Məhkəmə qərarları › İş №2(102)-6632/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6632/2021

20.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6632/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətin qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim q ızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1918/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 16 iyul 2020-ci il tarixli, 144/A saylı saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, həmin əmrlə bağlı əmək kitabçasındakı qeydin etibarsız hesab edilməsi və bu barədə qeydin üzərində cavabdeh tərəfindən müvafiq yazı edilməklə imza və möhürlə təsdiq edil məsinin cavabdehə həvalə olunması, qanunsuz əmrin ləğv edilməsi barədə X2 əmək müqavilələrinin elektron qeydiyyatı hissəsinə daxil edilməsi vəzifəsinin cavabdehə və üçüncü şəxsə həvalə edilməsi, işə düzəlmə imkanı məhdudlaşdırıldığından cavabdehdən qətnamə icra olunan günədək hər ay üçün sonuncu iş yerində aldığı orta əmək haqqı hesabı ilə təzminat ödənilməsi və iddiaçının işgüzar nüfuzuna vurulan ziyanın əvəzi olaraq sonuncu orta illik gəlirin həcmində təzminatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Solmaz Mustafayeva) 2(006)4429/2020 nömrəli mülki iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi, “Əmək müqaviləsinin ləğvi haqqında” Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 16 iyul 2020-ci il tarixli 144/A saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC-nin 11 saylı filialının müdiri vəzifəsinə bərpa olunması, həmin əmrlə bağlı İddiaçı əmək kitabçasındakı qeydin etibarsız hesab edilməsi, bu barədə qeydin üzərində cavabdeh tərəfindən müvafiq ya zı edilməklə imza və möhürlə təsdiq edilməsi, habelə əmrin ləğv edilməsi barədə X2 əmək müqavilələrinin elektron qeydiyyatı hissəsinə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilm işdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Elektron məhkəmə informasiya sistemində cavabdehin vəkili Vəkil2 tərəflər arasında 16.12.2021-cı il tarixdə bağlanmış Barışıq sazişini yerləşdimişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında məhkəməyə yazılı ərizə təqdim edərək cavabdehlə aralarında barışıq əldə edildiyini və barışıq sazişinin təsdiq edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini, barışıq sazişinin təsdiq edilməsinin və icraat xitam verilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək sazişin təsdiq edilməsini xahiş etdi. Cavabdehin vəkili barışıq sazişin təsdiq edilməsi barədə iddiaçı ilə birgə imza lanmış ərizə təqdim etmiş, barışıq sazişinin təsdiq edilərək iş üzrə icraat xitam verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, barışıq sazişinin təsdiq edilməsinin və icraat xitam verilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək sazişin təsdiq edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə ümüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 52.3. Tərəflər məhkəmə işini b arışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə

191. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni ə saslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 417.1.5. kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış barışıq sazişini, təqdim edilmiş ərizələri, tərəflərin izahatlarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış 16.12.2021-ci il tarixli barışıq sazişinə əsasən:

1. İddiaçı “Əmək müqaviləsinin ləğv edilməsi haqqında Cavabdeh ASC t ərəfindən verilmiş 16 iyul 2020-ci il tarixli, 144/A saylı saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, həmin əmrlə bağlı əmək kitabçasındakı qeydin etibarsız hesab edilməsi və bu barədə qeydin üzərində cavabdeh tərəfindən müvafiq yazı edilməklə imza və möhürlə təsdiq edilməsinin cavabdehə həvalə edilməsi, işə düzəlmə imkanı məhdudlaşdırıldığından cavabdehdən qətnamə icra olunan günədək hər ay üçün sonuncu iş yerində aldığı orta əmək haqqı hesabı ilə təzminat ödənilməsi və iddiaçının işgüzar nüfuzuna vurulan ziyanın əvəzi olaraq sonuncu orta illik gəlirin həcmində təzminatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi” tələbindən imtina edir və gələcəkdə hazırki mübahisə üzrə Cavabdeh ASC-yə hər hansı iddia qaldırmamağı, şikayət və tələbinin olmayacağını öhdəsinə götürür;

2. İddiaçı Cavabdeh ASC-yə qarşı Ali Məhkəmənin icraatında olan hazırkı iş üzrə tələbi ilə bağlı iddiadan imtina etməsi barədə ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməyə müraciət etməyi və məhkəmədə həmin ərizəni müdafiə etməyi öhdəsinə görürür.

3. İddiaçının iddiadan imtina etməsi müqabilində Cavabdeh ASC, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməyi və İddiaçı həmin maddə üzrə işdən azad edilməsi” barədə 16 iyul 2020-ci il tarixli, 144/A saylı öz əmrini dəyişdirərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada İddiaçı ərizəsi əsasında işdən azad etməyi öhdəsinə götürür. Hər iki tərəf barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə yazılı ərizə təqdim etmişlər. Barışıq sazişində qanunvericiliyin tələblərinə zidd və 3cü şəxslərin maraqlarına toxunan müddəalar yoxdur. Barışıq sazişinin təsdiqindən imtina üçün əsaslar mövcud deyildir. Tərəflər barışıq sazişi bağlamaqla iş üzrə icraata xitam verilməsinin nəticələrinin onlara aydın olduğunu göstərdilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 52.3, 191, 261.0.5, 262.4 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hazırkı iş üzrə aşağıda göstərilən şərtlərlə bağladıqları 16 dekabr 2021-ci il tarixli Barışıq Sazişi təsdiq edilsin:

1. İddiaçı “əmək müqaviləsinin ləğv edilməsi haqqında cavabdeh tərəfindən verilmiş 16 iyul 2020-ci il tarixli, 144 /A saylı saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, həmin əmrlə bağlı əmək kitabçasındakı qeydin etibarsız hesab edilməsi və bu barədə qeydin üzərində cavabdeh tərəfindən müvafiq yazı edilməklə imza və möhürlə təsdiq edilməsinin cavabdehə həvalə edilməsi, işə düzəlmə imkanı məhdudlaşdırıldığından cavabdehdən qətnamə icra olunan günədək hər ay üçün sonuncu iş yerində aldığı orta əmək haqqı hesabı ilə təzminat ödənilməsi və iddiaçının işgüzar nüfuzuna vurulan ziyanın əvəzi olaraq sonuncu orta illik gəlirin həcmində təzminatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi” tələbindən imtina edir və gələcəkdə hazırki mübahisə üzrə Cavabdeh ASC-yə hər hansı iddia qaldırmamağı, şikayət və tələbi olmayacağını öhdəsinə götürür;

2. İddiaçı Cavabdeh ASC-yə qarşı Ali Məhkəm ənin icraatında olan hazırkı iş üzrə tələbi ilə bağlı iddiadan imtina etməysi barədə ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməyə müraciət etməyi və məhkəmədə həmin ərizəni müdafiə etməyi öhdəsinə görürür;

3. İddiaçının iddiadan imtina etməsi müqabilində Cavabdeh ASC, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməyi və İddiaçı həmin maddə üzrə işdən azad edilməsi” barədə 16 iyul 2020-ci il tarixli 144/A saylı öz əmrini dəyişdirərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada İddiaçı ərizəsi əsasında işdən azad etməyi öhdəsinə götürür. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1918/2021 nömrəli iş üzrə 14 iy ul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar