Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-668/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3455/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında 10 oktyabr 2022-ci il tarixdə öhdəlik müqaviləsi bağlanmış, müqavilənin predmetini Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı ödənilməli olan pul məbləğinin ödənilməsi təşkil etmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər qəbul edirlər ki, Cavabdeh İddiaçı ödəməli olan pul məbləği 100.000 ABŞ dolları, dolların Azərbaycan manatına məzənnəsi hesablanmaqla 170.000 manat təşkil edir. Müqavilənin 1.3.-cü bəndinə əsasən, borclu xx.xx.2022-ci il tarixdən 36 ay müddətində hər ay 1.500 manat olmaqla pul vəsaitini öz aldığı pensiya məbləğindən tələbkara hər ayın 15-i, lakin 20-dən gec olmamaqla ödəməyi öz öhdəsi nə götürmüşdür. Müqavilənin 1.4.-cü bəndinə əsasən, borclu qəbul edir ki, ödəniş məbləğini gecikdirdiyi hər gün üçün ümumi məbləğin (170.000 manatın) 1% məbləğində dəbbə pulu ödəyəcəkdir. Müqavilənin 1.5-ci bəndinə əsasən, tələbkar bəyan edir ki, borclu bu müqavilənin 1.3- cü bəndində göstərilən öhdəliklərini vaxtında yerinə yetirəcəyi halda bu müqavilənin 1.2-ci bəndində müəyyən edilən borc məbləğindən 116.000 manatı borcluya güzəşt edəcəkdir. Müqavilənin 1.6.-cı bəndinə əsasən, borclu qəbul edir ki, müqavilənin 1.3-cü bəndində nəzərdə tutulan müddəaların tələblərini pozduğu halda, yəni ödənişi vaxtında icra etmədikdə tələbkar ondan 170.000 manat məbləğində pulu tələb etmək hüququnu özündə saxlayır və ona məxsus olan pensiya kartından hər ay mütəmadi olaraq tutulmasına razılıq verir.
2. İ ddiaçı Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu S.R.Ələkbərova tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, reyestrdə 8İ-15078 nömrəsi ilə qeyd edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi T.Hüseynova ünvanladığı ərizəsindən müəyyən olunur ki, o, cinayət işi üzrə zərərşəkmiş şəxs kimi ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs Cavabdeh tərəfindən tam ödənilməsini, Cavabdeh ilə barışmasını, Cavabdeh qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirib, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-285/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli hökmündən müəyyən olunur ki, Cavabdeh xx.xx.1992-ci il tarixli 131 nömrəli əmrlə Azərbaycan Respublikası prokurorluq orqanları nda işə qəbul olunaraq xx.xx.2006-cı il tarixdən Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləmiş tanışı İddiaçı ilə 2010-cu ilin oktyabr ayında Bakı şəhərində, istintaqa məlum olmayan yerdə görüşləri zamanı hakimlərin növbəti 5 illik təyinat tarixində, yəni 2012-ci il payız aylarında yaxınları olan yüksək dairələrdə işləyən vəzifəli şəxslərin vasitəsilə guya onu yenidən Bakı şəhərinin rayonlarından birinə məhkəmə sədri vəzifəsinə təyin etdirə biləcəyini və həmin vəzifəli şəxslərlə yaxın münasibətlərinə əsasən həmin məsələni həll etmək imkanında olduğunu yalandan bildirib özünə qarşı inam ya ratdıqdan sonra həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 200.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 160.100 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini vəd verərək inandırmaqla İddiaçı razılığını almaqla onunla sövdələşib, həmin adla 2010-cu ilin noyabr ayının sonu dekabr ayının əvvəllərində aralarında olan danışığa əsasən ünvan 2 ünvanında yerləşən Binəqədi rayon prokurorluğunun inzibati binasındakı xidməti otağında İddiaçı 200.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 160.100 manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyacına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə İddiaçı məxsus 160.100 manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Hökmdən daha sonra müəyyən olunur ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində... Həsənə dəymiş ziyanı ödəməsini, Həsənin məhkəməyə dəymiş ziyanın ödənilməsi barədə ərizə təqdim etməsini göstərmişdir. Hökmdən daha sonra müəyyən olunur ki, İddiaçı ifadəsində... Hazırda Mirələkbərin ona dəymiş bütün ziyanı tamamilə ödəməsini, ondan şikayəti və tələbi olmadığını g östərmişdir. Hökmdən daha sonra müəyyən olunur ki, işə baxan məhkəmə təqsirləndirilən şəxs Cavabdeh cəzasını yüngülləşdirən halların məcmusunu, yəni hər iki zərərçəkmiş şəxslə barışıq əldə etməsini, hər iki zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını, özünün və oğlunun ağır xəstəliklərdən əziyyət çəkməsini, müharibə veteranı və ahıl yaşda olmasını onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edib, Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təy in etməyi qanuni, əsaslı və ədalətli hesab etmişdir. Yekunda qeyd olunan hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla CM-nin 46-cı maddəsinə əsasən 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 il azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 il 6 ay sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması və s. hökm edilmişdir. İş üzrə qəbul edilmiş mə hkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi Nümayəndə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 168.300 manat maddi zərər, 158.800 manat hesablanmış dəbbə pulu olmaqla cəmi 327.100 manatın tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi olunla əsaslandırılmışdır ki, tərəflər 2000-ci ildən dostluq münasibətlərində olmuş, Cavabdeh İddiaçıdan 2010-cu ilin noyabr-dekabr aylarında 200.000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Həmin pul vəsaitidən 100.000 ABŞ dollarını qaytarmış, yerdə qalan 100.000 ABŞ dollarını qaytarmamışdır. İddiaçı həmin faktla bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və cavabde hə Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinə məhkəmədə baxıldığı dövrdə iddiaçı və cavabdeh arasında razılaşma əldə olunmuş, tərəflər xx.xx.2022-ci il tarixdə öz aralarında öhdəlik müqaviləsi bağlayıb razılaşmışlar. Belə ki, həmin müqavilənin şərtlərinə görə, tərəflər qəbul edirlər ki, Cavabdeh İddiaçı ödəməli olan pul məbləği 100.000 ABŞ dolları (dolların Azərbaycan manatına məzənnəsi hesablanmaqla 170.000 manat təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən, borclu (cavabdeh) xx.xx.2022-ci il tarixdən 36 ay müddətində hər ay 1.500 manat olmaqla pul vəsaitini öz aldığı pensiya məbləğindən tələbkara (iddiaçıya) hər ayın 15-i, lakin 20-dən gec olmamaqla ödəm əyi öz öhdəsinə götürür. Tərəflər arasında olan şifahi razılaşma isə ondan ibarət olmuşdur ki, bunun qarşılığında iddiaçı ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək cavabdehdən heç bir şikayət və tələbinin olmayacağını bildirəcəkdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, müqavilənin bağlandığı tarixdən bugünədək cavabdeh tərəfindən iddiaçıya 7.500 manat məbləğində pul ödənilməli olduğu halda cavabdeh cəmi olaraq 1.700 manat məbləğində pulu iddiaçıya ödəmiş, hazırda isə müxtəlif vasitələrlə pulun ödənilməsindən yayınmağa çalışır. Bununlada cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli öhdəlik müqaviləsinin şərtlərini pozmuşdur.
