Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-661/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh və vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və oradakı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasın da baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və oradakı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Məmmədov, hakimlər Ş.Abasov və A.Abbasov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 7000 manat kompensasiya verilməklə, Cavabdeh və onunla birlikdə yaşayan qızı X4 onun mülkiyyətində olan ünvan 1 ünvandakı torpaq sahəsindən və oradakı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə k ollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır İş materiallarına əsasən X1 rayonu, Saray qəbəsində yerləşən 0,065 ha yaşayış məntəqəli torpaq sahəsini xx.xx.2018-ci tarixli alqı-satqı müqaviləsi ilə 5000 manata İddiaçı İmanxan qızına satmış, həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı İmanxan qızının adına xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki 0.065 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixindən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestri ndə qeydiyyata alınsa da, həmin torpaq sahəsi 1999-cu ildən tərəflərin istifadəsində olmuş, həmin müdətdə qeyd edilən torpaq sahəsinin üzərində yaşayış üçün tikili tikilmiş, tərəflər həmin tikilidən yaşayış yeri kimi istifadə etmişlər. Həmin tikili özbaşına tikilidir. İş materiallarından görünür ki, Cavabdeh iddiaçının oğlu 1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. iddiaçı 1999-cu ildə Abşeron rayonu Saray qəsəbəsindəki üzümçülük sovxozu ərazisində, indiki Çənlibel küçəsində yerləşən, X6 məxsus 0,10 ha torpaq sahəsini 1000 ABŞ dollarına almışdır. Torpaq sahəsinə dair qeydiyyat vəsiqəsi olmadığı üçün iddiaçı ilə razılaşmışdılar ki, sənədləşdirmə işləri gələcəkdə onların vəsaiti hesabına icra olunacaq. 1999-cu ilin yay və payız aylarında həmin torpaq sahəsində 4 otaqlı ev inşa edilmişdir. Evdə iddiaçı, oğlu və oğlunun ailəsi, yəni arvadı Cavabdeh və uşaqları yaşamağa başlamışdılar. 2011-ci ildə Cavabdeh ilə Məhərrəm Aslanov arasında bağlanmış nikah pozulmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh torpaq sahəsinin onun tərəfindən alındığını və tikilinin onun vəsaiti hesabına inşa edildiyini əsas göstərərək bu işdən əvvəl başqa bir icraatda mübahisə açmışdır. Həmin iş üzrə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, qətnaməsi ilə iddiaçı Cavabdeh X6 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddiası təmin edilmiş, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən X5 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair Cavabdeh ilə X5 arasında alqı-satqı müqaviləsinin bağ lanmış hesab edilməsi, iddia predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı İmanxan qızının X6 və X2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsindən və evdən çıxarma və evə köçürmə tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2014-cü il tarixli qətnaməsindən görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı İmanxan qızının apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2013cü il tarixli qətnaməsi qismən-“iddia predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı İmanxan qızının Cavabdeh qarşı torpaq sahəsinə və evə köçürülmə tələbi rədd edilsin” hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmiş, İddiaçı İma nxan qızının ünvan 2 ünvanında yerləşən evə və oradakı 0,10 ha həyətyanı torpaq sahəsinə köçürülməsi, qətnamə - “iddiaçı Cavabdeh X6 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi təmin edilərək, xx xxxx 2013- cü il tarixli çıxarışa əsasən X5 mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair Cavabdeh ilə X9 arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin” və “iddia predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı İmanxan qızının X6 və Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilsin, torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddiasının rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2014c ü il tarixli qərarından görünür ki, üçüncü şəxs İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2014-cü il tarixli qətnaməsi qismən-iddiaçı Cavabdeh X6 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddiasının təmin olunması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərar qəbul edilmiş, iddiaçı Cavabdeh X6 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddiası rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh qarşı pul tələbinə dair iddia vermişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X6 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 90.000 manat pulun X3 alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, cavabdeh X5 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. İş materiallarında olan “Ekspert” LTD müəssisəsinin xx xxxxxx 2018-ci il tarixli arayışından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində daşınmaz əmlakın (ev, bina və mənzil) orta aylıq kirayə haqqı 150 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə istifadə hüququna xitam verilməsi ilə b ağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norm ası olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqın da razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək 4 hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi üçün ilk öncə bu tələb mülkiyyətçi tərəfindən irəli sürülməlidir. Ona görə də hazırkı işdə Mülki Məcəllənin 228-ci maddəsinin qanunun analogiyası üzrə tətbiqi üçün mübahisəli özbaşına tikilinin kim tərəfindən tikilməsi məsələsinə diqqət yetirilməlidir. Lakin iş materiallarından göründüyü kimi mübahisəli özbaşına tikilinin kim tərəfindən tikilməsi məsələsi tərəflər arasında mübahisə predmetidir. Ona görə də hazırkı iş üzrə qanunun analogiyasını tətbiq etməklə mübahisənin həlli qeyri-mümkündür. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan tikilinin iddiaçı tərəfindən inşa edilməsi ehtimal olaraq qəbul edildiyi halda da iddiaçı tərəfindən təklif olunan 7000 manat kompensasiya mülkiyyətçinin hesabına istifadəçilərə, yəni cavabdehlərə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verməsi üçün kifayət deyildir və təklif edilən məbləğ evdən istifadə hüquqlarına xitam verilməsinin əvəzində adekvat məbləğ sayıla bilməz. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-661/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-661/2020
04.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver