Məhkəmə qərarları › İş №2(102)-6640/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6640/2019

07.11.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6640/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh2, vəkili X2, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-4880/2018, hakim A.Ş.Mirzəzadə) İddiaçı cavabde hlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddiası təmin edilmış, XXX yerləşən, ümumi sahəsi 95 kv.m-dən, 2 otaqdan ibarət 139 saylı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, Cavabdeh2 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-2032/2019, hakimlər F.F.Babayev, X.A.Mərdanova, E.M.Həsənov) Cavabdeh2 apellyasiya şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 16 mart 2007-ci il tarixli müqaviləyə əsasən MTK ünvan 1 ünvanında tikdiyi bina dan ümumi sahəsi 95 kv.m olan, 4-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət 139 nömrəli mənzili sonuncuya verməyi, o isə həmin mənzilin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 MTK-nin direktoru tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş maliyyə arayışlarına əsasən İddiaçı mənzilin dəyərini ödəmişdir. 18.01.2013-cü il tarixdə Cavabdeh1 MTK və Cavabdeh2 arasında eyni mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış və həmin tarixdə də Cavabdeh2 tərəfindən mənzilin dəyərinin ödənilməsi barədə MTK tərəfindən maliyyə arayışı verilmişdir. Cavabdeh2 qeyd edilən mənzili təhvil almış, təmir etməklə ailəsi ilə birlikdə mənzildə yaşayır. 10 may 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək 16 mart 2007-ci il tarixli müqaviləyə əsasən XXX yerləşən ümumi sahəsi 95 kv.m-dən, 2 otaqdan ibarət 139 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MTK və Cavabdeh2 üzərinə qoyulması, eləcə də sonuncunun həmin ünvanda yaşayan ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən mənzili əldə etdiyi vaxtdan onun faktiki sahibliyində və istifadəsinə olmasına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassastor və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməs inin əsasları müəyyən edilmişdir. İddiaçı 16 mart 2007-ci il tarixli müqavilə əsasında əldə etdiyi mənzilin ona təhvil verilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasına dair hazırki iddia tələbini irəli sürmüşlər. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, Cavabdeh2 digər Cavabdeh1 MTK ilə aralarında bağlanmış 18 yanvar 2013-cü il tarixli müqavilə əsasında mübahisəli mənzili əldə etmiş, həmin mənzili təhvil alıb təmir etdirərək köçməklə, hazırda ailə üvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsi ilə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtl əri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi mülki qanunvericilik etibarsız əqdlərin iki növünü fərqləndirir: mübahisə edilən və əhəmiyyətsiz əqdlər. Mübahisə edilən əqdin mübahisə edildiyi halda, bağlandığı andan etibarsız olmasını nəzərdə tutulur; yəni bu cür əqd bağlandığı andan etibarlıdır, lakin mübahisə edilərsə, onda etibarsızlığa səbəb olan şərtlərin mövcudluğu halında, bağlandığı andan etibarsız olacaqdır. Lakin əhəmiyyətsiz əqdin mübahisələndirilməsinə zərurət yoxdur, əqd mübahisə edilib-edilməməsindən asılı olmayaraq, bağlandığı andan etibarsızdır. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 18 yanvar 2013-cü il tarixli müqavilə əhəmiyyətsiz əqd olmamaqla, mübahisələndirilən əqddir. Lakin göründüyü kimi, iddiaçı həmin müqaviləni mübahisələndirmədən, mənzilin ona təhvil verilməklə Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasını tələb etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə iddia ərizəsinin forma və məzmunu müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə iddia ərizəsində iddiaçının tələbi, iddiaçının öz tələb ini əsaslandırdığı hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 50-ci madəsinin tələblərinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddiaçı Cavabdeh2 və ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması barədə tələb irəli sürmüşdür. Göründüyü kimi cavabdehlər konkret göstərilməməklə, tələb qeyri-müəyyən şəxslərə qarşı yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 372-7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya məhkəməsi mübahisəyə əqdlərin etibarsızlığı əsaslarını və iddianın verilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri b axımından düzgün hüquqi qiymət verməmiş, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi l əğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar