Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6630/2022 13.12.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı1 Sumqayıt Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(105)1348/2021 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı1 Sumqayıt Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(105)1348/2021 nömrəli qərardadında n verdiyi kassasiya şikayəti MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuş formada verilmədiyindən qeyri-mümkün hesab edilmişdir. İddiaçı xx.xx.2022-ci ildə yenidən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümükün hesab edilmiş şikayətlə eynilik təşkil edir və Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadındakı göstərişlərə əməl etməmiş və yenidən MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuş formaya uyğun olmayan kassasiya şikayəti vermişdir. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kas sasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Bununla yanaşı MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya ş ikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı1 Sumqayıt Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(105)1348/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-6630/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6630/2022
13.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver