Məhkəmə qərarları › İş №2(102)-6639/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6639/2019

24.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6639/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və vəkili Vəkil, Cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli, 2(103)-6895/2019 nömrəli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim T.Paşayev) 05.12.2018-ci il tarixli, 2(005)-6512/2018 nömrəli məhkəmə əmri ilə borclu Cavabdeh 2831.28 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq tələbkar İddiaçı MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 24.12.2018-ci il tarixli, 2(005)-6512/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli, 2(005)-6512/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 16.01.2019-cu il tarixli, 2(005)-776/2019 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh 2831.28 manat məbləğində abunə-xidmət haqqı borcunun və 20 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, ödənilməmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) 22.05.2019-cu il tarixli, 2(103)-6895/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrəBakışəhəri Nərimanov rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli, 2(005)-776/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi İddiaçı MMC borclu Cavabdeh qarşı məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 2831.28 manat borcun və 20 manat dövlət rüsumun un tutularaq tələbkar İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh oğlu və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17.04.2017-ci il tarixli abunə müqaviləsinə əsasən iddiaçı təşkilat müvafiq nömrəni və internet xidmətini təqdim etməyi, cavabdeh isə ona göstərilən rabitə xidmətlərinə görə abunə və xidmət haqqını iddiaçı təşkilatın müəyyən etdiyi son ödəmə tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə götürdüyü telefon üçün iddiaçı təşkilata ilkin ödəniş etmiş, lakin iddiaçı təşkilat müqavilə üzrə digər xidmətləri göstərmədiyindən cavabdeh ödəniş i dayandırmışdır. İddiaçı təşkilat məhkəməyə arayış təqdim edərək cavabdehdən 118.50 manatdan 21 ay üçün 2831.28 manat pul tələb etmişdir. Lakin həmin arayışda hesablama düzgün aparılmamışdır. Belə ki, 118.50 manatdan 21 ay üçün ödəniş məbləği 2488.50 manat təşkil etdiyi halda iddiaçı təşkilat ondan artıq pul tələb etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası təyinat edilməsi barədə apellyasiya şikayəti isə təmin edilməmişdir. Bununla da Azərbaycan Respublikasının MPM-nin 97.1 və 418.3-cü maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh öhdəliyini bu şərtlə yerinə yetirməyə razıdır ki, qalıq borc ekspertiza ilə hesablansın, bundan sonra nömrə aktivləşsin və ekspert tərəfindən düzgün hesablanmış qalıq borcunun 30%-ni birdəfəlik, qalanını isə hissə-hissə 12-15 ay müddətində ödəniş etsin. Göstəril ənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli, 2(103)-6895/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəm ə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək bildirdilər ki, Cavabdeh istifadəsinə verilmiş ***-***-**-** nömrəsinə “Azercell” tərəfindən 05.05.2017, 05.07.2017 və 05.09.2017-ci il tarixli faktura dövrlərini əhatə edən müddətlər ərzində göstərilmiş xidmətlər müqabilində hesablanmış ümumilikdə 2831.28 manat borc ödənilməmiş, müqavilə şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini tələb etməsi də əsassızdır. Cavabdeh borc məbləğinin düzgün hesablanmadığını bildirsə də, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.”İddiaçı” MMC isə borc məbləğini hesab-fakturalarda göstərmişdir. Apellyasiya məhkəməsi həmin tələbi rədd edərkən heç bir po zuntuya yol verməmişdir. Ona görə də onlar kassasiya şikayətinin rədd edilməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli, 2(103)-6895/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, 17.04.2017-ci il tarixli abunə müqaviləsinə əsasən “İddiaçı" MMC və digər tərəfdən Cavabdeh bu müqaviləni bağlayaraq, "İddiaçı" MMC müvafiq nömrəni (*** *** ** **) və internet xidmətini təqdim etməyi, abunəçi ona göstərilən r abitə xidmətlərinə görə abunə və xidmət haqqını "İddiaçı" MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. 16.01.2019-cu il tarixli cari hesab arayışına əsasən Cavabdeh ödənilməmiş faktura məbləği 283 manat, 28 qəpik təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinnin 385-ci maddəsinə əssən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə ol unur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyatorun şikayətində irəli sürdükləri ilə bağlı apellyasiya kollegiyas ı qeyd etmişdir ki, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və pros essual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsasında hər hansı norma pozuntusu müəyyən edilmədiyindən kassasiya şikayəti əsassızdır və şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya instansiyası məhkəmə apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmış və düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli, 2(103)6895/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar