Məhkəmə qərarları › İş №2(102)-6647/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6647/2019

24.10.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6647/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 may 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 oktyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov, iş № 2(008)-110/2018 saylı mülki iş) iddia təmin edilmiş, RPna DƏDRX -in Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 17.05.2016-cı il tarixli 112 saylı torpaq sahəsinə dair çıxarış, RP ilə Cavabdeh2 arasında Bakı şəhəri, ÜNVANnə dair alqı-satqı müqaviləsi və həmin müqavilənin əsasında DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 nun adına verilmiş RX 097036 seriya nömrəli çıxarış, həmçinin P-Rza Ağarza oğlu ilə Cavabdeh1 arasında Bakı şəhəri, ÜNVANnə dair bağlanmış 20.08.2016-cı il tarixli AN-10566326 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş RX ******* seriya nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən, məruzəçi), E.Həsənov və F.Babayev, 2(103)3597/2019 saylı mülki iş) hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, P-X13, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Balaxanı Bələdiyyəsi cəlb edilməklə) qarşı “alqı-satqı müqavilələrinin və onların əsasında torpağa dair verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 torpağa dair alqı-satqı müqaviləsinin və onun əsasında DƏDRX-in tərəfindən verilmiş ç ıxarışın həmçinin ona məxsus olan torpaq sahəsinə dair bütün alqı-satqı və çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçılar X6 və X3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçılar X6, X3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onların izahatları dinlənilmədi. İş üzrə digər cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin 17.04.1992-ci il tarixli 9/55 saylı qərar ı ilə Bakı şəhəri, ÜNVANin tikilməsi üçün 1200 kv.m torpaq sahəsi X9 verilmişdir. Həmin qərar əsasında X9 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz ƏmlakınDövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı 26.04.2016-cı il tarixli çıxarış verilmişdir. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 26.04.2016-cı ildə X9 verilmiş **********64 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov 112 sahə ünvanında yerləşən ümumi sahəsi 0.114 kv.m olan torpaq sahəsindən ibarətdir. Həmin şə hadətnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov 12 saylı sahə RPnun adına dövlət qeydiyyatına alınmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindın RX seriyalı ******* saylı 17.05.2016-cı il tarixli çıxarış verilmişdir. Bundan sonra AN-l ******* saylı 20 avqust 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə RP ünvan ünvanında yerləşən ümumi sahəsi 0.114 ha olan torpaq sahəsinin 0.074 ha hissəsini 6000 manat müqabilində Cavabdeh1 satmış və həmin torpaq sahələrinə dair bölgü sxeminə dair saziş bağlanmışdır. Bundan sonra həmin torpaq sahəsi Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı 26.08.2016-cı il tarixli çıxarış verilmişdir. Bundan başqa AN-İ ******* saylı 06 dekabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə RP ünvan ünvanında yerləşən ümumi sahəsi 0.0378 ha olan torpaq sahəsini 5400 manat müqabilində Cavabdeh2 na satmışdır. Bundan sonra həmin torpaq sahəsi Cavabdeh2 nun adına dövlət qeydiyyatına alınmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidməti Hüquqlarən Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Restrindən RX seriyalı ******* saylı 16.12.2016-cı il tarixli çıxarış verilmişdi r. Məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26.09.2000-ci il tarixli 916 saylı sərəncamına əsasən, Bakı şəhəri, ÜNVANnin 65,98 ha torpaq sahəsi sərəncama əlavə edilmiş sərhədlər daxilində Balaxanı qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 12 may 2004cü il tarixli Sərəncamı ilə X10 qızına 145-000-130 saylı layihə tipli 600 kv.m sahəsi olan şəxsi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bundan başqa Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixi Sərəncamı ilə mübahisə predmeti olan X7 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi X4 ayrılmışdır. Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş 02.05.2018-ci il tarixli 48 saylı məktuba əsasən, həmin torpaq sahələri Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26.09.2000-ci il tarixli 216 saylı sərəncamı ilə Balaxanı Bələdiyyəsinə ayrılmış Bakı şəhəri, ÜNVANnin hüdudları daxilindədir. Birinci instansiya məhkəməsinin 2(008)-458/2017 saylı 17 may 2017-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27676 saylı 29 noyabr 2017-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflərin mübahisə etdikləri iddiaçılar İddiaçı1 nın və İddiaçı2 mülki işdə olan Bakı şəhəri Balaxanı Bələdiyyəsinin 30 dekabr 2006-cı 825 nömrəli sərəncamına əlavə edilmiş sxemə əsasən iddia etdikləri torpaq sahələri halhazırda xüsusi mülki yyətdədir. İddiaçı1 na və İddiaçı2 torpaq sahəsinin ayrılması barədə "xxxx" MMC-nin arxiv və elektron bazasında heç bir məlumat yoxdur. İddiaçılar İddiaçı1 nın və İddiaçı2 iddia etdikləri torpaq sahələri ilə Cavabdeh1 sahəsi 0.0740 hektar, reyestr nömrəsi **********82 olan və Cavabdeh3 sahəsi 0.114 hektar, reyestr nömrəsi **********64 olan (alqı-satqı qaydasında satıldıqdan sora hal-hazırda A-Cavabdeh1 sahəsi 0.0740 hektar, reyestr nömrəsi **********82 olan və B-X1 0.0373 hektar, reyestr nömrəsi **********08 olan çıxarışlarla mülkiyyət hüquqları qeydiyyata alınmış) çıxarış və plan-ölçü sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 02 may 2018-ci il tarixli 2(008)-110/2018 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-te xniki ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16078 saylı 10 oktyabr 2018- ci il tarixli ekspert rəyinə əsasən, iddiaçılar İddiaçı1 nın və İddiaçı2 iddia etdikləri torpaq sahələri ilə Cavabdeh1 sahəsi 0.0740 hektar, reyestr nömrəsi **********82 olan və Cavabdeh3 sahəsi 0.114 hektar, reyestr nömrəsi **********64 olan (alqı-satqı qaydasında satıldıqdan sonra hal-hazırda A-Cavabdeh1 sahəsi 0.0740 hektar, reyestr nömrəsi **********82 olan və B-X1 0.0373 hektar, reyestr nömrəsi **********08 olan çıxarışlarla mülkiyyət hüquqları qeydiyyata alınmış) çıxarış və plan-ölçü sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməs i qətnamə qəbul edərkən bir sıra halları araşdırmamış və hazırkı iddia tələbi üzrə səhv nəticəyə gələrək, iddia tələbini təmin etmişdir. Belə ki, Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusimülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə müİkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqla ümumi istifadə olunan tor paqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. “Bələdiyyə Torpaqlarının idarə Edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1. maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin qanunun 4.0.1 -ci bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada oələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləridir. Həmin qanunun 6.1 -ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikası nın torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən oigər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tulur. Göründüyü kimi, bələdiyyələrin yalnız öz mülkiyyətində olan toraq sahələri üzrə sərəncam vermək səlahiyyətləri vardır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 17.04.2019cu il tarixli 1/645 saylı məktubuna əsasən, Bakı şəhərində və ətraf qəsəbələrində olan torpaq sahələri Bakı şəhəri İcra Hakimiyyətinin tabeçiliyindədir. Qeyd olunan məktuba əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahələri Balaxanı bələdiyyəsinin mülkiyyətinə verilmədiyindən və Bakı şəhər İcra hakimiyyətinin tabeçiliyində olduğundan Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 2 may 2004-cı il tarixli və 30 dekabr 2006-cı il tarixli Sərəncamları ilə iddiaçılara verilə bilməzdi. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda göstərilən qanunvericilik normalarına uyğun olaraq, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Balaxanı Bələdiyyəsinə həmin torpaq sahəsi ayrılsa idi belə, cavabdehin mülkiyətində olan torpaq sahələri Sabunçu Rayon İcra Hakimiyyətinin 17.04.2019-cu il tarixli 9/55 saylı qərarı ilə X9 ayrıldığından və sonuncunun həmin torpaq sahəsinə dair mülkiyyət hüququ qeydə alındığından mübahisəli torpaq sahələri bələdiyyənin xeyrinə ayrılmış torpaq sahəsinin daxilində ola bilməz. Məhkəmə kollegiyası tərəfindən mübahisəli daşınmaz əmlakla bağlı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələri bağlanmışdır. Həmin vaxt qanunvericiliyin pozulması halı məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mül kiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə ətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qət namənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar