Məhkəmə qərarları › İş №2(102)-6618/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6618/2021

20.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6618/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X4 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Maddi hüquq normalarının pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X4 Təsərrüfatı Mərkəzinin vəkili X1 iştirakı i lə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1379/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında meşə gözətçisi vəzifəsində işləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2052,76 manat məbləğində vurulmuş ziyanın cavabdehdən alınıb Müəssisəsinin kassasına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Rafiq Kazımov) 28 dekabr 2010-cu il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh etirazı əsasında məhkəmənin 05 noyabr 2020-ci il tarixli qərardadı ilə 28 dekabr 2010-cu il tarixli məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçı ləğv edildiyindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X4 Təsərrüfatı Mərkəzi (bundan sonra – iddiaçı və ya Müəssisə) iddiaçı qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçı nümayəndəsi iddianı müdafiə edərək göstərmişdir ki, keçmiş İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında Cavabdeh işlədiyi dövrdə müəssisəsinin meşə mühafizə işçiləri tərəfindən 31 avqust 2008-ci il tarixdə meşələrin mühafizəsi vəziyyətini araşdırmaq məqsədi ilə aparılmış yoxlama zamanı 833,64 manat məbləğində 106,99 kub. metr həcmində fısdıq cinsindən müxtəlif diametrli ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. 03 sentyabr 2008-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin mütəxəssisi tərəfindən aparılmış birgə operativ nəzarəti yoxlama zamanı 1704,51 manat məbləğində fısdıq və ağcaqayın cinsindən 273,16 kub metr həcmində ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2008-ci il tarixli 370 S nömrəli sərəncamına əsasən həmin dolayının X6 Qoruğuna verilməsi ilə aparılmış təhvil - qəbul zamanı 93,17 manat ziyan aşkarlanmışdır. Beləliklə aparılmış 3 yoxlama zamanı 2631,32 manat məbləğində meşə fonduna vurulmuş ziyandan ödənilməmiş 2052,76 manat ziyan qalmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq e dilməsinə baxmayaraq cavabdeh həmin ziyanı ödəməkdən imtina edir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı tərəfindən tərtib edilmiş 31 avqust 2008-ci il tarixli aktda əsasən, cavabdeh Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayısından meşə qanunvericiliyini pozaraq gizli yolla müxtəlif diametrli 106,99 kub.metr həcmində fısdıq ağaclarını kəsərək dövlət meşə fonduna 833,64 manat məbləğində ziyan vurmuşdur. Əlavə edilmiş İddiaçı tərəfindən tərtib edilmiş 03 sentyabr 2008-ci il tarixli akta əsasən cavabdeh Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayısından meşə qanunvericiliyini pozaraq gizli yolla müxtəlif diametrli 273,16 kub metr həcmində fısdıq və ağcaqayın ağaclarını kəsərək dövlət meşə fonduna 1704,51 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı e tiraf etməyərək izahatında göstərmişdir ki, İddiaçınə 2052,76 manat məbləğində borcu olması barədə iddia tələbi əsassızdır. O, göstərilən məbləğdə ziyan vurmamış və həmin ziyanın ona heç bir aidiyyəti yoxdur. Ona bildirilmişdir ki, 500 manat pul ödəməlidir, o da 2008-ci ilin sentyabr ayında həmin pulu ödəmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 4/202 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş Balakən Rayon Meşə Mühafizəsi və X2 Meşəbəyliyinin 8 saylı meşə dolayısında kəsilmiş ağaclar barədə tərtib edilmiş 31 avqust 2008-ci il tarixli aktın sonunda «3» rəqəmi qarşısındakı imza, 03 sentyabr 2008-ci il tarixlərdə tərtib edilmiş aktın sonunda «4»rəqəmi qarşısındakı imza,31 avqust 2008-ci il tarixli qanunsuz kəsilmiş ağacların ilkin siyahısının sonunda «3» rəqəminin qarşısındakı imza – cavabdeh tərəfindən icra olunmuşdlur. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 07 may 2021-ci il tarixli 2(019)-1/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tətqiq edilən sübutlar əsasında müəyyən edildi ki, cavabdeh keçmiş İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında meşə gözətçisi işlədiyi dövrdə sözügedən meşə dolayısından müxtəlif vaxtlarda meşə qanunvericiliyini pozaraq gizli yolla müxtəlif diametrli fısdıq və ağcaqayın cinsindən olan ağaclarını kəsib dövlət meşə fonduna 2631,32 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh ziyanın 578,56 manatını ödəmiş, 2052,76 m anat məbləğində ziyan isə ödənilməmiş qalmışdır. Ona görə də, həmin pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin dolayıda ağac qırma hallarına rast gəlinmişdir. Lakin həmin ağacların qırılmasında o, təqsirkar olmamışdır. Həmin qırıntılar onun işlədiyi müddətdə olmamışdır. Həmin ağac qırıntıları ilə bağlı o heç bir məsuliyyətə cəlb edilməmişdir və onun həmin işdə təqsiri sübuta yetməmişdir. Heç bir məsuliyyətə cəlb edilmədiyi və təqsirli olmağı sübut olunmadığı halda, İddiaçı guya Müəssisəyə onun tərəfindən ziyan vurulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Onun qanunsuz ağac kəsilməsində və müəssisəyə 2052,76 manat ziyan vurulmasında təqsirli olması iş materiallarında yoxdur, iddiaçı tərəf də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Məhkəmə birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığını hesab edərək məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi eyni normalara istinadla əsaslandırmışdır. Cavabdeh (vəkil N ümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə heç bir qiymət verməm işdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatıbı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərin i nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdehin keçmiş İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında meşə gözətçisi vəzifəsində işləməsi işin mübahisə edilməyən halıdır. İddiaçı müəssisə hazırki iddia tələbində cavabdehin müəssisədə işlədiyi dövrdə qanunsuz olaraq ağacların kəsilməsini göstərmiş və tərtib edilmiş aktlara əsasən 2052,76 manat pulun cavabdehdın iddiaçının xeyrinə tutulmasını tələb etmişdir. İddia tələbinin təmin edən birinci instansiya məhkəməsi və onun gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin mülki hüquq pozuntuları (de liktlərlə) bağlı normalara istinad edərək hesab etmişlər cavabdehin əməlləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Lakin işə baxan məhkəmələr bu qənaətə gələrkən tərəflər arasında olan münasibətləri düzgün müəyyən etməmiş, nəticədə mübahisəyə aid olmayan normaları tətbiq edərək maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmələr mübahisəyə mülki hüquq pozuntuları ilə bağlı normaları tətbiq edərkən nəzərə almamışdır ki, işin mübahisələndirilməyən hallarına gərə, cavabdeh iddiaçı müəssisənin (keçmiş İddiaçı) işçisi olmuş, meşə gözətçisi işləmiş, tərəflər arasında əmək münasibətləri olmuşdur. Təbiətə ziyan dəyməsi cavabdehin hərəktləri nəticəsində deyil, onun hərəkətsizliyi, işçi kimi öz vəzifələrini layiqincə yerinə yetirməməsi nəticəsində olmuşdur. İddiaçı tərəfind ən vurulduğu hesab edilən ziyanın da məhz cavabdehin müəssisədə meşə gözətçisi işlədiyi dövrdə, onun nəzarət etdiyi meşə sahəsində müəyyən edildiyi bildirilmişdir. Belə olan halda məhkəmələr irəli sürülən iddia tələbinin qanuni əsasını müəyyən edərkən mülki hüquq pozuntuları ilə bağlı normalara deyil, Əmək Məcəlləsinin əmək münasibətlərini tənzimləyən normalara istinad etməli idilər. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İşə baxan məhkəmələr işdə olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğuun qiymətləndirməyərək həmçinin pro sessual hüquq normalarının tələblərini pozmuşlar. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməli, tərəflər arasında olan həqiqi münasibətləri müəyyən etməli, əmək münasibətlərində tərəflərin maddi məsuliyyətini tənzimləyən normalara istinad edərək hazırki mübahisəni həll etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1379/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar