Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-662/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X3 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, ərizəçi X2, vəkili X4 oğlu və maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin vəkili Abdullayev Fərid Razim oğlunun iştirakı ilə, Ərizəçi X2 və vəkili X4 oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin ( A.M.Süleymanova) x nömrəli, 06 may 2019-cu il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, X1 1973-cü ilin yanvar ayından 1976-cı ilin may ayına kimi və 1978- ci ilin may ayından 1993-cü ilin avqust ayına kimi Cəbrayıl rayonunda yerləşən “Səməd Vurğun” adına kolxozda kolxozçu işləməsi faktının müəyyən edilməsi və həmin müddətin sosial sığorta stajına hesablaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakim S.A.Qafari (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və F.Ə.Məmmədov) xnömrəli, 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin apellyasiya şikayəti təmin edilməsi, Sumqayıt şəhər məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ərizəçi X1 maraqlı şəxs D övlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: Ərizəçi X2 maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 26.08.1957-ci ildə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuşdur. Cəbrayıl rayonundan məcburi köçkündür. Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatdadır və halhazırda x ünvanında ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. O, 1973-cü ilin yanvar ayından 1976-cı ilin may ayına kimi Cəbrayıl rayonunda yerləşən “Səməd Vurğun” adına kolxozda kolxozçu işləmişdir. 1976-cı ilin may ayından 1978-ci ilin may ayına kimi Sovet Ordusunda xidmət etmişdir. Hərbi xidmətdən qayıdandan sonra, yəni 1978-ci ilin may ayından 1993-cü ilin avqust ayına kimi yenə də Cəbrayıl rayonunda yerləşən “Səməd Vurğun” adına kolxozda kolxozçu işləmişdir. Cəbrayıl rayonunun Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunması səbəbilə ona məxsus olan əmək kitabçası da rayonda qalmışdır. Hazırda onun 1973-cü ilin yanvar ayından 1976-cı ilin may ayına kimi və 1978-ci ilin may ayından 1993-cü ilin avqust ayına kimi Cəbrayıl rayonunda yerləşən “Səməd Vurğun” adına kolxozda kolxozçu işləməyini təsdiq edən hər hansı bir sənəd yoxdur. O, bununla əlaqədar olaraq Cəbrayıl rayon dövlət Arxivinə müraciət etmişdir. Oradan ona ünvanlanan məktubda qeyd olunur ki, Cəbrayıl rayonu, 23.08.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon “Səməd Vurğun” adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etdiyini bildirir. Qeyd edir ki, onun 1973-cü ilin yanvar ayından 1976-cı ilin may ayına kimi və 1978-ci ilin may ayından 1993-cü ilin avqust ayına kimi Cəbrayıl rayonunda yerəşən “Səməd Vurğun” adına kolxozda kolxozçu işləməsini onunla birlikdə işləmiş şahidlər də təsdiq edə bilərlər. Faktın müəyyən olunması ona əlilliyə görə pensiya təyin olunarkən iş stajının da nəzərə alınması üçün lazımdır. Göstərilənlərə əsasən, onun 1973-cü ilin yanvar ayından 1976-cı ilin may ayına kimi və 1978-ci ilin may ayından 1993-cü ilin avqust ayına kimi Cəbrayıl rayonunda yerləşən “Səməd Vurğun” adına kolxozda kolxozçu işləməsi faktının müəyyən edilməsi və həm in müddətin sosial sığorta stajına hesablamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəçi X2 və vəkili X4 oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi X2 və vəkili X4 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin vəkili Abdullayev Fərid Razim oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kas sasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkə mə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından görünür ki, X2 maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı ərizə ilə müraciət edərək, onun 1973-cü ilin yanvar ayından 1976-cı ilin may ayına kimi və 1978-ci ilin may ayından 1993-cü ilin avqust ayına kimi Cəbrayıl rayonunda yerləşən “Səməd Vurğun” adına kolxozda kolxozçu işləməsi faktının müəyyən edilməsi və həmin müddətin sosial sığorta stajına hesablamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərarlar qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, ərizənin rədd edilməsi nəticəsini onunla əsaslandırmışdır ki, ərizəçi həmin faktı başqa qaydad a təsdiq edilməsinin mümkünsüzlüyü barədə tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyanın gəldiyi nəticəni əsassız hesab edir. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması «Qaydaları»nın 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədləri üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəl adə hallarla bağlı) təqdim edə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçi Cəbrayıl rayonundan məcburi köçkündür. Həmin rayon 1993cü ilin 28 avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və həmin səbələrdən Cəbrayıl rayonu “Səməd Vurğun” adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır. Apellyasiya isntansiya məhkəməsi ərizəçinin həmin fa ktı başqa qaydada təsdiq edilməsini mümkünsüzlüyü barədə tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etməməli nəticəsinə gələrkən iş üçün xüsusi əhəmiyyəti kəsb edən yuxarıda göstərilən halları nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qanunvericiliyin göstərilən tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilən səbəblərdən belə nəticəyə gəlir ki, ərizəçinin kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şər h edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-662/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-662/2020
21.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver