Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-662/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işə bə rpa və s. tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2(103)-6517/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və “Azər-Türk Bank" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müddətsiz əmək müqaviləsi əsasında İddiaçı "Azər-Türk Bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. 2. “Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədrinin xx.xx.2021-ci il tarixli, 143/k nömrəli əmri ilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin birinci hissəsinin c) bəndi rəhbər tutularaq, “İnformasiya ehtiyatlarından istifadə qaydaları”nın pozulması ilə bağlı "AzərTürk Bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi İddiaçı 25 iyun 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək işdən kənarlaşdırılmışdır. 3. “Xəzər” tibb mərkəzi tərəfindən tərtib edilmiş əmək qabiliyyətinin olmamasına dair 166695 saylı vərəqədə İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilməsi əksini tapmışdır. 4. “Azər-Türk Bank" ASC-nin idarə heyətinin sədrinin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 162/k nömrəli əmri ilə, Cavabdeh ASC-nin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi İddiaçı müvafiq qanunvericiliklə müəyyən edilmiş tələbləri icra etməməklə yol verdiyi hüquq pozun tusu nəticəsində bankın qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə, onunla bağlanmış əmək müqaviləsinə 13 iyul 2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. 5. “Xəzər” tibb mərkəzi tərəfindən tərtib edilmiş əmək qabiliyyətinin olmamasına dair 166935 saylı vərəqədə göstərilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi (bundan sonra DƏM Bakı şəhər İdarəsi) tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarla, "xxxx" ASC-nin vəzifəli şəxsi X3, İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verdiyinə gör ə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir.
7. DƏM Bakı şəhər İdarəsinin həmin qərarından verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 3(006)-2921/2021 nömrəli qərarı ilə təmin edilmiş, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir.
8. Lakin Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 3(103)-2916/2021 nömrəli qərarı ilə DƏM Bakı şəhər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 3(006)-2921/2021 nömrəli qərarı ləğv edilərək, X2 şikayəti təmin edilməmiş, 20 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqın da qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra iddiaçı) "xxxx" ASC-nə (bundan sonra cavabdeh və ya ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli əmrinin etibarsız sayılması, xx.xx.2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqının ödənilməsi, ASC-də Müştəri Xidmətləri Mərkəzinin Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, maddi ziyan kmi 2.400 manat, mənəvi ziyan kimi isə 10.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi b elə əsaslandırılıb ki, iddiaçı xx.xx.2014-cü il tarixdən işlədiyi dövrdə nümunəvi və nüfuzlu bank işçisi olmuş, 40 il bank sektorunda fasiləsiz fəaliyyət göstərmişdir. Cavabdeh onu xx.xx.2021-ci il tarixdə bülletendə olduğu vaxt qanunsuz və əsassız olaraq işdən azad etmişdir. İşəgötürən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin e) bəndinə əsaslanıb həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam vermişdir. Bundan öncə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 62-ci maddəsinin c) bəndinə əsasən işdən kənarlaşdırılmışdır. Onun barəsində səlahiyyətli orqanlar tərəfindən barəsində inzibati və ya cinayət məsuliyyəti tədbiri görülmədiyi halda işdən kənarlaşdırılmış, sonradan 12 iyul 2021-ci il tarixdə işə buraxılmışdır. Əsassız olaraq işdən kənarlaşdırıldığı vaxtda, 25 iyun 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək əmək haqqı ödənilməmiş, bununla işəgötürən onun əmək hüquqlarını pozmuşdur. Əmək hüquqlarının bərpa olunması üçün 23 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət olunmuş, müraciətə baxılmış və məsələ ilə bağlı müvafiq tədbir görülmüşdür. DƏM Bakı şəhər İdarəsinin 20 sentyabr 2021-ci il tarixli, **********8 saylı məktubu ilə iddiaçının ərizəsinə cavab verilmiş, işəgötürənə əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli 162/n saylı əmrin ləğv edilərək, əvvəlki iş yerinə bərpa olunması barədə göstəriş xarakterli məktub göndərmişdir. Lakin cavabdeh onu hazırkı vaxtadək işinə bərpa etməmişdir. İşdən azad edilərkən əmrin surəti, əmək kitabçası, son haqq-hesab həmin gün ona verilməmiş, son -haqq hesab əmək haqqı kartına xx.xx.2021-ci il tarixdə köçürülmüşdür. İddiaçı işdən kənarlaşdırıldığı müddət ərzində çox pis xəstələnmiş və əmək qabiliyyətini itirməsi barədə İnsan Resursları departamentinin işçisinə və direktoruna məlumat vermişdir. Departamentin işçisi ona zəng edib rəhbərliyin ona işə çıxması barədə göstəriş verdiyini bildirməsi səbəbindən xəstə olduğu halda xx.xx.2021-ci il tarixdə yarımçıq işləri iş yoldaşına təhvil verməsi üçün işə çıxmışdır. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində İR departamentinin işçisi ondan xəstəlik vərəqəsini tələb etmiş, o isə ona işə nə üçün çıxmasının səbəbini bildirmişdir. Bu zaman ona həmin dəqiqə işini tərk etməsi, xəstəlik vərəqəsini götürüb sonradan işini davam etdirməsinə dair göstəriş verilmiş, iddiaçı da məc buriyyət qarşısında xəstəlik vərəqəsini xx.xx.2021-ci il tarixə bağlatmışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 9-a qalmış banka gəlmiş, lakin polis aparata barmaq imzasını atmağa qoymamış, ona içəri keçməyə icazə verməmişdir. Sonradan İR departamentinin nümayəndəsi gələrək ondan xəstəlik vərəqəsini tələb etmiş, alıb yoxlamış və yenidən yuxarı qalxmış, bir az keçdikdən sonra yenidən gələrək ona bildirmişdir ki, ya öz xahişi ilə ərizə yazıb işdən çıxmalıdır, ya da işəgötürən onu maddə ilə işdən çıxaracaqdır. İşə buraxılmadığı üçün evə gəlmiş, halı çox pis olduğu üçün üstünə təcili yardım çağırılmış, xx.xx.2021-ci il tarixdə üstünə təcili yardımın gəlməsi barəsində İR departamentinə, həm də direktoruna xəbər vermişdir. xx.xx.2021-ci İl tarixdə təxminən saat 10-a qalmış İRD tərəfindən on a zəng olunmuş, işdən dünən çıxarıldığı bildirilmişdir.
11. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci bəndinin c) yarımbəndinin mətnindən də göründüyü kimi, iş yerinin səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş müvafiq normativ sənəddə nəzərdə tutulan əməli törətmiş şəxs iş vaxtı ərzində işdən kənar edilə bilər. ASC işçilərin mənafeyini qorumaq, işçilər, əmək kollektivi və bank üçün mümkün zərərli nəticələrin qarşısını almaq məqsədilə hüquq pozuntusu törətmiş şəxslərin işdən kənar edilmə əsasları haqqında 21s saylı 22 noyabr 2017-ci il tarixli sərəncam qəbul etmişdir. Cavabdeh göstərilən normativ sənədə istinad edərək, müvəqqəti olaraq bəzi işçilərin işdən kənar edilməsi qərarına gəlmişdir. Nəzərə alınmalıdır ki, hüquq pozuntula rının törədilməsi İddiaçı tərəfindən etiraf olunmuşdur və bununla bağlı iddiaçı tərəfindən verilmiş izahat məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, əməlin iddiaçı tərəfindən törədilməsi faktı araşdırmanın aparılmasını, habelə əməyin təhlükəsizliyi, fasiləsizliyi və normal iş prosesini mühafizə etmək üçün işçinin müvəqqəti olaraq işdən kənar edilməsində cavabdehin mövqeyi haqlıdır və qanunvericiliyin tələblərinə tam uyğundur. