Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6603/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh1 iştriakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-626/2019, hakim F.H.Qasımov)İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 54 saylı Notariat kontoruna qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 600 m2 torpaq sahəsinə dair icarə hüquqlarının alqı-satqısına dair Bakı şəhəri 54 saylı Notariat kontorunda bağlanmış 24 fevral 2017-ci il tarixli müqavilənin etibarsız hesab olunması və tərəflərin əvvəlki vəziyyətə qaytarılmaqla iddiaçıdan 19.500 manat məbləğində pul vəsaitinin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-6099/2018, hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov, A.N.İmanov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 54 saylı Notariat kontoru na qarşı «müqavilənin etibarsız hesab edilməsi, əvvəlki vəziyyətə qaytarılma» tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 02 aprel 2004-ci il tarixli 99 nömrəli qərarına əsasən, bələdiyyə ilə İddiaçı arasında bağlanmış «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqavilə ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 600 m2 torpaq sahəsi sonuncunun uzunmüddətli icarəsinə verilmişdir. 24 fevral 2017-ci il tarixli müqavilə ilə İddiaçı həmin torpaq sahəsinə olan icarə hüquqlarını 25.000 manata Cavabdeh1 satmışdır. Sonradan Cavabdeh1 polisə şikayət edərək, aldığı to rpaq sahəsinin faktiki 380 m2 olduğunu, 220 m2-nin başqa şəxs tərəfindən istifadə edildiyini bildirərək, İddiaçı onu aldatdığını gödtərmiş, sonuncu isə həmin torpaq sahəsini bələdiyyədən hasara alınmış vəziyyətdə aldığını, 600 m2 olmasını zənn etdiyini, alıcını aldatmadığını göstərmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin 16 may 2018-ci il tarixli qərarı ilə İddiaçı əməlində cinayət tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Bundan sonra İddiaçı alqı-satqı müqaviləsi üzrə aldığı puldan 5.500 manat Cavabdeh1 geri qaytarmışdır. 13 avqust 2018-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 arasında Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 600 m2 torpaq sahəsinə dair ica rə hüquqlarının alqı-satqısına dair 24 fevral 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən cavabdehin götürdüyü öhdəliklərin yerinə yetirilməsində vicdanlılıq göstərməməsinə düzgün hüquqi qiymət verilməmiş, iddia müddətinin axımının başlanması anı düzgün müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassat or məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı onunla cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbini onunla əsas landırmışdır ki, müqavilə cavabdeh tərəfindən imzalanmadığı üçün əqdin etibarlı sayılması üçün sonuncunun iradə ifadəsi olmamış və notarius həmin əqdi təsdiq etməklə qanun pozuntusuna yol vermişdir. Bu isə onu təsdiq edir ki, cavabdehin əqdi bağlamaqda əsas niyyəti onu aldatmaq olmuşdur. Belə ki, cavabdeh əvvəlcə müqaviləni imzalamamış, sonradan isə ondan 5.500 manat məbləğində pulu geri almışdır. Bundan başqa əqdin bağlanması üçün mülkiyyətçinin (bələdiyyənin) razılığı alınmamışdır, halbuki həmin razılıq alınmadan müqavilə bağlana bilməzdi. Göründüyü kimi o, cavabdehin şəxsiyyəti barədə yanılmışdır. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, iddia əsassız olmaqla bərabər, iddiaçı iddia müddətini də ötürmüşdür. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 331.1, 394 və 407.