Məhkəmə qərarları › İş №2(102)-661/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-661/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-661/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sabunçu rayon İcra şöbəsi, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, könüllü icra müddəti, hərracın keçirilmə qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğ lundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sabunçu rayon İcra şöbəsi, Cavabdeh3 ASC və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-6555/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzili X3 mülkiyyətində olmuşdur. Cavabdeh3 ASC ilə "xxxx" firması arasında kredit müqaviləsi bağlanmış, müqavilənin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış və həmin mənzil ipotekaya qoyulmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 nömrəli, 11 aprel 2019-cu il tarixli qərardadına əsasən, Sabunçu Rayon Məhkəməsinin 2(008)-869/2017 nömrəli, 04 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, borcun ipoteka predmetinin ilkin satış qiyməti 128000 manat müəyyən edilməklə, Bakı şəhəri, Vidadi küçəsində istifadədə olan 0.02196 ha torpaq sahəsində yerləşən 85 nömrəli, 2 mərtəbəli binada 85.4 kv.m ümumi, 70 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 1 nömrəli mənzilə və ipoteka predmetinin ilkin satış qiyməti 115000 manat müəyyən edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gən cəvi küçəsi, ev 18 ünvanında yerləşən 82.55 kv.m ümumi sahəsindən ibarət 4 otaqlı 26 nömrəli mənzilə yönəldilməsi, əmlakların açıq hərracdan satılması və məcburi qaydada boşaldılması, satışdan əldə olunan vəsaitin banka ödənilməsi qərara alınmışdır.

3. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 05 oktyabr 2021-ci il tarixli İcraata başlamaq haqqında qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 nömrəli, 11 aprel 2019-cu il tarixli icra sənədi xx.xx.2021-ci il tarixdə icra məmuru X4 icraatına daxil olmuş və borclu "xxxx" Firması, X6, İddiaçı, X1, X7 və X2 10 gün müddətində icranı könüllü olaraq təmin etmələri təklif olunması qərara alınmışdır. 4. xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə müqavilənin surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M əshəti Gəncəvi küçəsində yerləşən 18 saylı evin 26 saylı mənzili 73312,50 manata Cavabdeh3 ASC əldə etmişdir.

5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil “Bank VTB (Azərbaycan) ASC-nin mülkiyyətindədir və xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı X13»” MMC-nin hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/20 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətna mə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilinin satılmasına dair “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-nin hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin mənzilə dair Cavabdeh3 ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kredit müqaviləsi üzrə Banka ol an borcunun bir hissəsini ödəmiş, sonradan COVİD-19 xəstəliyi ilə əlaqədar iş yerləri bağlandığına görə üzrlü səbəbdən qalan məbləği ödəyə bilməmişdir. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən ona heç bir rəsmi və şifahi məlumat verilmədən mülkiyyətində olan mənzilin hərrac vasitəsi ilə satılması üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-yə göndərilmişdir. Heç bir məlumat vermədən mülkiyyətində olan mənzili hərraca çıxararaq hərracın keçirilməsini xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə təyin etmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC tərəfindən ipoteka saxlayana və ipoteka qoyana birinci elan barədə bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış, ikinci elan barədə bildiriş keçirilməsinə 15 gün qalmış təqdim etməli olduğu halda, cavabdeh ona hərracın keçirilməsi barədə heç bir bildiriş göndərməyərək qanunvericiliyin tələblərini pozmuşdur. Mülkiyyətində olan əmlaka dair hərrac keçirilsə də, ona bu barədə heç bir məlumat verilməmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1981/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubu əsasında “Daşınar və Daşınmaz Əmlakların Satışı X13»” MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilə dair keçirilmiş hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli Protokolun ləğv edilməsi, həmin hərracın nəticələrinin etibarsız hesab olunması və alqı-satqı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab olunması, ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1120/2019 nömrəli, 11 aprel 2019-cu il tarixli icra sənədi Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4 icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və borclulara icra sənədində qeyd olunanları icra edil məsi üçün 10 gün könüllü müddət təklif etmişdir. Lakin icra məmuru verilmiş 10 gün könüllü icra müddətinin bitməsini gözləmədən “Daşınar və Daşınmaz Əmlakların Satışı X13»” MMC-yə xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi üçün sifariş məktubu göndərmişdir. xx.xx.2021-ci il tarixdə Hərracın yekunları barədə müqavilə bağlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsində yerləşən 18 saylı evin 26 saylı mənzili 73312,50 manata Cavabdeh3 ASC əldə etmişdir. Bu qaydaların pozulması ilə keçirilmiş hərrac etibarsızdır.

11. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri pozularaq keçirilmiş hərrac və həmin hərracın yekunlarına əsasən xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən mənzilə dair Çıxarış ləğv edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəninin hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.2, 36.1, 41, 42.1 və 44-cü, İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 8.3, 17.1.4, 19.1.3, 44.1.3, 44.2, 53.1, 53.2 və 53.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1 və 416-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh3 ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələblərinin rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması və düzgün tə tbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş, birinci instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipi kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin məhkəmə iclasında iştirak etməyən və iş üzrə cəlb olunmuş yeni cavabdehlərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin etməmiş, eləcə də, iş üzrə cəlb olunmuş yeni cavabdehlərə nə yeni iddia tələbi barədə nə də məhkəmə baxışı iclasının yeri və vaxtı barədə heç bir məlumat verməmişdir. Bundan başqa, İddiaçı iddia tələbində hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini məhkəmədən xahiş etdiyi halda məhkəmə qətnaməsində proto kolun ləğv edilməsini qət etmiş, bununla da, mülkiprosessual qanunvericiliyin tələblərini pozaraq, iddia tələblərindən kənara çıxmışdır. Qeyd olunan hallar, prosessual hüquq normalarının kobud şəkildə pozulması hesab olunur və qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmçinin qeyd edir ki, mübahisələndirilən hərrac ipoteka predmetinin satılması ilə əlaqədar olduğundan, “İpoteka haqqında” Qanunun 42-ci maddəsində nəzərdə tutulan hərracın keçirilmə qaydasına əsasən təşkil edilmiş və keçirilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hərracın qanunvericilikdə nəzərdə tutulmuş keçirilmə qaydalarına əsasən keçirilib-keçirilməməsi ümumiyyətlə yoxlanılmamış və bununla əlaqədar əldə olunmuş sübutlara qiymət verilməmişdir. İş materiallarında olan sü butlardan müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına qanunla nəzərdə tutulmuş qaydada tam riayət edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 19 oktyabr 2022-ci il tarixli, 2(103)-6555/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilk növbədə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı iddia tələbində hərracın yekunları barə də xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli protokolun etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə tərəfindən protokolun ləğv edilməsi nəticəsinə gəlinmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixli iddia tələbinin həcminin artırılmasına dair ərizəsi üzrə yeni cəlb olunmuş cavabdehlərə məlumat verməmiş və onların iddia tələbinə etiraz vermək hüquqlarından məhrum etmişdir. Nəticədə ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipi kobud şəkildə pozulmuşdur.

17. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarına əsasən, hərracın keçirilməsi ilə bağlı bildirişlərin iddiaçının qeydiyyatda olduğu ünvana göndərildiyi, iddiaçının isə ilkin hərracın keçirilməsi barədə bildirişi qəbul etdiyi, lakin təkrar hərracın keçirilməsi barədə bildirişi qəbul etmədiyi müəyyən olunmuşdur. Buna baxmayaraq, təkrar hərracın keçirilməsi barədə bildiriş çatdırılmış hesab edilməlidir. Belə ki, iddiaçı hazırkı tələblə çıxış edərkən qeyd etdiyi ünvanla, hərrac xidməti tərəfindən göndərilən bildirişlərin qeyd edildiyi ünvan eynidir, yəni ünvan 2ənzil 16-dır. Göründüyü kimi, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar xx.xx.2021-ci il tarixli 82/01 saylı protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kol legiyası hesab edir ki, mübahisəsi gedən daşınmaz əmlakın hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçının xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizli keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır.

18. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməklə borclulara icra sənədində qeyd olunanları icra edilməsi üçün 10 gün könüllü müddət təklif edilməsinə baxmayaraq 10 gün könüllü icra müddətinin bitməsini gözləmədən, yəni 8 gün sonra “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-yə xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi üçün sifariş mək tubu göndərməsi mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu kimi hesab edilə bilməz.

19. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinin kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbinin xx.xx.2021-ci il tarixli, 87/02 nömrəli protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin, iddiaçının tələbi əsassız olmaqla qanuni əsaslar olmadan mübahisəli əmlakın onun mülkiyyətçisindən geri almaq niyyətini təsdiq edir.

20. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Əraz i İdarəsi tərəfindən həmin mənzilə dair Cavabdeh3 ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, hazırkı iş üzrə protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqı barədə müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd olunduğu üçün çıxarışın ləğv edilməsi üçün də heç bir əsas mövcud deyildir və həmin hissədə əlavə araşdırmanın aparılmasına lüzüm yoxdur. Odur ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir.

21. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.2, 41, 42.1, 44-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 8.3, 44.1.3, 44.2, 53.1, 53.2, 53.3-cü, Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 416, Mülki Prosessu al Məcəllənin 14.2, 77.1, 372.6, 384.0.2, 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti belə əsaslandırılmışdır, mülkiyyətində olan yaşayış sahəsi hərraca çıxarılarkən ona hərracın keçirilməsi barədə heç bir məlumat verilməmiş, bununla qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. 30 dekabr 2021-ci il tarixdə mülkiyyətində olan yaşayış sahəsi bank tərəfindən hərracdan alınsa da, hərrac təşkilatçısı və bank iddiaçıya keçirilən hərraclarla bağlı heç bir məlumat verməmişdir. Kuryer xidmətləri üçün müəyyən edilən 226595 nömrəli mədaxil qəb zində olan imza iddiaçıya məxsus deyil, çünki orada göstərilən imza ilə iddiaçıya məxsus olan imza tam fərqlidir. Həmin qəbzə “Səfərova” soyadı qeyd edərək iddiaçının adından özləri imza etmişlər. Məhkəmə kollegiyası tərəfindən işə baxılarkən bununla bağlı heç bir araşdırma aparılmamış, halbuki bu hal iddia ərizəsində konkret qeyd edilmiş və xətşünaslıq ekspertizası keçirilməsi tələb olunmuşdur.

24. Həmçinin, təkrar hərracın keçirilməsi barədə 248014 nömrəli mədaxil qəbzində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilində kirayəçi yaşayır. Halbuki, qeyd olunan mənzildə həmişə iddiaçının özü yaşamış, həmin mənzil heç vaxt kirayəyə verilməmişdir. Eyni zamanda bildirir ki, hərracın keçirilməsindən 9 gün sonra iddiaçıya b ildiriş göndərilmişdir. Məhkəmə isə hərracın keçirilməsi ilə bağlı qanun pozuntularına göz yumaraq heç bir araşdırma aparmamış, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən hərracın qanunvericiliklə müəyyən edilmiş müddətdə keçirilib-keçirilməməsinə hüquqi qiymət verməmiş, bununla da qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

25. Bundan əlavə qeyd edir ki, behin qanunvericiliklə müəyyən olunmuş qaydada qoyulmaması, hərracda azı iki nəfərin iştirakının təmin olunmaması hərracın qaydalarının pozulduğunu göstərir. Belə ki, hazırkı işdə hərracda azı iki nəfərin iştirak etməsi, həmçinin iştirakçıların hərracda iştirak etməsi üçün beh qoymaları halı təsdiq olunmur.

26. Həmçinin, icra məmuru tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında xx.xx.2021-ci il t arixli qərarın surəti iddiaçıya göndərilməmişdir. Eyni zamanda icra məmuru 10 gün könüllü icra müddətini gözləmədən 13 oktyabr 2022-ci il tarixdə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, 18 saylı evin, 26 saylı mənzilini hərracdan satılması üçün «Daşınar və Daşınmaz Əmlakların Satışı X13» MMC-nə göndərmişdir. Halbuki, könüllü icra müddəti keçmədən məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.

27. Qeyd olunanlardan əlavə, məhkəmə əsas cavabdeh olan «Daşınar və Daşınmaz Əmlakların Satışı X13» MMC-nin və digər cavadehlərin iştirakını təmin etməli olduğu halda, cavabdehlərin məhkəmədə iştirakını təmin etməyərək sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməyərək, qanunvericiliyin tələbini pozmaqla birinci instansiya məhkəməsinin qət naməsini formal mülahizələrlə əsassız ləğv edərək, kobud maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməklə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

30. Maddə 317.1 borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

31. Maddə 319.1 əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklər in yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

32. Maddə 416 bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə 34.1 ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda

34. Maddə 39.2 ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.

35. Maddə 41.1 ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

36. Maddə 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka p redmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir.

37. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac a ddımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

38. Maddə 44 “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Maddə 8.2 icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

40. Maddə 8.3 icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.

41. Maddə 44.1.3 könüllü icra üçün icra məmuru tərəfindən borc luya verilmiş müddətin keçməsi, məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır.

42. Maddə 44.2. bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.

43. Maddə 53.1 üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

44. Maddə 53.2 borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əmə liyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

45. Maddə 53.3 əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.

49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

55. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir.

56. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməklə borclulara icra sənədində qeyd olunanları icra edilməsi üçün 10 gün könüllü müddət təklif edilməsinə baxmayaraq 10 gün könüllü icra müddətinin bitməsini gözləmədən, yəni 8 gün sonra “Daşınar və Daşınmaz Əmlakların Satışı X13” MMC-yə xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi üçün sifariş məktubu göndərməsi mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəa larının kobud pozuntu kimi hesab edilə bilməz.

57. Bununla bağlı qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)1120/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclulara icra sənədində qeyd olunanların könüllü olaraq icra edilməsi üçün 10 gün müddət təklif etmişdir. Lakin icra məmuru bu müddəti gözləmədən xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi üçün hərrac mərkəzinə sifariş məktubu göndərmişdir. 58. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borc lu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

59. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri (mübahisə üzrə qərarın kontekstində “könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi” əsası) olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir.

60. Göründüyü kimi qanunun normaları borcluya təklif edilmiş 10 gün könüllü icra müddətini gözləmədən məcburi icra tədbirlərini həyata keçirmək üçün hər hansı istisna qaydalar müəyyən etməmişdir.

61. Buna baxmayaraq apellyasiya məhkəməsi qeyd olunan qanun pozuntusunu kobud pozuntu hesab etməmiş və bu nəticəyə gələrkən hansı qanun normasına istinad etdiyini qeyd etməmişdir.

62. Bundan başqa, apellyasiya məhkəməsinin “hərracın yekunları üzrə əmlakın alqısatqı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” barədə gəldiyi ilə də razılaşmır.

63. Apellyasiya məhkəməsi bu hissədə mövqeyi ondan ibarət olmuşdur ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmiş, iddiaçı ilkin hərracın keçirilməsi barədə bildirişi qəbul e tmiş, təkrar hərracın keçrilməsi barədə bildirişi isə qəbul etməmişdir. Təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar xx.xx.2021-ci il tarixli 82/01 saylı protokol tərtib edilmişdir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndəri r. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir.

65. İş materiallarında isə hərracların keçirilməsinə dair kütləvi informasiya vasitələrində və hərrac təşkilatçısının özünün rəsmi internet saytında hər hansı məlumatın dərc edilməsinə dair sübut aşkar edilməmişdir.

66. Apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

67. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd edilən halların aradan qaldırılması üçün müvafiq araşdırma aparmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.

68. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.

69. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

70. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-6555/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar