Məhkəmə qərarları › İş №2(102)-667/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-667/2024

08.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-667/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2(103)-4796/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Mübahisəyə mahiyyəti üz rə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. X5 başqa cinayət əməlləri ilə yanaşı qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı 75760 manat məbləğində pul vəsaitini ələ keçirdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

3. Cavabdeh X2 qardaşıdır. 4. 17 sentyabr 2019-cu il tarixli yazılı qəbzlə Cavabdeh İddiaçı 66000 manat borclu olmasını etiraf etmiş və həmin borcu 1 ildən sonra, yəni 17 sentyabr 2020-c i ilədək ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 66000 manat əsas məbləğin, 30 manat ödənilmiş dövlət rusumun və vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manatın, cəmi 66180 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cü ildə özünə ev almaq istəmiş, bununla əlaqədar olaraq cavabdehin qardaşı olan X3 75760 manat pul vermişdir. Lakin sonuncu, iddiaçını aldatdığından mənzili ala bilməmişdir. Aparılan cinayət işi ilə bağlı apellyasiya məhkəmə araşdırması zamanı cavabdeh ona X5 tərəfindən vurulmuş ziyanın ödənildiyinə dair ərizə yazmasını, 66000 manat pulu şəxsən 1 il ərzində qaytaracağını bildirmiş və bu barədə qəbz yazmışdır. Lakin həmin məbləğ iddiaçıya ödənilməmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının 01 sentyabr 2022-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 43-cü vərəqində Cavabdeh adından olan qəbzdəki “Qəbz Mən Cavabdeh bildirirəm ki, Mən İddiaçı 66.000 (altmış altı min) manat borcluyam və həmin borcu 1 ildən sonra, yəni 17 sentyabr 2020-ci ilədək ödəməyi öz öhdəmə götürürəm. İmza: Cavabdeh” yazıları və “İmza: Cavabdeh” yazılarının orta hissəsindəki imza - Cavabdeh tərəfindən icra olunmuşdur.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(006)1479/2022 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia tələbi tə min edilmiş, Cavabdeh 66000 manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat olmaqla, cəmi 66180 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş edilmiş qəbzdən, yəni borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya 66.000 manat məbləğində borcu olması iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ c avabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.4, 442, 448.1, 739.1, 740.1, 740.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), hakimlər İ.S.Şirinov və E.C.Kazımov) 31 yanvar 2023-cü il tarixli, 2(103)-770/2023 nömrəli qətnaməsi ilə (cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(006)-1479/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin iddiaçıya borcunun olması nəticəsinə gələrkən yalnız qəbzə və həmin qəbzin cavabdeh tərəfindən imzalanmasını göstərən ekspert rəyinə əsaslanmış, borc münasibətinin mənbəyini araşdırmamışdır.

15. İş materiallarından və iddia tələbinin məzmunundan göründüyü kimi, cavabdeh iddiaçıya 66000 manat ödəməyi qardaşı Bəhruzun iddiaçıdan pul almasına görə öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində, cavabdeh isə apellyasiya şikayətində pulun həqiqətən də Bəhruz Quliyevə verildiyini bildirilmişdir. Göründüyü kimi, iddiaçının pulu Bəhruz Quliyevə verməsi işin mübahisələndirilməyən halını təşkil edir.

16. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının 66000 manat məbləğində pul vəsaiti tələb etməsi üçün istinad etdiyi qəbz borc münasibətlərinin əlamətlərini özündə ehtiva etmir və uydurma əqddir. İş materiallarında istinad edilən qəbz iddiaçı və cavabdeh borc münasibətinin tərəfi olduğu üçün deyil, iddiaçı tərəfindən Bəhruz Quliyevə verilmiş pula görə görünüş üçün bağlanmış və əslində Cavabdeh deyil, Bəhruz Quliyevə verilmiş pulun ödənilməsini təmin etmək məqsədi daşımışdır. Bu səbəbdən də, həmin əqd etibarsızdır və heç bir hüquqi nəticə yarada bilməz.

17. Daha sonra, məhkəmə Mülki Məcəllənin 522.1, 522.2-ci maddələri nə istinad etmiş və qeyd etmişdir ki, iş materiallarında borclunun əvəz edilməsi və öhdəliyin hazırki cavabdehə keçməsini və kreditorun buna razılıq verməsini göstərən hər hansı üçtərəfli razılaşma aşkar edilmir. Mülki Məcəllənin qeyd edilən müddəası borclunun əvəz edilməsini kreditorun razılığı və müqavilənin olması ilə şərtləndirdiyindən, həmin müddəanın tələbləri hazırki mülki iş üzrə tərəflərin münasibətinə tətbiq edilə bilməz. Belə olduğu təqdirdə, Bəhruz Quliyevə verilmiş borcun Cavabdeh tələb edilməsi əsassızdır.

18. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində həmin qəbzi özü imzalamadığını bildirsə də, iş materiallarında olan ekspert rəyindən görünür ki, qəbzdə olan imza cavabdehə məxsusdur. Ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, həmin rəyə istinad edilməsi məqsədəmüvafiqdir.

19. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, hökmdə hazırki iş üzrə iddiaçının zərərçəkmiş şəxs qismində hər hansı bir şikayət və tələbinin olmaması onun iddia tələbindən imtinası kimi qiymətləndirilə bilməz. İş materiallarında, həmçinin hökmdə İddiaçı cinayət işi üzrə icraat zamanı iddia tələbindən yazılı şəkildə imtina etməsi barədə hər hansı bir sənəd aşkar edilməmiş, onun iddiadan imtinasının qəbul edilməsi ilə bağlı hər hansı məhkəmə qərarı mövcud deyildir. İddiaçı cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxs qismində Bəhruz Quliyevə qarşı hər hansı şikayət və tələbinin olmamasını bildirməsi onun daha az cəza almasına şərait yaratmaq məqsədi daşımış dır. Çünki, o həmin vaxt borcunun Cavabdeh tərəfindən ödəniləcəyinə inanırdı. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-770/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 522.1-ci, Mülki Prosessual Məcəllənin 14, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh İddiaçı qarşısında 66000 manat pulun ödənilməsi ilə əlaqədar üçüncü şəxs kimi öhdəlik götürmüş və əvvəlki borclunu əvəz etmişdir. Öhdəliyi üzərinə götürmüş cavabdeh istənilən halda iddiaçıya münasi bətdə öhdəliyi vaxtında təmin etmək məsuliyyəti daşıyır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(102)2055/2023 saylı qərarı ilə (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Əhliman Xıdırov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2(103)4796/2023 nömrəli qətnamənin ləğv edilib, iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi qəbzdə cavabdeh iddiaçıya 66000 manat borclu olmasını bildirsə də, həmin qəbzə Mülki Məcəllənin 404-cü maddəsinə əsasən yalnız söz və ifadələrin hərfi mənasına görə deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, müqaviləyə qədərki işin halları nəzərə alınmaqla hüquqi qiymət verilməlidir.

24. Bu zaman məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi yuxarıdakı nəticə mülki münasibətlərin əsas qaydalarından biri olan dürüstlük qaydasına ziddir. 15.3 Belə ki, apellyasiya məhkəməsi özü də müəyyən etmişdir ki, İddiaçı ona qarşı cinayət törətmiş Bəhruz Quliyevin vurduğu ziyanın hazırki iş üzrə Cavabdeh tərəfindən ödəniləcəyinə inanmış və cinayət işi üzrə məhkəmə icraatında təqsirləndirilən şəxsə (cavabdehin qardaşına) daha az cəza təyin edilməsinə şərait yaratmaq məqsədi ilə sonuncuya qarşı hər hansı şikayətin və tələbinin olmamasını bildirmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsinin qətnaməsi ilə iddiaçını cavabdehdən razılaşdırılmı ş pul vəsaitinin tələb etmək hüququndan imtina edilməsi, onun güvənmiş olduğu hüquqi nəticədən məhrum olunmasına səbəb olur.

25. Məhkəmə kollegiyası xüsusən qeyd etmişdir ki, cavabdehin hazırki işdə davranışı da, onun prosessual hüquqlarından sui-istifadə etmək niyyətində olmasını göstərir. Belə ki, cavabdeh mübahisəli qəbzdən xəbərsiz olduğunu göstərsə də, birinci instansiya məhkəməsində keçirilmiş xətşünaslıq ekspertizası rəyi ilə qəbzin onun tərəfindən tərtib edilməsi öz təsdiqini tapmışdır. İddiaçı bir dəfə cavabdehin qardaşının cinayət əməlləri nəticəsində aldadıldığı və cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödəniləcəyi vəd edildiyi halda, hazırda sonuncunun da, bu öhdəliyin icrasından yayınması, iddiaçının təkrarən aldadılması ilə nəticələnir.