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, notarial qaydada təsdiq edilməli müqavilə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Birinci instansiya məhkəməsində iştirak etmiş 54 saylı Notariat kontorunun nümayəndəsi də izahatında göstərmişdir ki, 24 fevral 2017-ci il tarixdə tərəflər arasında 600 m2 torpaq sahəsinə icarə hüquqlarının alqı-satqısına dair müqavilə bağlınmış, notariat hərəkətlərinin aparılması üçün notarius tərəfindən qanunvericiliyinin tələblərinə və tərəflərin iradəsinə uyğun şəkildə müqavilə tərtib olunmuş, tərəflərin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmış və müqavilə təsdiq olunmuşdur. Müqavilənin cavabdeh tərəfindən imzalanmaması sadəcə texniki səhvdir, belə ki, müqavilədə cavabdehin imzası olmasa da, nota riat kontorunun reyestr kitabında onun imzası vardır. Bu halda, cavabdehin müqaviləni imzalamaması texniki səhvdir və bu səhvə görə həmin müqaviləni etibarsız hesab etmək olmaz. Notariat kontorunun nümayəndəsinin izahatından da aydın olur ki, cavabdeh reyestr kitabını imzalamış, bununla da əqdin bağlanması üçün iradə ifadəsini nümayiş etdirmişdir. Bununla bərabər, apellyasiya məhkəməsi 24 fevral 2017-ci il tarixli müqavilənin ilkin müqavilə hesab edilməsi barədə dəlilə münasibətdə hesab etmişdir ki, həmin müqavilənin 3-cü bəndində «Satıcı» - İddiaçı satılacaq 600 kv.m torpaq sahəsinin icarə hüquqlarını 25000 manata qiymətləndirir və gələcəkdə 600 kv.m torpaq sahəsinin icarə hüquqlarını həmin qiymətə «Alıcı» - Cavabdeh1 satmağı, «Alıcı» - Cavabdeh1 isə 600 kv.m torpaq sahəsinin icarə hüquql arını gələcəkdə 25000 manata almağı öhdəsinə götürür» göstərilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin bənd müqavilənin mahiyyətinə uyğun olmuşdur və «öhdəsinə götürür» dedikdə, tərəflərin bununla heç də ilkin müqavilə bağlamaq niyyətində olmaları qənaətinə gəlmək üçün əsas vermir. Eyni zamanda, müqavilənin bütün bəndlərindən aydın şəkildə görünür ki, müqavilənin predmeti 600 m2 torpaq sahəsinə olan icarə hüquqlarının alqı-satqısı təşkil etmiş və iddiaçı cavabdehdən 25000 manat məbləğində pulu nağd şəkildə qəbul edərək həmin torpaq sahəsinə olan icarə hüquqlarını cavabdehə satmışdır. Tərəflər arasında müqaviləyə qədərki danışıqlar da onu göstərir ki, söhbət məhz iddiaçının 600 m2 torpaq sahəsinə olan icarəsinə hüquqlarının alqı-satqısından getmişdir. Azərbaycan Respublikası M ülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Apellyasiya məhkəməsi müqavilə bağlanarkən mülkiyyətçinin razılığının alınmaması barədə dəlilə münasibətdə hesab etmişdir ki, torpaq sahəsinin mülkiyyətçisi olan M.Ə.Rəsulzadə Bələdiyyəsi məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb olunmuşdur, yəni bələdiyyə işdən məlumatlı olmuşd ur və müqavilənin ləğvi və ya etibarsızlığı ilə bağlı özü müstəqil tələb irəli sürə bilərdi. Lakin işdən görünən odur ki, bələdiyyə nə hazırki işdə müstəqil tələb irəli sürməmiş, nə də müstəqil iddia qaldırmamışdır. Yəni, müqavilənin bələdiyyənin razılığı ilə bağlanıb-bağlanmaması məsələsini bələdiyyə özü mübahisələndirə bilərdi. Beləliklə, iddiaçının irəli sürdüyü dəlillərin heç biri müqavilənin aldatma və ya vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması kimi qiymətləndirilməsi üçün əsas hesab oluna bilməz. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, 24 fevral 2017-ci il tarixli icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən iddiaçı və cavabdeh əqdin bağlanmasında iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində müqaviləni ba ğlamış, müqavilənin forma (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat forma) və məzmununa dair qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, alqı-satqı müqaviləsi üzrə satıcı icarəsində olan torpaq sahəsini alıcıya vermiş, alıcı isə həmin sahəni qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, müqavilə 24 fevral 2017-ci il tarixdə bağlandığı halda, iddiaçı məhkəməyə bir il keçdikdən sonra, yəni 13 avqust 2018-ci ildə müraciət etməklə, müqaviləni mübahisələndirmək üçün sübyektiv hüququ itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla mad di və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6603/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6603/2019
31.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver