Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6630/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6630/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 28 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5898/2021 nömrəli, 09.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında mobil su sifariş etmə proqramının hazırlanması üzrə şifahi razılıq əldə olunmuşdur. İddiaçı tərtib olunmuş proqramın keyfiyyətsiz olması əsası ilə hazırkı mübahisəni başladaraq cavabdehdən pul tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 24.11.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 4199 manat, hüquqi yardım üçün ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 4729 (dörd min yeddi yüz iyirmi doqquz) manat məbləğində pulun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 2018-ci ilin əvvəllərində Cavabdeh ilə şirkət arasında olan razılaşmaya əsasən şirkət tərəfindən ona hissə-hissə 4199 manat pul verilmişdir. Həmin pulun müqabilində Cavabdeh şirkət üçün “Şirin Su” mobil proqramının hazırlanmasını öz üzərinə götürmüşdür. Həmin mobil proqram əsasında müştərilər mobil tətbiq yükləməklə su sifariş etmək imkanı əldə edəcəkdilər. Rəşad şirkət üçün bəzi proqram sənədləri, görəcəyi işlər haqqında geniş məlumatlar verərək inam, özünə qarşı etibar yaratmışdır. Bundan sonra şirkət Rəşada etibar edərək nəzərdə tutulan məbləği tam olaraq ödəmişdir. Lakin bundan sonra Rəşad hər gün bir bahənə edərək işi görməkdən yayınmağa başlamışdır. Sonda isə onlara bir tətbiq göstərmişdir ki, işini tamamlamışdır, bu tətbiqdən istifadə edə bilərlər. Hazırda həmin tətbiq hər tele fonda axtarışdan çıxmır, çıxmış olsa da həmin tətbiqdən istifadə etmək mümkün deyil.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(004)993/2021 nömrəli qətnaməsi ilə (hakim G.Axundova) iddia rədd edilmişdir.
5. Məhkəmə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş CD diskə baxış keçirərək müəyyən etmişdir ki, su sifariş etmək üçün proqram hazırlanmışdır.
6. İddiaçı bildirmişdir ki, cavabdeh həmin razılaşmadan irəli gələrək öz öhdəliklərini yerinə yetirməmişdir. Lakin cavabdeh sübut etmişdir ki, o, “Şirin Su” ilə şifahi razılıq əsasında müəyyən edilmiş öhdəliyini yerinə yetirərək su sifariş etmək üçün proqramı hazırlamışdır.
7. Məhkəmə hesab etmişdir ki, cavabdeh vəzifəsini yerinə yetirdiyindən iddianın əsassızdır.
8. Birinci instansiyası məh kəməsinin qətnaməsindən İddiaçı MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Kazımov və İ.Kərimli) 09.07.2021-ci il tarixli, 2(103)-5898/2021 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(004)-993/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları ara sında müqavilə olmalıdır. İddiaçı (hüquqi şəxs) ilə cavabdehin arasında həmin işin icra edilməsi (mobil poqramın hazırlanması) barədə podrat müqaviləsi bağlanmayıb. Mülki Məcəllənin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Lakin, iddiaçının (hüquqi şəxsin) cavabehə oferta göndərdiyini təsdiq edən sübut yoxdur. Bu isə onu təsdiq edir ki, tərəflərin arasında müqavilə yoxdur. Müqavilə yoxdursa, deməli, müqavilə öhdəliyi də yoxdur. Hazırkı iddia tələbi müqavilə öhdəliyinin pozulması faktına əsaslanır. Müqavilə öhdəliyi olmadığına görə belə bir öhdəliyin pozulması mümkün deyil.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı MMC kassasiya şikayə ti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı MMC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya məhkəməsində şirkətdən tam olmasa da, müəyyən məbləğdə pul aldığını, proqram hazırladığını etiraf etmişdir. Bu isə, tərəflər arasında müqavilə münasibətlərinin olmasını sübut edir. Bu halda, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yanlışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı r. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. Cavabdeh məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
19. Maddə. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, s ifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
25. İş materiallarına əlavə olunan sənədlərlə və tərəflərin məhkəmə iclaslarında etirafedici izahatları ilə işin müəyyən olunmuş halları bundan ibarətdir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, şirkətin əməkdaşı ilə cavabdeh arasında mobil proqramın hazırlanması barədə razılıq olmuşdur. Amma, şirkət qarşısında öhdəliyin əmələ gəlməsi üçün müqavilə bağla nmamışdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə ədalətli və əsaslıdır.
27. Belə ki, hazırki iddia tələbinin əsasını cavabdeh tərəfindən hazırlanmış proqramın işlək olmaması təşkil edir.
28. Sözügedən halı sübutetmə yükü isə, iddiaçının üzərinə düşür.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
31. Əksinə, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin təqdim etdiyi CD disk araşdırılaraq müəyyən edilmişdir ki, cavabdeh su sifariş etmək üçün proqram hazır lamış, həmin proqram işlək vəziyyətdə olmuşdur.
32. Bu halda, iddiaçının işlək vəziyyətdə olmuş proqrama görə cavabdehdən ona ödənilmiş pulu tələb etməsi əsassızdır.
33. Beləliklə, kassasiya kollegiyası belə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən gəlinən nəticə mahiyyət etibarilə doğrudur. Cavabdehin formal mülahizələrə əsaslanan dəlilləri mahiyyət etibarilə doğru olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.
34. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
35. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İsayev Zaur Malik oğlunu n kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4050/2021 nömrəli, 24.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova