Məhkəmə qərarları › İş №2(102)-665/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-665/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-665/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə ailə üzvünün yaşayış sahəsinə istifadə hüququnun yaranması, digər qohumun köçürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X16 oğlunun katibliyi, İddiaçı, onun vəkili Rəhimova Xəyalə Mirzəmməd qızının, Cavabdeh və vəkili Vəkil Əbdül oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2724/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil Əbdül oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdehin oğlu X12 ilə xx xxxx 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2010-cu il təvəllüdlü X10 və xx xxxxxxxx 2014-cü il təvəllüdlü X11 adlı uşaqları olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-305/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətinə əsasən İddiaçı cavabdeh X9 qarşı evə köçürmə tələbinə dair iddiası təmin edilməmişdir. Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ№ 278732 saylı nikahın pozulması haqqında şəhadətna mənin surətindən görünür ki, X12 və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx xxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 B saylı ünvanda yerləşən özbaşına tikilidə X12 və atası Cavabdeh qeydiyyatsız yaşayır. Həmin ünvanda başqa heç kim qeydiyyatda yoxdur. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 277118 saylı nikahın bağlanılması haqqında şəhadətnamənin surətinə əsasən X1 Şahanə Məhəmmədəli qızı ilə nikahlarını bağlamışlar. Bu ba rədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxx 2018-ci il tarixdə 1942 nömrə ilə qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 B saylı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 B saylı ev özbaşına tikili olmaqla, Cavabdeh məxsusdur. O, cavabdehin oğlu X12 ilə xx xxxx 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2010-cu il təvəllüdlü X10 və xx xxxxxxxx 2014-cü il təvəllüdlü X11 adlı uşaqları olmuşdur. O, X12 ilə ailə qurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 B saylı evə gəlin köçərək orada yaşamışdır. Mübahisəli evin elektrik və qaz təchizatı ilə bağlı sənədləri Cavabdeh adınadır. O, həmin evdə bir müddət mübahisəsiz yaşamış, lakin sonralar cavabdehin ailəyə müdaxilə etməsi nəticəsində aralarında olan münasibətlər pozulmuş və Cavabdeh onu 2 azyaşlı uşağı ilə birlikdə evdən qovmuşdur. Bundan sonra o, məcburiyyət qarşısında qalaraq kirayə tutduğu evdə qalmışdır. Hal-hazırda isə kirayədə qalmaq imkanı yoxdur. Cavabdeh isə onu azyaşlı uşaqları ilə gəlin gətirildiyi evdə yaşamağa qoymur. Onun həmin evdən başqa yaşayış yeri yoxdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) xx xxxx 2019-cu il tarixli, 2(002)-901/2 019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” barədə iddiası rədd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 B saylı ev Cavabdeh tərəfindən özbaşına inşa edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı X12 ilə 2010-cu ildə ailə qurduqdan sonra mübahisəli evə gəlin köçmüşdür. Həmin evdə o, X12 ilə bir müddət, yəni 3-4 il ər-arvad olaraq birgə yaşamışdır. Onların Cavabdeh ilə münasibətləri pozulduğuna görə 2015-ci ildə əri X12 ilə mübahisəli evi könüllü tərk edərək getmişdir. xx xxxxxx 2018-ci ildə X12 və İddiaçı nikahı ləğv edilmişdir. Bundan sonra X1 Şahanə Məhəmmədəli qızı ilə xx xxxx 2018-ci ildə nikah bağl amışdır. Onlar mübahisəli evdə iddia olunan otaqda 2 azyaşlı uşaqları ilə birlikdə yaşayırlar. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı nəinki evin sahibi Cavabdeh ilə, həmçinin əri X12 ilə münasibətləri əvvəllər də münaqişəli olmuşdur. Belə ki, X12 xx xxxx 2014-cü il tarixdə birlikdə yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu, “Təzəyurd” adlanan yerdə yerləşən evdə İddiaçı ilə ailə-məişət zəminində mübahisə etmiş, mübahisə zamanı İddiaçı əlində olan yüksək hərarətli ütünü qəsdən İddiaçı hər iki qoluna basaraq ona bədən xəsarətləri yetirmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-171/2014 saylı, xx xxxx 2014-cü il tarixli hökmünə əsasən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirl i bilinərək məhkum edilmişdir. Məhkəmə tərəfindən mübahisəli evə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı köçürülməsi barədə iddia qaldırdığı evin otağında X12 ilə arvadı X3 yaşayir. Məhkəmə qeyd etmişdir ki, özbaşına tikilini inşa edən və onun ailə üzvləri həmin evə hər hansı hüquq, habelə istifadə hüququ əldə etmir. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikiliyə oğlu X6 arvadı kimi gəlin gətirilsə də, oradan istifadə hüququ əldə etməmişdir. İddiaçı həmin mənzildə bir müddət yaşadıqdan sonra əri X12 ilə birlikdə oradan könüllü çıxıb getmiş, başqa ünvanda yaşamışlar. X12 ilə nikahları pozulduqdan sonra isə bu iddianı qaldırmışdır. Həmçinin qüvvədə olan mənzil və ailə qanunver iciliyinin rəhbər başlanğiclarına görə ərarvaddan başqa digər cinsdən olan kənar şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir (Mənzil Məcəlləsinin 57.1-ci maddəsi). İddiaçı iddia etdiyi otaqda Cavabdeh oğlu, X12, X6 yeni ailə qurduğu arvadı X3 ilə birlikdə yaşayır. İddiaçı ilə cavabdeh və onun ailə üzvləri arasında münaqişəli vəziyyət vardır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının (hakimlər Tofiq Səmədov sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10932/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olan kəskin münasibətləri nəzərə alaraq, mübahisəli evin iddiaçının qayınatasına ayrılmasını, həmçinin iddiaçının mübahisəli mənzildə yaşamasının qeyri-mümkün olmasını nəzərə alaraq iddianı təmin etməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx x 2019-cu il tarixli, 2(103)-10932/2019 saylı qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlqar Dəmirov) 2(102)-7925/2019 nömrəli, 17 dekabr 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10932/2019 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaş mayaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2010-cu ildə mübahisəli evə köçüb yaşayarkən iddiaçı ilə cavabdeh arasında hər hansı razılaşma, kontrakt bağlanması onlar bunu istəsələr belə mümkün deyildi. Çünki, bu cür razılaşma, kontrakt yalnız mülkiyyətçi ilə bağlana bilərdi. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsinin özünün də müəyyən etdiyi kimi, mübahisəli ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, özbaşın a tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli evin özbaşına tikili olmasını əsas tutub iddiaçının iki uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə tələbini rədd etməklə, əslində cavabdehin və onun ailə üzvlərinin, o cümlədən iddiaçının keçmiş əri xx da evə münasibətdə iddiaçı ilə bərabər statusa malik olmalarını nəzərə almamışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməməsi üçün əsas sayıla bilməz. Çünki, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, evin faktiki mövcud olmaması, eləcə də evin sahibinin onun üzərində qanunla qadağan edilməyən hüquqlarını həyata keçirməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 180.1, 180.2, Azərbaycan Respublikası Konstitusiyasının 43.1, 125 (İV bəndi) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddələrinə istinadən əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Anar Tanrıverdiyev sədrlik edən və məruzəçi, Ziya Şirinov və Rafael Eyvazov) xx xxxx 2020-ci il tari xli, 2(103)-2724/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-901/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək İddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan Yolu küçəsində yerləşən 20 B saylı evə köçürülmələri qət edilmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə müvafiq araşdırma zamanı tərəflərin izahatlarına və işin hallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq işgəncə və təzyiqlər nəticəsində çıxarılmışdır. İddiaçının təzyiqlərə məruz qalması iş materiallarında olan məhkəmə hökmü (i.v. 48) i lə də öz təsdiqini tapır. İddiaçı apellyasiya şikayətində və məhkəmə iclasında verdiyi izahatda cehiz əmlakının da olduğu mübahisəli evə azyaşlı uşaqları ilə birgə köçmək istədiyini bildirmişdir. Məhkəmə kollegiyası qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 180.1, 180.2, Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2724/2020 nömrəli qətnaməsinin ləğv edilib iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırma aparan zaman guya müəyyən etmişdir ki, iddiaçı mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq işgəncə və təzyiqlər nəticəsində çıxarılmışdır. Bu halın cavabdehin izahatı ilə də inkar olunmadığı qeyd olunmuşdur. Əslində, cavabdeh iddiaçının evdən qovulmadığını, əri və azyaşlı uşağı ilə birlikdə evi könüllü tərk etdiyini bildirir. Belə ki, iddiaçı və əri evi könüllü tərk edib getdikdən sonra əşyaların tam əksəriyyətini hissə-hissə yaşadıqları mənzilə aparmaqla, öz ümumi vəsaitləri hesabına ev tikmişdilər. Apellyasiya instansiya məhkəməsi araşdırma zamanı iddiaçının yaşayış sahəsindən iradəsinə zidd olaraq işgəncə və təzyiqlər nəticəsində cavabdeh tərəfindən evdən çıxarılması ilə bağlı kassasiya instansiya məhkəməsi kimi yanlış nəticəyə gə lmişdir. Bu zaman Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünə əsaslanılmışdır. Əslində, hökmlə müəyyən olunmuş hallar və ifadələr məhkəmələr tərəfindən təhrif edilmişdir. Belə ki, məhkəmə hökmündən görünür ki, iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş kimi ifadə verərkən ifadəsində göstərmişdir ki, əri cc 4 ildir ki, ailə həyatı qurduğunu, həmin nikahdan bir övladının olduğunu, ailə qurduqdan sonra Xun ailə üzvlərinə məxsus mənzildə yaşadığını, həmin mənzildə onlardan başqa, qaynı xx, xx ailəsi, baldızı xx, qaynatası xxvə qaynanası xx yaşadığını göstərmişdir. İddiaçı daha sonra ifadəsində göstərmişdir xx xxxx 2014-cü il tarixdə, saat təxminən 21:00 radələrində Xla birlikdə yaşadığı evdə paltar ütülədiyi zaman X mübahisə zamanı qaynar ütünü əlinə alaraq onun qollarına b asmışdır. Atası bundan xəbər tutub onu evlərinə aparmışdır. Xla barışmış bir ailədə yaşayırlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətini təmin edərkən nəzərə almamışdır ki, iddiaçı cavabdehin evini əri və uşağı ilə birlikdə tərk etdikdən sonra 4 il başqa ünvanda yaşamaqla özlərinə ev tikmişlər. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, mübahisəli evi tərk etdikdən sonra bir müddət kirayə yaşamış, əri ilə ümumi vəsaitləri hesabına ev tikməyə başlamış, lakin buna baxmayaraq tikdikləri ev də cavabdeh tərəfindən zəbt olunmuşdur. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən xüsusatları yoxlamaqla iddiaçıya keçmiş əri ilə birlikdə ümumi vəsaitləri hesabına tikdikləri evə dair iddia qaldırmaq hüququnu izah e tməli idi. Bundan başqa, hökmlə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin oğlu arasında münaqişə olmuş və həmin münaqişə nəticəsində də iddiaçı xəsarət almışdır. İddiaçının xəsarət alması və cavabdehin oğlunun cinayət törətməsi əsas vermir ki, iddiaçının yaşadığı evdən qovulması kimi yanlış nəticəyə gəlinsin. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş xx xx və Cavabdeh ifadələrində göstərmişdilər ki, xx əri ilə münasibətlərinin əvvəllər normal olsa da, uşağı olandan sonra ədəbsiz hərəkətlər etmiş, əri xxünvanına nalayiq ifadələr işlətdiyi üçün onların aralarında tez-tez dava-dalaş olmuşdur. Bundan başqa, qətnamədə qeyd edilmişdir ki, iş yenidən apellyasiya qaydasında baxılarkən kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı tərəflərin izahatlarına və i şin hallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq işgəncə və təzyiqlər nəticəsində çıxarılmışdır. İddiaçının təzyiqlərə məruz qalması iş materiallarında olan məhkəmə hökmü ilə də öz təsdiqini tapır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə istinad edərkən unutmuşdur ki, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, cavabdehin oğlu ilə birlikdə mübahisəli evdən köçərək kirayə yaşamışlar. Bundan başqa, Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçının keçmiş əri X13 xx ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahlarından Leyla və Uğur adlı uşaqları anadan olmuşdur. Onlar hazırda birlikdə mübahisəli evdə yaşayırlar. İddiaçının münaqişəli olduğu ailənin yaşadığı evə uşaqları ilə köçürülməsi gələcə kdə yeni münaqişələrin yaranmasına səbəb ola biləcəyi nəzərə alınmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, mübahisəli ev 4 otaqdan ibarətdir. Hazırda evdə cavabdeh, cavabdehin arvadı, iki oğlu, iki gəlini və 4 nəvəsi yaşayır. Gələcəkdə iddiaçının iki azyaşlı uşağı ilə birlikdə evə köçürülməsi evdə yaşamağı mümkünsüz edəcəkdir. İddiaçı kassasiya şikayətinə dair yazılı etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 В saylı evdən könüllü çıxmamış, şiddətə, təzyiqə məruz qalaraq qovulmuş, bu iş materiallarında olan məhkəmə hökmü ilə də öz təsdiqini tapmış, 2010-cu ildə həmin evə gəlin köçmüş, orda yaşamış və həyat yoldaşı ilə münasibətləri də çox yaxşı olmuş, cavabdehin və ailəsinin təsiri, müdaxiləsi ilə 2 014-cü il mart ayında keçmiş həyat yoldaşı ona bədən xəsarətləri yetirmiş, ona işgəncə və təzyiqlər göstərərək evdən qovmuşlar. Sonradan cavabdeh və ailəsi keçmiş həyat yoldaşı barəsində cinayət işi başlandığı üçün onu aldadaraq barışmağa məcbur etmişlər, kirayədə yaşadıqları müddətdə yeni ev tikiləcəyinə və onun 2-ci uşağının dünyaya gəlməsinə heç bir etirazlarının olmadıqlarını bildirmişlər. Kirayədə qaldıqları vaxtdan ümumi vəsaitləri hesabına ev tikməyə başlamışlar, sonradan xx xxxxxx 2018-ci ildə keçmiş həyat yoldaşı ilə nikahları pozulmuş, ümumi vəsaitləri hesabına tikdirdikləri ev də cavabdeh tərəfindən zəbt olunmuşdur. Mübahisəli ev yəni Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 В saylı ev 4 yox 6 otaqlıdır. Həm cavabdeh, həm də digər oğlu Müşfiq ayrı-ayrı evlərdə yaşayırlar. Cavabdeh həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 23, mənzil 20-də yaşayır. Cavabdehin oğlu Müşfiq isə ailəsi ilə birlikdə onun keçmiş həyat yoldaşı ilə ümumi vəsaitləri hesabına tikdirdikləri evdə yaşayır. Onun mübahisəli mənzilə gəlin köçməyi, cavabdehlərlə bir yerdə yaşamağı, cehizlərinin orda olması, övladlarının orada anadan olması bir daha təsdiq edir ki, onun orada yaşamaq və istifadə hüququ var. Onun iki az yaşlı uşaqları ilə birlikdə mübahisəli evdən başqa yaşayış yeri yoxdur. Hal hazırda övladları ilə kirayədə qalır, heç bir yerdə işləmir, nəinki kirayə qaldığı evin pulunu vermək, hətta uşaqların ən zəruri ehtiyaclarını ödəməkdə belə çətinlik çəkir. Bunları nəzərə alaraq kassasiya şikayətinin təmin e dilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2724/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili Vəkil Əbdül oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2724/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı və onun vəkili Rəhimova Xəyalə Mirzəmməd qızı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə

26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlar ını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə

