü Vasif Səlimov X4 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Norveç CM-nin 79-cu maddəsinə uyğun olaraq Norveç CM-nin 282-ci maddəsi ilə nəzərdə tutulan bir cinayəti törətməkdə, Norveç CM-nin 168-ci maddəsi ilə nəzərdə tutulan dörd cinayəti törətməkdə təqsirli bilinmiş və 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Norveç CM-nin 83-cü maddəsinə uyğun olaraq müttəhimin İstintaq Təcridxanasında keçirdiyi beş gün cəza müddətinə daxil edilmiş, Norveç CM-nin 57-ci maddəsinə əsasən hökm elan olunduğu andan etibarən 5 il müddətinə Trine Nurlanna (əvvəllər İddiaçı) baş çəkmək, təqib etmək və onunla digər ünsiyyətə qadağa qoyulmuş, üzərinə hökm elan olunduğu tarixdən etibarən ən geci 2 həftə ərzində Trine Nurlanna 80000 Norveç kronu məbləğdə mənəvi ziyanın, 25042 Norveç kronu məbləğində maddi ziyanın ödənilməsi öhdəliyi qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 10 saylı evin 7,8,9 saylı mənzilinin cavabdehə “bağışlanmasına” dair cavabdeh lə arasında xx.xx.2012ci il tarixdə 1 saylı Notariat kontorunda rəsmiləşdirilmiş müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv olunması və mənzilin üzərində mülkiyyət hüququnun bərpa edilməsi, mənzilin onun mülkiyyətinə, faktiki sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsindəki 10 saylı evin 89,4 kv metr yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzili Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 133485 nömrəli xx.xx.2002-ci il tarixli qeydiyy at vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ ilə onun adına qeydə alınmış, bundan başqa, 1997-ci ildə satın aldığı “İçərişəhər”də yerləşən qismən dağılmış vəziyyətdə olan 3 ev də mülkiyyətində olmuşdur. 2007-ci ildə Norveçə köçüb getmişdir. 2010-cu ildə Bakıdakı qohumlarından xəbər almışdır ki, güclü yağış nəticəsində “İçərişəhər”də olan evi su basmış və ev yararsız vəziyyətə düşmüşdür. Bu hadisələrlə bağlı dövlət orqanlarının tədbirlər gördüyünü deyən qohumları Bakıya qayıdaraq mülkiyyətçisi olduğu evlərlə yaranmış problemlərlə məşğul olmasını tövsiyə etmişlər. 2011-ci ildə azyaşlı uşaqlarını götürüb Norveçdən Bakıya gəlmiş, məlum olmuşdur ki, “İçərişəhər”də baş vermiş subasma ilə əlaqədar dövlət orqanları tərəfindən tədbirlər görülmüş, ona qarşı məhkəmə iddiası açılmış və mülkiyyətində o lan əmlakların – “İçərişəhər”dəki evlərin, Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən mənzilin və Bakı şəhəri, Atatürk prospekti 39 ünvanında yerləşən anasının ona bağışladığı mənzilin üzərinə həbs qoyulmuşdur. Həmin vaxt məhkəmə işləri ilə məşğul olan vəkilin işin öhdəsindən lazımınca gəlmədiyini görüb başqa vəkil axtarmağa başlamışdır. Bu məqsədlə ona özünü hüquqşünas-vəkil kimi təqdim edən Vasif Səlimov adlı şəxsi tövsiyə etmişlər. İlk tanışlıqdan Vasif Səlimov özünü böyük təcrübəsi olan vəkil kimi təqdim etmişdir. O, Vasif Səlimovun hüquqi yardımına etimad göstərmişdir. Məhkəmənin nəticəsində mənzillərinin üzərindən həbslər götürülmüş, Vasif Səlimov bu proseslərdə daim onun yanında olmuş, “İçərişəhər”də yaranmış problemin həllində, subasmanın və Qülləli məscidə dəymiş ziyanın aradan qaldırılması prosesində ona mənəvi dəstək olmuşdur. Ona qarşı “İçərişəhər” idarəsi tərəfindən qaldırılmış iddia rədd olunması və mənzillərin həbsdən çıxarılmasından sonra Vasif Səlimova inamın daha da artmışdır. Hüquqi prosedurlardan məlumatsız olduğuna görə bu məsələlərdə ona tam etibar etmişdir. Bu ərəfədə Vasif Səlimov onu inandırmışdır ki, indilik mənzillərin üzərindən həbs götürülsə də, məhkəmə qərarının icrasınadək, gələcəkdə ona qarşı oxşar iddia yenə də qaldırıla bilər və əmlakların üzərinə həbs qoyula bilər. Ona görə də mənzillərin başqa şəxslərin adına formal sənədləşdirilməsini tövsiyə etmişdir. Beləliklə, Vasif Səlimov onu inandırmışdır ki, mənzili bağışlama yolu ilə onun oğlunun adına formal rəsmiləşdirsələr, məhkəmə qərarlarının icrasından sonra mənzilini yenidən onun adına q aytaracaq. Vasif Səlimovun onu buna inandırması nəticəsində 2012-ci ildə mülkiyyətində olan İ.Səfərli küçəsi 10 saylı evin 7,8,9 saylı mənzilini X7 Səlimovun adına bağışlama müqaviləsi ilə rəsmiləşdirmişdir. Bağışlama müqaviləsinin rəsmiləşdirilməsində məqsəd qətiyyən mənzili Cavabdeh hədiyyə etmək deyil, yalnız Vasif Səlimovun təkidli tövsiyəsinə etimad edərək, mənzilə dair gözlənilən məhkəmə iddiasından qorunmaq olmuşdur. Mənzilə dair müqavilə rəsmiləşdirildikdən sonrakı dövrdə də mənzilin açarları, içərisindəki bütün əşyalarla birlikdə onun sərəncamında olmuşdur. Mənzilin kommunal ödənişləri ilə bağlı hər hansı sual çıxdıqda MKİS işçiləri onunla və ya Bakıdakı qohumları ilə əlaqə saxlamışlar. Cavabdehi müqavilə rəsmiləşdiriləndən əvvəl, müqavilə rəsmiləşdirilərkən görməmişdir, müqavilən i cavabdehin adından notariusda atası Vasif Səlimov imzalamışdır. Həmin ərəfədə o, Norveç qanunlarına əsasən 6 aydan artıq ölkədən kənarda yaşaya bilməzdi, uşaqları məktəbə getməli idilər, ona görə də Norveçə qayıtmışdır. Vasif Səlimov yenə onu inandırmışdır ki, ona etibarnamə verərək getsin, onun adından lazımi prosedurları həyata keçirəcək. Buna görə ona əmlakına sərəncam verilməsi üçün etibarnamə vermişdir. Sonradan məlum olmuşdur ki, Vasif Səlimov, anasının ona əvvəllər bağışladığı, mülkiyyətində olan ünvan 5 ünvanındakı mənzilini onun məlumatı olmadan öz qızı X3 adına xx.xx.2014-cü ildə notarial qaydada bağışlama müqaviləsi əsasında rəsmiləşdirmişdir. Tərəfindən görülmüş tədbirlər nəticəsində həmin mənzilə dair bağışlama müqaviləsinə xitam verilərək mənzili öz mülkiyyətinə qaytarmağa nail olmuşdur. X7 Səlimovun adına “Bağışlama müqaviləsi” əsasında formal rəsmiləşdirilmiş mənzilə gəldikdə isə - həmin mənzil faktiki olaraq Cavabdeh təhvil verilmədiyindən, müəyyən müddət keçdikdən sonra ona dair mübahisənin açılmasına şərait yaranmışdır. Belə ki, 2014-cü ilə qədər Vasif Səlimov Bakıda yaşasa da bir neçə dəfə Norveçə onlara qonaq gəlmiş, 4-cü dəfə, 2014-cü ildə Norveçə gəldikdə bildirmişdir ki, Azərbaycanda hökumət orqanları ilə problemləri olduğuna görə daha Bakıya qayıda bilməyəcək. O vaxta qədər aralarında yaranmış etimad münasibətinə görə Vasifin ona qarşı dələduzluq əməllərindən heç şübhələnməmişdir. Hətta, ona etimadı elə səviyyəyə çatmışdır ki, 2014-cü ildə onunla Norveçdə rəsmi nikaha girmişdir. Bundan sonra Vasif Səlimov nikah münasibətindən istifadə edərək Nor veç hökumətindən oturum almağa müraciət etmiş, 2017-ci ildə ona müsbət cavab verilmiş və o, Norveçdə rəsmi yaşayış icazəsi almışdır. Həmin ərəfədə, Vasif Səlimov uşaqları ilə kirayə mənzilində onunla birgə yaşamışdır. Onun Azərbaycanda cinayət əməllərinə görə axtarışda olduğunu sonradan biləcəkdi, o vaxtlar isə hələ ona etimad edirdi və onlar ailə kimi yaşayırdılar. 