26. Məhkəmə kollegiyası hesab etmişdi r ki, işdə apellyasiya məhkəməsi tərəflər arasında borca dair qəbzin ona hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün tərtib edilməsi nəticəsinə gəlsə də, bu nəticəni işdə olan sübutlarla əsaslandırmamışdır. Əksinə iddiaçı iddia ərizəsində cavabdehin qəbz üzrə üzərinə öhdəlik götürdüyünü iddia edərək, həmin öhdəliyin məhkəmə qaydasında icra edilməsini tələb etmişdir. Yəni Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtinə əsasən əqdin uydurma əqd olması üçün onun hər bir tərəfinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyətinin olmaması müəyyən edilməli olduğu halda, hazırki halda azı iddiaçının qəbz tərtib olunduğu zaman ona uyğun nəticələr əldə etmək istəməsi və vicdanlı tərzdə bu nəticələri gözləməsi mübahisəsiz müəyyən olunur. Bu zaman qarşı tərəfin müqavilə mü nasibətlərinə girərkən niyyətinin nədən ibarət olması artıq əhəmiyyət kəsb etmir. Belə ki, cavabdeh qəbzi aldadılma, hüquqdan suiistifadə, vacib əhəmiyyətli yanılma nəticəsində imzalamasını iddia etməmiş və bununla bağlı zərəri qanuni addımlar görməmişdir.

27. Daha sonra, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin borclunun əvəz edilməməsi və öhdəliyin hazırki cavabdehə keçməməsi ilə bağlı mövqeyi ilə də razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə bu nəticəyə gələrkən Mülki Məcəllənin həm 522.1, həm də 522.2-ci maddələrinin dispozisiyalarını sadalamış və hesab etmişdir ki, borclunun əvəz edilməsi və öhdəliyin keçməsi ilə bağlı üçtərəfli razılaşma mövcud deyildir. Lakin, qeyd olunan maddələri təhlil edərkən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 522.1-ci maddəsində kreditorla üçüncü şəxs, 522.2-ci maddəsində isə borclu ilə üçüncü şəxs arasında razılaşma nəticəsində öhdəliyin üçüncü şəxsə keçməsindən söhbət gedir. Yəni bu normalar müxtəlif hüquqi vəziyyətləri tənzimləyir.

28. Hazırki işdən müəyyən olunur ki, 17 may 2019-cu il tarixli qəbz cinayət nəticəsində vurulmuş ziyana görə borclu olan X2 öhdəliyinin hazırki işdə cavabdehə keçməsinə sonuncunun razılığını ifadə edir və həmin razılıq iddiaçı tərəfindən qəbul olunmuşdur. Belə ki, qəbz İddiaçı təqdim olunmuş, onda saxlanılmış və o, həmin qəbzə istinad etməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda isə, Bəhruz Quliyevin iddiaçı qarşısında olan öhdəliyinin keçməsi nəticəsində hazırki iş üzrə cavabdehin borclunu əvəzi etməsinə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

29. Kassasiya şikayə tinə etirazın dəlilləri üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsinə istinad etsə də, həmin qətnamə işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamış, məhkəmələr tərəfindən tədqiq olunmamış, qüvvədə olub-olmaması araşdırılmamış və ona prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi qiymət verilməmişdir. Lakin işə apellyasiya məhkəməsində təkrarən baxılarkən cavabdehin təqdim etdiyi sübutlara Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində nəzərdə tutulmuş hədlərdə hüquqi qiymət verilə bilər.

30. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 324.5, 404, 425, 522.1, 560.1 və 560.2-ci maddələrinə istinad etmişdir. ç) Apel lyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – G.T.Axundova (sədrlik edən və məruzəçi), hakimlər C.C.Musayeva və F.F.Babayev) 25 sentyabr 2023-cü il tarixli, 2(103)-4796/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər Cəmilə Musayeva və Fuad Babayevin iştirakı ilə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(006)-1479/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək, Cavabdeh 66.000 manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat, cəmi 66180 (altmış altı min yüz səksən ) manat məbləğində pulun İddiaçı xeyrinə tu tulması qət edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona Bəhruz Quliyev tərəfindən vurulmuş ziyanın sonuncunun qardaşı olan iş üzrə Cavabdeh tərəfindən ödəniləcəyi barədə, eynilə cavabdeh də onun qardaşının iddiaçıya vurduğu ziyanın onun tərəfindən ödəniləcəyi barədə qarşılıqlı razılığa gəlmişlər. Nəticədə, Bəhruz Quliyevin iddiaçı qarşısında olan öhdəliyi iş üzrə Cavabdeh keçərək, cavabdeh borclu Bəhruz Quliyevi əvəz etmişdir.Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehdən 66.000 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlıdır. Apellyasiya şikayəti isə tamamilə əsassızdır.