33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 146.1. Daşınmaz əmlaka sahib lik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə

27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Mənzil Məcəlləsi: Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövq eyi İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı 2010-cu ildə cavabdehin oğlu ilə evlənərək, cavabdeh tərəfindən inşa edilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan və hər hansı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edilməyən evə gəlin köçüb. Tərəflərin hər ikisinin izahatlarından aydın olur ki, iddiaçı 2016-cı ilədək həmin evdə yaşayıb, sonradan isə əri ilə nikahı pozulanadək kirayədə yaşayıb. Əvvəlki kassasiya instansiya məhkəməsi qətnaməsində mübahisəyə qanunun analogiya qaydasında Mənzil Məcəlləsinin 68-ci maddəsinin tətbiq edilməsinin müzakirə olunması, həmçinin evə köçürülmə tələbinə baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalı olduğunu (birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi), işə yenidən apellyasiya qaydasında baxılarkən, üçüncü halın mövcud olub-olmadığı aydınlaşdırılmalı, iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdən nə vaxt, hansı şəraitdə getməsi, evə qayıdıb orada yaşamaq istəyib-istəməməsi, evdə hər hansı əmlakının olub-olmaması bir daha araşdırılmalı, onun və azyaşlı uşaqlarının evdən məhrum edilmələrinin qanuni olub-olmamasına düzgün hüquqi qiymət verilməli olması barədə göstərişlər vermişdir. İş üzrə apellyasiya məhkəməsi işə təkrarən baxılarkən Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünə əsaslanaraq iddiaçının mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq işgəncə və təzyiqlər nəticəsində çıxarılması qənaətinə gəlmişdir. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, istinad edilən hökm xx.xx.2014-c ü il tarixdə çıxarılmışdır. İddiaçı və cavabdeh isə xx.xx.2020-ci il tarixli məhkəmə iclasında verdikləri izahatlarında hər ikisi təsdiq edir ki, iddiaçı 2016-cı ildən evdən getmişdir. Belə olan halda, 2014cü il tarixli hökmə istinad edilməklə iddiaçının 2016-cı ildə evdən işgəncə və təzyiqlər nəticəsində çıxarılması barədə apellyasiya məhkəməsinin mövqeyi düzgün olmamış, bu halla bağlı işdə olan sübutlara qiymət verilərkən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsini tələbləri pozulmuş, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 420-ci maddəsinin tələbləri pozularaq, kassasiya məhkəməsinin göstərişləri tam icra edilməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya he sab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, mübahisəli evi tərk etdikdən sonra bir müddət kirayə yaşamış, əri ilə ümumi vəsaitləri hesabına ev tikməyə başlamış, lakin buna baxmayaraq tikdikləri ev də cavabdeh tərəfindən zəbt olunmuşdur. Apellyasiya məhkəməsi tərəfindən işin bu halı ilə bağlı araşdırma aparılmamış, məcburi çıxarıldığı halda, iddiaçının əri ilə birlikdə inşa etdiyini iddia etdiyi evin mövcud olub-olmaması, varsa, iddiaçının hansı səbəbdən həmin evə deyil, qayınatası tərəfindən inşa edilmiş evə köçmək istəməsi aydınlaşdırılmamışdır. Mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 68-ci maddəsinin tətbiq edilməsi ilə bağlı məh kəmə kollegiyası qeyd edir ki, həmin maddə mübahisəyə tətbiq edilərkən iddiaçının maddədə nəzərdə tutulan kirayəçinin ailə üzvü, digər qohumu və ya digər şəxs statusunun hansına aid olması, hansı hallara əsasən cavabdehin iddiaçının yaşayış sahəsi ilə təmin etmək öhdəliyinin yaranması məsələsinə ətraflı hüquqi qiymət verilməlidir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələri yuxarıda qeyd edilən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya in stansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2724/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar