Məhkəmə qərarları › İş №2(102)-6625/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6625/2021

09.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6625/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh 1-yə və 3-cü şəxs AR ƏƏSMN yanında X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1 və cavabdeh 1-nin nümayəndəsi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6247/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh 1 tərəfindən verilmiş kasasiya ş ikayəti üzrə işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh 1-yə və 3-cü şəxs AR ƏƏSMN yanında X1rşı «əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və nəcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-548/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günay Həşimova) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 2(103)-4627/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-548/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh 1 (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yeni apelyasiya baxışına qaytarılm ası barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh 1-nin vəkili Vəkil2 və 3-cü şəxs AR ƏƏSMN yanında X4 Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı, vəkili Vəkil1 və cavabdeh 1-nin nümayəndəsi X5 məhkəməyə barışıq sazişi təqdim edərək tərəflərin bağladıqları barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı, vəkili Vəkil1 tərəflərin bağladıqları barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh 1-nin nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 52.3. Tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müra ciət edilməsinə yol verilmir. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 52.1, 261.0.4, 261.0.5, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh 1-yə və 3-cü şəxs AR ƏƏSMN yanında X1rşı iş üzrə 2(102)-6625/2021 nömrəli mülki iş üzrə bağlanmış aşağıdakı məzmunlu 09.12.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15.01.2013-cü il tarixli əmək müqaviləsinə Cavabdehin 04.12.2020-ci il tarixli, 113 K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilmişdir.

2. İddiaçı Cavabdehin 04.12.2020-ci il tarixli, 113 K saylı əmrinin ləğv edilməsi, 1-dəki vəzifəsinə bərpa olunması və 04.12.2020-ci il tarixdən işə bərpa olunacağı günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi tələbləri ilə məhkəməyə müraciət etmişdir.

3. Qaradağ rayon məhkəməsi Cavabdehin 04.12.2020-ci il tarixli, 113 K saylı əmrinin ləğv edilməsi, İddiaçının 1-dəki vəzifəsin ə bərpa olunması və 04.12.2020-ci il tarixdən işə bərpa olunacağı günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsinə dair 29.03.2021-ci il tarixli, 2 (002)-548/2021 saylı qətnamə çıxarmışdır.

4. Qaradağ rayon məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(002)-548/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.07.2021-ci il tarixli, 2(103)-6247/2021 saylı qətnaməsi ilə təmin edilməmiş, Qaradağ rayon məhkəmsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir və məhkəmə işi hal-hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır.

5. Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.4 və 191-ci maddələrinə uyğun olaraq, məhkəmə mübahisəsini barışıq sazişi ilə yekunlaşdırmaq məqsədilə aşağıdakı şərtlərlə bağlı razılığa gəlirlər və X9ni təsdiq edərək iş üzrə icraata xitam verən Ali Məhkəmə qərardadının qüvvəyə mindiyi tarixdən etibarən ən geci 10 iş günü ərzində aşağıdakı hərəkətləri yerinə yetirməyi öhdələrinə götürürlər: 5.1. İddiaçı məhkəməyə verdiyi iddia tələbindən tam imtina edir, cavabdeh isə iddiaçının iddia tələbindən imtina etməsi qarşılığında X9ndə göstərilən öhdəlikləri yerinə yetirir. 5.2 Cavabdeh iddiaçı ilə bağlanmış 15.01.2013-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilməsi barədə 04.12.2020-ci il tarixli, 113 K saylı əmrinin ləğv edilməsi və həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən t ərəflərin qarşılıqlı razılığı ilə xitam verilməsi barədə əmr verir və əmrin surətini İddiaçıya təqdim edir. 5.3. Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilməsi barədə 04.12.2020-ci il tarixli, 113 K saylı əmrin ləğv edilməsi barədə, habelə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə xitam verilməsi barədə qeydləri İddiaçının əmək kitabçasına daxil edir. 5.4 Cavabdeh İddiaçıya, vergilər xaric, cəmi 30 000 (otuz min) manat məbləğində pul vəsaiti ödəyir. Bu pul vəsaiti İddiaçının Cavabdehə qarşı olan və ya ola biləcək bütün pul tələblərini, o cümlədən, lakin bunlarla məhdudlaşmadan, işdən azad edilməsi ilə əlaqədar işləmədiyi müddətin əmək haqqı məbləğini, mübahis əyə məhkəmədə baxılması ilə əlaqədar çəkdiyi məhkəmə xərclərini (vəkil tutması ilə əlaqədar çəkdiyi xərclər daxil olmaqla), həmçinin əmək qanunvericiyində və ya digər qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər kompensasiya, ödənc və ödənişləri əhatə edir. İddiaçı Cavabdehə qarşı hər hansı digər pul və ya digər tələbi olmadığını bildirir. Cavabdeh vergilər xaric, cəmi 30 000 (otuz min) manat məbləğində pul vəsaitini İddiaçının aşağıdakı bank hesabına ödəyir: Bankın adı: Azərbaycan Beynəlxalq Bankı ASC Hesab nömrəsi: AZ70İBAZ******************** SWİFT KOD: İBAZAZ2X Bankın müxbir hesabı: AZ03NABZ******************** Bankın kodu: 805067 Bankın VÖEN-i: ********** 5.5. Cavabdeh mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə ba ğlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixinin və əmək müqaviləsinə xitam verilməsinin əsasının dəyişdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna müraciət edir və Ali Məhkəmənin barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qüvvəyə minmiş qərardadını həmin müraciətə əlavə edir.

6. X7 5-ci bəndində müəyyən olunmuş öhdəliklər icra edildikdən sonra tərəflərin bir-biri qarşısındakı bütün öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir.

7. Tərəflərdən biri Barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə, digər tərəf həmin şərtlərin yerinə yetitirlməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

8. X9 məhkəmə və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmiş və imzalanmışdır.

9. X6 təsdiq edilməsi barədə Ali Məhkəmənin qərardadının qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4627/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar