Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6605/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili X2 və cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24.01.2019-cu il tarixli 2(103)-749/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cava bdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən onu və birgə nikahlarından olan 18 may 2015-ci il təvəllüdlü X1 gəlin köçüb yaşadığı ünvan 1 ünvanında yerləşən evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onu və birgə nikahdan olan 18 may 2015-ci il təvəllüdlü X1 gəlin köçüb yaşadığı xxx ünvanında yerləşən evə köçürülməyi, evdən istifadə hüququnun tanınması və evə qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 avqust 2014-cü ildə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahlarından 18 may 2015-ci ildə xxx qızı anadan olmuşdur. Nikahın pozulmas ı tələbinə dair Binəqədi rayon məhkəməsinə cavabdeh müraciət edibdir. Sabunçu rayonu, ünvan 2 ünvanına 17 avqust 2014-cü ildə gəlin köçmüşdür. 27 iyul 2017ci ildə evdə olan narazılığdan sonra əri onu və uşağı evdən çıxardıb, cehiz əşyalarını və geyimləri orada qalıb. Bu günku günə qədər qardaşının yanında yaşayır, cehiz əşyalarını yerləşdirməyə yeri yoxdur. Cavabdeh də gəlin köçdüyü evdə yaşamağına imkan vermir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin (hakim V.Həsənov) 2(008)-5329/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı ünvan 1 ünvanında yerləşən evə qeydiyyata alınması hissəsində məhkəmə baxışına xitam verilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim V.Həsənov) 2(010)-5329/18 s aylı 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, onun, azyaşlı övladı 18 may 2015-ci il təvəllüdlü X3 ilə birlikdə X1 saylı mənzilinə köçürülməsi və onların oraya istifadə hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi T.Səmədov, hakimlər İ.Şirinov, E.Kazımov) 24 yanvar 2019-cu il tarixli, 2(103)-749/2019 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(008)-5329/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 24.01.2019-cu il tarixli 2(103)-749/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası işə qərəzli, tam və hərtərəfli araşdırmadan yanlış mövqe bildirmişdir. Belə ki, eyni tərkib tərəfindən eyni tərəflər arasında müqavilə öhdəliyin icra olunması tələbinə dair mülki işə baxarkən müəyyən olunmuşdur ki, bu iş üzrə iddiaçı mübahisəli mənzili özü tək tərk etmiş və uşaq atası ilə qalmışdır. Bundan sonra uşağı anaya verilməsi və tərəflər arasında olan nikahın pozulması və s. tələblər barədə müqavilə bağlanmışdır. Bu ona dəlalət edir ki, artıq məhkəmə kollegiyasına bəlli idi ki, mübahisəli evi iddiaçı tək könüllü tərk etmişdir. Tərəflər 14 avqust 2014-cü ildə nikaha daxil olmuşlar və iddiaçı evi 27 iyul 2017-ci il tarixdə könüllü tərk edib. Bu onu ehtiva edi r ki, tərəflər bir yerdə uzun müddət yaşamamışlar. Məhkəmə nəzərə almamışdır ki, hər kəs özünə yaşayış yeri seçmək hüquqi vardır və iddiaçı özünə başqa yaşayış yeri seçmişdir. Tərəflər arasında olan və bu kollegiya tərəfindən baxılmış və nikahın pozulması, uşağın atanın yanında qalması mülki iş üzrə qəyyumluq və himayə şöbəsinin tərəflərin mənzil şəraiti yoxlanılması barədə rəydə iddiaçının mənzil şəraiti olması göstərilmişdir. Buda ona dəlalət edir ki, iddiaçı özünə başqa yaşayış yeri seçməklə yaşayış üçün şərait mövcuddur. Tərəflər arasında olan nikah formal olduğundan məhkəmə qaydasında pozulmuşdur. Tərəflər münaqişəlidir, onların bir yerdə yaşaması mümkün deyil, mübahisəli ev 1 otaqdan ibarətdir, cavabdeh həmin evdə yeni ailəsi ilə və qardaşı ilə birlikdə yaşayır. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili X1 kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Birinci instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı Cavabdeh ilə 14.08.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahda olarkən bir övladları, yəni X3 anadan olmuşdur. X1 saylı mənzilinin mülkiyyətçisi Cavabdehdur. İddiaçı həmin mənzilə gəlin köçmüş və cehiz əşyalarını həmin mənzilə gətirmişdi r. İddiaçı uzun müddət cavabdehlə və uşağı ilə birlikdə həmin evdə yaşamış və evdən istifadə etmişdir. Sonradan aralarında ciddi mübahisə olduğundan cavabdeh iddiaçını uşaqla birlikdə həmin evdən çıxarmışdır. Tərəflər arasında nikah pozulmamışdır. Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına qiymət verərək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, tərəflər arasında nikah pozulmadığından iddiaçının azyaşlı uşağı ilə mübahisəli mənzilə köçürülməsi və istifadə hüququnun tanınması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğun olduğundan, birinci instansiya məhkəməsi hazırkı iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri ), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sa həsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən tərəflər arasında nikah pozulmadığından məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının və onların birgə nikahdan olan övladlarının m ülkiyyətçinin ailə üzvləri kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli evi iddiaçının könüllü tərk etməsi, tərəflər arasında olan nikahın artıq pozulması, cavabdeh həmin evdə yeni ailəsi ilə və qardaşı ilə birlikdə yaşaması və s. barədə kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının düzgün müəyyən edilməməsi barədədir. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (K onstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Tərəflər arasında olan nıkah 06.04.2019-cu il tarixdə, yəni işə apellyasiya instansiya məhkəməsi tərəfindən baxıldıqdan sonra pozulduğundan cavabdehin kasassiya şikayətində həmin hala istinad etməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şik ayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 24.01.2019-cu il tarixli 2(103)-749/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6605/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6605/2019
21.10.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver