Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6611/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MTK və Bakı şəhəri İcra Hakimiyyəti cəlb olunmaqla “mənzildən məcburi çıxarılması, mənzilə köçürülmə, maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulması barədə ilkin Cavabdeh4 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “miras əmlakda payların müəyyən edilməsi” barədə qarşılıqlı Müstəqil tələb irəli sürən üçüncü şəxslər X2, X3 və X1 cavabdeh İddiaçı qarşı “çıxarışın ləğv edilməsi və paylarının tanınması” tələblərinə dairmülki iş üzrə QƏRARİ Açar sözlər: kassasi ya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızının sədrliyi və məruzəsi ilə, Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(103)6320/2021 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar Bakı Apelyasiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(103)-6320/2021 nömrəli məktubuna baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(103)6320/2021 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kol legiyasının 2(102)-6611/2021 nömrəli 15.10.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədov 2(103)6320/2021 nömrəli 29.10.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edib hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(103)-6320/2021 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən kassasiya şikayətinin verildiyini qeyd edərək həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədov məktubunu nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayətinin icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-c i maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6611/2021 nömrəli 15.10.2021-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6611/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6611/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver