Məhkəmə qərarları › İş №2(102)-6639/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6639/2021

30.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6639/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblikdən alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1, vəkili Babayeva Xeyransa Qubat qızının, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-298/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şika yəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 Cavabdeh1 qarşı “torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun icarəsinə verilmiş 14 hektar torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul rayon icra Hakimiyyəti Başçısının 06 iyun 2011 -ci il tarixli, 107 saylı sərəncamı ilə X1 17 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinin 14 hektarının icarə hüquqları Yaqut Həsənova tər əfindən Razim Mirzəyevə, Razim Mirzəyev isə 08 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ona satmışdır. Onun qeyd edilən torpaq sahəsi üzərində olan icarə hüquqları dövlət qeydiyyatına alınmış və ona bu barədə müvafiq çıxarış verilmişdir. Lakin bütün bunlara baxmayaraq Cavabdeh1 ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edərək əkib becərməkdədir. O, dəfələrlə cavabdehə müraciət edərək onun torpaq sahəsindən çıxmasını xahiş etsə də, müraciətləri cavabsız qalmışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də 14 ha torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 iyul 2020-ci il tarixli, 2(071)-2 97/2020 saylı qətnaməsi ilə (hakim Həmid Əzizov) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə mülkiyyət hüququnun qorunması ilə əlaqədar maddi hüquq normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1, 157.2, 178.1, 178.2, 178.6-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Nüsrət Mirzəyevsədrlik edən və məruzəçi, Samir Mayılov, İlham Əsədov) 2(106)-298/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Hacıqabul Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2(071)-297/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlili olaraq iddiaçıya məxsus mübahisə olunan torpaq sahəsinin onun tərəfindən deyil, digər bir şəxs X7 tərəfindən istifadə edildiyini göstərmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının 01 dekabr 2020-ci il tarixli 2(106)-2661/20 saylı qətnaməsindən görünür ki, iddiaçı «Dalğa» kooperativinin Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və ziyan tələbinə dair iddiası Hacıqabul rayon məhəkəməsinin 16 iyun 2020-ci il tarixli 2(071)240/2020 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh1 X6 Hüququna Dair JN1626 kod 91000001 dövlət aktına əsasən «Dalğa» koorerativinin dairmi istifadəsinə ayrılmış torpaq sahəsindən çıxarılması, qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli 2(106)-2661/20 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul rayon məhəkəməsinin 16 iyun 2020-ci il tarixli 2(071 )-240/202 0 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirlmədən saxlanılmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli 2(106)-2661/20 saylı qətnaməsi ilə müəyyən olunur ki, həmin işdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 aprel 2020-ci il tarixli 3197 nömrəli ekspert rəyində göstərilmişdir ki, X6 Hüququna Dair JN-1626 kod 91000001 dövlət aktı ilə rəsmiləşdirilərək kənd təsərrüfatı məhsullarının istehsalı üçün «Dalğa» kooperativinin daimi istifadəsinə verilmiş torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edildiyini iddia edən «Dalğa» kooperativinin adından kooperativin sədri X2 idarə etdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən sənəd üzrə 14 ha olmaqla ******** **53 reyestr nömrəli çıxarış ilə İddiaçı1 Sərhəd oğlunun istifadəsindədir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli 2(106)- 2661/20 saylı qətnaməsi ilə işin müəyyən edilmiş hallarından görünür ki, X6 Hüququna Dair JN-1626 nömrəli KOD 91000001 nömrəli şəhadətnaməyə əsasən «Dalğa» kooperativinin daimi istifadəsində olan Cavabdeh1 tərəfindən zəbt edildiyini iddia edən «Dalğa» kooperativinin adından kooperativin sədri X3 iddia etdiyi torpaq sahəsi 12,02 ha olmaqla İddiaçı1 Fərhad oğlunun icarəsindəki torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin qeyd olunur ki, sözügedən torpaq sahəsi elektron baza məlumatlarına əsasən sənəd üzrə 14 ha olmaqla **********653 reyestr nömrəli çıxarış ilə İddiaçı1 Fərhad oğlunun icarəsindədir. Tərəflər arasında torpağa dair he ç bir razılaşma və yaxud hər hansı bir müqavilə olmamışdır. Cavabdeh (burada Cavabdeh1 nəzərdə tutulur) apellyasiya şikayətində iddiaçının iddia etdiyi torpaq sahəsinə hüquqverici sənədinin olmamasına baxmayaraq, həmin torpaq sahəsini İddiaçı1 Fərhad oğlundan icarəyə götürdüyünü, lakin müqavilə bağlamadığını, qarşılqlı razılaşma əsasında istifadə etdiyini, həmçinin həmin torpaq sahəsinin iddiaçı ilə İddiaçı1 Fərhad oğlunun icarəsinə verilmiş torpaq sahələrinin bir hissəsinin sənəd üzrə mübahisəli olmasını qeyd etmişdir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********53 olan ******* nömrəli çıxarışa əsasən İddiaçı1 icarə hüququ ilə məxsus olan 14 ha torpaq sahəsindən heç bir hüquqverici sənəd olmadan istifadə etməklə iddiaçını həmin torpaq sahəsinə faktiki sahiblik və istifadə imkanından məhrum etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən əsasən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları araşdırılmışdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Həmin sahənin onunla hüquqi və faktiki bağlılığı yoxdur. Əslində adıçəkilən torpaq sahəsi hazırda X7 adlı şəxsin istifadəsindədir. Həmin şəxs 2018-ci ilin oktyabr ayından həmin torpaq sahəsini istifadə etməyə başlamış, hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsinin Nadir Qədirova kim tərəfindən verilməsi barədə onun məlumatı yoxdur. İddiaçı yanlış olaraq adı çəkilən torpaq sahəsinin onun tərəfindən zəbt olunduğunu zənn edərək ona qarşı iddia qaldırmış və bu barədə məhkəməyə heç bir sübut təqdim etməmi şdir. İş materiallarında iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsindən bir hissəsinin onun qanunsuz istifadəsində olmasını təkzib edən kifayət qədər sübutlar vardır. Belə ki, Hacıqabul rayonunda fəaliyyət göstərən “Dalğa” Kooperativinin sədri X4 mübahisə predmeti olan və hazırki iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsinin azad olunması tələbi ilə ona qarşı iddia qaldırmış, iddia tələbi təmin edilməmişdir. Hazırki iddiaçı o, iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Həmin mülki iş üzrə məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15.04.2020-ci il tarixli ekspert rəyindən görünür ki, X6 Hüququna dair JN-1626 KOD 91000001 dövlət aktı ilə verilmiş və cavabdeh olaraq onun tərəfindən zəbt edildiyi iddia edilən torpaq sahəsinin İddiaçı1 istifadəsin də olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Göründüyü kimi, ekspert rəyində də İddiaçı1 iddia etdiyi torpaq sahəsinin onun tərəfindən zəbt edilmədiyi təsdiq olunmuşdur. Lakin buna baxmayaraq məhkəmə subyektiv mülahizələrə istinad etməklə iddia tələbini qismən təmin etmiş və bununla da əsassızlığa yol vermişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və vəkili Babayeva Xeyransa Qubat qızı kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə

82. Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki ümmətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların h esabına həyata həyata keçirilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onla ra qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayəti üzrə qətnamə cava bdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmışdır. Belə ki, kassator kasasiya şikayətində daha əvvəl baxılmış m ülki iş üzrə əldə edilmiş ekspert rəyi ilə onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmədiyinin müəyyən edilmədiyini göstərsə də, həmin rəydən də görünür ki, cavabdeh tərəfindən zəbt edildiyi iddia edilən torpaq sahəsi iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Digər tərəfdən cavabdeh torpaq sahəsinin onun tərəfindən zəbt edilmədiyini, torpaq sahəsini X7 adlı şəxsin 2018-ci ilin oktyabr ayından istifadə etdiyini və hazırda da həmin şəxsin istifadəsində olduğunu bildirsə də, bu zaman sual yaranır ki, cavabdeh həmin torpaq sahəsi ilə faktiki bağlılığının olmadığını bildirdiyi halda, həmin torpaq sahəsinin dəqiq tarix göstərməklə kim tərəfindən istifadə edilməsini və hazırda da həmin şəxsin istifadəsində olmasını haradan bilir. Demək ki, cavabdehin həmin t orpaq sahəsi ilə faktiki bağlılığı hazırki zamanda da davam etməkdədir. Cavabdeh torpaq sahəsinin onun tərəfindən zəbt edilmədiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, hətta torpaq sahəsinin digər yuxarıda adı çəkilən şəxs tərəfindən bilmədiyi bir əsasla istifadə edildiyini bildirsə də, həmin şəxsin şahid qismində dəvət edilib dindirilməsi üçün nə vəsatətlə məhkəməyə müraciət etmiş, nə də öz tərəfindən şahid kimi məhkəməyə təqdim edərək dindirilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Əlavə olaraq bildirilməlidir ki, ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya proses sual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-298/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar