Məhkəmə qərarları › İş №2(102)-666/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-666/2023

07.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-666/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, əmək haqqı və son haqq-hesabın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5167/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Samux Rayon Təhsil şöbəsinin baş mühasibi vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə ünvanlanmış 23 avqust 2021-ci il tarixli məktuba əsasən hal-hazırda Samux RTŞ-də baş mühasib vəzifəsini icra edən İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitəcəkdir. Fəaliyyətində buraxdığı nöqsanlara və verilən tapşırıqları vaxtında icra etmədiyinə görə onunla bağlanı lmış müddətli əmək müqaviləsinə xitam verilməsi, həmçinin mühasibatlıq sahəsində 29 il iş təcrübəsi olan X1 müddətli müqavilə əsasında Samux RTŞ-nin baş mühasibi vəzifəsinə təyin edilməsi xahiş olunmuşdur.

3. Samux Rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 53-114 nömrəli 6 sentyabr 2021-ci il tarixli məktuba əsasən Samux RTŞ-nin baş mühasibi vəzifəsini icra etmiş İddiaçı fəaliyyəti dövründə aşağıdakı nöqsanlara yol vermişdir:

1. Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında icra etməmişdir. Bunun nəticəsində müxtəlif dövlət orqanlarından haqlı iradlar daxil olmuş, həmçinin cərimə və maliyyə sanksiyası tətbiq edilmişdir.

2. Öz vəzifə funksiyasından şəxsi meyarları üçün istifadə edərək dövlət quluqçusu olmadığı halda İİ dərəcə dövlət qulluqçu su ixtisas dərəcəsinə uyğun olaraq 2021-ci ilin fevral ayınadək vəzifə maaşına əlavələr yazaraq maliyyə pozuntusuna yol vermişdir.

3. Əsas vəsait və az qiymətli tez köhnələn əşyaların uçot və inventarizasiyası 2016-cı ildən indiyənədək aparmamışdır. Nəticədə maliyyə təşkilatlarına verilməli olan hesabat və məlumatlar rəsmi sənədlərə əsaslanmadan təqribi verilmişdir.

4. Samux Rayon Təhsil Şöbəsi üzrə əsas vəsaitlər və mal-material qiymətləri mühasibatlıqda maddi-məsul şəxslərin hesabatlarına mədaxil olunmamış və onların cavabdehliyinə verilməmişdir. 5. 2016-cı ildən, ƏMHM-lər yaradıldıqdan sonra RTŞ balansında olan əsas vəsaitlərin az qiymətli, tez köhnələn əşyaların, idarə müəssisə və təşkilatlarla hesablaşmaların uçotu kitabına işlənilməmişdir. Göründüyü kimi İddiaçı çalışdığı müddət ərzi ndə mühasibatlıq işini düzgün qura bilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, onunla növbəti müddətə müddətli əmək müqaviləsinin bağlanılması məqsədə uyğun hesab edilməmişdir.

4. Samux Rayon Təhsil Şöbəsi tərəfindən Samux RTŞ X4 ünvanlanmış 00-01119/10 nömrəli 9 sentyabr 2021-ci il tarixli məktubuna əsasən Samux RTŞ-nin müddətli müqavilə ilə işləyən baş mühasibi İddiaçı fəaliyyətində nöqsanlar aşkarlanmışdır. Belə ki, o vəzifə funksiyalarından istifadə edərək dövlət qulluqçusu olmadığı halda öz vəzifə maaşına “2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə və staja görə əlavələr yazaraq 2021-ci ilin fevral ayınadək olan müddətdə pul vəsaitlərini mənimsəmişdir. Həmçinin 2016cı ildə ərazi X2 yaradıldıqdan sonra Samux Rayon Təhsil Şöbəsində İnventarizasiya və balansa alınma aparıl mamışdır. Yuxarıda qeyd olunan nöqsanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur.

5. Samux rayon Təhsil Şöbəsinin X10 Komitəsinin 9 sentyabr 2021-ci il tarixli, 2 nömrəli qərarına əsasən Samux rayon Təhsil Şöbəsinin müdiri tərəfindən X10 təşkilatına təqdim edilmiş təqdimat nəzərə alınmış, Samux rayon Təhsil Şöbəsinin işçisi (baş mühasib) İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-in 70-ci maddəsinə (ç bəndi) əsasən xitam veriməsinə razılıq verilmişdir.

6. Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 nömrəli, 28 sentyabr 2021-ci il tarixli əmrinə əsasən Samux Rayon Təhsil Şöbəsinin baş mühasibi İddiaçı ilə bağlanm ış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 28 sentyabr 2021-ci il tarixdə ləğv edilmişdir.

7. X7 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin 6 dekabr 2021-ci il tarixli məktubuna əsasən Samux rayon Təhsil Şöbəsinin xx.xx.2021-ci il, tarixli 00-01-156/10 nömrəli cavab məktubunda, həmçinin şöbənin müdiri X5 regional ərazi-şöbəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli yazılı məlumatında, xx.xx.2021-ci il tarixdə İddiaçı təqdim etmək üçün Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin şöbəyə göndərildiyi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin eyni zamanda əmək kitabçasının İddiaçı təqdim olunmasına baxmayaraq, xitam bildirişini, əmək kitabçasını götürməkdən imtina etdiyi, öhdəsində olan maliyyə sənədlərini və elektron imzanı təhvil verməyərək işdən getdiyi bildirilmişdi. Dəfələrlə telefon vasitəsi ilə İddiaçı ilə əlaqə saxlanıldığı, şifahi olaraq şöbəyə dəvət olunmadığına baxmayaraq şöbəyə gəlmədiyindən, xx.xx.2021-ci il tarixdə öhdəsində olan maliyyə sənədlərini təhvil vermək habelə əmək kitabçasını təhvil almaq adı altında şöbənin binasına daxil olduğu, işə davamiyyət jurnalının saxlandığı qəbul otağında böyük mütəxəssisin olmamasından istifadə edərək işçilərin işə davamiyyət tabelinə xx.xx.2021xx.xx.2021-ci il tarixlərinə imza edərək getdiyi, xx.xx.2021-ci il tarixdən sonra işdə olmadığı, işdən azad olunduğunu bildikdən sonra xidməti kompüterində maliyyə sənədlərini bilərəkdən sil ib korladığı, xx.xx.2021-ci il tarixədək öhdəsində olan sənədləri təhvil vermədiyi, xx.xx.2021-ci il tarixdə öhdəsində olan sənədləri və inventarları təhvil verdikdən sonra maliyyə işlərinin şöbənin müavininə həvalə edildiyi, bu barədə Maliyyə Nazirliyinin Xəzinədarlıq filialına məlumat verildikdən sonra maliyyə əməliyyatlarının aparılmasının mümkün olduğu, bu səbəbdən də şöbənin işçilərinin 2021-ci ilin sentyabr ayı üzrə əmək haqlarının eyni zamanda işəgötürənin son haqq-hesabının xx.xx.2021-ci il tarixdə ödənildiyi cavab məktubunda və məlumatda bildirilmişdir. Məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbi pozularaq işdən çıxarkən İddiaçı düşən bütün ödənclər işdən çıxdığı gün verilməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İnzib ati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Odur ki, yuxarıda qeyd olunanlarla razılaşmadığı təqdirdə işəgötürənlə arasında yaranmış mübahisəli halın həlli məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci bəndinə əsasən məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.

8. Azərbaycan Təhsil İşçiləri X8 Respublika Komitəsinin Samux rayonu Təhsil Şöbəsinin metodisti Z.Həsənova ünvanlanmış 38 nömrəli, 8 fevral 2022-ci il tarixli məktuba əsasən AHİK-in sədri, millət vəkili S.Möhbalıyevə ünvanladığı xx.xx.2022-ci il tarixli elektron ərizəyə cavab olaraq bildirilmişdir ki, ATİAHİ Samux rayon komitəsinin sədri N.Hüseynovun və ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü B.Hacıyevin rəsmi məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdə Samux rayonu Təhsil Şöbəsinin X10nın növbəti iclası keçirilmişdir. İclas təlimata uyğun aparılmış və açıq səsvermə yolu ilə komitə üzvləri seçilmiş, H.Hüseynova X10 komitəsinə sədr seçilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək hüquqlarının kobud şəkildə pozulduğunu nəzərə alaraq, iddia ərizəsində göstərdiyi qanun pozuntularının araşdırılmasını və hüquqi qiymət verilərək, iddiaçının işə bərpa olunmağı və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi, əmək kitabçası ona təqdim olunan xx.xx.2021-ci ilədək əmək haqqının ödənilməsi və son haqq-hesabı ödə nilən günədək gecikdirilmiş hər gün üçün əlavə 2 faiz əlavə pul vəsaitinin hesablanaraq ona ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1997-ci il tarixdən Samux rayon Təhsil Şöbəsində katibəmakinaçı kimi əmək fəaliyyətinə başlamışdır. xx.xx.2001-ci il tarixdən Samux rayon Təhsil Şöbəsinin xx.xx.2001-ci il tarixli 01 nömrəli əmrinə əsasən 0,5 ştat vahidi mühasib vəzifəsinə təyin olunmuş və həmin vəzifədə xx.xx.2011-ci ilədək işləmişdir. 2 noyabr 2011ci il tarixindən isə Samux rayon Təhsil Şöbəsində vakantda olan tam ştat vahidi ilə aparıcı məsləhətçi vəzifəsinə təyin olunmuşdur. Aparıcı məsləhətçi vəzifəsi Dövlət qulluğu nomenklaturasına aid olan vəzi fə hesab olunduğundan işlədiyi dövr ərzində ona 2-ci dərəcəli dövlət qulluqçusu dərəcəsi verilmiş və əmək haqqı dövlət qulluqçularına şamil olunan əlavələr tətbiq olunmaqla hesablanmışdır. xx.xx.2016-cı il tarixdə Samux rayon Təhsil Şöbəsinin xx.xx.2016-cı il tarixli 04 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli 59 nömrəli əmri əsas götürülərək Əmək Məcəlləsinin heç bir maddəsi tətbiq olunmadan, rəsmi xəbərdarlıq olunmadan və strukrur dəyişikliyə görə kompensasiya ödənilmədən əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Hansı ki, Təhsil Şöbəsinin mühasibi vəzifəsi saxlandığı halda həmin əmr ona şamil olunmurdu. Onun əmək müqaviləsinə xitam verilərkən təxminən 2 ay müddətində işdən kənarda qalmış və Əmək Məcəlləsinin 77-ci maddəsind ə işçilərin əmək müqaviləsinə xitam verilərkən nəzərdə tutulan təminatlar ona tətbiq olunmamışdır. Nəhayət tutduğu vəzifəyə yenidən təyin olunmağı üçün ərizə ilə müraciət etmişdir. Onun ərizəsi və Samux rayon Təhsil Şöbəsinin xx.xx.2016-cı il tarixli məktubu nəzərə alınaraq Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarovun xx.xx.2016-cı il tarixli, 11/200-1 nömrəli əmrinə əsasən 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanaraq Samux rayon Təhsil Şöbəsinə baş mühasib vəzifəsinə təyin olunmuşdur. O, eyni zamanda Təhsil Şöbəsində kadr işləri üzrə mütəxəssis ştatı olmadığından əlavə əmək haqqı ödənilmədən həmin vəzifəni də yerinə yetirmişdir. Onunla, müddətli əmək müqaviləsi bağlanarkən baş mühasib vəzifəsinin müddətli xarakter daşıyan vəzifə olmadığı nəzərə alınmamış və ƏM-n in 47-ci maddəsinin tələbləri pozulmuşdur. Samux rayon Təhsil Şöbəsində işlədiyi dövrdə onun əmək hüquqları mütəmadi olaraq pozulmuşdur. Samux rayon Təhsil Şöbəsinə 2021-ci ilin fevral ayından X3 müdir vəzifəsinə təyin olunduqdan sonra ona qarşı qərəzli münasibət göstərərək onun işdən azad olunmağı istiqamətində fəaliyyətə başlamışdır. Belə ki, öz ətrafına yaxın olan şəxslər vasitəsi ilə ona "onsuzda mən onunla işləməyəcəyəm, öz yaxın adamımı gətirəcəyəm" kimi xəbərlər göndərmişdir. O, xx.xx.2021-ci il tarixidə daxil olmaqla işə gedərək iş vaxtının uçotu tabelinə imza etmiş və Maliyyə idarəsinə online qaydada hesabatlar göndərərək öz elektron imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixdə iş vaxtının sonunda ona rəhbərlik tərəfindən bildirilmişdir ki, onun əmək müqaviləsinə Əmək Məcə lləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən birtərəfli qaydada xitam verilmişdir. İddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq əmrin surətini və əmək kitabçasının hansı səbəbdən ona təqdim olunmamasını soruşduqda ona rəhbərlik tərəfindən bildirilmişdir ki, məktəblərdə olan mal və materiallar onun tərəfindən təhvil verilməli və ona hesablanmış və ödənilmiş artıq əmək haqqı geri qaytarıldıqdan sonra son haqq-hesabın ödənilərək, əmək kitabçası və əmr ona təqdim ediləcəkdir. Samux rayon Təhsil Şöbəsinin tabeçiliyində olan mal-materiallara görə o heç bir maddi məsuliyyət daşımamış və işlədiyi dövr ərzində ona artıq əmək haqqı ödənilməmişdir. Onunla, işəgötürən arasında maddi məsuliyyət üzrə müqavilə bağlanmamışdır. Məktəblərdə mövcud olan mal-materiallara görə mək təb direktorları maddi məsuliyyət daşımışlar.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək əlavə olaraq qeyd etmişdir ki, əmrin özü məzmun etibarı ilə əsaslandırılmayıb və ümumi formal şəkildə tərtib edilmişdir ki, bu da əmək Məcəlləsinin 84-cü maddəsinin ciddi pozuntusu olmuşdur. Belə ki, əmrdə qeyd olunmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə əmr ləğv edilsin. Lakin həmin pozuntunun nədən ibarət olması əmrdə göstərilməmiş, yəni iddiaçının əmək müqaviləsindən sui-istifadə etməsi barədə göstərdikləri dedikdə nəyin nəzərdə tutulması ümumiyyətlə məlum olmamış və eləcə də konkret olaraq hansı öhdəlik və vəzifələrin in yerinə yetirilmədiyi qeyd edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsası göstərilməlidir” deyiləndə əmrin əsaslandırılması nəzərdə tutulmuşdur. Bundan əlavə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin hazırkı iş üzrə də istər əmrin özünün əsaslandırılması, istərsə də, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrdə qeyd edilməmiş və göstərilməmişdir ki, bu halda əmrin ləğv edilməsi üçün əsasdır. Digər tərəfdən işçinin əmək müqaviləsinə xx.xx.2021-c i il tarixdə xitam verilsə də, işçi, yəni iddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən kredit götürmüşdür ki, həmin tarixdə elə cavabdeh təşkilat özü xx.xx.2021-ci il tarixdə (həmin arayışda texniki olaraq tarix hissəsində səhvə yol verilərək 10-cu ay yerinə 01 yazılmış) işçiyə işləməsi barədə arayış təqdim edilmişdir. Bu halda onu bir daha təsdiq etmişdir ki, hazırda məhz xx.xx.2021-ci il tarixli əmr özlüyündə uydurma olmaqla sonradan tərtib edilmiş və qanunsuz olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) y erinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayn-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yuxarıda göstərilən qanunverciliyin tələblərindən göründüyü kimi iddiaçı barəsində olan əmr Əmək Məcəlləsinin 71, 72, 80, 84, 85, 186, 187-ci maddəsinin tələblərin pozulmaqla çıxarılmışdır. Belə ki, əmrin zəruriliyi əsaslandırılmamış, habelə iddia edilən pozuntu ümumiyyətlə baş verməməklə müəsissənin hər hansı formada ziyan vurulmasına gətirib çıxarmamış, digər tərəfdən həmkarlar təşkilatının razılığı onun iştirakı olmadan verilmiş və hər hansı iclas keçirilməmişdir. Göstərilən pozuntulara əsasən hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-854/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin edilərək, Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76cı və 83-cü maddələrinin tələbləri pozulmuşdur.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmamışdır. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməli idi. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə “vəzifə səlahiyyətlərindən sui-istifadə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi vəzifə səlahiyyətlərindən suiistifadənin konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır.

16. Məhkəmə hesab etmişdir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Habelə iş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubdan göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitəcəyi və bu səbəbdən də müddətli əmək müqaviləsinə xitam verilməsi xahiş olunsa da, iddiaçı ilə əmək münasibətlərinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Hansı ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsinin müddətinin bitməsi halına qiymət verilmədən əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi tətbiq edilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, işəgötürən ƏM-nin yuxarıda qeyd olunmuş müddəalarını da pozmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Təhsil İşçiləri X8 Respublika Komitəsinin məktubundan müəyyən olunmuşdur ki, Samux RTŞ-nin X10 Komitəsinin 9 sentyabr 2021-ci il tarixli qərarını imzalaya n sədr həmin tarixdə səlahiyyətli olmamışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, işəgötürənin təqdimatı Həmkarlar ittifaqı təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığı üçün №02, xx.xx.2021-ci il tarixli qərar mötəbər sayıla bilməz. Əgər №02, xx.xx.2021-ci il tarixli X10 komitəsinin qərarı mötəbər deyildirsə, bu zaman ƏM-nin 80.1 və 80.2-ci maddəsinin imperativ tələblərinin işəgötürən tərəfindən gözlənilmədiyi, yəni həmin müddəaların pozulduğu müəyyən olunur. Beləliklə, Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 saylı, xx.xx.2021-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun verilmədiyindən iddiaçının əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müq aviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

19. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilməmişdir.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiq ini tapmadığından, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin K-1232 saylı, xx.xx.2021-ci il tarixli əmri qanuni hesab edilə bilməz.

21. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-364 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud olmamışdır.

22. Məhkəmə iddia tələbinin “son haqq-hesabı ödənilən günədək gecikdirilmiş hər gün üçün əlavə 2 faiz əlavə pul vəsaitinin hesablanaraq ödənilməsi” hissəsində qeyd etmişdir ki, bu hissədə iddia tələbi heç bir hüquqi əsasa söykənməmişdir. İddiaçı hansı əsaslardan çıxış edərək, gecikdirilmiş vaxt üçün 2 faiz ödənc tələb etməsini əsaslandıra bilməmiş, habelə məhkəmənin bu sahədə ixtisaslı biliklərə malik olmadığı halda həmin ödəncin hesablanması üs ulu və qaydasına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia tələbinin “son haqq-hesabı ödənilən günədək gecikdirilmiş hər gün üçün əlavə 2 faiz əlavə pul vəsaitinin hesablanaraq ödənilməsi” hissəsində iddia təmin edilməməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 45, 70, 71, 73.1, 74, 76.2, 80, 83, 186.2, 300.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5167/2022 nömrəli mülki iş üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 45, 70, 71, 73.1, 74, 76.2, 80, 83, 186.2, 300.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil2) kas sasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Şikayət onunla əsaslandırılmışdır ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Əmrdə Samux Rayon TŞ-nin baş mühasibi iddiaçı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədəyinə görə əmək müqaviləsi ləğv edilmişdir. İşçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin 3.3-cü bəndində qeyd edilmişdir ki, işçi ƏM-nin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyə tlə yerinə yetirilməsinə əməl etməlidir. Əmək Məcəlləsinin və müqavilənin qeyd edilən müddəalarından göründüyü kimi, əmək funksiyasının yerinə yetirilməsi həm də işçinin əsas vəzifəsidir.

30. Kassator qeyd etmişdir ki, işə baxan məhkəmə hesab etmişdir ki, əmr verilərkən ƏM-nin 76-cı maddələrinin tələbləri pozulmuşdur. Lakin iş materiallarında bu maddənin tələblərinin pozulmasını təsdiq edən subut aşkar edilməmişdir. Belə ki, bu maddəyə görə, əmək müqaviləsi yalnız ƏM-nin bir maddəsi ilə xitam verilməsini mümkün hesab edir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ƏM-nin yalnız bir maddəsi ilə 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin, Samux Rayon TŞ-nin Samux rayon RTŞ-nin Həmkarlar Təşkilatına ünvanladığı xx.xx.2021-ci il tarixli 0001-119/10 saylı məktubundan görünmüşdür ki, əmr verilərkən ƏMnin 80-ci maddəsinin tələbləri pozulmamışdır.

31. Kassator qeyd etmişdir ki, Təhsil Şöbəsi tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli aktdan görünmüşdür ki, iddiaçı baş mühasib vəzifəsini icra edərkən vəzifə funksiyalarında sui-istifadə edərək dövlət qulluqçusu olmadığı halda vəzifə maşını 2-ci dərəcə dövlət qulluqçusu” ixtisas və staja görə əlavələr yazaraq, pul vəsaitlərini mənimsəmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələbinə uyğun olaraq, yalnız ixtisas dərəcəsi verilmiş dövlət qulluqçusu vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə hüququ vardır. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı dövlət qulluqçusu olmadığı halda vəzifə səlahiyyətləri ndən sui-istifadə edərək özünə əlavə güzəştlər tətbiq etmişdir. Məhkəmə bu məsələyə münasibət bildirməmişdir.

32. Kassator qeyd etmişdir ki, iddiaçının vəzifə funksiyayasına aid olmasına baxmayaraq, 2016-cı ildən Təhsil Şöbəsində əsas vəsaitlərin və az qiymətli tez köhnələn əşyaların uçot və inventarizasiyası aparılmamış və əmlak balansa götürülməmişdir. Təhsil şöbəsi üzrə əsas vəsaitlər və mal-material qiymətləri mühasibatlıqda maddi-məsul şəxslərin hesabatlarına mədaxil olunmamış və onların cavabdehliyinə verilməmişdir. Buna görə cavabdehlik bilavasitə baş mühasibin əsas vəzifəsi olmuşdur. İşdə olan sənədlərdən görünmüşdür ki, iddiaçı vəzifə funksiyalarını qanunvericiliyin tələblərinə uyğun təşkil edə bilməmişdir. Məhkəmə bu məsələyə də münasibət bildirməmişdir.

33. Kassator məhkəmənin h əmkarlar təşkilatının sədrinin həmin tarixdə səlahiyyətli olmaması barədə mövqeyi ilə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “C” bəndi ilə xitam verilməsi barədə işəgötürən tərəfindən həmkarlar təşkilatına təqdimat verilmişdir. Həmkarlar təşkilatı öz qərarı ilə təqdimatda göstərilənlərə razılıq verdiyindən iddiaçı barəsində ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə əmək müqaviləsi ləğv edilmişdir. Həmkarlar təşkilatının fəaliyyətinə işəgötürən tərəfindən hər hansı müdaxiləsi qanunla qadağan edildiyindən, ƏM-nin 80-ci maddəsinin 1-ci bəndinin icrası zamanı HT-nın qəbul etdiyi qərarlar işəgötürən üçün mühüm əhəmiyyət kəsb edir. Təqdimata baxan HT-nın fəaliyyətinin qanuni olub-olmaması, keçirilən iclasın yetərsay olması və yaxud olmaması, barəsində təqdi mat verilən işçinin iclasa dəvət edilibedilməməsi və onun izahatının dinlənib-dinlənilməməsi məsələsi işəgötürənin funksiyasına aid olmadığından, işəgötürən üçün məsuliyyət yaratmır. Ona görə də, HT-nın iclasında və ya qəbul edilmiş qərarı imzalayan şəxslərin səlahiyyəti olmadığı təqdirdə işçi həmin qərarın ləğv edilməsi barədə yuxarı HT-na və ya məhkəməyə müraciət etməli idi. İddiaçı bu qərarı mübahisələndirməmiş və qərarın ləğvi barədə səlahiyyətli orqana müraciət etməmişdir. Faktiki olaraq həmin qərarın qüvvədə olmasına baxmayaraq, məhkəmə qeyd etmişdir ki, qərarı imzalayan şəxs səlahiyyətli olmamışdır. İşəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə ləğv etməsinə kifayət qədər əsaslar olmasına baxmayaraq, məhkəmə formal əsaslara və iddiaçın ın qeyri-ciddi mülahizələrinə sübut kimi qiymət verərək, apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmənin bu mövqeyinin ƏM-də qeyd edilən imperativ normaların əhəmiyyətinə ciddi xələl gətirməsi nəzərə alınmalıdır.

34. Kassator qeyd etmişdir ki, Əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə ləğv edilməsinə baxmayaraq, işə baxan məhkəmə öz qərarını 72-ci maddəsində qeyd edilən normalara istinad etməklə qətnaməni əsaslandırmağa çalışmışdır. Belə ki, ƏM-nin 70-ci maddəsinin “Ç” bəndində qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. İddiaçı ilə bağlanmış əmək müqaviləsini n ləğv edilməsi barədə əmrin məzmunundan görünmüşdür ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən işdən azad edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, işəgötürən tərəfindən ƏM-nin 72-ci maddəsinə istinad edilməmişdir.

35. Kassator şikayətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 70, 76, 80-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 88, 418.1-ci, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 14, 16-cı, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.17-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasın ın Əmək Məcəlləsi

37. Maddə

10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

38. Maddə

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

39. Maddə 70 («ç» bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmə k vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

40. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

41. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsasland ırmalıdır.

42. Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir.

43. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstə rilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

44. Maddə 76.2. Əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

45. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq o laraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

46. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

47. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıda kı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

58. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

59. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-5167/2022 nömrəli, xx.xx.20 22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar