Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-663/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə 14.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(103)6538/2022 saylı qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 11 mart 2010-cu il tarixdə İddiaçı rəsmi nikah əsasında Cavabdeh2 ilə ailə qurmuş və onların birgə nikahından 05 may 2009-cu il tarixdə Amil, 20 yanvar 2012-ci il tarixdə İsmayıl adlı iki övladları doğulmuşdur. Lerik Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikahın pozulması və tərəflərin birgə nikahından doğulmuş uşaqların İddiaçı yanında saxlanılması qət edilmişdir. Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin 23 aprel 2002-ci il tarixli qətnaməsi ilə “X Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” barədə iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, “X məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 əvvəllər X” məmulatları zavodunda işlədiyini, zavodun yataqxanasında pasport qeydiyyatında olduğunu, zavodun keçmiş rəhbərliyinin razılığı ilə zavodun ərazisində b ir neçə ailə ilə birlikdə yaşayış üçün özbaşına tikililər inşa edərək orada yaşadıqlarını, sonradan əlavə tikililər apardıqlarını göstərərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin sahədən çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus ünvan 1 ünvanda yerləşən, gəlin köçüb yaşadığı evə uşaqları ilə birlikdə köçürülməsi, həmin yaşayış sahəsindən evdə yaşayan digər ailə üzvləri ilə birlikdə istifadə etmək hüququnun verilməsi və cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasla ndırılmışdır ki, o, ailə qurduqdan sonra bir müddət cavabdehlərlə ailə münasibətləri normal olmuşdur. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən pozulduğundan məhkəməyə əmlak, nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Keçmiş əri tərəfindən tez-tez təhqir olunaraq alçaldılmışdır. Sonuncu dəfə keçmiş əri evə sərxoş vəziyyətdə gəlmiş, onu təhqir edərək döymüş və onu iki uşağı ilə birlikdə evdən qovmuşdur. Odur ki, məcbur olub uşağları ilə birlikdə valideynlərinə məxsus olan evə getmişdir və hal-hazırda müvəqqəti olaraq onların yanında yaşayır. Evdən çıxarkən ona məxsus bütün əmlaklar gəlin köçdüyü evdə qalmışdır. Cavabdeh tərəfindən uşaqlara maddi köməklik olmadığı üçün məhkəmədə aliment tələbinə dair iddia qaldırmışdır. Hazırda valideynlərinə məxsus olan evdə yaşayır və başqa yaşayış yeri yoxdur. Bu vəziyyət onun normal yaşamasına və övladlarının sərbəst böyüməsinə mənfi təsir göstərir. O, mübahisəli evə köçüb yaşamaq istəyir. Çünki həmin ev uşaqlarının təhsil aldığı məktəbə yaxındır, onlar Bakı şəhərində anadan olub orada yaşamışlar. Həmçinin, ona məxsus cehiz əmlakı və gelin köçdüyü evin genişləndirilməsi, həmin evə əlavə vəsaitlərin xərclənməsi onun cavabdehlə birgə zəhmətinin bəhrəsidir. Cavabdeh2 izahatında göstərmişdir ki, iddiaçı ilə 2008-ci ildə faktiki olaraq ailə qurduğdan sonra atası Cavabdeh1 tərəfindən onun üçün inşa edilmiş evdə yaşamışlar. Həmin ev DƏDRX-də rəsmi olaraq qeydiyata alınmamışdır və ev qanunsuz tikilidir. Bir müddət həmin evdə yaşasalar da, sonradan münasibətləri pozulmuş, iddiaçı azyaşlı övladlar ı ilə birlikdə atası evinə qayıtmışdır. İddiaçı artıq bir il olar ki, evdən çıxıb getmişdir. İddiaçı özü mübahisə predmeti olan evə getmək istəmir. İddiaçının qardaşının 5 otaqlı evi var, iddiaçı gedib orada da yaşaya bilər. Digər Cavabdeh1 isə izahatında göstərmişdir ki, iddiaçı onun gəlini olmuşdur. İddiaçı oğlu ilə evləndikdən sonra ona məxsus evə gəlin köçmüş və evdə 13 il yaşamışlar. Həmin evi o, oğluna şəxsi vəsaiti hesabına inşa etmiş, lakin həmin ev DƏDRX-də rəsmi qeydiyyata alınmamışdır. İddiaçı ilə oğlu arasında olan narazılıqdan sonra onlar ayrılmışlar, iddiaçı valideynlərinin yanına getmiş və hazırda kirayədə yaşayır. İddiaçı mübahisəli evdə qaldığı müddətdə evdə heç bir təmir-tikinti işləri görülməmişdir. Evin arxa hissəsində yarım tikili var idi və həmin yarım tikili təmir ed ilmişdir. İddiaçının mübahisəli evə köçməsinə etiraz etməmişdir, lakin hazırda iddiaçı evdən getdiyi üçün iddia tələbi ilə razı deyil. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(007)-1070/2022 saylı qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia qismən təmin edilmiş, iddiaçının uşaqları 05 may 2009-cu il təvəllüdlü X3 və 20 yanvar 2012-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 2 saylı ünvanda yerləşən evə köçürülməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Cavabdeh2 ilə mübahisə yaranması səbəbindən mübahisə predmeti olan evdən müvəqqəti olaraq getməsi onun yaşayış yerini itirməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçıya məxsus əşyaların hələ də mübahisəli evdə olması, onun həm in evdən daimi olaraq getməsi faktını istisna edir. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış sahəsi özbaşına tikili olduğundan, həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə cavabdehlər arasında notarial qaydada razılaşmanın bağlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün ola bilməzdi. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Belə ki, iddiaçı həmin evdə 13 il ailə üzvü kimi yaşamış, cavabdehlərlə birgə təsərrüfat aparmış, tərəflərin həmin evdə uşaqları anadan olmuş, iddiaçı evdə yaşadığı müddətdə evin arxa hissəsində genişləndirmə işləri (təmir iş ləri) aparılmış, iddiaçıya məxsus cehiz əşyalar hələ də həmin evdədir. Qeyd edilənlərə əsasən, mübahisəli ev iddiaçının yaşayış yeri hesab edilməklə onun həmin evə köçürülməsi barədə tələbi təmin edilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 həmin evi öz vəsaiti hesabına, iddiaçı həmin evə köçməmişdən əvvəl inşa etdirməsi barədə sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının həmin evə köçürülməsi qərara alındığından və onun 14 yaşına çatmamış uşaqları da iddiaçının himayəsində olduğundan onların da iddiaçı ilə birlikdə həmin evə köçürülməsi təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin “mübahisəli evə istifadə hüququn verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi öz başına tikilidir, evə dair hüquqmüəyyənedici sənədlər yoxdur və evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də, iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbinin “maneələrin aradan qaldırılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflərin izahatlarından müəyyən edildiyi kimi, cavabdehlər hazırda mübahisəli evdə yaşamırlar. İddiaçı ərizəsində cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etsə də, hansı cavabdeh tərəfindən ona nə kimi maneənin yaradılmasını əsaslandıra bilməmiş, bu hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ, 43-cü maddəsinin İ, 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 27.1, 27.2, 27.3, 180, 228.1, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 13.4, 14.2, 77.1, 88, 106.3, 119.1, 217.2, 217.4-cü maddələrinə, 2009-cu ilin oktyabr ayınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia nın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli evin ünvanını səhv göstərdiyi halda məhkəmə bu halı araşdırmamış, evin Cavabdeh1 məxsus olmasını, iddiaçının evdən özünün könüllü çıxıb getməsini nəzərə almamışdır. Məhkəmə, iddiaçının istifadə hüququnun olmadığı qənaətinə gəlsə də, bu qənaətə zidd olaraq onun evə köçürülməsi nəticəsinə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunun anologiyası üzrə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq edərək iddianı rədd etməli olduğu halda qanunu səhv tətbiq etmiş, sübutlara düzgün qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(103)6538/2022 saylı qətnaməsi ilə (hakimlər E.Həsənov sədrlik ed ən, məruzəçi, X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, mübahisəli tikilidə 13 il ərzində fasiləsiz yaşamış iddiaçının evin cari təmirində və qorunub saxlanmasında iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh1 evin tərkib hissəsi hesab edilən yarimtikilidə təmir işlərinin həyata keçirildiyini etiraf edir, evdə isə 2008-ci ildən etibarən yalnız iddiaçının öz ailəsi (həyat yoldaşı və uşaqları) ilə birlikdə yaşadığı və onun evi tərk edib getməsindən sonra evdə yaşayış olmadığı müəyyən edilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı köçmək istədiyi evdə yaşamış, Cavabdeh2 ilə münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdehlər buna imkan verməmişlər. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü ma ddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində 13 il ərzində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, idd iaçının da cavabdehlərlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslı hesab edilməlidir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 385-ci maddələrinə, “X5 haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının köçürülməsini xahiş etdiyi yaşayış evi onun əri və ya özü tərəfindən deyil, Cavabdeh1 tərəfindən ən azı 2002-ci ildən əvvəl inşa edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuz və əsassız olmuşdur. Belə olan halda istinad edilən hüquq normalarını analogiya qismində tətbiq edən məhkəmə səhvə yol vermişdir. Həmin hüquq normaları tətbiq edildiyi zaman iddiaçının evin sahibi Cavabdeh1 ilə birgə təsərrüfat aparıbaparmaması, onun ailə üzvü hesab edilib-edilməməsi xüsusi əhəmiyyət kəsb edir. İşin hallarından göründüyü k imi, iddiaçı ilə Cavabdeh1 birgə təsərrüfat aparmamışlar və onlar ailə üzvü hesab edilə bilməzlər. Çünki iddiaçının cavabdehlərdən özünün saxlanmasını tələb etmək kimi bir hüququ da yoxdur. Belə olan halda iddiaçının qanunun analogiyasının tətbiqi halında belə istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Bundan başqa, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassız olması ilə yanaşı, həm də işin halları və münasibətlərə uyğun əsaslandırılmamışdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış və işin halları ilə ziddiyyət təşkil edir. Heç bir qanuni əsas olmadan evi inşa etmiş Cavabdeh1 hüquqlarının pozulması ilə müşayiət ol unan qətnamə qəbul edilmişdir. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 123-cü maddələrinə, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qay dasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43 İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi m ülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.
1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaq cadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Cavabdeh1 qızının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxla nıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv aradırmayıb. Belə ki, əvvəla qanuni qüvvəyə minmiş Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin 23 aprel 2002-ci il tarixli qətnaməsi ilə “Bakı Dəmir Beton-4” ATSC-nin Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” barədə iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, “Bakı Dəmir Beton-4” ATSC-ti məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 əvvəllər “Dəmir Beton” məmulatları zavodunda işlədiyini, zavodun yataqxanasında pasport qeydiyyatında olduğunu, zavodun keçmiş rəhbərliyinin razılığı ilə zavodun ərazisində bir neçə ailə ilə birlikdə yaşayış üçün özbaşına tikililər inşa edərək orada yaşadıqlarını, sonradan əlavə tikililər apardıqlarını göstərərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin sahədən çıxarılmasını xahiş etmişdir. Digər tərəfdən iddia ərizəsindən, cavabdehlərin habelə iddiaçının birinci və apellyasiya instansiyası məhkəmələrində verdikləri izahatlardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində yerləşən 4/44 saylı ev iddiaçı və onun keçmiş əri Cavabdeh2 tərəfindən deyil, iddiaçının keçmiş qaynatası- digər Cavabdeh1 tərəfindən inşa edilib və ev sonuncuya məxsusdur. İddiaçı bir gündə olsun mübahisəli evdə Cavabdeh1lə birgə yaşayış, ümumi təsərrüfat aparmamışdır. Hazırda isə iddiaçının Cavabdeh2lə ailə münasibətlərinə xitam verilib və Cavabde h1 isə keçmiş gəlini- iddiaçının mübahisəli evə köçüb yaşamasına etiraz edir. Göründüyü kimi, iddiaçı sözügedən evə gəlin köçərkən, həmin ev artıq mövcud olmaqla, məhz qaynatası Cavabdeh1 faktiki sahibliyində olmuşdur və həmin evin iddiaçı ilə əri Cavabdeh2 birgə nikahı dövründə ümumi gəlirləri hesabına inşa edilməsi, əldə edilməsi isə mülki iş materialları ilə istisna olunur. Apellyasiya instansiyası məhkəməsi, qeyd olanan hallara diqqət yetirməmiş, mübahisəli evin 2002-ci ilədək inşa edilməsini nəzərə almamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, habelə qanuni qüvvəyə minmiş Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin 23 aprel 2002-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş fatları, yəni sözügedən evin məhz Cavabdeh1 faktiki sahibliyində o lmaqla onun tərəfindən inşa edilməsinə əhəmiyyət verməmiş, habelə tərəflərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməmiş, yalnız iddiaçının formal mülahizələrinə əsaslanaraq, onu keçmiş qaynatası Cavabdeh1 faktiki sahibliyində olan evə köçürmüşdür. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, iddiaçının mübahisəli evdə 13 il ərzində fasiləsiz yaşaması, evin cari təmirində və qorunub saxlanılmasında iştirak etməsi, onun keçmiş qaynatası Cavabdeh1 faktiki sahibliyində olan evə köçürülməsi üçün əsas ola bilməz. Çünki, iddiaçı Cavabdeh1 ailə üzvü olmamış, onunla birgə mübahisəli evdə yaşayıb, ümumi təsərrüfat aparmamışdır. Digər tərəfdən, onun digər Cavabdeh2lə ailə münasibətlərinə artıq 19 avqust 2021-ci il tarixdən xitam verilmişdir. Belə olan halda iddiaçının mübahisəli evə köçürülməsi faktiki sahib kimi Cavabdeh1 hüququnu pozmuş, məhdudlaşdırmış olar. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Həmin Məcəllənin 159-cu maddəsində göstərilir ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə ed ilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 30 noyabr 2004-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, “mülkiyyət” anlaşıyı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvercilikdə formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” sayılır və mülkiyyət kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsi nin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sadalanan maddələrin, habelə Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, həmin maddələrin mənasına görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır; sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər; məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı d edikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüqu q normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(103)-6538/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.