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2021-ci il tarixdə İddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı məlumatı aldıqdan sonra həmin gün saat 12 radələrində bankın inzibati binasını tərk etmiş, elə həmin gün o, yenidən “X8”nə müraciət edərək növbəti dəfə əmək qabiliyyətinin olmaması barədə vərəqə açdırmış və onun vasitəsilə manipulyasiyalar edər ək işəgötürənin əmək müqaviləsini ləğv edərkən əmək qanunvericiliyinin tələblərini pozduğunu iddia etmişdir. İddiaçı tərəfindən qanunvericilik normalarının tələblərinin və əmək müqaviləsi üzrə müəyyən edilən öhdəliklərin pozulması faktı ilk dəfə ASC-yə Azərbaycan Respublikasının Mərkəzi Bankının 21 iyun 2021-ci il tarixli 26-079272021 nömrəli məktubunda qeyd edilənlərlə bağlı ASC-nin apardığı təftişin nəticəsində məlum olmuşdur. 13 iyul 2021-ci il tarixdə isə, xətanın törədilməsinin aşkar edildiyi gündən 1 ay keçmədən ASC onun barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin "xxxx" bəndi ilə nəzərdə tutulmuş intizam tənbehi vermişdir. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intiza m xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Qanunverici bununla yalnız maliyyə fəaliyyətini deyil, həmçinin təsərrüfat fəaliyyətinin yoxlanılması - təftişi zamanı aşkar edilən hüquqpozmalara görə inzibati tənbeh verilə biləcəyini müəyyən edir. Həmçinin, adıçəkilən normada yalnız müəssisənin auditinə istinad edilmir, yoxlama və təftiş zamanı da aşkar ediləcək qüsurlara görə müvafiq tənbehin verilməsi üçün müddət müəyyən edilir. İddiaçı tərəfindən yol verilmiş intizam xətası, kənar informasiya (vətəndaş Bəyəliyeva Gülşənin müraciəti) daxil olduğu tarixdən müəssisə fəaliyyətinin təftişi zamanı müəyyən edilmişdir və hüquq pozuntusu baş verən tarixdən onun barəsində verilmiş intizam tənbehi arasındakı müddət iki ildən artıq d eyildir. Məhkəməyə bildirildiyi kimi, iddiaçı 13 iyul 2021-ci il tarixdə iş yerində olmuşdur və bu fakt cavabdeh tərəfindən məhkəməyə təqdim olunan video görüntülərdə öz əksini tapmışdır.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-490/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 162/k saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-də Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2021-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı işdən kənarlaşdırıldığı müddət üçün, yəni xx.xx.2021-ci il t arixdən xx.xx.2021-ci il tarixədək əmək haqqının hesablanaraq ödənilməsi, dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddian digər hissədə rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci və üçüncü bəndlərinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
14. Göründüyü kimi Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci və üçüncü bəndlərinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə b ilməz.
15. Məhkəmə baxışı zamanı cavabdeh tərəfin verdiyi izahatdan, həmçinin işə əlavə olunmuş materiallardan müəyyən edildiyi kimi cavabdeh iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş halı iddiaçının gəlini X1 aid şəxsi məlumatları əldə etmək üçün Bəyəliyeva Gülşənin şəxsiyyət vəsiqəsində əks olunan məlumatları xx.xx.2020-ci il tarixində Müştəri Xidmətləri Mərkəzinin direktoruna verməsi ilə əlaqələndirmişdir. Beləliklə iddiaçının işdən çıxarılmasına dair əmr, həmin intizam xətasının törədildiyi gündən 10 aydan çox müddət keçdikdən sonra, yəni 13 iyul 2021-ci il tarixində verilmişdir.
16. Məhkəmə iddiaçı barəsində intizam tənbehinin tətbiqinin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılmasının nəticəsi olması, həmin yoxlamanı bankın ildə bir də fə həyata keçirməsi və beləliklə də xətanın törədildiyi gündən iki il ərzində verilməsinin mümkün olması dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditi müəssisənin maliyyə resurslarının idarə olunmasının mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi anlamına gəlir və hazırkı mübahisənin predmeti olan intizam xətası bu anlayışın əhatə dairəsinə daxil deyildir. Bundan əlavə məhkəmə araşdırması zamanı auditor və auditor xidməti ilə bağlanmış müqavilə, auditor hesabatı kimi sənədlərin təqdim edilməsi məhkəmənin təklif etməsinə baxmayaraq cavabdeh tərəfindən təmin edilməmişdir.
17. Bundan başqa, əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin pozulmasına yol verildiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi y anında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş "xxxx" ASC-nin vəzifəli şəxsi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilməsinə dair 20 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Həmin qərarın qanuniliyini yoxlamış və dəyişdirilmədən saxlanılmasına dair qərar vermiş Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 3(103)2916/2021 saylı qərarı ilə hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyan faktlar müəyyən edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qeyd etdiklərindən görünür ki, iş materiallarında olan xəstəlik vərəqələrindən və “Xəzər” X7 Hüquqi Şəxsinin 10 dekabr 2021-ci il tarixli 33 n ömrəli sorğuya cavab məktubundan müəyyən edildiyi kimi İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar olaraq bülletendə olmuşdur. “Xəzər” X7 Hüquqi Şəxsinin yuxarıda qeyd edilən müvafiq sorğuya cavab məktubundan həmçinin müəyyən edilir ki, İddiaçı təkidi ilə xx.xx.2021-ci il tarixdə işə çıxması ilə əlaqədar olaraq xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixdə bağlanılıb, xx.xx.2021-ci il tarixdən işə yazılmışdır. Xəstəyə xx.xx.2021-ci il tarixdə təxminən axşam saat 17:00-17:30 radələrində 166695 saylı vərəqə təqdim olunmuşdur. Göründüyü kimi İddiaçı xəstəlik vərəqəsini bağlatması ilə bağlı bildirdiyi hallar “Xəzər” X7 Hüquqi Şəxsinin 10 dekabr 2021-ci il tarixli 33 nömrəli sorğuya cavab məktubu ilə də təsdiq olunur. Həmçin in iş materiallarında olan xəstəlik vərəqəsindən də görünür ki, İddiaçı həmin gün xəstə olmuş, belə ki, həmin tarixdə yenidən onun adına xəstəlik vərəqəsi açılmışdır.
19. Bundan əlavə, iş materiallarında olan diskdəki videogörüntülərdən aydın olur ki, 13 iyul 2021-ci il tarixdə İddiaçı həqiqətən də “AzərTürkBank" ASC-nin inzibati binasında olsa da, bu, onun xidməti fəaliyyəti ilə əlaqədar müvafiq əmək vəzifələrinin icrası ilə bağlı olmamış, bankın rəhbərliyi tərəfindən İddiaçı inzibati binanın işçilər üçün ayrılmış sahəsinə daxil olmaq icazəsi verilməmişdir. Belə ki, iddiaçının əl çantası kənar şəxslər üçün nəzərdə tutulmuş foyedə olan divanın üzərində olmuşdur ki, sadalanan hallar da onun həmin gün əmək funksiyalarını icra etməməsinə dəlalət edir. Belə ki, işçinin işdə olması dedikdə onun təkcə fiziki olaraq iş yerində olması deyil, həm də işçi tərəfindən müvafiq əmək funksiyalarının yerinə yetirilməsi başa düşülməlidir.
20. Hazırkı halda da iş üzrə tədqiq edilmiş sübutlardan görünür ki, 13 iyul 2021-ci il tarixdə İddiaçı iş yeri olan “YYY" Bankın inzibati binasında olsa da, bu, onun əmək funksiyalarının həyata keçirilməsi ilə əlaqədar olmamış, ona bankın işçiləri üçün ayrılmış hissəyə daxil olmaq icazəsi verilməmiş, sadəcə olaraq İddiaçı ayın 11-i tarixinə xəstəlik vərəqəsinin bağlatdırmasına nail olunub onun 13 iyul 2021-ci il tarixdə işdə olması görünütüsü yaradılmışdır. Bununla da, işçi İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin müddəaları pozulmuş, İddiaçı 13 iyul 2021-ci il tarixdə xəstə olması ilə əlaqədar bülletendə olmasına baxmayaraq, işəg ötürən tərəfindən iş yerinə çağırılaraq faktiki işdə olunması görüntüsü yaradılıb onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1 -ci bəndində əmək qabiliyyətini müvəqqəti itirən işçilərin həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi birbaşa qadağan edilmişdir.
21. Bununla da, işçi İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin müddəaları pozulmuş, iddiaçı 13 iyul 2021-ci il tarixdə xəstə olması ilə əlaqədar bülletendə olmasına baxmayaraq, işəgötürən tərəfindən iş yerinə çağırılaraq faktiki işdə olunması görüntüsü yaradılıb onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxx x" bəndi ilə xitam verilmişdir. Qeyd edilənlərə əsasən, iddia bu hissələrdə təmin olunmalıdır.
22. Bundan başqa, həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə istinadla məhkəmə hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməlidir.
23. Məhkəmə, iddianın mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması nəticəsində mənəvi sarsıntı keçirməsi nəzərə alınaraq mənəvi zərəri 1000 manat məbləğində qiymətləndirilməlidir.
24. Maddi zərərə məruz qalması barədə isə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona real zərərin vurulmas ını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
25. Məhkəmə iddianın “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi Cavabdeh ASC-nin vəzifəli şəxsi tərəfindən iddiaçı 25 iyun 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək işdən kənarlaşdırılmış, xx.xx.2021-ci il tarixli, 143/k nömrəli əmrin çıxarılmasına hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndinə istinad edilmiş, əmr Bankın və işçilərin mənafeyini qorumaq, işçilər, əmək kollektivi və Bank üçün mümkün zər ərli nəticələrin qarşısını almaq məqsədi ilə əsaslandırılmışdır. Göründüyü kimi, iddiaçı iş vaxtı ərzində inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətməsi əsası ilə işdən kənarlaşdırılsa da, onun tərəfindən törədilmiş bu əməllərin inzibati xəta və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər olması müəyyən edilməmiş, həmin əməllərin törədilməsi müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiq edilməmişdir.
26. Beləliklə, sözügedən maddənin düzgün tətbiqini təmin edən üç şərtdən heç birinin mövcud olmaması, işəgötürən tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 143/k nömrəli əmrin məhkəmə tərəfindən qanunsuz hesab edilməsi və bu müddət ərzində ödənilməmiş əmək haqqının verilməsi üçün əsasdır. Belə ki, işdən kənar edilən işçiyə işdən kənar edilən vaxt ə rzində əmək haqqının verilməməsi işçinin işdən kənarlaşdırılmasının qanun əsaslara söykəndiyi təqdirdə qanuni hesab edilə bilər.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci və 3-cü hissələrinə, 70-ci maddəsinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 72-ci maddəsinə, 74-cü maddəsinin ikinci hissəsinə, 79-cu maddəsinin 1-ci hissəsinə, 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinə, 290-cı maddəsinin 3-cü və 300-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə yanlışlıqla təsərrüfat fəaliyyətinin yoxlanılması terminini audit ilə eyniləşdirmişdir. Halbuki qanunverici aşkar şəkildə audit ilə yanaşı fəaliyyətin təftişi və yoxlamasına da həmin müddət çərçivəsində yanaşmışdır. Qeyd edir ki, müəssisənin təsərrüfat fəaliyyəti yalnız kənar auditor tərəfindən yoxlanılmır. Bununla bağlı qanunvericiliyin imperativ norması yoxdur. Məhkəmə kənar auditor tərəfindən həyata keçirilən yoxlama ilə təsərrüfat fəaliyyətinin yoxlanılmasını eyniləşdirmişdir. Bu qətnamə nəticəsində formalaşacaq məhkəmə təcrübəsi nəticəsində səhv olaraq gələcəkdə müəssisənin yalnız audit zamanı intizam xətası aşkar olunması məcburiyyətinə gətirib çıxaracaqdır. Göründüyü kimi, iddiaçı tərəfindən yol verilmiş intizam x ətası baş verən tarixdən onun barəsində verilmiş intizam tənbehi arasındakı müddət iki ildən artıq deyildir. İddiaçı ASC-nin İdarə Heyətinin sədrinin 25 iyun 2021-cil il tarixli 143/k saylı əmri ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. Müvəqqəti olaraq işdən kənarlaşdırılma müddətinin xx.xx.2021-ci il tarixində bitməsinə baxmayaraq, iddiaçı xəstə olmasını bildirərək işə gəlməmişdir. İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsini (seriya 00007 №166695 X8) ASC-yə təqdim etməklə xx.xx.2021-ci il tarixdə işə başlamışdır. Təqdim edilmiş vərəqədə onun xx.xx.2021-ci il tarixdə işə başlamalı olduğu barədə məlumat qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi siğorta üzrə Dövlət Agentliyi “Tibbi Ər azi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-ə 10 noyabr 2021-ci il tarixli, xx/xx-4135 saylı məktubla müraciət edərək, iddiaçının təqdim etdiyi SN 0007seriyalı, 166935 nömrəli xəstəlik vərəqəsinin doldurulmasının hüquqiliyinə dair məlumatın verilməsini xahiş etmiş, publik hüquqi şəxsdən cavabdehə verilən 30 noyabr 2021-ci il tarixli, PHŞ/1.1-2-2021- 4480 saylı cavab məktubuna əlavə edilən xəbərdarlıq vərəqəsində iddiaçının saat 14:00-da müvafiq tibb idarəsinə müraciət etdiyinə dair məlumat öz əksini tapmışdır. Məhkəmə öz qətnaməsi ilə bir daha təsdiq edir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair xəbərdarlıq edildikdən sonra xəstəlik vərəqəsi açmışdır. Bank işçinin xx.xx.2021-ci il tarixində işə gəldiyi faktına dair Bankın təhlükəsizlik kameralarının qeydə aldığı görüntüləri məhkəmə yə təqdim etmişdir. Bankın burada qanunverici norma ilə bağlı dolayı pozuntusu yalnız işdən azad etdiyi işçinin son iş günü işləməsinə məcbur etməməsidir. Cavabdehin səlahiyyətli vəzifəli şəxsi işçi tərəfindən yol verilmiş qanunazidd əməllərin işçinin müdaxilə imkanı olmadan araşdırılması və təşkilatı məhz həmin işçinin növbəti ictimai-təhlükəli əməllərindən qorumaq məqsədilə işdən kənar edilməsi barədə qərar qəbul etmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2(103)6517/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məh kəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırması ilə razılaşaraq bildirmişdir ki, məhkəmə kollegiyası iddiaçı barəsində intizam tənbehinin tətbiqinin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılmasının nəticəsi olması, həmin yoxlamanı bankın ildə bir dəfə həyata keçirməsi və beləliklə də xətanın törədildiyi gündən iki il ərzində verilməsinin mümkün olması dəlilləri ilə əlaqədar qeyd edir ki, həqiqətən də müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il ərzində intizam tənbehi verilə bilər. Lakin qeyd edilməlidir ki, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditi müəssisənin maliyyə resursların ın idarə olunmasının mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi anlamına gəlir və hazırki mübahisənin predmeti olan intizam xətası bu anlayışın əhatə dairəsinə daxil deyil.
32. Bundan başqa kollegiya qeyd edir ki, müvafiq hüquqi şəxslərdə maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək müqavilə əsasında fəaliyyət göstərən auditor xidmətlərinə aiddir və bu cür yoxlamanın nəticəsində müvafiq sənəd – auditor rəyi (hesabatı) tərtib edilir. İş materiallarından göründüyü kimi, məhkəmə araşdırması zamanı bu cür sənədlərin (auditor və auditor xidməti ilə bağlanmış müqavilə, auditor hesabatı) tə qdim edilməsi məhkəmənin təklif etməsinə baxmayaraq cavabdeh tərəfindən təmin edilməmişdir.
33. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 62, 62, 70 ("xxxx" bəndi), 71, 72, 74, 79, 187 və 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdeh apellyasiya şikayətinə baxılmasına dair məhkəmə iclası barədə xəbərdar edilməmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədiyindən məhkəmə i şə baxılmasını təxirə salmalı və həmin şəxsi iclasın vaxtı barədə xəbərdar etməli olduğu halda, bunu etməmiş və cavabdehin prosessual hüquqlarını pozmuşdur. Həmçinin, cavabdeh öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək imkanından məhrum olmuşdur. Bundan əlavə, məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamalı və qiymətləndirilməli olduğu halda, bu prosessual hərəkəti etməmiş, işə baxarkən Bank tərəfindən məhkəmə iclasında təqdim edilən etiraza ötəri (səthi) münasibət bildirmiş, araşdırmamışdır.
36. Kassasiya şikayəti maddi hüquq normalarının pozuntusu kimi Əmək Məcəlləsinin 62, 79, 187-ci maddələrinə, prosessual hüquq normalarının pozuntusu kimi Mülki Prosessual M əcəllənin 13, 14, 77.1, 82.4, 106.1, 373, 376.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
38. Maddə
12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;...
39. Maddə 62, 1-ci hissə. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli madd ələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.
40. Maddə
68. Əmək müqa viləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
41. Maddə 70, "xxxx" bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
42. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
43. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
44. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:... c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;...
45. Maddə 80, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
46. Maddə 80, 2-ci hissə. Həmka rlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
47. Maddə 186, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək.
48. Maddə 186, 3-cü hissə. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
49. Maddə 187, 2-ci hissə. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
50. Maddə 187, 3-cü hissə. İntizam xətasının törədildiyi gündən altı ay keçdik dən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
51. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işi n faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı “İnformasiya ehtiyatlarından istifadə qaydaları”nı pozduğuna görə “Azər-Türk Bank" ASC-nin idarə heyətinin sədrinin xx.xx.2021-ci il tarixli, 143/k nömrəli əmri ilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin birinci hissəsinin c) bəndinə əsasən 25 iyun 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək işdən kənarlaşdırılmışdır.
64. Daha sonra iddiaçı ilə olan əmək müqaviləsinə, “Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədrinin xx.xx.2021-ci il tarixli, 162/k nömrəli əmri ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi iddiaçının “müvafiq qanunvericiliklə müəyyən edilmiş tələbləri icra etməməklə yol verdiyi hüquq pozuntusu nəticəsində bankın qanuni mənafeyinə ciddi xələl gətirməsi” qeyd olunmuşdur. Həmçinin əmrin verilməsi üçün əsas kimi “Daxili Nəzarət və Maliyyə M onitorinqi Departamenti tərəfindən aparılan araşdıırma ilə bağlı təqdim edilmiş sənədlər” göstərilmişdir.
65. Cavabdeh sözügedən əmrdə qeyd olunan “müvafiq qanunvericiliklə müəyyən edilmiş tələbləri icra etməməklə yol verdiyi hüquq pozuntusunu” onunla izah edir ki, iddiaçı “İnformasiya ehtiyatlarından istifadə qaydaları”nı pozaraq, keçmiş gəlininə aid fərdi məlumatları “my.gov.az.” hökumət portalından əldə etmək üçün xx.xx.2020-ci il tarixdə üç dəfə qanunsuz olaraq sorğu vermişdir.
66. İddia tələbinin maddi-hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi:
1. İşəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir.
67. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu normanın tələbləri əsasında araşdırmış və müəyyən etmişdir ki, iddiaçıya istinad edilmiş intizam xətasını törətdiyi xx.xx.2020-ci il tarixdən 10 aydan çox müddət keçdikdən sonra, yəni 13 iyul 2021-ci il tarixidə iddiaçıya intizam tənbehi tətbiq edilmişdir. Bununla da mübahisələndirilən əmr verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbi pozulmuşdur.
68. Mə hkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Çünki Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilərdi və iddiaçıya münasibətdə bu qayda pozulmuşdur. Həmin müddətin təxirə salınması üçün işçinin xəstə olması, yaxud məzuniyyətdə, ezamiyyətdə olması barədə dəlillər irəli sürülməmişdir.
69. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun məhkəmə tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsinə istinadla gəlinən nəticənin əsassızlığı barədə gətirdiyi dəlillər əsasszıdır. Həmin dəlillər ümumiləşdirilmiş şəkildə ondan ibarətdir ki, iddiaçının yol verdiyi intizam xətası barədə araşdırma aparılmşdır və bu halda işə götürənin Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən həmin xətanın törədildiyi vaxtdan iki ilədək intizam tənbehi vermək hüququ vardır.
70. Kassatorun həmin dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq rədd olunmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması ilə razılaşır.
71. Çünki Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsində müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il müddətinə tətbiq edilməsinin mümkünlüyünü müəyyən edir.
72. Həmin normada bəhs olunan müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditi (yoxlanılması, təftiş aparılma sı) dedikdə, intizam pozuntusu törətmiş işçinin bilavasitə əmək funksiyası ilə bağlı olan maliyyə-təsərrüfat xarakterli xətalar nəzərdə tutulur. Müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditi müəssisənin maliyyə resurslarının idarə olunmasının mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsini ehtiva edir. Lakin iddiaçıya istinad olunan intizam xətası maliyyə-təsərrüfat fəaliyyətinin təhlili ilə bağlı deyildir.
73. Cavabdehin apellyasiya şikayətinə baxılmasına dair məhkəmə iclası barədə xəbərdar edilməməsi barədə dəlili də əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi məhkəmə iclasının xx.xx.2022-ci il tarixə təyin olunması barədə xx.xx.2022-ci il tarixli bildiriş, həmin gün saat 11:54-də cavabdehin elektron kabinetinə yerləşdirilmişdir (bax iş 2-ci cild, səh. 123).
74. Koll egiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
75. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmi r.
76. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2(103)6517/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.