33. Bundan əlavə, işə baxan kassasiya instansiya məhkəməsinin qərarında cavabdehin təqdim etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2015- ci il tarixli qətnaməsinə Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində nəzərdə tutulmuş hədlərdə hüquqi qiymət verilməsi qeyd edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili qeyd edilən qətnamə barəsində birinci instansiya məhkəməsidə məlumat veridiyini qeyd etsə də iş materiallarında olan birinci instansiya məhkəməsində keçirilən iclaslarla bağlı tərtib edilən protokollarda cavabdeh tərəfin belə bir qətnaməyə istinad etməsi müəyyən olunmur. Habelə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində də həmin qətnaməyə istinad olunmamışdır.

35. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsiə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələ blərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsi 02 iyul 2015-ci il tarixdə icraya yönəldilmişdir. Həmin icra vərəqəsindən də müəyyən olunur ki, X6 Mahmudovun xeyrinə vurulmuş ziyana görə 75760 manat pul tutulmalıdır. Həmin qətnaməyə cavabdeh tərəf istinad etsə də həmin icra sənədi üzrə tələbin artıq icra olunduğuna dair sübut təqdim etməmişdir. İddiaçı tərəf isə pulun Cavabdeh tutulmasını tələb etdiklərini, bu səbəbdən Xətai Rayon Məhkəməsinin qətnaməsinin icrasını tələb etmədiklərini qeyd etmişdir.

37. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Konsti tusiyasının 60, Mülki Məcəllənin 5.3, 324.4, 324.5, 404.1, 404.2, 425.1, 425.2, 522.1, 560.1, 560.2-ci maddələrinə istinad etmişdir. d) Kassasiya instansiya məhkəməsində ikinci icraat

38. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələb etdiyi pul vəsaitini cavabdehə deyil, qardaşına vermişdir. Həmin pul vəsaitini isə qardaşı ev almaq məqsədilə borca götürmüş, geri qaytarmamışdır. Bununla bağlı olaraq şəxs barəsində cinayət işi açılmış, onun əməlinə hüquqi qiymət verilərək hökm çıxarılmışdır. Həmin hökmdə də sözü gedən mübahisə predmeti olan pul vəsaiti ilə bağlı məsələyə də aydınlıq gət irilmişdir. Bundan başqa, iddiaçı pul tələbi ilə bağlı olaraq Xətai Rayon Məhkəməsinə müraciət etmiş, 2(011)-252/2012 saylı, xx.xx.2015-ci il tarixli qətnamə ilə X1 dəymiş maddi ziyana görə 75.990 manat pul məbləğinin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Hal-hazırda da, sözü gedən iş Salyan rayon icra şöbəsində icradadır. Belə çıxır ki, iddiaçı bir predmeti (pul vəsaitini) iki dəfə iki fərqli subyektdən tələb edir. Sözü gedən yekun aktlar məhkəmənin diqqətinə çatdırılmış, apellyasiya şikayətində də istinad edilmişdir. Məhkəmə isə nədənsə bu faktlara nəzər yetirməmiş, qərəzli mövqedən yanaşmışdır. Məhkəmənin qəbul etdiyi yekun aktdan da göründüyü kimi, məhkəmə cavabdehin qardaşı Bəhruz Quliyev tərəfindən vurulmuş ziyanı n əvəzində B.Quliyevin öhdəliyinin icra edilməsinin əvəz edildiyi qeyd edilsə də, həmin əvəzlənmənin qanuniliyindən bəhs edilmir. Öhdəliyin əvəz edilməsi, tərəfin dəyişdirilməsinin razılıq əsasında, üçtərəfli iradə ifadəsi əsasında mümkün olmasını gözardı etmişdir. Bununla da ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən qanunla müəyyən edilmiş normalar kobud surətdə pozulmuşdur. Məhkəmənin icra vərəqəsinin icra edilməsinə dair sübutun təqdim edilməməsinə əsaslanması hissəsində qeyd edilməlidir ki, iddiaçının məhkəməyə müraciət edənədək qüvvədə olmuş icra sənədi üzrə icra vərəqəsi mövcud olmuşdur. Yalnız iddiaçı həmin icra sənədi mövcud ola-ola hazırki iş üzrə cavabdehə qarşı da eyni əsasla məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə isə bu faktorlara düzgün hüquqi qiymət verməyərək icra sənədinin icra edilməməsini, bununla bağlı sübut təqdim etməli olduğumuza istinad etmişdir. Onu da vurğulayım ki, hazırki mülki iş üzrə iddiaçı icra mərhələsindən imtina etmiş, iddia tələbindən isə imtina etməmişdir. Yəni iddiaçı istənilən vaxt Xətai Rayon məhkəməsinin 2(011)-252/2012 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin icra edilməsi üçün müraciət edə bilər ki, bu da iddiaçıya verilmiş hüquqdan sui-istifadə ilə nəticələnə bilər. Həmçinin, məhkəmə sözü gedən yekun aktı qəbul etməmiş, daha sonra əsaslandırma hissəsində qəbul etmədiyi yekun aktın icrası ilə bağlı cavabdeh tərəfindən sübutun təqdim edilməməsinə istinad edilmişdir. Bir daha ziddiyyətli mövqe ilə qarşılaşırıq ki, bu da məhkəmənin qərəzli mövqeydindən xəbər verir. İşin icra edilib-edilməməsinin heç bir əhəmiyyəti yoxdur. Şəxs həmin icra vərəqəsinin icra edilməsində maraqlı olmayaraq əsassız olaraq cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, hazırki mübahisə üzrə iddiaçının tələbi əsassız yerə təmin olunduqda isə onun xeyrinə iki icra vərəqəsi mövcud olacaqdır ki, bu hal bir pul tələbi üzrə iki şəxs vasitəsilə pulun ödənilməsi deməkdir. Onu da əlavə edək ki, sözü gedən Xətai Rayon Məhkəməsinin qətnaməsi bizə məhkəmə gedişatı zamanı məlum olduğundan bizə məlum olduğu vaxtdan dərhal sonra məhkəməyə təqdim edilmişdir. Belə olan halda iddiaçının iddia tələbi tam əsassız olmaqla məhkəmə qaydasında rədd edilməli idi.

40. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən hazırki mülki iş üzrə maddi və proesseual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə k i, hazırki mübahisə üzrə məhkəmə israrla müqavilə münasibətlərinə toxunmuş, müqavilə azadlığı prinsipinə əsaslanmışdır. Halbuki, maddi hüquq normasında öz əksini tapan müqavilənin (əqd) bağlanılması əsası, müqavilə üzrə öhdəliklərin heç bir halı hazırki iş üzrə tərəflər arasında mövcud deyildir. Məhkəmə isə müqavilə tərəfinin dəyişdirildiyini, öhdəliyin Cavabdeh keçərək, borclu Bəhruz Quliyevi əvəz etdiyi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə iclası zamanı Vəkil1 tərəfindən iddiaçıya sual ünvanlanmış; iddia tələbi ilə irəli sürdüyünüz pul vəsaitini hazırki iş üzrə Cavabdeh vermisiz sualına “xeyr, ona deyil qardaşına pul vermişəm, lakin pulun qaytarılması ilə bağlı sonradan Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan zaman aramızda razılıq olub” deyə qeyd etmişdir. Göründüyü kim i, borc müqaviləsinin heç bir elementi mövcud deyildir,hətta pulun verilməməsi faktı da təsdiq edilir. Dəfələrlə həm vəkilin, həmdə məhkəmənin “Cavabdeh pul vermisinizmi” sualına xeyr Heydərə tələb etdiyimiz ərizə üzrə pul verilməmişdir deyilmişdir. Beləliklə ”Mücərrəd bir müqavilə üzrə Cavabdehlik daşıya bilməz. Apellyasiya instansiya məhkəməsi icraat zamanı iddiaçının mövqeyini üstün tutmuş, iddiaçıya yardım etmiş, iddiaçının iddia tələbinin təmin edilməsi üçün vəchlə çalışmış, Xətai Rayon Məhkəməsinin yekun aktının icrasından imtina etməsi barədə ərizə belə yazdırmışdır. Məhkəmə işə birtərəfli və qərəzli mövqedən yanaşaraq MPM-nin 176-cı maddəsində məhkəmə iclasının keçirilməsi qaydasını pozmuşdur. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olm aqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

46. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

47. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

48. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

50. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.

57. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh qardaşının iddiaçı qarşısındakı öhdəliyi özünün icra edəcəyi ba rədə borc sənədi vermiş, lakin həmin öhdəliyi icra etməmişdir. Belə olan halda iddianın təmin edilməsi qanuni və əsaslı olmuşdur.

60. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər (§ 43, 49-50).

61. Kollegiya bildirir ki, sübutları araşdı rmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar tədqiq olunmuş, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

62. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbi q edilib-edilmədiyini yoxlayır.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2023-cü il tarixli, 2(103)-4796/2023 nömrəli qətnaməsi dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar