Məhkəmə qərarları › İş №2(102)-6642/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6642/2021

11.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6642/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-723/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən evdə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və məcburi qaydada evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Xaçmaz Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov, iş № 2(067)-1927/2020) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tar ixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev, iş № 2(105)-723/2021) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 12 oktyabr 2020-ci il tarixli 2(067)-1927/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, Cavabdeh Xaçmaz rayonu, Xudat şəhəri, K.Zavod qəsəbəsi, ev 16, mənzil 4-dən məcburi qaydada çıxarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev, iş № 2(105)-723/2021) Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpa olunmasına dair ərizəsi təmin olunmamış, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(105)-723/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il qətnaməsinin surəti 16 mart 2021-ci il tarixli məktubla rəsmi qaydada tərəflərə göndərilmiş, iş materialının 88-ci vərəqəsində olan məhkəmə qəbzindən görünür ki, cavabdeh qətnamənin surətini 29 mart 2021-ci il tarixdə almışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi üçün qətnamə icra ol unması üçün Xaçmaz rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə olunmuş prosessual müddətin bərpa olunmasına dair ərizə 02 avqust 2021-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli qətnaməsinin surətini 29 mart 2021-ci il tarixdə aldığı, lakin qanunla müəyyən olunmuş müddətdə kassasiya şikayəti vermədiyi üçün onun ərizəsi təmin olunmamalı və kassasiya şikayəti geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2021-ci il tarixli, 2(105)-723/2021 saylı qərardadını ləğv edərək, işin apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, qəbzə imza etməklə qətnamənin surətini rəsmi olaraq götürməmişdir, qətnamənin surətini yalnız 18.07.2021-ci ildə rəsmi olaraq almışdır. İşə əlavə edilmiş qəbzdə olan imza ona məxsus deyildir. Bu barədə teleqram göndərərək məhkəmədən imzanın yoxlanması üçün ekspertiza təyin olunmasını xahiş etmiş olsa da məhkəmə buna əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində şikayət verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardad ının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulduğuna istinad edərək, əsasən bir neçə prosessual hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmi ş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə sübutların olmadığı təqdirdə müddətin bərpası istisna olunur. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi işin halları ilə müəyən etmişdir ki, qətnamənin surəti cavabdeh N. Hacıyevanın məlum olan ünvanına poçt vasitəsi ilə göndərilmiş və həmin ünvana çatdırılmışdır. Bunun əksini təsdiq edən heç br sübut mövcud deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, kassasiya şikayətndə istinad olunan hər hansı bir dəlil müddətinin bərpa edilməsi əsası kimi qəbul oluna bilməz. Bu baxımdan kassasiya şikayətinin dəlilləri qərardadının ləğv edilməsi üçün əsas hesab edi lmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-723/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar