Məhkəmə qərarları › İş №2(102)-6656/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6656/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6656/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddialar barədə iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia-pul, qarşılıqlı iddia-kredit müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və vəkili Hacıyeva Simuzər Dünyamin qızının iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-898/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhər 19 saylı Notariat Kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17.11.2016-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh 17 noyabr 2018-ci il tarixədək qaytarmaq şərti ilə 7.000 manat məbləğində İddiaçı pul almışdır. Cavabdeh adına olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, dövr üzrə həmin karta 4449,74 man at mədaxil edilmiş, 4450,0 manat məxaric olmuşdur. 16.11.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Kapital Bankdan həmin müqavilə əsasında illik faiz dərəcəsi 29,84 % olmaqla 2400 manat kredit götürmüşdür. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı adına olan kredit müqaviləsi üzrə hər ay 134 manat olmaqla 11 ay ərzində cəmi 1474 manat ödəniş edilmişdir. İddiaçı izahatı ilə müəyyən olundu ki, Cavabdeh əslində hər ay 134 manat olmaqla 12 ay ödəniş etmiş, kreditin qalan hissəsini ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh 7000 manat borcun və bank uçot dərəcəsinə uyğun olaraq həmin vəsaitin məbləğində faizlərin, həmçinin dövlət rüsumu üçün ödədiyi 30 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdi r. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh müxtəlif vaxtlarda ondan işləri ilə əlaqədar pullar istəmiş, bankdan pul götürərək ona vermişdir. İlk vaxtlar götürdüyü pulları Şuranın və kürəkəninin verdiyi kartlar vasitəsi ilə bankomatlardan çıxarmışdır. Sonra Şura ondan 2000 manat da alıb və həmçinin qızını ərə verdiyini bildirib onlara məxsus mağazadan 5000 manat dəyərində cehizlik əmlaklar götürüb. Bir müddət ötmüş Şura pulları qaytarmamışdır. Belə olanda Şuradan pullarını tələb etmiş, lakin Şura bəhanələr etmişdir. Vəziyyəti belə görüb notariusa getmişlər və Bakı şəhər 19 saylı Notariat Kontorunda 17 noyabr 2016-cı il tarixli kredit müqaviləsi bağlamışlar, Cavabdeh 7000 manat borc aldığını təsdiq edib. Həmin müqaviləyə əsasən Cavabdeh borcunu 17 noyabr 2018-ci il tarixədək ödəm əli idi. Lakin müqavilədə göstərilən vaxt ötməsinə baxmayaraq cavabdeh bu günə kimi ona olan borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehə müraciət etsə də həmin borc barədə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bu səbəbdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia verərək Bakı şəhəri 19 saylı Notariat Kontorunun 17.11.2016-cı il tarixli, 15-3918 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə arasında olan kredit müqaviləsi formal bağlanmışdır. Müqavilə bağlanmazdan əvvəl cavabdehdən 2000 manat faizlə pul götürüb kürəkəni X2 verib, həmin pulu vaxtında ödəyə bilmədiyi üçün İddiaçı təklifi ilə müqavilə bağlamışlar, maaş kartını, prezident təqaüdü kartını və kürəkəninin kartnı İddiaçı vermişdir. Cavabdeh kartlardan ümumilikdə 6908 manat pul çıxartmışdır. Ona görə də ilk iddia tələblərini rədd edir və qarşılıqlı iddia tələblərinin təmin edilməsini, İddiaçı ilə aralarında bağlanmış 17 noyabr 2016-cı il tarixli, 15-3918 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərtər Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Bayramov, iş № 2(061)-875/2019) ilk iddia tələbi təmin edilərək, Cavabdeh 7000 /yeddi min/ manat əsas borc olaraq və iddiaçının məhkəmədə işin baxılması ilə əlaqədar olaraq ödədiyi 30 /otuz/ manat pul tutulub İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddia üzrə cavab deh /qarşılıqlı iddiaçı/ Cavabdeh göstərdikləri heç bir hüquqi və məntiqi əsasa söykənmir, o, aldığı məbləğlə bağlı notariat kontoruna getmiş və notariusun iştirakı ilə İddiaçı ilə borc müqaviləsi bağlamışdır. Həmin müqavilənin ləğvinə dair Cavabdeh dəlilləri tam əsassızdır. Məhkəmə ilk iddia tələbini qismən təmin edərkən nəzərə alır ki, ilk İddiaçı pulunun faizləri ilə bağlı məhkəməyə hər hansı dəqiq və ağlabatan hesabat təqdim etmir və bank arayışı ilə həmin tələb əsaslandırılmır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov, iş № 2(104)-4042/2019) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərə findən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Tərtər Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(061)-875/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərində cavabdeh borcunun iddiaçıya tam qaytarılmasını göstərsə də bunu təsdiq edə biləcək mötəbər sübutu nə birinci instansiya məhkəməsinə nə də ki, apellyasiya kollegiyasına təqdim edə bilməmişdir. Bundan başqa qarşılıqlı iddia üzrə kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün işdə əsaslar yoxdur. Cavabdeh bununla əlaqədar subutlarını nə birinci instansiya məhkəməsinə nə də ki, məhkəmə kollegiyasına verməmi şdir. Məhkəmə kollegiyası cavabdehin iddiaçının təkidi ilə kredit müqaviləsinə imza etməsinə aid izahatına tənqidi yanaşır. Belə ki, işdə olan sənədlərdən görünür ki, cavabdeh həmin kredit müqaviləsinə könüllü imza etmiş, borcu etiraf etmişdir. Həmin müqaviləni əvvəlcədən mübahisələndirməmiş, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra o da qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və qarşılıqlı iddia tələbi təmin olunmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə razılaşmır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova, iş № 2(102)-3177/2020) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh hələ birinci instansiya məhkəməsində işə baxılarkən israr edirdi ki, həmin məbləği iddiaçıya qaytarmışdır. Hətta bu məsələ ilə bağlı onun məhkəməyə təqdim etdiyi vəsatət təmin olunmuşdur. Cavabdeh borcunun ödənilməsi üçün özünün şəhid ailələri üçün verilmiş bank kartını, pensiya kartını və qohumunun kartlarını iddiaçıya verdiyini və qarşı tərəfin uzun müddət ona məxsus olan kartlardan pulunu çıxardığını bildirmişdir. 1-ci instansiya məhkəməsi cavabdehin vəsatəti əsasında onun dediyi dövrdə kartla rından pul çıxarılmasına dair "xxxx" ASC-dən elektron görüntülərin götürülməsi barədə 19 iyun 2019-cu il tarixli qərardad çıxarmışdır (iş vərəqə 28). Mülki işin 30-32-ci səhifələrindən görünür ki, "xxxx" ASC Cavabdeh və X1 istifadəsində olan plastik kartlar vasitəsi ilə tələb olunan dövr üzrə aparılan əməliyyatların mövcud görüntülərini məhkəməyə göndərmişdir. Həmin zərfə bir ədəd disk əlavə edilmişdir. Bundan sonra, məhkəmənin özünün tələb edərək götürmüş olduğu həmin sübutlar nə 1-ci instansiya məhkəməsində və nə də apellyasiya icraatında tədqiq edilməmişdir. Hansıki, cavabdeh hər dəfə israrla bildirmişdir ki, pulun qaytarılması həmin sübutlarla təsdiq olunduğundan onlar tədqiq edilməlidir. Apellyasiya şikayətinin dəlillərindən biri də məhz onunla bağlı olmasına baxmayaraq qətnamədə həmi n dəlillə bağlı heç bir əsaslandırma aparılmamışdır. Cavabdeh kassasiya şikayətində də həmin dəlili qeyd etmişdir. Lakin mülki işin 30-32-ci səhifələrinə əlavə edilmiş həmin sənədlərdə bankın göndərmiş olduğu disk aşkar edilməmişdir. Hazırki işdə cavabdehin vəsatəti əsasında əldə edilmiş və iş üzrə obyektiv qərar qəbul edilməsinə kömək edə biləcək sübut əldə olunsa da, məhkəmələr onu tədqiq etmədən saxlamış və hal-hazırda iş materiallarında mövcud deyil. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), R.Mamedov və A.Hüseynzadə, iş № 2(104)-898/2021) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikay əti qismən təmin edilərək, Tərtər Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(061)-875/2019 saylı qətnaməsinin qismən ilk iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddiaya dair hissədə ləğv edilməsi və ləğv edilmiş həmin hissələrdə yeni qətnamə çıxarılması, ilk iddia üzrə Cavabdeh 3494 (üç min dörd yüz doxsan dörd) manat pul alınaraq ilk iddia üzrə İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 19 saylı Notariat kontorunda bağlanmş 7000 manat kredit borcuna dair 17 noyabr 2016-cı il tarixli reyestrdə 3M-530 nömrəsi ilə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə i ddiaçı) Cavabdeh əvvəlcədən tanıdığı və yaxşı münasibətdə olduğu İddiaçı 2015-ci ildən başlayaraq müxtəlif vaxtlarda – birinci dəfə 3000 manat, ikinci dəfə 2000 manat, üçüncü dəfə yenə 2000 manat, dördüncü dəfə 2400 manat borc pul və sonuncuya məxsus mağazadan qızı üçün nisyə olaraq 1200 manat dəyərində cehiz əşyalar götürmüşdür. İddiaçı Cavabdeh birinci və ikinci dəfə 3000 manat və 2000 manat miqdarda götürdüyü borcları Cavabdeh iki ədəd (maaş və pensiya) kartından pul çəkməklə bağlamış, növbəti 2000 manat pulu isə kürəkəni X2 lazım əlavə faiz ödəmək şərti ilə götürmüş, o kürəkəninin maaş kartını İddiaçı vermiş, İddiaçı həmin kartdan 4 ay – hər ay 452 manat olmaqla, ümumilikdə 1808 manat pul çəkərək Cavabdeh borcunun bir hissəsini bağlamış, borcun qalan hissəsini isə İddiaçı öz vəsaiti hesabına bağlamışdır. 4-cü dəfə Cavabdeh pul lazım olduqda İddiaçı 2400 manat borc istəmiş, sonuncu nağd pulu olmadığına görə qarşılıqlı razılaşma əsasında bankdan kreditə pul götürüb ona verilməsi, lakin notariat kontoruna gedib kredit müqaviləsi bağlamaq şərti ilə bankdan kreditə pul alıb ona verməyə razılıq vermişdir. O, bu şərtlə razılaşdığına görə İddiaçı 16.11.2016-cı il tarixli kredit müqaviləsi üzrə Kapital Bankdan 2400 manat kredit götürərək Cavabdeh vermiş, 17.11.2016-cı il tarixdə isə İddiaçı Cavabdeh ilə birlikdə Bakı şəhəri 19 saylı Notariat kontoruna gedərək 7000 manat borc pul verilməsi ilə bağlı kredit müqaviləsi bağlamışlar. Əslində isə həmin müqavilə bağlananda İddiaçı Cavabdeh hər hansı məbləğdə pul verməmişdir. Cavabdeh 16.11.2016-cı il tarixli kredit müqaviləsi üzrə 12 ay hər ay 134 manat olmaqla ümumilikdə 1608 manat ödəniş etmiş, kreditin qalan hissəsi isə ilk iddia üzrə İddiaçı tərəfindən öz vəsaiti hesabına ödənilmişdir. Eyni zamanda Cavabdeh İddiaçı mağazasından qızı üçün cehiz əşya adı ilə 1200 manat dəyərində əşya götürmüş olsa da, həmin əşyaların pulunu ödəməmişdir. Cavabdeh bankdan kredit götürəndə İddiaçı 1200 manat borca görə kredit pulundan 900 manat çıxdığını desə də, məhkəmə iclasında həmin hal sübuta yetməmişdir. Belə ki, Cavabdeh həmin xüsusatla bağlı məhkəməyə sübut təqdim etməmiş, İddiaçı isə həmin halı etiraf etməmişdir. Eyni zamanda İddiaçı Cavabdeh onun mağazasından nisyə olaraq 5000 manat dəyərində əşya götürdüyünü bildirsə də, məhkəməyə təsdiqedici sübut təqdim etməmiş, Cavabdeh götürdüyü əşyaların 1200 manat dəyərində olduğunu et iraf etmişdir. Cavabdeh 2400 manat kreditdən 1300 manat, mağazadan nisyə götürdüyü malın pulundan isə 300 manat, ümumilikdə 1600 manat borclu qaldığını bildirsə də, həmin hal təsdiqini tapmamış, Cavabdeh İddiaçı qaytarılmamış borcunun daha artıq olduğu müəyyən olunmuşdur. Beləliklə də göründüyü kimi ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı müxtəlif vaxtlarda birinci dəfə 3000 manat, ikinci və üçüncü dəfə isə hər dəfə 2000 manat olmaqla cəmi 4000 min manat, dördüncü dəfə 2400 manat, ümumilikdə 9400 manat borc pul, həmçinin İddiaçı mağazasından 1200 manat dəyərində əşyalar götürmüş, götürdüyü borcdan 1608 manatı özü ödəmiş, 4450 manatı onun kartlarından, 1808 manatı isə Cavabdeh kürəkəninin kartından İddiaçı çəkib götürmüşdür. Yəni Cavabdeh İddiaçı olan borcundan 6666 manat ödəmiş, 393 4 manat borclu qalmışdır (nisyə aldığı əşyaların 1200 manat dəyəri də daxil olmaqla). Kollegiya qeyd edir ki, ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçıya məxsus mağazadan nisyə olaraq 1200 manat miqdarında əşya götürərək həmin əşyaların dəyərini ödəməməsi təsdiqini tapdığına görə həmin məbləğ ilk iddia üzrə cavabdehdən iddiaçının xeyrinə alınmalıdır. Qarşılıqlı iddia barədə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə İddiaçı Cavabdeh ilə 17.11.2016-cı il tarixdə sonuncuya 7000 manat borc pul verilməsi ilə bağlı kredit müqaviləsi bağlamış olsalar da, əslində müqavilə bağlanarkən iddiaçı cavabdehə həmin məbləğdə və ya da digər hər hansı məbləğdə pulu verməmişdir. Həmin müqaviləni bağlamalarına səbəb Cavabdeh İddiaçı əvvəllər götürdüyü borclardan ödənilməmiş qalmış hissənin, həmçinin İdd iaçı bankdan sonuncu dəfə götürərək Cavabdeh verdiyi kreditin qaytarılmasının bir növ təminatı olmuşdur. Yəni qeyd olunan kredit müqaviləsi bağlanarkən Cavabdeh İddiaçı 7000 manat miqdarında ödənilməmiş borcunun olması məhkəmə iclasında da təsdiqini tapmamışdır. Göründüyü kimi, tərəflər arasında həmin müqavilənin bağlanmasının səbəbi Cavabdeh pula olan ehtiyaca görə ağır vəziyyətə düşməsi olmuşdur ki, nəticə də o, mahiyyətinə varmadan İddiaçı təklifi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun poz untularına yol vermişdir. Ona görə də, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-898/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsinin ləğv edərək, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Hacıyeva Simuzər Dünyamin qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Haz ırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını göstərsə də, dəlilləri iddianın təmin olunan hissəsi ilə bağlıdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 329.3-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, həmin müqavilə kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən e dilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlil lərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarak terli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-898/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissəd ə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar