Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6632/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə Cavabdeh İddiaçı1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tаrixli, 2(019)-43/2019 saylı qətnaməsi ilə (hakim H.Səlimov) ilk iddia tələbi qismən təmin edilmiş, Balakən rayonu Hənifə kəndində yerləşən X4, X7, İddiaçı2, İddiaçı4, İddiaçı3 və X5 ümumi birgə mülkiyyətinə verilmiş 1.0036 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı1 çıxаrılması, ilk iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiаçı İddiaçı1 cavabdeh İddiaçı2 qаrşı 1600 ABŞ dolları və 5500 manat ziyan xərcinin və 30 manat dövlət rüsumunun qaytarılması tələbinə dair qarşılıqlı iddiasının əsаssız оlduğundаn rədd edilməsi, ödənilən dövlət rüsumları xərci tərəflərin özlərinə aid edilmiş, 60 mаnаt torpaq sahəsinin inventarlaşdırılması xərcinin 30 manatı iddiаçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5, 30 manatı isə cavabdeh İddiaçı1 tutulub Kаpitаlbаnkın 1 sаylı Xətаi filiаlı, Kоd *******, VÖEN (bаnk) **********, Müxbir hesаb АZ*******************, SWİFT:********* *, Kаdаstr və Yerquruluşu Lаyihə-Tədqiqаt Mərkəzi MMC VÖEN: **********, АZ23АİİB******************** №li hesаbа köçürülməsi və 50 mаnаt ekspertiza xərcinin 25 manatı iddiаçılar iddiаçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5, 25 manatı isə cavabdeh İddiaçı1 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X3, Kod ******* VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-1575/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim:Ə.Məcidov;(sədrlik edən), hakimlər M.Əsədli və İ.Quliyev) ilkin iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(019)-43/2019 saylı qətnaməsi dəyişdirilmədən saxla nılmışdır. İşin halları: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdeh İddiaçı1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehin mülkiyyətlərində olan Balakən rayonu Hənifə kəndində yerləşən 1.0036 ha torpaq sahəsindən çıxarılması, cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçılara vurduğu 480 manat zərərin ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişlər. İlkin iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 960 manat məbləğində zərərin cavabdehdən tutulması və cavabdehin 1.0036 ha torpaq sahəsindən çıxarılması barədə qətnаmə çıxаrılmаsını xаhi ş etmişlər. Ərizə Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Bundan sonra ilkin iddia üzrə cavabdeh İddiaçı1 cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 1600 ABŞ dolları və 5500 manat ziyan xərcinin və 30 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçılar iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Balakən rayon Hənifə kənd sakini İddiaçı1 AİK-nın 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair ********* saylı dövlət Aktına əsasən iddiaçılara verilmiş 1.0036 ha torpaq sahəsini atası X10 ilə 2005-ci ildə öz aralarında bağladıqları Akta əsasən X1 vermişdir. Həmin aktda iddiaçı ların da adı olmuş, amma ordan onların adlarının qarşısında çəkilən imzalar onlara aid olmamışdır. Onlar həmin 1.0036 ha torpaq sahəsini İddiaçı1 satmamışlar. Elə buna görə də 2016-cı ildə iddiaçılar cavabdehdən mülkiyyətləri olan torpaq sahəsindən çıxmasını tələb etmişlər. Bu tələblərindən sonra iş üzrə cavabdeh İddiaçı1 “Torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə iddiaçılara qarşı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi çıxardığı 31 may 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı1 iddiasını təmin etmişdir. Həmin Qətnamədən narazı qaldıqları üçün iddiaçılar Balakən Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayətlərinə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxardığı 23 senty abr 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərini təmin etməməklə Balakən Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Şəki Apellyasiya Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli qətnaməsindən ilkin iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 Fərman oğlu və İddiaçı5 kassasiya şikayəti ilə Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət etmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası çıxardığı 02 mart 2017ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2016-cı il tarixli qətnaməsini ləğv edib işə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmişdir. Balakən Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətinə yenidən baxan Şəki Apellyasiya Məhk əməsinin Mülki Kollegiyası çıxardığı 07 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərini təmin edərək, Balakən Rayon Məhkəməsi may 2016-cı il tarixli qətnaməsini ləğv edib, şikayətinin təmin edilməsi haqqında yeni qətnamə çıxarmışdır. Şəki Apellyasiya Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası çıxardığı 08 fevral 2018- ci il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilən kassasiya şikayətini təmin etməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Qərar dərhal qüvvəyə minmişdir. Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra da ilkin iddia üzrə cavabdeh İddiaçı1 mübahisə edilən 1.0036 ha torpaq üzərində heç bir hüququ olmadığı halda, qanuna zidd hərəkətlər etmiş, özbaşına torpağa daxil olmuş, orda olan fındıq və ot məhsullarını onlardan xəbərsiz oğurlayıb aparmışdır.İlkin iddiaçılar bir neçə dəfə ondan tələb etmişlər ki, İddiaçı1 qanunsuz əməllərindən əl çəksin.İddiaçılar birgə mülkiyyətləri olan AİK-nin 2001-ci il 14 iyul tarixli 07 saylı qərarı ilə ********** saylı Dövlət aktına əsasən mülkiyyətlərinə verilmiş 1.0036 hektar torpaq sahəsinə DƏDRX tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlatmış və həmin torpaq sahəsini 15.05.2018-ci il tarixdə qeydiyyata aldıraraq seriya RX ******** çıxarış da götürmüşlər.İlkin iddia üzrə cavabdeh mülkiyyətlərinə qarşı qanunsuz hərərkətlərindən əl çəkmək istəmir. 2018-ci ilin may ayının ortalarından o yenidən özbaşınalı q edərək torpaqlarına soxulmuş, otu çaldırmış, təxminən 160 ədəddən çox preslənmiş ot presini oğurlayıb aparmışdır.Onun bu oğurluq hərəkətləri haqqında DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir.Rayon Polis Şöbəsi araşdırma apararaq onun hərəkətlərində oğurluq üzrə cinayət halı olmadığı qənaətinə gəlməklə 07 iyun 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd etmişdir. İddiaçı1 torpaq üzərində heç bir hüququ olmadığı halda onlara ultimatum göndərir ki, torpağa girməsin, oradakı otu və fındığı da özü toplayacaq.Hal hazırda bir tay preslənmiş otun bazar qiyməti 3 manatdır.Belə olan halda cavabdeh iddiaçılara 960 manat ziyan vurmuş olur.Buna görə də iddiaçılar göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.İddiaçılar qeyd edilənlər əsasən iddiala rının təmin edilməsini, İddiaçı1 iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh İddiaçı1 kassasiya şikayətində Şəki Apellyasiya məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1, 402.1, 567, 1096.1, 1096.2cı maddələrinin,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 217.1, 217.2, 386-cı maddələrinin tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə k ollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia və cavabdeh tərəfi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin tədqiq etdiyi,iş materiallarından görünür ki, İddiaçı2 və onun ailə üzvlərinə Balakən rayonu Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli 07 saylı qərarı ilə 2.16 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. İddiaçı1 AİK-nın 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair ******** saylı Dövlət aktına əsasən iddiaçılara verilmiş 1.0036 ha torpaq sahəsini X10 ilə 2005-ci ildə öz aralarında bağladıqları akta əsasən sonuncudan almışdır. Həmin aktda ilkin iddiaçıların da adı olmuş, amma onların adlarının qarşısında çəkilən imzalar onlara aid olmamışdır. Onlar həmin 1.0036 ha torpaq sahəsini İddiaçı1 satmamışlar. Elə buna görə də 2016-cı ildə iddiaçılar cavabdehdən mülkiyyətləri olan torpaq sahəsindən çıxmasını tələb etmişlər. İddiaçılar torpaq sahəsini geri tələb etdiklərindən İddiaçı1 “Tor pağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə iddiaçılara qarşı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası təmin edilmişdir. Həmin qətnamədən narazı qaldıqları üçün iddiaçılar apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsini dəyişdirmədən saxlanmışdır. Şəki Apellyasiya Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, X8, İddiaçı3 və İddiaçı5 kassasiya şikayəti ilə Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət etmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası çıxardığı 02 mart 2017-ci i l tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətinə yenidən baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 07 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərini təmin edərək, Balakən Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsini ləğv etmiş, İddiaçı1 iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli qərarı ilə təmin edilməmiş dir. Buna baxmayaraq İddiaçı1 iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 mülkiyyətində olan torpaq sahəsindən çıxmır. Buna görə də İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Eyni zamanda İddiaçı1 İddiaçı2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı2 1600 ABŞ dolları və 5500 manat ziyan xərcinin və 30 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu ma ddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. 157.2-ci maddəsinə əsasən, mülki yyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 238.1- ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qa nunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsini hazırda da İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 mülkiyyətindədir. İddiaçı1 həmin torpaq sahəsinə heç bir hüququ mövcud deyildir. İş materiallarında olan Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 03 dekabr 2018-ci il tаrixli ****** nömrəli rəyindən görünür ki, Balakən rayonu, Hənifə kəndində yerləşən X6, X11, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 məxsus 1.0036 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh İddiaçı1 tərəfindən istifadə edilir. İddiaçı1 tərəfindən istifadə olunan torpaq sahəsi hüquqmüəyyənedici sənəddə 1.0036 ha göstərilsədə, ancaq naturada İddiaçı1 faktiki istifadə etdiyi torpaq sahəsi 1.62 hektardır. Balakən rayonu, ******** kəndində yerləşən X6, X11, İ ddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 məxsus 1.0036 kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hansı yaxşılaşdırma-abadlaşdırma, torpaq sahəsinin yaxşılaşdırılması, torpaq sahəsinin ətrafına kanal çəkilməsi, torpaq tökülməsi və digər işlər barədə mülki iş materiallarında hər hansı smeta sənədləri olmadığından bu suallar üzrə tədqiqat aparılmamışdır. Yuxarıda qeyd edilən qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilir ki, alqı-satqı müqaviləsi indiki cavabdehlərlə deyil, X10 ilə bağlanmışdır. Yəni indiki cavabdehlərin məlumatı olmamışdır. İddiaçı isə hazırkı tələbi cavabdehlərə qarşı X4 vərəsələri kimi deyil, müqavilə tərəfi kimi qiymətləndirərək vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında deyilir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən no rmalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülk i Prosessual məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5, həmçinin İddiaçı1 ziyan tələb etsələr də bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6632/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6632/2019
09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver