Məhkəmə qərarları › İş №2(102)-6601/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6601/2019

16.10.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6601/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X13 oğlunun katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, İddiaçı X2 qızının Cavabdeh1 qarşı “mənzilə köçürülmə, əmlakın verilməsi və müqavilənin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli 2(103)-4112/2019 saylı qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Tağıyeva X6 X2 oğluna qarşıiddia ərizəsi, sonradan isə Cavabdeh1, Cavabdeh2 oğlunu, X4 və X2 oğlunu da cavabdehlər qismində göstərdiyi ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh1lə birgə nikah dövründə əldə edilmiş **-ET-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Toyota Prado” markalı avtomobil (buraxılış ili 2008, mühərrik 5651536, Ban JTEBU25J2********) üzərində onun ½ hissədə, Cavabdeh1 isə ½ hissədə payının müəyyən edilməsi, həmin avtomobilə dair Cavabdeh1 ilə X2 oğlu arasında bağlanmış 06.05.2016-cı il tarixli alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması, birgə nikahlarından doğulan 11 yanvar 2016-cı il təvəllüdlü XXX oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən X1 saylı evə köçürülməsi, evdən onun və uşağının istifadə etmələrinə və yaşamalarına m aneələr törədilməsinin cavabdehlərə qadağan edilməsi, Cavabdeh1, Cavabdeh2 oğlunun və X2 həmin evdən çıxarılmaları, Cavabdeh1 qızıl-zinət və cehiz əşyalarının və ya onların dəyərinin alınaraqona verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə 24 sentyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 11 yanvar 2016-cı il tarixdə X2 adını verdikləri övladları dünyaya gəlmiş, ilk əvvəl normal olan münasibətləri bir müddət sonra pozulmuş, xasiyyətlərinin uyğun gəlməməsi ailənin faktiki olaraq dağılmasına səbəb olmuşdur. Nikaha daxil olduqları gündən ünvan 1 ünvanında yerləşən X2saylı evə gəlin köçmüş, özünün və uşağının həmin mənzilə istifadə və yaşayış hüquqları yaranmışdır. Ailə münasibətləri pisləşdiy indən 2016-cı ilin sonlarından Cavabdeh1 onu və uşağını məcburi olaraq evdən çıxarmışdır. Hazırda uşağı ilə birgə atası gildə müvəqqəti məskunlaşmışdır və yaşamağa başqa yeri yoxdur. İddia ərizəsində sadaladığı əşyalar cavabdehin mənzilində qalmış, bu əşyaları götürməyə cəhd etsə də, heç bir nəticəsi olmamışdır. ünvan 1 ünvanında yerləşən X2saylı ev atası X7 tərəfindən alınmış, atası həmin evə görə 45000 ABŞ dolları məbləğində pul ödəmişdir. Yəni sözügedən evin faktiki sahibi atası X3r və Cavabdeh1 həmin evə hər hansı hüququ olmadığından o, qardaşları olan digər cavabdehlərlə birlikdə mənzildən çıxarılmalıdırlar. Eyni zamanda, Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri **-ET-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Toyota Prado” markalı avtomobili 06.05.2016-cı il tarixdə, yəni, birgə n ikah dövründə razılığı olmadan alqı-satqı müqaviləsi ilə X2 oğluna satmış və bu barədə ona heç bir məlumat verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Ş.Məhərrəmova) 23 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Toyota Prado” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2008, mühərrik 5651536, Ban JTEBU25J285143097, ağ rəngli) avtomobilə dair Cavabdeh1 ilə X2 oğlu arasında bağlanmış 06.05.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində X2 qızının ½ hissədə, Cavabdeh1 isə ½ hissədə payının müəyyən olunması, X2 qızının 11 yanvar 2016-cı il təvəllüdlü X2 oğlu ilə birlikdə ünvan 2 ünvanında yerləşən X2saylı evə köçürülmələri, Cavabdeh1 iddiaçıya məxsus qızıl-zinət və cehiz əşyalarının və ya onların dəyərinin alınaraqX2 qızına verilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə, iddiaçı X2 qızının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-827/2017 saylı iş üzrə 23 fevral 2017-ci il tarixli qətnaməsinin qızıl-zinət və cehiz əmlakların qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğlərinin Cavabdeh1 alınaraq X2 qızına verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 may 2018-ci il tarixli qərarı ilə, cavabdehlər Cavabdeh1 və X2 oğlunun kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5636/2017 saylı 02 noyabr 2017-ci il tarixli qətnaməsi qismən - “Toyota Prado” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2008, mühərrik 5651536, Ban JTEBU25J285143097, ağ rəngli) avtomobilə dair Cavabdeh1 ilə X2 oğlu arasında bağlanmış 06.05.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində X2 qızının 1/2 hissədə, Cavabdeh1 isə 1/2 hissədə payının müəyyən olunması hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə - X2 qızının 11 yanvar 2016-cı il təvə llüdlü X9 ilə birlikdə ünvan 2 ünvanında yerləşən X2saylı evə köçürülmələri hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə, iddiaçı X2 qızının Cavabdeh1, Cavabdeh2 oğluna, X5 və X2 oğluna qarşı “mənzilə köçürülmə, əmlakın verilməsi və müqavilənin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(001)-827/2017 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(001)-827/2017 saylı qətnaməsinin qismən, yəni “Toyota Prado” markalı **ET-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2008, mühərrik 5651536, Ban JTEBU25J285143097, ağ rəngli) avtomo bilə dair Cavabdeh1 ilə X2 oğlu arasında bağlanmış 06.05.2016-cı il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində X2 qızının 1/2 hissədə, Cavabdeh1 isə 1/2 hissədə payının müəyyən olunması” hissəsində ləğv edilməsi, iddianın həmin hissələrdə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2019-cu il tarixli qərarı ilə, iddiaçı X2 qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8308/2018 nömrəli iş üzrə 24 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.Məmmədova - sədrlik edən və məruzəçi, V.Həsənov, N.Cəfərov) 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(001)-827/2017 saylı qətnaməsi “Toyota Prado” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2008, mühərrik 5651536, Ban JTEBU25J285143097, ağ rəngli) avtomobil üzərində X2 qızının ½ hissədə, Cavabdeh1 isə ½ hissədə payının müəyyən olunması hissəsində ləğv edilərək həmin hissədə iddianın qismən təmin edilməsi, “Toyota Prado” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2008, mühərrik 5651536, Ban JTEBU25J285143097, ağ rəngli) avtomobil üzərində X2 qızının 5/14 hissədə, Cavabdeh1 isə 9/14 hissədə payının müəyyən olunması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili X2 oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 16.05.2019-cu il tarixli qətnaməsinin “Toyota Prado” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2008, mühərrik 5651536, Ban JTEBU25J285143097, ağ rəngli) avtomobilə dair Cavabdeh1 ilə X2 oğlu arasında bağlanmış 06.05.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində X2 qızının 5/14 hissədə, Cavabdeh1 isə 9/14 hissədə payının müəyyən olunması hissəsində ləğv edilməsi və həmin hissədə iddiaçı X2 qızının iddia tələblərinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə mübahisəli avtomobilə dair hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nikah 24.09.2013-cü il tarixdə bağlanmış, tərəflər birgə nikahda olduqları dövrdə 12.08.2015-ci il tarixdə “Toyota Prado” markalı avtomobil alınmış və məhz tərəflərin birgə nikahda olduqları dövrdə, yəni 06.05.2016-cı il tarixdə həmin avtomobil Kamran Məmmədov adlı şəxsə satılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 nikaha daxil olmamışdan əvvəl 11.12.2012-ci il tarixdə “Mercedes Benz 230” markalı avtomobil almış, sonradan həmin avtomobili satmış və satışdan əldə etdiyi vəsait hesabına “Toyota Prado” markalı avtomobili almışdır. Bu səbəbdən həmin avtomobilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymət verilməsi tam əsassızdır. Avtomobilin alqı-satqısı ilə bağlı müqavilə Cavabdeh1 ilə Kamran Məmmədov arasında bağlanılmış, həmin müqavilə onlar tərəfindən mübahisələndirilməmişdir və bununla da təsdiq olunur ki, müqavilə onların iradə ifadəsinə uyğun bağlanılmış müqavilə olmuşdur. Həmin müqavilənin mübahisələndirilməsi hissəsində iddiaçı X2subyektiv hüququnun olub-olmaması məsələsi isə məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Avtomobilin alqı-satqı müqaviləsi Cavabdeh1 ilə Kamran Məmmədov arasında bağlanıldığından və sonuncular tərəfindən həmin müqavilə mübahisələndirilmədiyindən iddiaçı X2həmin müqaviləni mübahisələndirməyə subyektiv hüququ da mövcud olmamışdır. İş üzrə mübahisəli avtomobil Cavabdeh1 mülkiyyətində olduğundan, qanunvericilikdə həmin daşınar əmlaka münasibətdə sərəncam vermək barədə əqdin bağlanılması üçün Cavabdeh1 nikahda olduğu arvadının razılığını n alınması tələb olunmadığından, Cavabdeh1 öz mülkiyyət hüquqlarından çıxış edərək həmin avtomobili satmış və onun satışından əldə olunan pul vəsaitini arvadının, habelə azyaşlı uşağın müalicəsinə sərf etmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri pozulmaqla, avtomobilə münasibətdə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qətnamə qəbul olunmuşdur. Apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq sübutları cavabdehin zərərinə qərəzli olaraq qiymətləndirməklə iddia tələbini təmin etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil İddiaçı kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd ed ir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız “Toyota Prado” markalı avtomobilə dair Cavabdeh1 ilə X2 oğlu arasında bağlanmış 06.05.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində tərəflərin payının müəyyən olunması hissəsi kassasiya şikayətinin dəlilləri əsasında yoxlanılır. İddiaçı həmin hissədən kassasiya şikayəti verməmişdir. Qətnamənin digər hissələri artıq qanuni qüvvəyə mindiyindən kassasiya baxışının predmetini təşkil etmir. İddia tələbinin kassasiya baxışının predmetini təşkil edən hissədə apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, tərəflər 24.09.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından 11 yanvar 2016-cı il tarixdə X2 adını verdikləri uşaqları dünyaya gə lmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin 18.04.2019-cu il tarixli 27.04.2019-cu il tarixli məktublarından və ona əlavə edilmiş nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin surətlərindən və kompüter çıxarışından görünür ki, “Mercedes Benz 230” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil 11.12.2012-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış və həmin avtomobili 06.07.2015-ci il tarixdə X8 8.350 manata satmışdır; Cavabdeh1 “X15 Prado” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili 12.08.2015-ci il tarixdə X1 26.000 ABŞ dollarına almışdır. Cavabdeh1 “X15 Prado” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili 06.05.2016-cı il tarixdə X2 oğluna 20.000 manata satmışdır. Apellyasiya instansiyası məhkəməsi “Toyota Prado” markalı **- ET-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2008, mühərrik 5651536, Ban JTEBU25J285143097, ağ rəngli) avtomobilə dair Cavabdeh1 ilə X2 oğlu arasında bağlanmış 06.05.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində qətnaməni qanuni hesab etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birincisi həmin avtomobilin X2və Cavabdeh1 nikahda olduqları dövrdə əldə edildiyi və iddiaçının razılığı olmadan satıldığı işin mübahisə olunmayan halıdır; ikincisi isə, iş materiallarında olan sənədlərdən, avtomobilin X2 oğluna (məhkəmə araşdırması zamanı Cavabdeh1 Kamran Məmmədovun xalası oğlu olduğunu bildirmişdir.) satılmasından dərhal sonra (eyni gündə) onun etibarnamə əsasında Cavabdeh1 istifadəsinə verildiyi aydın olur – bu isə, həmin alqı-satqının müqavilə tərəfl ərinin həqiqi iradə ifadəsinə uyğun olmadığı qənaətinə gəlməyə əsas verir. Eyni zamanda, apellyasiya instansiya məhkəməsi Cavabdeh1 nikaha daxil olmamışdan əvvəl əldə etdiyi “Mercedes Benz 230 Minik” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə - 06.07.2015-ci il tarixdə 8.350 manata sataraq, qısa müddət sonra 12.08.2015-ci il tarixdə 26.000 ABŞ dollarına (AR Mərkəzi Bankının rəsmi internet səhifəsinin (www.cbar.az) 12.08.2015-ci il tarixə olan AZN məzənnələri barədə məlumata əsasən 1 ABŞ dollarının dəyəri 1.0489 manat olmuşdur). “X16 Prado” markalı avtomobil alındığını, belə olan halda, mübahisə predmeti olan avtomobilin avtomobilin dəyərinin (26.000 ABŞ dolları 12 avqust 2015-ci il tarixə 1 ABŞ dolları=1,0489 manat hesabı ilə 26.000 x 1,0489=27.271,40 manat) bir hissəsinin (8.350 manat) məhz cavabdehin mülkiyyətində olmuş “Mercedes Benz 230” markalı avtomobilin satışından əldə edilmiş vəsait hesabına ödənilməsi qənaətinə gələrək, mübahisə predmeti olan avtomobilin üzərində X2 qızının 5/14 hissədə, Cavabdeh1 isə 9/14 hissədə payının müəyyən olunmasını ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə işin araşdırılmış halları ilə düzgün nəticəyə gəlmiş, maddi və prossesual hüquq normalarının tələblərinə əməl etmişdir. - 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsu b olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (maddə 31.1.). Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir (maddə 31.2.). - 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1.). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əm anətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir (maddə 32.2.2.). - 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mübahisəli əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunması üçün həmin əmlakın birgə nikah dövründə əldə edilməsi ilə yanaşı ümumi gəlirlər hesabına əldə edilməsi də zəruridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən avtomobil cavabdehə məxsus “Mercedes Benz 230 minik” markalı **-ET-*** dövlət qeydiyyat nişanl ı avtomobil 06.07.2015-ci il tarixdə 8.350 manata satıldıqdan qısa müddət sonra 12.08.2015-ci il tarixdə 26.000 ABŞ dollarına alındığından, həmin avtomobilin dəyərinin bir hissəsi, yəni 8350 manat hissəsi çıxılmaq şərti ilə qalan hissəsi tərəflərin birgə nikah dövründə ümumi gəlirlər hesabına ödənilmişdir. Bu isə, həmin əmlakın ər-arvadın ümumi əmlakı olduğu qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müq avilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nın 2-ci bəndinə görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır. Həmin Fərmanın 1 saylı əlavəsi olan “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), h əmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi avtomobilin birgə nikah dövründə əldə edildiyini və satılması zamanı iddiaçının razılığının alınmamasını, həmçinin avtomobili əldə edən şəxsin cavabdehlə qohumluq münasibətində olması və alqı-satqı bağlanan gün verilmiş etibarnamə əsasında avtomobilin cavabdehin sahibliyinə verilməsi kimi məqamları nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, bu alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla, həm də görünüş üçün bağlanmış, tərəflərin həqiqi iradə ifadəsinə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 223.3-cü maddəsinə görə, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. - 36-cı maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir (maddə 36.1.). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3.). Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir (maddə 36.4.). - 37-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1.). Ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.2.). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, “Toyota Land-Cruıser-Prado” markalı avtomobil alınmasına sərf edilmiş vəsaitin ümumi gəlirlər hesabı na ödənilmiş hissəsinə uyğun olaraq, mübahisə predmeti olan avtomobilin üzərində X2 qızının 5/14 hissədə, Cavabdeh1 isə 9/14 hissədə payının müəyyən olunması ədalətlidir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 12.08.2015-ci il tarixdə “Toyota Prado” markalı avtomobilin dəyərinin bütünlüklə “Mercedes Benz 230” markalı avtomobilin satışından əldə edilmiş vəsait hesabına ödənilməsi iş materialları ilə təkzib edilir. Bu səbəbdən həmin avtomobilin cavabdehə məxsus əmlak olması əsassızdır. Avtomobilin alqı-satqısı ilə bağlı müqavilə Cavabdeh1 ilə Kamran Məmmədov arasında bağlanılmış olsa da, həmin əqdin etibarsızlığı bu əqd əsasına hüquqları pozulan iddiaçı tərəfindən mübahisələndirilə bilər.Cavabdeh həmin avtomobili satışınan əldə olunan pul vəsaitini arvadı nın, habelə azyaşlı uşağın müalicəsinə sərf etməsi barədə qeyd etdiklərini təsdiq etmək üçün məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamal ıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli 2(103)4112/2019 saylı qətnaməsi yoxlanılan hissədə kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar