Məhkəmə qərarları › İş №2(102)-6651/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6651/2019

21.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6651/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X2 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı X4 ASC-nin vəkili ***nun, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli, 2(103)1116/2019 nömrəli qətnaməsindən İddiaçı X4 ASC-nin və Cavabdeh1 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri XəzərRayon Məhkəməsinin (hakim R.M.Həsənov) 2 (003)-1040/2018 saylı, 01 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı X1 iddia tələbi qismən təmin edilmiş, İddiaçı X1 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 3-G1-0-784-14 nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 İddiaçı X1 xeyrinə 12632,87 ABŞ dolları əsas borc, 6631,23 ABŞ dolları faiz borc, 100 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə cəmi 19364,1 ABŞ dolları məbləğində borc, iddia ərizəsinə görə 30 (otuz) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43.6 kv.m, yaşayış sa həsi 28.5 kv.m, yardımçı sahəsi 15.1 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin 40.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı X3 ümumilikdə 19364.1 (on doqquz min üç yüz altmış dörd dollar on sent) ABŞ dolları məbləğində borc, iddia ərizəsinə görə 30 (otuz) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 20 (iyirmi) manat məbləğində xidmət haqqının ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq İddiaçı X3 ödənilməsi, Cavabdeh2 mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin mənzili boşaldaraq mənzil dən çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Ə.Baxışova, H.Ü.Həmidov və E.E.Nağıyeva) 30.05.2019-cu il tarixli, 2(103)-1116/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzərrayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi qismən-faiz borcu tutulması hissəsində ləğv edilmiş, Cavabdeh1 İddiaçı X1 xeyrinə 6631,23 ABŞ dolları faiz borcu tutulması hissəsində iddia rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 145 manat ekspertiza xərci dövlət büdcəsinə tutulmuşdur. İddiaçı X4 ASC və Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətləri v ermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı X4 ASC və Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətləri verərək, iddiaçı onun ləğv, iddianın tam təmin edilməsi, cavabdeh isə onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin əsas və faiz borcu düzgün hesablanmamışdır. Təkrar ekspertiza təyin edilməli və ekpert rəyi təqdim etdikləri digər sübut larla yanaşı qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. Həm də onların təqdim etdikləri sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəfindən ekspertizaya, doğru-düzgün nəticəyə gəlmək üçün zəruri olan bütün materialların təqdim edilmədiyini göstərir. Hətta ekspertiza rəyini aldıqdan sonra belə məhkəmə bu qüsuru aradan qaldırmağa cəhd belə göstərməmiş, nəticədə ekspertiza tərəfindən tam olmayan məlumatlar əsasında çıxarılmış qeyri-dəqiq, yanlış nəticəyə əsaslanan Qətnamə q əbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı X4 ASC-nin vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 30.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsini qismən ləğv edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,İddiaçı X1 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli, 3-G-1-0-784-14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya istehlak məqsədilə illik 25 % hesabı ilə 3 6 ay müddətinə 16600 ABŞ dolları məbləğində kredit verilmişdir. 04 dekabr 2014-cü il tarixli 3-G-1-0-784-14 nömrəli kredit müqaviləsinə 30 aprel 2015-ci il tarixli əlavədən görünür ki, müqavilənin 1.6-cı bəndində göstərilmiş 36 ay sözləri 16 ay 26 gün sözləri ilə əvəz edilmiş və kreditin müddəti 16 ay 26 gün hesab edilmiş, müqavilənin 1.8-ci bəndində göstərilmiş 04.12.2017 sözləri 30.04.2016 sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi 30.04.2016 hesab edilmiş, müqavilənin 1.11. bəndində göstərilmiş faiz dərəcəsi 25%-24 % sözləri ilə əvəz edilmiş, müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılmışdır. 30.04.2015-ci il tarixdə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh 15083 ABŞ dolları qalıq kredit borcunu 30.05.2015-ci il tarixdən başlayaraq birinci ay 768.35 ABŞ d olları, növbəti aylarda hər aylar 526.26 ABŞ dolları (sonuncu ay 525.90 ABŞ dolları) olmaqla 30.12.2018-ci il tarixədək qaytarmalı, cəmi 8093,69 ABŞ dolları faiz ödəməli idi. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 43.6 kv.m, yaşayış sahəsi 28.5 kv.m, yardımçı sahəsi 15.1 kv.m olan 2 otaqlı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş və əmlak 40.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı İKB tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 18.01.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 kredit üzrə həmin tarixə əsas borcu 12632,87 ABŞ dolları, faiz bordu 6631,23 ABŞ dolları və cərimə 686,9 ABŞ dolları olmaqla, cəmi borc 19951 ABŞ dolları təşkil etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkilinin vəsatəti əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 02.05.2019-cu il tarixli 20769 saylı ekspert rəyinə əsasən Cavabdeh1 18.01.2018-ci il tarixə 13.685,51 ABŞ dolları əsas borcu olduğu, faiz borcu olmadığı, kredit öhdəliyi üzrə cəmi 7982,62 ABŞ dolları ödəniş edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icra sı üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirak çılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit öhdəliyi üzrə Cavabdeh1 faiz borcunun məbləği düzgün müəyyən edilmədiyindən qətnamə faiz borcunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Qətnamənin qalan hissələrdə ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, təkrar ekspertizanın təyin edilməsi üçün prosessual qanunvericilikdə konkret əsaslar nəzərdə tutulmuşdur. Hazırki işdə isə həmin əsasların mövcudluğu müəyyən edilməmiş, habelə kassatorlar hər hansı qanunla müəyyən edilmiş əsaslara istinad etmədən formal şəkildə təkrar ekspertizanın keçirilməsini xahiş etmişlər. Bu baxımdan kollegiya hesab edir ki, kassasiya şikayətləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddi açı X4 ASC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli, 2(103)-1116/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar