Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-668/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı; Cavabdeh MTK-nın İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyriyaşayış sahəsinin təhvil verilməsi və pulun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı, (məruzəçi) Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair ilkin iddiası, Cavabdeh MTK-nın İddiaçı qarşı pulun ödənilməsi qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6597/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəyə əsasən, o, ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsinə payçı olmaq üçün koorperativə özünün üzv qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tərəfindən təqdim olunmuş Cavabdeh MTK ilə onun arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 51 nömrəli “Kooperativ Mənzil Tikinti” müqaviləsinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməyi, sonuncu isə müqavilə ilə müəyyən edilən məbləği MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.
3. Cavabdeh MTK tərəfindən təqdim olunmuş MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 51 nömrəli “Kooperativ Mənzil Tikinti” müqaviləsinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsini, 1 kv.m-nin qiyməti 7.000 ABŞ dolları şərti ilə İddiaçı təhvil verməyi, sonuncu isə müqavilə ilə müəyyən edilən məbləği MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. 4. xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinə əsasən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında inşa edilmiş yaşayış binasını n 1-ci girişində yerləşən, ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi üçün Cavabdeh MTK-ya 132.455 manat məbləğində pul ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai rayonu 42 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 1-ci girişində, ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İlkin iddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsasland ırmışdır ki, payçı olaraq onunla Cavabdeh MTK arasında bağlanmış 02 noyabr 2007-ci il tarixli, 51 saylı Müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai rayonu 42 ünvanında “Payçı”ların vəsaiti hesabına yaşayış binası inşa etməyi, həmin yaşayış binasının 1-d girişində, ümumi sahəsi 31,02 kv.m. olan qeyri-yaşayış sahəsini ona təhvil verməyi öhdəsinə götürmüşdür. O, xx.xx.2007-d il tarixdə sözügedən qeyri-yaşayış sahəsi üçün 132.455 (bir yüz otuz iki min dörd yüz əlli beş) manat məbləğində pul ödəmiş və bununla bağlı ona qəbz verilmişdir. Hazırda cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai rayonu 42 ünvanında yaşayış binasının tikintisi başa çatmış olsa da, sözügedən qeyriyaşayış sahəsi hələ də ona təhvil verilməmişdir. 02 noyabr 2007-ci il tar ixli, 51 saylı Müqavilə bağlanıldığı gün o, qeyriyaşayış sahəsinin alınmasına görə 132.455 (bir yüz otuz iki min dörd yüz əlli beş) manat məbləğində pul ödəyərək müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin cavabdeh bu günə qədər öz öhdəliyini yerinə yetirməyərək müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsini ona təhvil verməmişdir. Mərhum həyat yoldaşının və onun dəfələrlə cavabdehə müraciət edərək qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etməsinə baxmayaraq, cavabdeh MTK hər dəfə müxtəlif bəhanələr gətirərək qeyri-yaşayış sahəsini ona təhvil verəcəyini bildirsə də sözügedən qeyri-yaşayış sahəsinin təhvil verilməsindən yayınmışdır. O, cavabdeh MTK-ya 03 dekabr 2021-ci il tarixdə rəsmi pretenziya məktubu ilə müraciət edərək 5 gün müddətində qeyri-yaşayış sahəsi nin ona təhvil verilməsini, təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh MTK tərəfindən müraciətinə hər hansı bir münasibət bildirilməmişdir. Cavabdehin müqavilə üzrə öz öhdəliklərinin icrasından yayınması, həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməməsi onun Azərbayca Respublikasının Konstitusiya və qanunlarında təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh MTK İddiaçı qarşı “müqavilə öhdəliyinin tam icra edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən "xxxx" MTK ilə bağladığı xx.xx.2007-ci il tarixli, 51 saylı müqavilə üzrə öhdəliyinin tam icra edilərək MTK-ya borclu qaldığı 52.982 manatın ondan MTK-nın xeyr inə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin hər kv.m.-nin qiyməti 7000 ABŞ dolları, olmaqla, cəmi 217 140 ABŞ dollarına (həmin vaxt məzənnəyə uyğun olaraq manat ekvivalenti kimi 185 437,56 manata) (müqavilə bağlanan dövrdə dolların məzənnəsi 0.85400 AZN/USD olmuşdur) razılaşdırılmış, həmin məbləğin 132 455 manatı ilkin iddiaçı tərəfindən MTK-ya ödənilmiş, qalan məbləği isə qısa zamanda ödəyəcəyini bildirsə də, ödəməmişdir. Həmin dövrdə danışıqlar ilkin iddiaçının mərhum həyat yoldaşı ilə aparılmış, MTK-nın sədri ilə mərhum arasında səmimi münasibətlər olmuş, buna görə də MTK sədri qalan məbləği ödəməsi üçün mərhuma bir az vaxt vermişdir. Aralarındakı razılaşma bundan ibarət olmuşdur ki, ilkin iddiaçının həyat yoldaşına ödədiyi (ilkin) pulun məbləği barədə kassa mədaxil orderi verilir, müqaviləyə əsasən şərtləşdikləri pulu tam məbləğdə ödədikdən sonra isə ona MTK-ya borcunu tam ödəməsi və hər hansı borcunun olmamasına dair müvafiq maliyyə arayışı veriləcəkdir. Lakin sonradan həmin məbləğ ödənilə bilmədiyindən qeyri-yaşayış sahəsi onlara təhvil verilməmiş, onlar da qalıq məbləği ödəyə bilmədiklərindən qeyri-yaşayış sahəsini tələb etməmişlər. Əks halda 2007-ci ildə bağlanan müqaviləyə görə hazırda məhkəməyə müraciət olunmazdı.
9. Birinci instansiya məhkəməsində ilkin iddia üzrə iddiaçının vəkili və nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat vermiş və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi ni məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İradə Nəzərliyevanın əri MTK-nın əvvəlki sədri ilə dost olmuş, ona görə də öz aralarında müqavilə bağlanmış ola bilər. Ola bilər ki, müqaviləni İddiaçı əvəzinə müqaviləni imzalamış şəxs onun əri olsun. Müqavilədə məbləğin bir hissəsi qeyd edilib. Başqa bir müqavilə və ya başqa sübutu yoxdur. İddiaçı ödənilmiş pulu geri qaytarmasını istəməmişdir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) indiyədək bu halları mübahisələndirmədiyi, maraqlanmadığı dolayı yolla qarşılıqlı iddia ərizəsində qeyd edilənləri sübut edir. Belə olan halda güman edirlər ki, müqavilənin ləğv olunmuş olmasını İddiaçı qəbul etmişd ir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/511- 5/421-5/422 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 72-ci vərəqəsində X2 və ‘'Bəm-Bəyaz” MTK-nın adlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə “Payçı" hissəsindəki imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 68-69-cu vərəqələrində X2 və “BəmBəyaz" MTK-nın adlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə “Payçı” hissəsindəki yazılar və imza, mülki işin 72-ci vərəqəsində X2 və “BəmBəyaz" MTK-nın adlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə "Payçı hissəsindəki yazılar - İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olun muşdur. Ekspertizaya təqdim edilmiş, mülki iş İddiaçı qızı və Cavabdeh MTKnınadlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə“Payçı”hissəsindəki yazılar və imza ilə mülki işin 72-ci vərəqəsində İddiaçı və Cavabdeh MTK-nın adlarından olan 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə "Payçı" hissəsinindəki yazılar və imza- müxtəlif şəxs tərəfindən icra olunmuşdur.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-1113/2022 nömrəli iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) ilkin iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci girişində yerləşən və ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahə sinin üzərində İddiaçı istifadə və sahiblik hüququnun tanınması, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci girişində yerləşən və ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməsi, ilkin iddia üzrə 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 140 manat "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ö dənilməsi qət edilmişdir.
13. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı qeyd etmişdir ki, işin mübahisələndirilməyən hallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsini payçının mülkiyyətinə verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və bunun müqabilində müvafiq məbləğdə ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 02 noyabr 2007-ci il tarixli 51 saylı müqavilə üzrə Cavabdeh MTK-ya 132.455 manat məbləğində pul ödənildiyi də işin mübahisələndirilməyən hallarına aiddir.
14. Hazırda ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək, mübahisəli qeyriyaşayış sahəsinin ona tərəf olduğu müqavilə ilə müəyyən edilmiş şərtlərə əsasən təhvil verilməsini tələb edir. O, müvafiq müqaviləni təqdim edərək müqavilə üzrə pay haqqını tam ödədiyini, bu halın xx.xx.2007-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq edildiyini qeyd edir. İddiaçı eyni zamanda mübahisəli müqavilənin bilavasitə cavabdeh MTK-nın sədri tərəfindən imzalanmaqla, kooperativin dairəvi möhürü ilə təsdiq edildiyinə, müqavilədə qeyri-yaşayış sahəsinin 1 kv.m qiymətinə dair hər hansı şərtin mövcud olmasının müəyyən edilmədiyinə istinad edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə məhkəməyə əşyanın qiymətinə dair şərti özündə əks etdirən müqaviləni təqdim edərək, İddiaçı tərəfindən pay haqqının natamam ödənildiyini, 52.982 manat məbləğində MTK- yə hələ də borclu qaldığını qeyd edir.
15. Təqdim edilmiş müqavilələr arasında uyğunsuzluq aşkar edildiyi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmişdir. Belə ki, müvafiq ekspert rəyinə əsasən ‘'Bəm-Bəyaz” MTK tərəfindən ekspertizaya təqdim edilmiş 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə “Payçı” hissəsindəki yazıların və imzanın İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunduğu, İddiaçı tərəfindən ekspertizaya təqdim edilmiş 02 noyabr 2007-ci il tarixli 51 saylı "xxxx" müqavilədə “Payçı" hissəsindəki imzanın - İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir.
16. Məhkəmə qeyd edilən xüsusatları təkzib etmək üçün ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin irəli sürdüyü dəlillərin (müqavilənin əri tərəfindən imzalanması və s.) isə məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakter daşıdığı qənaətinə gəlmişdir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1-ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsinin qiymətinin 2007-ci ildə 132.455 manat məbləğində olması (1 kv.m=4.270 manat) ağlabatandır və ilkin iddia üzrə cavabdeh həmin binada qeyri-yaşayış sahəsinin 1 kv.m qiymətinin daha yüksək məbləğdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübutu təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
18. Məhkəmə bundan başqa qeyd etmiş dir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
19. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən yaşayış binasının 1- ci girişində ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsini almış, sahənin dəyərini 132.455 manat olmaqla tam ödəmişdir. İddiaçı qeyri-yaşayış sahəsinin dəyərini tam ödədiyindən, onun mübahisəli əmlakı sahibliyinə və istifadəsinə verilməsini tələb etmək üzrə subyektiv hüququ yaranmışdır. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmaqla, iddiaçının Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququnun yaranmasına zəmin yaratmışdır.
20. Məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd olunan müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki Cavabdeh MTK mübahisəli qeyri-yaşayış sahəsini inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin qeyri-yaşayış sahəsinin dəyərini ödəməyi öz üzərinə götürmüşdür.
21. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, ilkin iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci girişində yerləşən ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi, üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınmaqla, ona təhvil verilməlidir. Qarşılıqlı iddia isə əsassız olduğu üçün rədd edilməlidir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 425, 442, 752.1, 752.2, 2000-ci il sentyabrın 1-ə qədər qüvvədə olan Mülki Məcəlləsinin 178.8-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İlkin iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış, nəticədə iş üzrə düzgün olunmayan qətnamə qəbul edilmişdir. Belə ki, tərəflərindən məhkəməyə binanın təhvil təslim aktının surəti, MTK-nın məlumat (arayışı) və layihə təqdim edilərək, bildirilmişdir ki, ilkin vaxtlar binanın girişlərinin nömrələnməsi soldan sağa aparılsa da, sonradan MTK tərəfindən binada girişlər sağdan sola nömrələnmiş, binada mənzillər və digər sahələr bu qaydada satılmış, bina bu qaydada istismara verilmiş və məhz bu qaydada mülkiyyətçilər öz adlarına reyestrdən müvafiq çıxarışları almışlar. Həmçinin məhkəməyə bildirilmişdir ki, həmin binada olan bütün qeyri-yaşayış sahələri özgəninkiləşdirilmiş və müvafiq çıxarışlar alınmışdır. Məhkəmə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci girişində yerləşən və ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin iddiaçıya təhvil verilməsi qənaətinə gəlmişdir. Halbuki yuxarıda da göstərdiyi kimi binanın girişlərinin nömrələnməsi qaydası dəyişmiş, binada hazırda ümumi sahəsi 31,02 kv.m olan qeyri-yaşayış sahəsi ümumiyyətlə, mövcud deyildir. Binanın bütün, həm də fərqli ölçülü qeyri-yaşayış sahələri ilə bağlı başqa şəxslər qanunvericiliyə uyğun qaydada müvafiq çıxarışlar almışdır ki, həmin çıxarışlar da şikayətə əlavə ediləcəkdir. Birinci instansiyada da bildirdiyi kimi rəsmiləşdirilməsi qanunauyğun qaydada aparılmasa da, çox güman ki, ilkin iddiaçının əri ilə MTK-nın keçmiş sədri dost olduqlarından və o, ödəməni tam həyata keçirə bilmədiyindən tərəflərin öz aralarındakı razılığa əsasən müqaviləyə xitam verilmişdir. Əks halda 2007-ci ildə bağlanan müqaviləyə görə bu illər ərzində ilkin iddiaçı MTK-dakı qeyri-yaşayış sahəsi ilə maraqlanar, adına çıxarış almağa çalışar, qeyri-yaşayış sahəsinin istifadə və sahibliyi ilə bağlı hər hansı hərəkətləri edər, ən azından hazırkı iddia ərizəsi ilə məhkəməyə məhz dost olduqları MTK sədri rəhmətə gedəndən sonra yox, daha əvvəllər müraciət edərdi. Birinci instansiya məhkəməsi tərəfindən isə bu hallara ümumiyyətlə, əhəmiyyət verilməmiş, iş üçün əhəmiyyətli olan işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6597/2022 nömrəli mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə r azılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətində qeyd edilənlər göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İlkin iddia üzrə cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sənədlərəsübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, tərəflərindən mə hkəməyə binanın təhvil-təslim aktının surəti, MTK-nın məlumat (arayışı) və layihə təqdim edilərək, bildirilmişdir ki, ilkin vaxtlar binanın girişlərinin nömrələnməsi soldan sağa aparılsa da, sonradan MTK tərəfindən binada girişlər sağdan sola nömrələnmiş, binada mənzillər və digər sahələr bu qaydada satılmış, bina bu qaydada istismara verilmiş və məhz bu qaydada mülkiyyətçilər öz adlarına reyestrdən müvafiq çıxarışları almışlar. Həmçinin, məhkəməyə bildirilmişdir ki, həmin binada olan bütün qeyri-yaşayış sahələri özgəninkiləşdirilmiş və müvafiq çıxarışlar alınmışdır. Həmin çıxarışlar tərəflərindən apellyasiya şikayəti əlavə edilmişdir. Məhkəmə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında CavabdehMTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci girişində yerləşən və ümumi s ahəsi 31,02 kv.molan qeyri-yaşayış sahəsinin ilkin iddiaçıya təhvil verilməsi qənaətinə gəlmişdir. Halbuki yuxarıda da göstərdiyimiz kimi binanın girişlərinin nömrələnməsi qaydası dəyişmiş, binada hazırda ümumi sahəsi 31,02 kv.m olan qeyriyaşayış sahəsi ümumiyyətlə, mövcud deyildir. Binanın bütün, həm də fərqli ölçülü qeyriyaşayış sahələri ilə bağlı başqa şəxslər qanunvericiliyə uyğun qaydada müvafiq çıxarışlar almışlar. Birinci instansiyada da bildirdirdikləri kimi rəsmiləşdirilməsi qanunauyğun qaydada aparılmasa da, çox güman ki, ilkin iddiaçının əri ilə MTK-nın keçmiş sədri dost olduqlarından və o, ödəməni tam həyata keçirə bilmədiyindən tərəflərin öz aralarındakı razılığa əsasən müqaviləyə xitam verilmişdir. Əks halda 2007-ci ildə bağlanan müqaviləyə görə bu illər ərzində ilkin iddia çı MTK-dakı qeyri-yaşayış sahəsi ilə maraqlanar, adına çıxarış almağa çalışar, qeyri-yaşayış sahəsinin istifadə və sahibliyi ilə bağlı hər hansı hərəkətləri edər, ən azından hazırkı iddia ərizəsi ilə məhkəməyə məhz dost olduqları MTK sədri rəhmətə gedəndən sonra yox, daha əvvəllər müraciət edərdi. Bu dəlilləri apellyasiya instansiyası məhkəməsinin diqqətinə hərtərəfli çatdırılsa da, məhkəmə sadəcə birinci instansiya məhkəməsinin qətnaməsini olduğu kimi təkrarlamış, apellyasiya şikayətinin əsaslı dəlillərinə münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb et diyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir..
31. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
33. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və p odratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 2000-ci il sentyabrın 1-ə qədər qüvvədə olan Mülki Məcəlləsi
34. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. MPM
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6597/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.