6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, izahatında göstərmişdir ki, o, cavabdehə onun məhkəm ə sədri vəzifəsinə təyin olunmasına görə lazımı ünvana çatdırması üçün 200.000 ABŞ dolları vermiş, daha sonra siyahıda onun adı çıxmamışdır. Cavabdeh ona verdiyi pulun 100.000 ABŞ dollarını geri qaytarmış, 100.000 ABŞ dolları isə borc olaraq qalmışdır. Məlum hadisələrə görə o, hakimlik vəzifəsindən kənarlaşdırılmış, barəsində cinayət işi başlanılaraq o, həbs olunmuşdur. Hələ cəzaçəkmə müəssisəsində olarkən o, cavabdehə zəng edib pulunu tələb etmişdir. 5 il sonra azadlığa çıxıb cavabdehlə görüşmüş, cavabdehdən pulunu R.Mehdiyevdən alıb geri qaytarmasını tələb etmiş, cavabdeh ona get nə bilirsən et demişdir. Bundan sonra onun şikayəti əsasında cinayət işi başlanmışdır. Ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilmə müddəti 12 il olduğundan, o, pulu 2010-cu ildə verdiyindən 2022-ci i ldə müddət bitdiyindən cavabdeh işi istintaqda yubatmağa başlamışdır, ki, müddət bitsin və məhkəmə onu cinayət məsuliyyətinə cəlb edə bilməsin. O, şikayətlər etdiyinə görə cavabdehə işi yubatmaq üçün kömək edən şəxslər kənara çəkilmiş, cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinə baxılarkən o, cavabdehlə barışıq ərizəsini, pulun ona qaytarılacağı barədə başqa bir müqavilə yazılacağı şərti ilə yazmışdır. Bundan sonra cavabdeh ona 26.000 manat dəyərində maşın, 8.000 manat pul vermiş, hər ay öz pensiyasından 1.500 manat verəcəyinə dair razılaşmış, aralarında belə bir müqavilə bağlanmış, cavabdeh ona pulun qalan hissəsini 0,78 məzənnə ilə qaytaracağını demişdir. O, pulunun 11 ildir onda olmasını cavabdehə deyib, plenum qərarına əsasən icra olunan günə 1,70-lə verəcəyini demişdir. Sonda onu yormadan pulunu qaytaracağı halda 90.000 manat, əks halda 1,70-lə pulu ondan alacağını demişdir. Müqavilə bağlansa da, cavabdeh yenə də onun pulunu qaytarmamışdır. Cavabdehin pulu qaytarmaq üçün maddi imkanı, kafesi, restoranı, 3 otaqlı əlavə mənzili vardır. O, məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verərkən cavabdehin həbs olunmaması üçün ona dəymiş ziyanın ödənilməsini və şikayətinin olmamasını bildirmişdir. Ona görə də iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, izahatında göstərmişdir ki, tərəflər arasına uzun müddət davam edən dostluq münasibətləri olmuş, 2010-cu ilin noyabr-dekabr aylarında tərəflər arasında 200.000 ABŞ dolları məbləğində pul vəsaitin in verilməsi ilə bağlı məsələ olmuş, həmin dövrdə cavabdeh 100.000 ABŞ dollarını qaytarmış, 100.000 ABŞ dolları isə qalmışdır. Bundan sonra isə iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş və cinayət işi başlanmışdır. Cinayət işi ilə bağlı məhkəmə hökmü də çıxarılmışdır. Belə ki, məhkəmədə cinayət işinə baxılan zaman tərəflər razılıq əldə etmişlər ki, iş üzrə ziyanın ödənilməsi ilə bağlı ərizə verilsin, ödənilməli olan ziyan məbləği ilə bağlı xx.xx.2022-ci il tarixli öhdəlik müqaviləsi imzalansın. Həmin vaxt cavabdeh hər ay 1.500 manat olmaqla ödəniş etməyi, iddiaçı isə belə olacağı təqdirdə əvvəlki məzənnə ilə pulun hesablanacağını, öhdəlik vaxtında icra edilmədiyi təqdirdə isə bu günkü günün məzənnəsinə olan 170.000 manat pulun ödənilməsini tələb edəcəkdir. Tərəflər bu müqaviləni qə bul etmiş, müqavilə imzalanan gündə də iddiaçı tərəfdən ərizə yazılaraq cavabdehə təqdim edilmiş və cavabdeh də həmin ərizəni məhkəməyə təqdim etmişdir. Lakin öhdəliklər tam olaraq icra edilmədiyindən iddiaçı məhkəməyə müraciət edərək müqavilə münasibətlərinə istinad edir. xx.xx.2024-cü il tarixdə olan görüşdə onlar iddia ərizəsinin baxılmamış saxlanması barədə danışıqlar aparmış, cavabdeh fevral ayından ödənişlərə başladığı halda iddia ərizəsi geri götürüləcəkdi. Həmin vaxt o, iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı ərizəni cavabdehin təkidi ilə yazıb imzalamış, surətini cavabdehə vermiş, daha sonra bu məsələ iddiaçının iradəsindən asılı olduğundan ərizə məhkəməyə təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli ərizə ilə həmin tarixli müqavilə eyni vaxtda rəsmiləşdirilmişdir. T ərəflərin öz aralarında olan razılaşma müqavilənin predmetində öz əksini tapır. Müqavilə imzalanandan sonra həmin ərizə iddiaçı tərəfindən cavabdehə verilmişdir. Video çəkilişlər gizli kamera ilə deyil, otaqda açıq görünən kamera ilə aparılmışdır. Cavabdeh iddiaçıya hissə-hissə 500, 500, 300, 400 məbləğdə pul vəsaiti ödəmiş, tərəflər razılaşmışlar ki, pul vaxtında ödənilərsə, 116.000 manat güzəşt olunacaqdır. Cavabdehin təklifi ilə onun tərəfindən verilmiş avtomobil, ödənilən 8.000 müqaviləyə yazılmamış, bütün bunlar videoçəkilişdə əks olunmuşdur. Cavabdeh qalıq borcun 78.000 manatdan hesablayanda, 30.000 maşın görə, 8.000 də daxil olmaqla qalığın 40.000 manat olmasını demişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, hökm çıxarılan ana qədər cinayət məsuliyyətinə cəlb etmə müddəti də keçirdi. Tərəflərin hər ikisinin əvvəllər hüquq mühafizə orqanın əməkdaşı olması nəzərə alınmış, məhkəmə səviyyəsində bildirildi ki, onlar barışıq əldə etsinlər, hamı bilirdi ki, pul vəsaiti ödənilməmişdir. Məhkəmənin qeyri-rəsmi tələbi ondan ibarət olmuşdur ki, öz aranızda necə razılaşmısınızsa onlara aidiyyatı yoxdur. Əgər belə olsaydı, Cinayət Məcəlləsinin 59-cu maddəsi digər maddə ilə yüngülləşdirən hal kimi barışığa cəhd etmək yönümündə yönəldilə bilərdi. Həmin vaxt mülki iddia versəydilər təmin olunacağını bilirdilər. Bu razılıq müqaviləsinin məqsədi həm məhkəmənin verdiyi tövsiyyə, həm də tərəflərlərin öz iradə ifadəsi əsasında olmuşdur. Mülki Məcəllənin 404-cü maddəsi onu tənzimləyir ki, tərəflər müqavilə bağlayanda, onların hərfi mənasına deyil, tərəflərin iradi ifadələrinin n ədən ibarət olması müəyyən edilməlidir. İstər müqavilədən, istər video görüntüdən aydın görünür ki, bu müqavilə ilə bağlı tərəflər arasında uzun müddət müzakirələr getmişdir. Əgər onlar məsələnin müqavilə ilə həll edildiyini məhkəməyə bildirsəydilər məhkəmə bununla razılaşmıyacaq, müqavilə nəzərə alınmayacaqdı. Yəni ki, elə olsaydı, o müqavilənin etibarsızlığına dəlalət edən hal olacaqdı. Onlara dedilər ki, “o, bizə lazım deyil, əsas odur ki, tərəflər barışıblar, razılaşıblar və məsələ bitibdir.” Cinayət işlərində cinayətin törədildiyi vaxta olan maddi hüquq norması, yəni həmin dövrün məzənnəsi nəzərə alınır. Amma mülki işlərdə belə deyildir, ödəniş gününə Azərbaycan Respublikasının manatı nəzərə alınmalıdr. Tərəflər arasında olan mübahisə xx.xx.2022-ci il tarixli müqavilə ilə onların irad ə ifadəsini tənzimləyir. Hər iki tərəf o vaxtı da bilirdilər ki, həmin vaxt dollar 0,78 idi, bu gün isə 1,70-dir. Ona görə də tərəflər ortaq məxrəc müəyyən edib, cavabdeh 3 il ərzində 1.500 manatı ödədiyi halda İddiaçı yerdə qalan tələbini güzəşt edəcəkdir. Bu müqavilənin şərti olmuş, hər iki tərəf də müqaviləni imzalamışdır. Cavabdeh öhdəliyini icra etmədiyi halda 170.000 manat ödəməli idi. Cavabdeh israrla pulu ödəməsini desə də, xx.xx.2024-cü il tarixdəki görüşdə 8.000 manat verməsini etiraf edir. Mübahisə 200.000 ABŞ dolları ilə deyil, sonuncu ittiham verilən 100.000 ABŞ dolları ilə bağlıdır. 100.000 ABŞ dolları ilə bağlı olan məsələlər tərəflər arasında olan sazişlə tənzimlənir. Ona görə də iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
8. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia əri zəsinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Həsən Əiyevin külli miqdarda 200.000 ABŞ dollar pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı dəymiş ziyan tərəfindən tam ödənilmiş, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirildiyini 1(101)-285/2023 nömrəli iş üzrə Azərbaycan Respublikası CPM-nin 39, 43 və 321-ci maddələrinə əsasən cinayət məsuliyətinə cəlb etmə müddətti keçdiyindən cinayət məsuliyyətindən azad olunmasına dair xx.xx.2023-cü il tarixli qərar çıxarılmışdır. Belə ki, dəymiş ziyandan 100.000 ABŞ dolları cavabdeh tərəfindən İddiaçı məhkəmədən daha əvvəllər ödənilmiş, qalan 100.000 ABŞ dollar ziyanın müqabilində tərəflər arasında qarşılıqlı razılıq əsasında ABŞ dollarının manata münasibətdə həmin dövrün məzənnəsi nə zərə alınaraq tərəfindən məhkəmə istintaqı zamanı 50.000 manat dəyərində “Toyota Camri” markalı avtomobili, 10.000 manat pul İddiaçı ödənilmişdir. Bundan sonra İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək dəymiş ziyanın onun tərəfindən tam ödənildiyi üçün ona qarşı şikayət və tələbinin hazırda olmaması və gələcədə də olmayacağını bildirmişdir. Belə olan təqdirdə İddiaçı ona qarşı belə bir iddia tələbi irəli sürməsi əsassız və qanunsuzdur. Ona görə də İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.
9. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçıya 100.000 ABŞ dollarını verdikdən sonra o, həyat yoldaşının adına olan “Toyota Camr y” avtomobilini 30.000 dolları dəyərində qiymətləndirib iddiaçıya vermiş, iddiaçı həmin avtomobili öz qardaşı Hüseynin adına keçirmiş, daha sonra o, iddiaçıya 10.000 manat, sonra hər ay 1.000 manat, 1.500 dollar pul vermişdir. Bu gün onun iddiaçıya bir manat belə olsa borcu yoxdur. İddiaçı icraata xitam verilməsi barədə məhkəməyə teleqram ünvanlayacağını deyib onu aldatmışdır. İddiaçı ona öhdəlik yazmağı təklif etmiş, o, öhdəlik yazandan sonra avtomobili, pulu iddiaçıya vermişdir. Daha sonra iddiaçı da notariusa gedib orada pulunu tam almasını, şikayət və tələbinin olmamasını, gələcəkdə də şikayətinin olmaması ilə bağlı ərizə yazmışdır. Cinayət işinə baxılarkən hakim dəfələrlə iddiaçıdan şikayət və tələbinin olub-olmamasını soruşmuş, iddiaçı hakimə pulunu tam olaraq ondan almasını, bundan sonra da ona qarşı şikayət və tələbinin olmayacağını demişdir. Əvvəl o, iddiaçı ilə müqavilə bağlamış, sonra avtomobili və pulu vermişdir. İddiaçı tərəfindən çəkiliş aparılmasından onun xəbəri olmamışdır. İddiaçıya müqavilə bağlayarkən dost kimi ayda 500 manat hörmət edəcəyini, pulu ona hər ay 1.0001.500 manat məbləğində ödəyəcəyini deyib, bir neçə ay ödəniş etmişdir. O, iddiaçıya məhkəmə prosesləri qurtardıqdan sonra pensiyasını alıb ona göndərəcəyini, məhkəmə qurtarandan sonra ona dost kimi kömək edəcəyini demişdir. Lakin o, iddiaçıdan aldığı 200.000 pulu tam geri qaytarmışdır. İddiaçının özünü də 600.000 borcu olduğundan onun iddiaçıya yazığı gəlir. 2012-ci il buraxılışlı “Toyota Camry” maşının qiyməti 30.000 dollardır. O, həmin maşını 50.000 manat dəyərləndirmiş, 10.000 manat nağd pul olmaqla cəmi 60.000 manat təşkil edir. O vaxtki məzənnə ilə hesablandıqda onun iddiaçıya veriləcək pulu qalmamış, o, borcunu tam olaraq odəmişdir. İddiaçı Moskvadan gələndən sonra zəngləşib bir yerdə səhər yeməyi yedikdən sonra ona Vüqarın ofisinə getməyi təklif olunmuş, o, da razılaşmışdır. X5 işin baxılmamış saxlanılması ilə bağlı ərizə yazıb məhkəməyə göndərməsini demişdir. Vüqar da komputerdə ərizəni yazmış, bir nüsxəsini də ona vermişdir. Həmin vaxt ona öhdəliklə bağlı hər ay 1.500 manat verəcəyi deyilmiş, o, da verməyəcəyini bildirmişdir. İddiaçı çətinliyinin olmasını dediyindən o, çətinliyinə görə kömək edə biləcəyini, lakin borcunu ona ödədiyini demişdir. İddiaçı ilə onun arasında elə də pis münasibət olmamış, onlar mehriban qardaş olmuş, bir yerdə işləmişlər. Onun iddiaçıya borcu qalmamışdır. Ona görə də iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, o, Cavabdeh Binəqədi rayon prokurorluğunun prokuroru olan dövrdə, təxminən 10-11 il əvvəl, İddiaçı isə daha əvvəl tanımışdır. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işlədiyi vaxt o, sonuncunun təklifi ilə onunla birlikdə Binəqədi rayon prokurorluğuna getmiş, Həsən polietilen torbanı Binəqədi prokurorluğuna aparıb orada kiməsə vermiş, qayıdarkən Həsəni Mirələkbər yola salmışdır. Həsən həmin vaxt ona vəzifə sözü verdiyini, şirinlik olaraq 200.000 dollar pul verdiyini demişdir. Mirələkbər 100.000 borcunun əvəzində Həsənə hər ay pensiyasından 1.500 manat verməyə söz vermişdir. Həsənlə Mirələkbər 2 ay əvvəl Vüqarın ofisində pulla b ağlı söhbət apmış, Mirələkbər əvvəl pulu qaytarmayacağını desə də, sonradan qaytaracağını demişdir. 100.000 borcdan təqribən 37.000-38.000 manat maşına görə çıxılmış, bundan başqa Mirələkbər 8.000-9.000 manat Həsənə vermiş, cəmi 100.000 dollardan 40.000-45.000 manat Həsənə qaytarılmışdır. 13 yanvardakı görüşdə tərəflərin söhbəti gərgin keçmiş, birbirilərini təhqir etmiş, sonda Mirələkbər borcundan hər ay ödəniş edəcəyini demişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(001)-179/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-285/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli hökmü ilə Cavabdeh hərəkətləri nəticəsində İddiaçı 200.000 ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 160.100 manat məbləğində ziyan vurulması müəyyən olunmuş, cinayət işinə məhkəmə baxışı zamanı İddiaçı zərər çəkən şəxs kimi ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edərək ona Cavabdeh tərəfindən vurulmuş ziyanın tam ödənilməsini bildirib, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirmiş, bu barədə notarial qaydada təsdiq olunan ərizəsini məhkəməyə təqdim etmişdir.
13. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, 10 oktyabr 2022-ci il tarixli öhdəlik müqaviləsində Cavabdeh törətməsində təqsirli bilinən cinayət işi üzrə zərərçəkən İddiaçı vurul ması qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunan ziyanın məbləği, ümumilikdə 160.100 manat olan pul vəsaiti deyil, hadisədən 10 ildən çox vaxt keçdikdən sonra ziyanın yarısı olan 100.000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla göstərilmiş, cavabdehin vurulmuş ziyana görə sonradan verdiyi nəqliyyat vasitəsi, nağd pul vəsaitləri isə ümumiyyətlə müqavilədə nəzərə alınmamışdır. İddiaçı cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona vurduğu maddi ziyanı tam olaraq ödəmədiyini bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının özünün notarial qaydada təsdiq olunmuş ərizəsi, cinayət işinə baxılarkən verdiyi ifadəsi, tərəflər arasında aparılmış danışıqlara bağlı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan video çəkilişlərdə aparılan danışıqlar cavabdehin iddiaçıya vurduğu, qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunmuş ziyanı tam ödəməsi öz təsdiqini tapır. Maddi ziyanın ödənilməsini təsdiq edən hallardan biri də, hazırkı mülki iş üzrə icraatın dayandırıldığı müddət ərzində iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-285/2023 saylı cinayət işi üzrə verdiyi ifadəsini dəyişdirməməsi, müqaviləni həmin məhkəməyə təqdim edərək ziyanın ödənilməsinə dair ərizəsini geri götürməməsidir.
14. Belə ki, ali təhsilli hüquqşünas olan, uzun müddət hakim vəzifəsində işləmiş, məhkəmədə ifadə verərkən məsuliyyəti barədə müvafiq iltizamı imzalamış iddiaçı bilirdi ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmənin qanun i qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Cavabdehə yüngül cəza təyin edilməsi məqsədi ilə ərizənin məhkəməyə təqdim edilməsinə dair iddiaçının dəlilini isə məhkəmə inandırıcı hesab etmir. Belə ki, uzun müddət cavabdehi tanıyan, bu gündə cavabdehə verdiyi pul vəsaitini hansı məqsədlə verməsini gizlətməyən, cavabdehi cinayət əməli törətməyə təhrik edən iddiaçının öz maraqlarını deyil, cavabdehə hansı cəzanın təyin ediləcəyini fikirləşməsi qeyri-mümkündür.
15. Məhkəmə bu qənaətə gələrkən öhdəlik müqavil əsinin şərtlərini də nəzərə alır. Həmin şərtlərdən görünür ki, iddiaçı verdiyi pulu 10 ildən sonra yaranmış məzənnə ilə hesablanmasını tələb edir, tərəflər arasında olan mübahisə də, məhz bu səbəbdən yaranmışdır. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi video çəkilişlərdə olan tərəflər arasında aparılmış danışıqlar da bir daha təsdiq edir. Cavabdeh qanuni qüvvəsini alan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-285/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli hökmü ilə müəyyən olunan maddi ziyanı tam olaraq iddiaçıya ödədiyindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-285/2023 saylı cinayət işinə baxılarkən müəyyən edilən maddi ziyanın məbləği 10 oktyabr 2022-ci il tarixli öhdəlik müqaviləsi bağlandıqdan sonra da, iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, əksinə cinayət işinə baxılan dövr ərzində ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs Cavabdeh tərəfindən tam ödənilməsini, Cavabdehla barışmasını, Cavabdeh qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirdiyindən, iddiaçının 10 il əvvəl vurulmuş ziyanın, ABŞ dollarının Azərbaycan manatına 10 il sonrakı məzənnəsi ilə tələb etməsi əsassız olduğundan, mövcud olmayan ziyana görə dəbbə pulu hesablanması mümkün olmadığından iddia ərizəsi təmin edilə bilməz.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 68 və 129-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3-cü, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4 və 180-cı maddələrinə və Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 82.4 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia tələbinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edən zaman cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-285/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli hökmünə əsaslanmışdır. Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mül ki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanunverciliyin tələbindən də aydın olduğu kimi, həmin hökmün hazırkı mülki iş üzrə pul vəsaitinin ödənilib-ödənilməməsinə hissəsində preyudisial əhəmiyyəti yoxdur. Cavabdeh özü də məhkəmə iclasında iddianı dolayı yolla etiraf edərək bildirmişdir ki, iddiaçıya dəymiş 100.000 ABŞ dolları maddi ziyandan “Toyota Camry” minik markalı avtomobili və ümumilikdə 9.500 manat məbləğində pul ödəmişdir. Yəni, cavabdeh 100.000 ABŞ dolları məbləğində pulu tam olaraq qaytamadığını qəbul etmişdir.
19. Tərəflər arasında olan şifahi razılaşma ondan ibarət olmuşdur ki, bunun qarşılığında iddiaçı ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək cavabdehdən heç b ir şikayət və tələbinin olmayacağını bildirəcəkdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarında olan öhdəlik müqaviləsindən görünür ki, cavabdeh öhdəlik müqaviləsinə görə üzərinə götürüdüyü öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh həmin müqavilənin etibarszılığı ilə bağlı dəlillər irəli sürməmişdir. Bu da onu sübut edir ki, iddiaçı həmin müqaviləni və şərtlərini qəbul etmişdir.
20. İş materiallarında olan tərəflər arasında baş tutmuş görüşü əks etdirən SD diskdə olan video görüntülərdən aydın olur ki, hadisələr iddiaçının qeyd etdiyi kimi cərəyan etmiş, əsl həqiqətdə cavabdeh tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilməmişdir. İş üzrə müəyyən edilmiş həqiqi hal ondan ibarətdir ki, tərəflər arasında olan maddi ziyanın ödənilməsi miqdarı, qaydası tərə flər arasında bağlanmış öhdəlik müqaviləsi ilə razılaşdırılmışdır. Bu hal cavabdehin özünün də izahatı ilə tam təsdiq olunur. Məhkəmə isə yanlışlığa yol verərək formal mülahizələrə əsaslanaraq, iddiaçının uzun müddət hakim vəzifəsində çalışması və s. digər lüzumsuz halları qiymətləndirərək iddia tələbini rədd etmiş, iddia tələbinin rədd edilməsinin maddi hüquq normasını təsbit etməmişdir.
21. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaitinin həqiqətən ödənilib–ödənilməməsini tam aydınlaşdırmamışdır. Belə ki, cavabdeh pul vəsaitini tam ödədiyini bildirsə də, bununla bağlı sübutlar təqdim edə bilməmiş, əksinə iddiaçının suallarına cavab olaraq bildirmişdir ki, həmin pul vəsaitinin ödənilməsi ilə bağlı avtomobili iddiaçının qardaşının adına rəsmiləşdirmiş və 9.500 manat pul vermişdir. Daha sonra isə öhdəlik müqaviləsini nə üçün imzalaması barədə suallara ağlabatan cavab verə bilməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3455/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, 130.300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində ilkin ola raq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən ilkin olaraq ona istinad etmişdir ki, cinayət işinin məhkəmə baxışı zamanı İddiaçı zərər çəkən şəxs kimi ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edərək ona Cavabdeh tərəfindən vurulmuş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirmiş, bu barədə notarial qaydada təsdiq olunan ərizəsini məhkəməyə təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı mübahisənin predmeti olan, tərəflər arasında bağlanmış öhdəlik müqaviləsi və İddiaçı zərərçəkmiş şəxs qismində Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlandığı təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və t ələbinin olmaması barədə ərizə eyni tarixdə - 10 oktyabr 2022-ci il tarixdə imzalanmışdır. Həmçinin, bu öhdəlik müqaviləsində qeyd olunmuşdur ki, predmet Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı ödənilməli olan pul məbləğidir. Cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı 10 oktyabr 2022-ci il tarixdə həmin vaxt təqsirləndirilən şəxs statusunda olan Cavabdehla zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı razılığa gəlməklə müqavilə bağlamış, şərtlərini müəyyən etmiş, sonradan isə eyni tarixdə notarial qaydada təsdiq etdirdiyi heç bir şikayət və tələbinin olmaması barədə ərizəni sonuncuya təqdim etmişdir. Yəni, tər əflər arasında könüllü olaraq yeni öhdəlik münasibətləri yaranmışdır. Həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş, öhdəlik müqaviləsinin imzalanma prosedurunu əks etdirən audio – video yazıdan da görünür ki, Cavabdeh həmin müqaviləni könüllü olaraq, iradəsini ifadə etməklə imzalamışdır.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən işə baxan məhkəmə ilkin olaraq əqdin etibarlılığı məsələsinə qiymət verməlidir. Mülki Məcəllənin 337.1, 337.3-cü maddələri ilə müəyyən olunmuşdur ki, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasın dan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd olunan normaların məzmununa əsasən işə baxan məhkəmə tərəfindən əqdin əhəmiyyətsizliyi üçün əsasların olub – olmaması müəyyən edilməli və ya əqd mübahisələndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarsızlığı Cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir və əqdin əhəmiyyətsizliyinə əsas verən hər hansı bir hal mövcud deyildir. Əqdin qismən icra olunması - müqavilənin bağlandığı tarixdə 8.000 manat məbləğində pul vəsaitinin, sonradan müqavilədə aylıq ödənilməsi nəzərdə tutulan pul vəsaitinin 1.700 manat məbləğində hissəsinin ödənilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmir və məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir.
25. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Cavabdeh öz hərəkətləri və ya davranışı ilə öhdəlikdə qeyd olunan halları şübhəsiz və mübahisəsiz qəbul etmişdir və estoppel prinsipinin mahiyyətinə əsasən cavabdehin bu hallara sonradan istinad etməsi istisna olunur. Konstitusiya Məhkəməsinin qərarında qeyd olunduğu kimi estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır, tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda tərəf müqaviləni mübahisələndirmək hüququna malik deyildir. Mülki Məcəllənin 351.2 və 351.3-cü ma ddələrinin məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, əqd əhəmiyyətsiz olsa idi belə, əqdi bağlamış şəxs davranışı, hərəkətləri ilə onu təsdiq etmişdir.
26. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən daha sonra ona əsaslanmışdır ki, öhdəlik müqaviləsinin şərtlərinə əsasən iddiaçı verdiyi pulu 10 ildən sonra yaranmış məzənnə ilə hesablanmasını tələb etmiş, tərəflər arasında olan mübahisə də məhz bu səbəbdən yaranmışdır. Qeyd olunan xüsusatla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda göstərildiyi kimi tərəflər öz iradələrini ifadə etməklə əqd bağlamış, şərtləri ilə razılaşmış və əqd qismən icra olunmuşdur, yəni, cinayət işi üzrə zərərin məbləği cinayətin törədildiyi dövrdə olan ABŞ dollarının Azər baycan manatına olan məzənnəsi ilə göstərildiyi halda borcun məbləğinin 100.000 ABŞ dollarının müqavilə bağlandığı vaxt Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla göstərilməsi tərəflərin iradə ifadəsidir. Digər tərəfdən, bu hesablama mülki qanunvericilik normaları ilə də ziddiyyət təşkil etmir. Belə ki, pul öhdəliklərinin icrası qaydasını müəyyən edən Mülki Məcəllənin 439.2-ci maddəsində qeyd olunur ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Birinci instansiya məhkəməsi düzgün olmayaraq hesablamanı 100.000 ABŞ dollarının cinayətin törədildiyi zaman olan məzənnə ilə apararaq qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunmuş ziyanın tam ödəməsi qənaətinə gəlmişdir.
27. Cavabdeh barəsində olan qanuni qüvvəyə minmiş hökmün preyudisiallığı ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə bu hökm yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
28. Müqavilənin şərtləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər öz aralarında borcun məbləğinin 100.000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 170.000 manat təşkil etməsi, 01 noyabr 2022-ci il tarixdən borclu tərəfindən 36 ay müddətində hər ay aldığı pensiya məbləğindən 1.500 manat ödəməsi, bu öhdəliyini vaxtında yerinə yetirəcəyi halda borc məbləğindən 116.000 manatı güzəşt edəc əyi, ödəniş vaxtında edilmədikdə 170.000 manat məbləğində pul vəsaitini tələb etmək hüququnu özündə saxlaması ilə bağlı razılığa gəlmişlər. Müqavilənin bağlanmasından sonra cavabdeh tərəfindən yalnız 1.700 manat məbləğində pul vəsaiti ödənilmiş, sonrakı ödənişləri həyata keçirməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının qeyd olunan məbləği tələb etmək üçün subyektiv hüququ yaranmışdır.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əsas borc məbləği ilə bağlı tələbi 168.300 manat təşkil edir, yəni, iddiaçı müqavilə bağlandıqdan sonra ödənilmiş 1.700 manat məbləğində pul vəsaiti çıxılmaqla qalan məbləği tələb edir. Lakin işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 30.000 manat pulun qarşılığında avtomobil və müqavilənin bağlandığı gün 8.000 manat məbləğində pul vəsaiti verilmişdir. Buna görə də, həmin məbləğlər də müqavilə üzrə müəyyən olunmuş borcla bağlı olduğundan ümumi məbləğdən çıxılmalı və tutulmalı olan əsas borcun məbləği 130.300 manat müəyyən olunmalıdır.
30. Bundan başqa iddianın dəbbə pulu ilə bağlı hissəsini məhkəmə kollegiyası əsassız hesab etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilədə bununla bağlı bəndlə yanaşı ödənişlər gecikdirildiyi halda tam məbləği tələb etmək hüququnun olması da qeyd edilmiş, bundan başqa ödənişlər gecikdirildiyi halda öhdəliyin hansı müddətdə icra edilməli olduğu aydın göstərilməmişdir. Cavabdeh tərəfindən ödənişlər gecikdirildiyindən iddiaçı müqavilənin şərtinə əsasən hüququndan istifadə edərək tam məbləğin ödənilməsini tələb etmişdir. Buna görə də məhkəmə kol legiyası hesab etmişdir ki, həmin hissədə iddia rədd olunmalıdır.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5, 14, 324, 331, 385, 386, 390, 399, 404, 427, 432, 442-ci maddələrinə, Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023 -cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119, 217, 384, 385, 386, 388, 389, 390-cı maddələrinə istinadla əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
32. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırıl mışdır ki, cavabdeh tərəfindən iddiaçıya 100.000 ABŞ dollarını verildikdən sonra cavabdeh həyat yoldaşının adına olan “Toyota Camry” avtomobilini 30.000 dolları dəyərində qiymətləndirib iddiaçıya vermiş, iddiaçı həmin avtomobili öz qardaşı Hüseynin adına keçirmiş, daha sonra o, iddiaçıya 10.000 manat, sonra hər ay 1.000 manat, 1.500 dollar pul vermişdir. Bu gün cavabdehin iddiaçıya bir manat belə olsa borcu yoxdur.
34. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən müəyyən olunur ki, İddiaçı ifadəsində...Hazırda Mirələkbər ona dəymiş bütün ziyanı tamamilə ödəmiş, ondan şikayəti və tələbi olmadığını göstərmişdir. Elə qeyd olunan hallarla cavabdehin iddiaçıya olan öhdəlinin vaxtında icra edilməsi, heç bir pul borcunun olmaması öz təsdiqini tapı r. Cavabdeh tərəfindən vurulmuş zərər və onun nəticələri aradan qaldırılmışdır.
35. İddiaçı Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu S.R.Ələkbərova tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, reyestrdə 8İ-15078 nömrəsi ilə qeyd edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi T.Hüseynova ünvanladığı ərizəsindən müəyyən olunur ki, o, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs Cavabdeh tərəfindən tam ödənilməsini, Cavabdeh ilə barışmasını, Cavabdeh qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirib, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Elə qeyd olunan hallarla cavabdehin iddiaçıya olan öhdəlinin vaxtında icra edilməsi, heç bir pul borcunun olmaması öz təsdiqini ta pır.
