Məhkəmə qərarları › İş №2(102)-6641/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6641/2019

24.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6641/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı MMC-nin vəkili X1 iştirakı ilə, İddiaçı MMCtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)5597/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Xuraman Məhərrəmova) 03 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 30 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borc üzrə 16729 manat, faiz borcu üzrə 22221,06 manat olmaqla, cəmi 38950,06 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat m əbləğində dövlət rüsumunun tutulub “xxxx” QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SANTA FE” markalı (buraxılış ili 2008, Ban – KMHSH81DP9U441264, rəngi - qara, mühərrik - 246895) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Aç ıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC ilə İddiaçı MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən “xxxx” QSC-yə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazi rlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1847 saylı, 05 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC-yə verilmişdir. “xxxx” ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında 03.02.2009-cu il tarixdə, A/427 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 36 ay müddətinə 21.600 manat məbləğində kredit verilmişdir. 10.02.2009-cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan 2008-ci il buraxılışlı, ban nömrəsi KMHSH81DP9U441264, qar a rəngli, mühərrik nömrəsi 246895, **-CG-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SANTA FE” markalı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 03 fevral 2009-cu il tarixli, AG seriyalı, 174525 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin müddəti 03 fevral 2012-ci il tarixində bitmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdeh banka hazırda olan əsas borc üzrə 16729 manat, 01.01.2017-ci tarixə faiz borcu üzrə 22221,06 manat olmaqla, cəmi 38950,06 manat məbləği təşkil edir. Borcun ödənilməsi ilə bank tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəf bu günə qədər banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verməmiş, şikayət üz rə araşdırma aparmamışdır. Məhkəmə iddia müddətinin tədbiq etməklə iddia tələbini rədd edərkən kredit müqaviləsinin şərtlərini nəzərə almamış, müqavilənin müddətinin öhdəliyin icra edilənədək qüvvədə olmasına əhəmiyyət verməyərək səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı MMC-nin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyi b, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qimən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh ilə «xxxx» ASC Nərimanov filialı arasında 03 fevral 2009-cu il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdehə avtomobil almaq məqsədilə ilə 36 ay müddətinə 21600 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş hesabdan çıxarışından görünür ki, cavabdeh 09.04.2010-cu il tarixdə 280 manat məbləğində kredit üzrə son ödəniş etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 376, 377.2, 375.2 və 378-ci maddələrinə istinad edərək iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbini rədd etmiş, apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddia müddətinin tədbiqi məsələsində maddi və prosessual qanunuvericiliyin tələblərinə əməl etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1-ci madddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil e dilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilən normalardan göründüyü kimi, qanunvericilik iddia müddətinin tədbiqini mübahisə edən tərəfin ərizə verməsi ilə şərtləndirilmişdir. İşə baxan məhkəmə müddətin ötürülməsi halını müəyyən etsə belə qanunvericilikdə məhkəməyə öz təşəbbüsü ilə iddia müddətin tədbiq edilməsini istisna edir. Bu hal mülki mühakimə icraatının tərəflərin çəkişmə və bilavasitəlilik prinsipləri əsasında həyata keçirilməsinə əsaslanır. Hazırki işin materiallarından görünür ki, iş üzrə Cavabde h məhkəmə iclaslarında iştirak etməmiş, onun qeydiyyatda olduğu və yaşadığı ünvanda olması müəyyən edilməmiş, ünvan sökülmüşdür. O, iddia müddətinin tədbiqi barədə ərizəni şəxsən məhkəməyə təqdim etməmişdir. İşin 89-cu vərəqində olan məhkəmənin istinad etdiyi müddətin tədbiqi barədə ərizənin kim tərəfindən məhkəməyə təqdim edilməsi müəyyən edilmir. Həmin ərizənin cavabdeh tərəfindən yazılmasının notarial qaydada təsdiqlənməsi və ya cavabdeh tərəfindən rabitə orqanı vasitəsi ilə məhkəmənin ünvanına göndərilməsi də aydın deyildir. Bu barədə iş materiallarında hər hansı bir poçt zərfi mövcud deyildir. Ərizə naməlum şəxs tərəfindən məhkəmənin dəftərxanasına təqdim olunmuş, qeydiyyata alınaraq işə baxan hakimə verilmişdir. Ərizə məhkəmə iclasında təqdim edilməmişdir. Belə olan halda işə baxan b irinci instansiya məhkəməsinin hansı əsaslar üzrə həmin ərizənin cavabdeh tərəfindən yazılması, imzalanması qənaətinə gəlməsi aydın deyildir. Belə olan halda qanunvericliyin yuxarıda göstərilən normasının tələbinin yerinə yetirilməsi, yəni iddia müddətinin tədbiqi barədə ərizənin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi şərtinin yerinə yetirilib-yetirilməməsi müəyyən edilməmiş qalır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. H əmin Məcəllənin 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qət namə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5597/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edil diyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar