Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-664/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsində olan tikilidən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili Səfərov Bəhruz Dostəli oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində olan tikilidən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-2021/202 0 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 19 aprell 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X9 ilə Cavabdeh aralarında 10.01.2012-ci il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahdan 07 oktyabr 2011-ci il təvəllüdlü X10 və 17.06.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Həmin nikah qeydi 25.12.2018-ci il tarixdə Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən ləğv edilmişdir. «xxxx» MMC-nin fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasma aid hesab cədvəlinə əsasən X X2 mülkiyyətinə olan əmlak kimi qiymətləndirilmişdir. Artyomneft NQÇİ-nin 1270 saylı, 02.08.1990-cı il tarixli Sərəncamın surətindən görünür ki, x mənzilin əsas kirayəçisi X1 vəfat etməs i ilə əlaqədar mənzilin maliyyə şəxsi hesabı oğlu İddiaçı adına dəyişdirilmişdir. Pirallahı Rayon Məhkəməsinin 2(094)-231/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsinin surətindən göründüyü kimi, iddiaçı Cavabdehlər X8, X6 və X3 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9896/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Pirallahı Rayon Məhkəməsinin 15.05.2018-ci il tarixli, 2(094)231/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində olan tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh qarş ı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, oğlu Cavabdeh qızı ilə 2010-cu ildə qeyri-rəsmi olaraq nikaha daxil olub ailə qurmuş, bundan sonra onlar nikahlarını 10 yanvar 2012-cu il tarixdə Qeydiyyat Şöbəsində rəsmiləşdirərək rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından iki uşaqları olub. Cavabdeh oğlu ilə ailə qurduqdan sonra onun yaşadığı evə gəlin gəlmişdir. Ailədə münasibətləri pozulduğundan oğlu X5 ərizəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən onların arasında olan nikahları ləğv edilmişdir. Bundan sonra cavabdeh ona oğluna və həyat yoldaşına qarşı Bakı şəhəri Pirallahı Rayon məhkəməsinə yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 5,ev 6,mənzil 6-da yerləşən 2007-ci ildə inşa etdirdiyi özbaşına tikili olan ümumi sahəsi 60 kv.m 2 otaq mətbəxdən ibarət evə köçürülməklə istifadə hüququnun tanınmasına da iddia tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddia tələbi əsassız olduduğundan rədd edilmişdir. Bundan sonra cavabdehin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 15.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bildirmək istəyir ki, 10 sentyabr 2019-cu il tarixdə cavabdeh özbaşına olaraq o, evdə olmadığı vaxt onun evinə gələrək yaşadığı torpaq sahəsində olan tikdirdiyi 2 otaq və bir mətbəxdən ibarət özbaşına tikiliyə daxil olmuşdur. Bu ndan sonra o, nə qədər cavabdehə onun istifadəsində olan yaşayış sahəsindən çıxmasını tələb etsə də onun sözlərinə məhəl qoymayaraq çıxmamış, o, bu barədə Polis Şöbəsinə müraciət etsə də cavabdeh ona bildirmişdir ki, o yalnız məhkəmə qətnaməsi əsasında onun evindən çıxacaq. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzilin kilidini o polislərin əli ilə dəyişdirmiş, alimentdən imtina edərək yoldaşı ilə barışmış daha sonra o, evə köçmüşdür. Həmin evə qeydiyyatı olmasa da, lakin uşaqlar həmin evdə qeydiyyatdadır. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçə si, döngə 5, 6 saylı evin, 6 saylı mənzilində yerləşən iki otaq bir mətbəxdən ibarət özbaşına tikilidən (evdən) çıxarılması qət edilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin( hakim Rəşad Mustafayev) 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 5, 6 saylı evin, 6 saylı mənzilində yerləşən iki otaq bir mətbəxdən ibarət özbaşına tikilidən (evdən) çıxarılması qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandıraraq, hesab etmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi döngə 5,ev 6,6 saylı mənzilində yerləşən iki otaq bir mətbəxdən ibarə t özbaşına tikilidən (evdən) cavabdeh çıxarılmalıdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, X4 və X12) 26 fevral 2020-cu il tarixli, 2(103)-2021/2020 nömrəli qətnaməsi ilə Apellyasiy a şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi hallarla və gəldiyi nəticələrlə razılaşaraq, hesab etmişdir ki, qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Cavabdeh iddiaçının ailə üzvləri sırasına daxil deyil. Apellyasiya məhkəməsi öz mövqeyini Mənzil Məcəlləsinin 68.1, 68.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh x kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini ilkin iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlillə ri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılıb ki, Pirallahı Rayon Məhkəməsinin 15.05.2018-ci il tarixli, 2(094)-231/2018 saylı qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyətə malik deyil. Belə ki, qətnamədən aydın olur ki, o məhkəmə baxışı zamanı iddia tələbinin özbaşına tikiliyə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinin evə köçürülməsi hissəsindən öz ərizəsinə əsasən imtina etdiyindən məhkəmə onun yalnız özbaşına tikilidən istifadə hüququnun tanınması hissəsini rədd etmişdir. Belə ki, məhkəmə baxışı zamanı onların arasında barışıq əldə olunduğundan və o övladları ilə birlikdə həmin özbaşına tikiliyə cavabdehin tərəfindən qaytarıldığından tələbin evə köçürülmə hissəsindən imtina etmişdi. Onun həmin ünva nda yaşamağını cavabdeh və onun həyat yoldaşı Venera və oğlanları Rafiq və Şamil də öz polisdəki izahatlarında təsdiq etmişlər. Bundan başqa, barışıq əldə olunduğundan və onlar bir evdə yaşadıqlarından o, 2018-ci ilin ortaları alimentin ödənilməsinin dayandırılması ilə bağlı icra şöbəsinə ərizə ilə də müraciət etmişdir. Bütün bunlar apellyasiya instansiyası tərəfindən nəzərə alınmamışdır və məhkəmənin qətnaməsinin qanunsuz və iddianın tam əsassız olduğunu sübut edir (izahatlar və digər sübutlar barədə sorğular verilmişdir və məhkəməyə təqdim olunacaqdır). Göründüyü kimi apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qanunsuzdur, məhkəmə iş üzrə müəyyən olunmuş bütün hüquqi faktlara qiymət verməməklə maddi və prosessual hüquq normalarının tələbini kobu d pozmuşdur. Məhkəmə işi sadəcə cavabdehin hüquqlarını kobud pozan iddiaçının xeyrinə həll etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili Səfərov Bəhruz Dostəli oğlu kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olm ayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsi nə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məs ələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamış və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından qiymət verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9896/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış Pirallahı Rayon Məhkəməsinin 2(094)-231/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər X8, X6 və X3 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi ilə müəyyən edilm işdir ki, mübahisəli tikili özbaşına tikili olduğuna görə mübahisə edən tərəflərin həmin tikiliyə heç bir hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məhkəmə qətnaməsinin hazırki iş üzrə preyudisiyal əhəmiyyətə malik olmamasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Artyomneft NQÇİ-nin 1270 saylı, 02.08.1990-cı il tarixli Sərəncamına istinad etsə də, onun məzmununda göstərilənlərə diqqət yetirməmişdir. Həmin sərəncama əsasən isə Bakı şəhəri, S.Vurğun küçəsi, döngə 5, 6 saylı mənzilin əsas kirayəçisi X1 vəfat etməsi ilə əlaqədar mənzilin maliyyə şəxsi hesabı oğlu İddiaçı adına dəyişdirilmişdir. Belə olan halda, mübahisəli mənzilin özbaşına tikili olmadığı, iddiaçının həmin mənzilin kirayəçisi olduğu görünür. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə istinad etsə də, həmin normaların tam mətnini nəzərə almış, qətnamədə yalnız həmin normaların ilk cümləsini qeyd etmiş və cavabdehin iddiaçının ailə üzvü olmamasına istinad etməklə kifayətlənmişdir. Halbuki Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bi lərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən isə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi özünün yarımçıq formada qeyd etdiyi normaların tələblərinə əsasən Cavabdeh iddiaçının ailə üzvləri sırasına daxil olmaması qənaətinə gəlsə də, göstərilən normalarından göründüyü kimi, digər qohumların, əmək qabiliyyəti olmayan himayədə olanların, müstəsna hallarda digər şəxslərin sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kimi sayılması üçün halla r da əksini tapmışdır. Bunlara kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan şəxslər də aiddir. Cavabdehin iddiaya etirazı və məhkəmə iclaslarında verdiyi izahatlarından görünür ki, o, aliment tələbindən imtina etdiyinə görə keçmiş həyat yoldaşı ilə barışıb, həmin evə köçürülmüşdür. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli tikiliyə iddiaçının razılığı ilə köçüb-köçmədiyini, hansı əsaslarla, hansı vaxtdan həmin evdə yaşamasını araşdırmadan tərəflər arasında yaranmış hüquq münasibətlərinə hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə əlavə edilmiş Pirallahı RPŞ-nin İQ-nun 02.12.2019-cu il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, araşdırma zamanı İddiaçı və onun həyat yoldaşı X7 izahatlarında 2017-ci ildən oğulları Şamil və gəlinləri Günelin münasibətləri pozulduğu üçün Xaçmaz rayon məhkəməsinin qərarı ilə rəsmi boşanıblar. Məhkəmənin qərarı ilə hər uşaq üçün 136 manat alimenti Şamil Günelə ödəyirmiş. Bir evdə yaşadıqları üçün razılığa gəlib 2018-ci ilin avqust ayından məhkəmə icra şöbəsinə onunla birlikdə gedib alimentin saxlanması barədə Cavabdeh rəsmi ərizə yazıb. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında hüquq münasibətlərinin hansı formada olmasına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 6.2-ci bəndində göstərilmişdir ki, qətnamənin əsaslandırıc ı hissəsinə xüsusi diqqət yetirilməlidir. Qətnamənin həmin hissəsində məhkəmələr tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Qərarın 6.3-cü bəndində isə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutların əlaqəli şəkildə şərh edilməsi, bu və ya digər sübutların qəbul edilib-edilməməsi səbəblərinin orada aydın izah edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi göstərilən hallara cavab vermir. Qətnamədə iddiaçının apellyasiya şikayətinin məzmunu əks edilsə də, onun dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırma aparm ası, hansı halları müəyyən etməsi, bu dəlillərin birinci instansiya məhkəməsinin hansı müəyyən etdiyi halları təkzib etməsinin müəyyən edilməsi görünmür. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, tərəflərin apellyasiya şikayətinin və ona etirazın dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə iddiaçının ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülə rkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh qızının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)-2120/2020 nömrəli iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.