Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6675/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və vəkili Cəbrayılova Nüşabə Sərdar qızının iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2556/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 dekabr 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları 26.12.2009-cu il təvəllüdlü X1 və 01.07.2014-cü il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh1 istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 25.09.2006-cı ildə nikah bağlamışlar. Birgə nikahdan 26 dekabr 2009-ci il tarixdə X1 və 01 iyul 2014-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Evləndikdən sonra cavabdehin ünvan 2 ünvanında yerlə şən evinə gəlin köçmüşdür. Bütün əşyalarını da həmin evdə yerləşdirmiş və hal-hazırda da onun əşyaları həmin evdədir. Bu günlərdə cavabdeh onu uşaqları ilə birlikdə evdən çıxarmış və o, məcbur olub valideyinlərinin evinə getmişdir. Mübahisəli ev qeydiyatda olmadığı üçün onların mübahisəyə 01.10.2009-cu ilədək) qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları şamil edilməlidir. Həmin məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı (əri), onların uşaqları və ya valideyinləri hesab olunur. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə baxışı zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkə mənin 16 mart 2021-ci il tarixli məhkəmə iclas protokolu ilə mülki iş üzrə Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(043)-342/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehin oğlu ilə 25.09.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahından iki uşaqları doğulmuşdur. Onlar arasında ailə münasibətləri baş tutmadığından 14.11.2018-ci il tarixdə nikahları pozulmuş və faktiki olaraq ayrılmışlar. Mübahisəli ev isə cavabdeh tərəfindən 1990-cı ildə tikilməyə başlanılmışdır. Həmin ev özbaşı na tikili olmaqla hüquq müəyyənedici sənədləri yoxdur. AR Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı ilə mənzil hüququnun əsası kimi aşağıdakı halların müəyyən edilməsini şərtləndirir: Köçürülmənin tələb edildiyi yaşayış sahəsi mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak hesab edilirmi? Yaşayış sahəsi Mənzil Məcəlləsinin 12.1-12.3-cü maddələrinin tələblərinə cavab verirmi? Mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil hüququ yaranmışdırmı? Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyəni n predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun 30.11.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, hətta mübahisəli evin hüquq müəyyənedici sənədləri olsa və cavabdeh evin mülkiyyətçisi olsa idi belə, iddiaçının həmin evə köçürülməsi üçün hüquqi əsas olmayacaqdı. Belə ki, iddiaçı mübahisəli evin alınmasında, tikintisində və ya təmirində iştirak etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla işə tətbiq edilməli olan Mülki Məcəllənin 228 -ci maddəsinə əsasən iddiaçı cavabdehin ailə üzvü hesab olunmadığından cavabdehə məxsus evdən istifadə etmək hüququna malik olmayacaqdı. Çünki, mülkiyyətçinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1-146.3, 180.1, 180.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1, 12.2, 12.3, 16-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 218.3-cü maddələri və AR Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli Qərarı ilə əsaslandırm ışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəhman Muradov - sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Loğman Süleymanov) 2(104)-2556/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-342/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, iddiaçı Mustafayeva (Muradova) Ruziyə İlham qızının azyaşlı uşaqları 26.12.2009-cu il təvəllüdlü X1 və 01.07.2014-cü il təvəllüdlü X2 ilə birlikdə Cav abdeh2 sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdən müəyyən olunur ki, iddiaçı 2006-cı ildə ünvan 3 ünvanında inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 20 00ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 -ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlana n, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçının köçmək istədiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından hazırkı mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqi yolverilməzdir. Kollegiya hesab edir ki, 2006-cı ildə iddiaçının ailə üzvi kimi fərdi yaşayış evinə köçməsinə razılıq verildiyindən mübahisəyə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmaqla hüquqi qiymət verilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məc əlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin 3-cü hissəsinə görə, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsələri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin 2-ci hissəsinə görə, həddi buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb olunmur. Həmin maddənin 3-cü hissəsinə görə isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə hüququ əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bundan əvvəldə qeyd olunduğu kimi mübahisəli fərdi yaşayış evi Cavabdeh2 və onun ailə üzvlərinin sahibliyində və istifadəsindədir. 2006-cı ildə iddiaçı qeyd olunun fərdi yaşayış evinin istifadəçilərinin razılığı ilə həmin mənzilə gəlin köçmüş və həmin şəxslərlə birlikdə ümumi təsərrüfat aparmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mustafayeva (Muradova) X4 şəhəri Nətavan qəsəbəsi məh B-1 ev 2 ünvanında inşa edilmiş fərdi yaşayış evinə istifadə hüququ artıq sonuncunun həmin mənzilə köçürüldüyü vaxtdan yaranmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə qətnamənin ləğv edilib işə yenidən baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ilkin araşdırmalara və sübutlara düzgün qiymət verilməmiş, maddi və prossesual hüquq normaları pozulmuş, onlar tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verilməmiş, nəticədə idd ia təmin edilmişdir. İşdə olan sənədlərlə də müəyyən edilir ki, iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir və həmin evin heç bir hüquq müəyyənedici sənədi yoxdu. Belə olan halda birinci instansiya məhkəməsi də düzgün olaraq qeyd etmişdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun 30.11.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən Mülki Məcəllənin 228-ci maddəsinə əsaslanmamışdı və bu səbəbdən də apelyasiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə əsassızdır. Birinci in stansiya məhkəməsi Mülki Məcəllənin 228-ci maddəsinə istinad edərkən haqlı olaraq yalnız onu qeyd etmişdi ki, hətta mübahisəli evin hüquq müəyyənedici sənədləri olsa və cavabdeh evin mülkiyyətçisi olsa idi belə, iddiaçının həmin evə köçürülməsi üçün hüquqi əsas olmayacaqdı. Belə ki, iddiaçı mübahisəli evin alınmasında, tikintisində və ya təmirində iştirak etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla işə tətbiq edilməli olan Mülki Məcəllənin 228-ci maddəsinə əsasən iddiaçı cavabdehin ailə üzvü olmadığından cavabdehə məxsus evdən istifadə etmək hüququna malik olmayacaqdı. Çünki mülkiyyətçinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uş aqları və valideynləri aid edilir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və vəkili Cəbrayılova Nüşabə Sərdar qızı kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.... yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına al ınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.1-146.3. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyya tı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 180.1 və 180.2. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Mad di və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 12 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində m üəyyən edilmişdir ki, apelyasiya kollegiyası iddia tələbini təmin etməsi barədə qənaətini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinadən əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi Mülki Məcəllənin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmamışdır. Qeyd edilən fərdi yaşayış evi dövlət qeydiyyatında alınmadığı üçün cavabdehin həmin ev üzərində mülkiyyət hüququ yaranmamış, nəticə olaraq mülkiyyət hüququnun əsasını təşkil edən 3 hüquq-sahiblik, istifadə və sərəncam hüququ mövcud olmamışdır. Cavabdehin sərəncam hüququ mövcud olmadığı halda apelyasiya kollegiyasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respu blikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə cavabdehi fərdi yaşayış evinin icarədar kimi qəbul etməsi, onun sərəncam verərək başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarında olması qənaətinə gəlməsi anlaşılan deyildir. Bundan başqa, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini də nəzərə almamış, işdə olan sübutlar əsasında və Konstitutsiya Məhkəməsinin mövqeyin ə uyğun qəbul etdiyi qətnaməni əsaslandırmamış, qeyd edilən Qərarla formalaşdırılmış hüquqi mövqe ilə bağlı hər hansı mövqe nümayiş etdirməmişdir. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və tərəflərin qarşılıqlı münasibətləri əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və s adalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli, düzgün və müqayisəli araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.07.2021-ci il tarixli, 2(104)-2556/2021 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstəril ənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12.07.2021-ci il tarixli, 2(104)-2556/2021 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.