2017-ci ildən sonra Vasif uşaqlarına və ona qarşı çox aqressiv davranmağa başlamış və münaqişə yaratmışdır. Nəhayət, bir gün Vasif Səlimov onu amansızcasına döymüş, o xəstəxanaya düşmüş, Vasif isə həbs olunmuşdur. 2019-cu ildə nikahları məhkəmə tərəfindən rəsmi qaydada pozulmuşdur. Onu döydüyünə görə X4 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Vasif Səlimov 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olun muş, 5 il müddətinə ona, uşaqlarına və mənzilinə yaxınlaşmaq Vasif Səlimova qadağan olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, Vasif Səlimovun 2017-ci ilədək ona qarşı davranışları, etimadını qazanması əmlakını ələ keçirmək və onunla nikaha girməkdə məqsədi Azərbaycanda törətdiyi cinayət əməllərinə görə axtarışda olduğu halda, məsuliyyətdən yayınmaq üçün Norveç hökumətindən sığınacaq almaq, yəni, bütünlükdə onun etimadından sui-istifadə etmək olmuşdur. Bunları bildikdən sonra Bakıdakı qohumlarının köməyilə hüquq-mühafizə orqanlarına müraciət edərək, Vasif Səlimovun etimadından sui-istifadə edərək əmlakını ələ keçirməsinə dair cinayət əməllərindən şikayət etmişdir. Ondan sonra məlum olmuşdur ki, adına formal rəsmiləşdirmə aparılmış Cavabdeh mənzilə sahiblənmək istəyir. Vasif Səlimovun ona qarşı dələduzluq edərək əmlakını ələ keçirməsilə bağlı Bakıda hüquqi prosedurlara başlamaq imkan yarandıqda hüquq-mühafizə orqanlarına müraciətindən sonra, hüquqi xidmətlər göstərilməsi üçün müraciət etdiyi vəkil vasitəsilə Səbail Rayon Məhkəməsində qaldırılan “xx.xx.20212-ci il tarixli müqavilənin ləğv (etibarsız hesab) hesab edilməsi”nə dair iddiası məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədən vəkili tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia tələbi üzrə iş baxılmamış saxlanılmışdır. İşin baxılmamış saxlanılmasına əsas kimi kollegiya göstərmişdir ki, müqavilənin ləğv edilməsinə dair tələbi məhkəməy ə verməzdən əvvəl iddiaçı Mülki Məcəllənin 423-cü maddəsinə əsasən pretenziya qaydasına riayət etməmişdir. Bundan sonra vəkili tərəfindən hüquqi prosedurlar davam etdirilmiş, Cavabdeh bağışlama müqaviləsindən imtina edildiyini, onun ləğv edilməsi barədə 7 gün ərzində tədbirlər görülməsinə dair təklif (pretenziya) verilmiş, lakin cavabdeh tərəf bu təklifə müsbət münasibət bildirmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sözügedən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə rayon və apellyasiya məhkəməsinin iddianın rədd edilməsinə dair mövqeyi ondan ibarətdir ki, İddiaçı iddia tələb ində göstərilən əsaslar “Bağışlama müqaviləsi”nin ləğvi üçün deyil, etibarsızlığı üçün əsas ola bilər, lakin iddiaçı müqavilənin ləğv tələbini irəli sürdüyünə görə, iddiaçının dəlilləri müqavilənin ləğvi üçün əsaslı deyildir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən vəkili tərəfindən verilən kassasiya şikayəti təmin olunmamışdır. Hesab edir ki, yuxarıda göstərilən qaydada Vasif Səlimov tərəfindən etimadından sui-istifadə edilərək, əsl niyyətini gizlətməklə aldadılmasına nail olması ilə mülkiyyətində olan mənzilə dair “Bağışlama müqaviləsi” rəsmiləşdirilməsi, onun iradəsinə zidd olmuşdur, belə rəsmiləşdirmə qanunvericiliyin tələbinə zidd olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Ona görə də həmin müqavilənin etibarszılığına dair məhkəmədə id dia qaldırmaq hüququndan istifadə etməkdə haqlıdır. 2012-ci ilədək, mənzilin Cavabdeh adına formal “Bağışlama müqaviləsi” əsasında rəsmiləşdirilməsinədək və müqavilə rəsmiləşdirildiyi vaxt (gün) o, Cavabdeh tanımamışdır, onu görməmişdir. Formal “müqaviləni” Cavabdeh atası Vasif Səlimov imzalamışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən onun adına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, əmlakının X5 və qeyriləri tərəfindən ələ keçirilməsi barədə Bakı Şəhər BPİ-ə daxil olmuş ərizəsi Təhqiqat İdarəsində Azərbaycan Respublikası CMnin 178.3.2 (külli miqdarda ziyanvurmaqla dələduzluq) maddəsi ilə istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. xx.xx.2014-cü il tarixdə V.Səlimovun CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismi ndə cəlb edilməsi haqqında qərar qəbul edilərək ölkə hüdudlarını tərk etdiyindən barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Mənzilin adına formal olaraq rəsmiləşdirilməsini Cavabdeh özü də təhqiqat orqanına verdiyi ifadəsində etiraf etmişdir. Belə ki, Səbail RPİ-nin 39-cu PB-nin cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarından görünür ki, izahatı alınmış Cavabdeh göstərmişdir ki, “İddiaçı 2017-2018-ci illərdə Norveçdə olarkən görmüşdür. Bundan əvvəl onu Bakıda olarkən cəmi bir dəfə görmüşdür. Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən 10 saylı evdəki 7,8,9 saylı mənzilləri onun adına bağışlanmazdan əvvəl görməmişdir. Eləcə də həmin mənzillərin əvvəlcədən ona bağışlanacağı barədə Təranə ona heç bir vəd verməmiş və yaxud bu barə də Təranədən xahiş etməmişdir. Təranənin həmin mənzilləri ona bağışlamasından bir müddət sonra xəbəri olmuşdur. Təranəni həmin mənzilləri ona bağışladıqdan sonra da mənzildə görməmişdir. Bildiyinə görə Təranə xaricdə yaşayırmış. Bağışlama müqaviləsini onun adından atası Vasif imzalamışdır. Həmin vaxt Bakı şəhərində yaşasa da, atasına etibarnamə verdiyi üçün atası müqaviləni imzalamışdır. Müqavilə bağlanan gün onun müqavilədən xəbəri olmamışdır. Təranə xanımın sözügedən mənzildə əşyaları qalsa da, sonradan onları evdə görməmişdir. Hesab edir ki, Təranə həmin əşyaları aparmışdır. Təranə atası ilə 2014-cü ildən 2019-cu ilədək rəsmi nikahda olmuşdur. Bundan savayı Təranə ilə qohumluq əlaqəsi olmamışdır...”. Cavabdeh ifadəsi bir daha təsdiq edir ki, o, Məmmədi, Məmməd də onu tanımamışdır və “ba ğışlama müqaviləsi” formaldır. 42 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, İ.Səfərli küçəsi 10 saylı evin xx.xx.2002-ci ildən xx.xx.2022-ci il tarixə qədər mənzil-kirayə haqqı ödənişlərini vaxtlı-vaxtında ödəyib, heç bir borcu yoxdur. Bu arayış da onu təsdiq edir ki, hazırki vaxtadək mənzilin bütün kommunal ödənişləri tərəfindən ödənilir, MKİS və digər kommunal xidmət işçiləri mənzilin mülkiyyətçisi kimi onu tanıyırlar. Bütün bunlar Vasif Səlimovun yuxarıda göstərilən qaydada 2011-ci ildən başlayaraq, özünü hüquqşünas-vəkil kimi təqdim etməsilə hüquqi yardım göstərilməsi adı altında onda özünə qarşı etimad qazandırması və sonradan etibarından sui-istifadə edərək, hüquqi zərurət gərəyi adı altında onu aldadaraq xx.xx.2012-ci il tarixli notar ial qaydada rəsmiləşdirilmiş "bağışlama müqaviləsi” ilə xüsusi mülkiyyətində olan mənzilini oğlu - hazırki iş üzrə Cavabdeh adına rəsmiləşdirməklə qanunsuz olaraq əmlakını ələ keçirməsini təsdiq edən mübahisəsiz xüsusatlardır. Onun Cavabdeh tanımadığı, ona hər hansı əmlakı bağışlamaq niyyətinin olmadığı və yalnız atası Vasif Səlimovun etimadından sui-istifadə etməklə hazırda mübahisələndirdiyi əmlakın qanunsuz rəsmiləşdirilməsilə ələ keçirilməsi işin mübahisəsiz halıdır. Mülkiyyətində olan mənzilin Cavabdeh adına bağışlama müqaviləsi ilə rəsmiləşdirilməsində iradəsi olmamış, cavabdehin atası Vasif Səlimovun yuxarıda göstərilən qaydada etimadından sui-istifadə edərək onu aldatması nəticəsində belə rəsmiləşdirmə aparılmışdır. Bununla əqdin etibarsızlığı hallarından birini təşkil edən əqdin b ağlanmasına iradə və əqddə iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə əməl olunmamış, hüquqi nəticəsi olmayan əqd əsasında mülkiyyət hüququndan məhrum olunmuşdur. Subyektlərin əqdi bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranmadıqda əqd etibarlı hesab edilə bilməz.
19. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı iddia müddətini ötürərək iddia qaldırdığından iddia tələbəri əsassızdır və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Bağışlama müqaviləsi bağlanarkən qanun pozuntusuna yol verilməmiş, müqavilə iradə ifadəsinə uyğun bağlanmışdır.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-1222/2023 nömrəli, 17 avqust 2023-cü il ta rixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia təmin edilməmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir.
22. İddiaçı bağışlama müqaviləsinin etibarsızlığın əsası kimi onun aldatma yolu ilə bağlanmasını qeyd etmişdir.
23. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlə r barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
24. O da nəzərə alınmalıdır ki, bu halları sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür.
25. İddiaçı xx.xx.2012-ci il tarixli bağışlama müqavil əsinin bağlanması zamanı aldatmanın olması ilə əlaqədar ümumi məlumatlar bildirsə də, konkret olaraq həmin halları təsdiqləyən mötəbər sübutlar təqdim edə bilməmişdir. Əksinə, məhkəmə iclasında bağışlama müqaviləsinin qanunda nəzərdə tutulmuş qaydalara riayət edilərək bağlanılması, əmlakını bağışlayan şəxsin buna iradə ifadəsinin olması müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı 2014-cü ildə “onu aldadan şəxslə” nikaha girmiş və onunla bir neçə il birgə yaşamışdır.
26. İddiaçı həmçinin həmin əqdin etibarsızlığı ilə bağlı tələbi müqavilə bağlandığı vaxtdan 11 ildən sonra irəli sürmüşdür.
27. Mübahisələndirilən əqdin etibarsızlığına dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunun mənasına görə maraqlı şəxs əqd in etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
28. Beləliklə məhkəmə, bağışlama mü qaviləsinin aldatma yolu ilə bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilməməsini, müqavilə bağlandıqdan təxminən on bir il sonra hazırki tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını və həmin müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair hər hansı bir sübutun təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız olunması hissəsində əsassız olması və müddətinin keçməsi ilə əlaqədar təmin edilməməlidir.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 324, 389.1, 339.2, 354.1, 354.2, 666.1, 670.1 və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozulmuş, tətbiq edilməli olan normalar tətbiq edilməmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6308/2023 nömrəli mülki iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məru zəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.
34. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olm ası vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3- təhdid edilmə (hədələnmə).
35. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, o, cavabdehin atası tərəfindən aldadılmış və bunun nəticəsində iradəsinin ziddinə mənzilini cavabdehə bağışlamışdır.
36. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. Aldatma dedikdə, digər tərəfi ə qdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
38. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
39. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;
2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;
3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə u yğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
40. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin hall arı təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
41. Məhkəmə işin müəyyən olunan hallarını əsas götürərək hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin onun aldadılması nəticəsində bağlandığı qənaətinə gəlmək mümkün deyildir.
42. Məhkəmə iddia tələbinə kəsici müddətin tətbiq edilməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
43. O da qeyd olunmalıdır ki, əslində, iddiaçının iddia tələbini əsaslandırdığı hala, yəni müqaviləni aldatma nəticəsində bağladığı arqumentinə onun Cavabdeh və Bakı şəhəri 1 saylı Notariat kontoruna qarşı “Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 7,8,9 nömrəli mənzilinin Cavabdeh bağışlanmasına dai r xx.xx.2012ci il tarixli müqavilənin ləğv olunması və Cavabdeh həmin mənzildən çıxarılması” barədə iddia tələbinə baxılarkən qiymət verilmiş, məhkəmələr, “bağışlama müqaviləsi bağlanan zaman iddiaçının aldadılmasının müəyyən olunmadığını, aldadılma sübuta yetirilmədiyinə görə iddia müddətinin axımının müqavilənin bağlandığı vaxtdan başlandığını” vurğulamaqla müvafiq nəticəyə gəlmişlər.
44. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəası (§ 47) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyə nliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
45. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 may 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
46. Bu kontekstdə o da qeyd e dilməlidir ki, Səbail Rayon Məhkəməsinin 13 may 2022ci il tarixli qətnaməsinin aid olduğu iş üzrə iddiaçının irəli sürdüyü əsaslar hazırkı iddianı irəli sürərkən istinad etdiyi əsaslarla eyni olsa da, hazırkı işə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tətbiqi qanunun mənasına uyğun deyildir.
47. Həmin prosessual hüquq normasının tətbiqi onu ehtiva edir ki, İddiaçı hazırkı iddia tələbi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.
48. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın ə sası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
49. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
50. İşdən görünür ki, iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin aid olduğu iddia tələbini eyni əsaslarla irəli sürsə də, iddia tələbini “müqavilənin ləğv olunması” kimi ifadə etmiş, məhkəmələr də iddiaya məhz müqavilənin ləğvi ilə bağlı qanunvercilik müddəaları çərçivəsində qiymət vermişlər.
51. Məhkəmə buna görə də hesab etmişdir ki, İddiaçı hazırkı iddia tələbi üzrə tərəflər, irəli sürülmüş iddianın predmeti və əsaslar ı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin aid olduğu işin predmeti və əsasları ilə tam eynilik təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
52. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
53. Kassasiya şikayəti Mülki Məcəllənin 339-cu maddəsi məhkəmələr tərəfindən yanlış təfsir olunmuş, Mülki Məcəllənin 337 və 339-cu maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Hazırkı iş üzrə məhkəmələr iddiaçının iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən bağışlama müqaviləsi notariat qaydada təsdiq olunmuş, İddiaçı müqavilənin bağlanm asında şəxsən iştirak etmiş, cavabdehin (hədiyyə alanın) atası etibarnamə əsasında müqavilədə iştirak etmişdir və bu halda “əqdin prezumpsiyası” yaranmışdır. Apellyasiya məhkəməsi da eynilə birinci instansiya məhkəməsi kimi, mübahisələndirilən əqdin notarial qaydada bağlanmasına istinad etmiş və hesab etmişdir ki, əqd bağlanan zaman notarius tərəflərə məhz hansı əqdi bağladıqlarını, onun hüquqi nəticələrini izah edir və s. Hesab edir ki, hazırkı iş üzrə tərəflər arasındakı münasibətlərin düzgün qiymətləndirilməsi ilə cavabdehin özünün birbaşa iştirakı (məlumatı) olmasa da cavabdehin atasının (etibarnamə ilə nümayəndə kimi əqdin rəsmiləşməsində iştirak etmişdir) məhz hazırki mübahisələndirilən əqdin rəsmiləşdirilməsi məqsədilə iddiaçıya yalan məlumat verməsi; onun əmlakına dair həmin ərəfəd ə, yaxın gələcəkdə dövlət orqanları və ya məhkəmələr tərəfindən müəyyən məhdudiyyətlərin, həbsin və ya tutmanın yönəldilməsi riskinin mövcudluğu, əmlaka dair belə əqd bağlanmayacağı halda iddiaçının əmlakından məhrum olacağı, eyni zamanda, “bağışlama müqaviləsinin” formal xarakterli olmaqla iddiaçı üçün heç bir mənfi hüquqi nəticələr yaratmayacağına iddiaçıda əminlik yaratması kimi xüsusatların mövcudluğu halında iddiaçının dəlillərinin MM-in 339-cu maddəsinin təsiri altında qiymətləndirilməsi mübahisləndirilən əqdin etibarsızlığı nəticəsinə gəlməyə əsas verir. İddiaçının heç bir əsas və ağlabatan izah olmadan, öz əmlakını yalnız ona hüquqi/nümayəndəlik xidməti göstərən şəxsin oğluna “hədiyyə etməsi”, əgər cavabdehin atası belə əqdin bağlanmasının labüdlüyünə onda inam yaratmasaydı, qeyr i-mümkün idi. Bu baxımdan nəzərə alınmalıdır ki, mübahisləndirilən əqdin rəsmiləşdirildiyi 2012-ci ildən sonrakı uzun müddət ərzində iddiaçı Bakı şəhərində yaşamadığına baxmayaraq, öz mənzilinə sahibliyə davam etmişdir və mənzilin cavabdehin mülkiyyətinə keçməsinə dair rəsmiləşdirmə aparılmasından məlumatsız olmuşdur. İddiaçı özü Bakıda olmasa da, mənzilə dair bütün kommunal ödənişləri həyata keçirmişdir və cavabdeh həmin mənzildən istifadə etməmişdir. İddiaçı mənzilin məhz 2012-ci il tarixli “bağışlama müqaviləsi” əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından məlumatsız olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının dəlillərinin aldadılma nəticəsinə gəlinməsi üçün sübut olunmadığını qeyd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, şəxsin aldadılm asını sübut etməsi üçün hər hansı konkret fiziki hərəkətin, yazılı sənədin, hüquqi aktın mövcudluğu şərt deyil. Aldadılma, şəxslər arasındakı münasibətlərin xarakteri ilə müəyyənləşə bilən hal olduğundan, aldadan şəxsin fiziki (maddi) hərəkətləri, gözlə görünən hansısa əməlləri ilə müşayiət edilməyə bilər. Məhkəmə dəlillərə münasibətdə yalnız onu qeyd edir ki, “iddia tələbinə kəsici müddətin tətbiq edilməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.” Beləliklə, apellyasiya məhkəməsi mübahisəyə kəsici müddətin tətbiq edilməli olduğu nəticəsinə gəlmişdir. Hesab edir ki, bu yanaşma, qanuna uyğun olmamaqla, eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumunun iddia müddətinin tətbiqinə dair formalaşdırdığı hüquqi mövqelərinə də ziddir. Məhkəmələr hesab etmişdir ki, 11 ildən sonra əqdin mübahisləndirilməsinə dair iddia MM-in 354-cü maddəsinin tətbiqi ilə rədd edilməlidir. Məhkəmə, MM-in 354.1-ci maddəsinə istinadla qeyd edir ki, mübahisləndirilən əqdin etibarszılığına dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Məhkəmə mübahisəyə kəsici müddəti tətbiq edərkən, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini nəzərə almamışdır. Plenumun şərhində kəsici müddətin belə “və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər” mövqeyi onu göstərir ki, 1 illik müddətin tətbiq edilməsi şəxsin hüququnun pozulduğunu bilməsi və ya bilməli olduğu gün müəyyənlşdirilməlidir. İşdən gö ründüyü kimi, 2012-ci ildə “bağışlama müqaviləsi” rəsmiləşdirilməsinə baxmayaraq, iddiaçı mənzilə faktiki sahibliyi həyata keçirmiş və cavabdeh isə mənzilə sahiblənməmişdir. 2019-cu ilədək cavabdehin atası ilə münasibətləri normal olan İddiaçı əqd bağlayarkən aldadıldığını, rəsmiləşdirdiyi müqavilənin onun üçün hüquqi nəticə yaratdığını, yəni, mənzilin cavabdehin mülkiyyətinə keçdiyini bilməmişdir, bilə də bilməzdi. Cavabdehin izahatından da göründüyü kimi, mənzildə iddiaçının əşyaları olmuşdur və o, mənzilə sahiblənməmişdir. İddiaçı (onun adından nümayəndə/vəkil) ilk dəfə 2020-ci ildə məhkəmədə iddia qaldırdığı zaman əqdin etibarszılığını mübahisələndirmişdir. Həmin vaxt xarici ölkədə yaşayan İddiaçı peşəkar hüquqi yardıma müraciət etmiş, onun adından qaldırılmış iddia rədd edilmiş, sonra dan apellyasiya məhkəməsi tərəfindən işin icraatına xitam verilmişdir. Hesab edir ki, İddiaçı əqdi mübahisələndirmək niyyəti 2020-ci ildə olmuşdur, lakin iddia ərizəsinin tərtibatında yol verilmiş uyğunsuzluq həmin iddia üzrə işin icraatına xitam verilməsinə səbəb olmuşdur. Bu baxımdan, İddiaçı hazırki tələblə məhkəməyə müraciət etdiyi 2023-cü ildən deyil, 3 il əvvəl, 2020-ci ildən iddia qaldırması məhkəmələr tərəfindən nəzərə alınmalıdır. İddia tələbinin düzgün ifadə olunmamasına baxmayaraq, İddiaçı hələ 2020-ci ildə əqdi mübahisələndirmək niyyətində olması və bundan ötrü peşəkar hüquqi yardım vasitəsilə məhkəməyə müraciət etməsi nəzərə alındıqda, rəsmiləşdirilmiş əqdin onun hüquqlarını pozduğunu bildiyi gündən 1 il keçməmiş məhkəmədə iddia qaldırılması əsası ilə, hətta, 1 illik müddətin keçmədiyi müəyyən olunur. Bununla yanaşı, hesab edir ki, hazırkı mübahisəyə iddia müddətinin və ya kəsici müddətin tətbiq edilməsi Konstitusiyanın 13-cü və 29-cu maddələrinin tələblərinə ziddir. Məhkəmələr tərəfindən Konstitusiyanın tələbləri nəzərə alınmamış, bu normalar mübahisəyə tətbiq edilməli olduğu halda tətbiq edilməməklə, iddiaçının mülkiyyət hüququnun bərpasına yönəlmiş iddiaya müddətin tətbiqi Konstitusiya normalarına zidd məhkəmə aktının qəbul edilməsilə nəticələnmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, tətbiq edilməli olan maddi hüquq normalarına uyğun olmadığından, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmu şdur. Məhkəmələr iş üzrə cavabdehin dəlillərinə qiymət verərkən onların sübut olunmadığını qeyd etməklə, əslində, tərəflər arasındakı münasibətlərin xarakterini, iş üzrə müəyyən olunan hüquqi faktları və sübutları düzgün qiymətləndirməmişlər. Halbuki Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin həqiqiliyi, tərəflərin əsl hüquqi niyyəti ilə bağlı faktlara dair məlumatları əks etdirən sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası isə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla m əhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, çəkişmə prinsipinin təmin edilməsinə dair vəzifələrini yerinə yetirməmiş, bununla da MPM-in 9, 14, 88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnaməni qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
55. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
56. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyay a) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
57. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
58. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
59. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
60. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
61. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
62. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.
63. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
64. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
65. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
66. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəs inin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
67. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
68. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
69. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
70. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır:
71. Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsi
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
74. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
77. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
81. Qanunun tələbinə gö rə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin d əlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
84. İddiaçının və cavabdehin kassasiya şikayətlərinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətlərində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Məhkəmələr haqlı olaraq iddiaçı tərəfindən iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsini tətbiq etməklə iddianı rədd etmişdir.
85. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
86. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olm aq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6308/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.