36. Apellyasiya instansiyası məhkəməsi qətnaməni çıxararkən qərəzli yanaşma sərgiləmişdir. İşin həqiqi halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış öhdəlik müqaviləsi və İddiaçı zərərçəkmiş şəxs qismində Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlandığı təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizə eyni tarixdə- 10 oktyabr 2022-ci il tarixdə imzalanmışdır. Həmçinin, bu öhdəlik müqaviləsində qeyd olunmuşdur ki, predmet Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı ödənilməli olan pul məbləğidir. Cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı 10 oktyabr 2022-ci il tarixdə həmi n vaxt təqsirləndirilən şəxs statusunda olan Cavabdehla zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı razılığa gəlməklə müqavilə bağlamış, şərtlərini müəyyən etmiş, sonradan isə eyni tarixdə notarial qaydada təsdiq etdirdiyi heç bir şikayət və tələbinin olmaması barədə ərizəni sonuncuya təqdim etmişdir. Yəni, tərəflər arasında könüllü olaraq yeni öhdəlik münasibətləri yaranmışdır. Həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş, öhdəlik müqaviləsinin imzalanma prosedurunu əks etdirən audio–video yazıdan da görünür ki, Cavabdeh həmin müqaviləni könüllü olaraq, iradəsini ifadə etməklə imzalamışdır. Lakin həmin öhdəlik vaxtında icra edilmişdir. Əks təqdirdə iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə ziyanın ödənilməsi ilə bağlı ərizə təqdim etməz idi. İddiaçı özü ali təhsilli hüquqşünas olan, uzun müddət hakim vəzifəsində işləmiş, məhkəmədə ifadə verərkən məsuliyyəti barədə müvafiq iltizamı imzalamış iddiaçı bilirdi ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmçinin, müqavilədən kənar qaydada cavabdehin vurulmuş ziyana görə sonradan verdiyi nəqliyyat vasitəsi, nağd pul vəsaitləri də var, onlar da nəzərə alınmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi məsələnin əsl tərəfini tam və hərtərəfli araşdırmamış və nəzərə almamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarına real qiymət verməmiş və işə səthi yanaşmaqla qanunsuz qətnamə çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
37. İddiaçının nümayəndəsi Nümayəndə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
42. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
43. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırıl mış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
44. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir.
45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
46. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
47. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
48. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun i sə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
50. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
51. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
52. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
53. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını de yil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
54. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
55. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.
56. Maddə
419. Müqavilələrin standart şərtlərinin formaca q eyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
57. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
58. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi ş əkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.
59. Maddə 59.1.12. Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır.
60. Maddə 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi.
61. Maddə 7.0.36. Zərər - cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır.
62. Maddə 65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir.
63. Maddə 180.2. Şəxs cinayət mühak imə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
66. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
67. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
70. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
71. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
74. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qi smən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:
75. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddiaçın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən ap ellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarına obyektiv hüquqi qiymətin verilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
78. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və süb utlar əsasında yeni qərar qəbul olunmasını məqsədəuyğun hesab edir.
79. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
80. Hazırkı işin hallarından aydın olur ki, iddiaçı zərərçəkmiş şəxs olduğu, eyni zamanda cavabdehin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edildiyi cinayət işi üzrə ona dəymiş maddi ziyanla bağlı, yəni onunu yenidən Bakı şəhərinin rayonlarından birinə məhkəmə sədri vəzifəsinə təyin etdirməsi üçün rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll etməsi üçün 2010-cu ilin oktyabr ayında cavabdehin ondan aldığı 200.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 160.100 manat məbləğində pul vəsaitinin geri qaytarılmayan 100.000 ABŞ dollarının ona qaytarlması barədə cavabdehlə 10 oktyabr 2022-ci il tarixdə öhdəlik müqaviləsi bağladığını, eyni zamanda həmin tarix də qeyd olunan cinayət işi üzrə dəymiş maddi ziyanın cavabdeh (təqsirləndirilən şəxs Cavabdeh) tərəfindən ona tam ödənilməsini, onunla barışmasını, cavabdehə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirməsi haqqında notarial qaydada ərizə verməsini, həmin ərizəsinə əsasən cavabdehə (təqsirləndirilən şəxs Cavabdeh) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-285/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli hökmünü ilə həbslə bağlı olmayan cəza təyin olunmasına baxmayaraq cavabdehin ona öhdəlik müqaviləsində nəzərdə tutulan məbləği tam ödəmədiyini, cəmi 1.700 manat pul ödənilməsini qeyd edərək, cavabdehdən onun xeyrinə 168.300 manat maddi zərər, 158.800 manat hesablanmış dəbbə pulu olmaqla cəmi 327.100 manatın tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
81. İddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, öhdəlik müqaviləsinin bağlanması ilə tərəflər arasında yeni öhdəlik münasibətləri yaranmış, cavabdeh öz hərəkətləri və ya davranışı ilə öhdəlikdə qeyd olunan halları şübhəsiz və mübahisəsiz qəbul etmişdir. Tərəflər öz aralarında borcun məbləğinin 100.000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 170.000 manat təşkil etməsi, 01 noyabr 2022-ci il tarixdən borclu tərəfindən 36 ay müddətində hər ay aldığı pensiya məbləğindən 1.500 manat ödəməsi, bu öhdəliyini vaxtında yerinə yetirəcəyi halda borc məbləğindən 116.000 manatı güzəşt edəcəyi, ödəniş vaxtında edilmədikdə 170.000 manat məbləğində pul vəsaitini tələb etmək hüququnu özündə saxlaması ilə bağlı razılığa gəlmişlər. Müqavilənin bağlanmasından sonra cavabdeh tərəfindən yalnız 1.700 manat məbləğində pul vəsaiti ödənilmiş, sonrakı ödənişləri həyata keçirməmişdir. Buna görə də iddiaçının qeyd olunan məbləği tələb etmək üçün subyektiv hüququ yaranmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əsas borc məbləği ilə bağlı tələbi 168.300 manat təşkil edir, yəni, iddiaçı müqavilə bağlandıqdan sonra ödənilmiş 1.700 manat məbləğində pul vəsaiti çıxılmaqla qalan məbləği tələb edir. Lakin işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 30.000 manat pulun qarşılığında avtomobil və müqavilənin bağlandığı gün 8.000 manat məbləğində pul vəsaiti verilmişdir. Bun a görə də, həmin məbləğlər də müqavilə üzrə müəyyən olunmuş borcla bağlı olduğundan ümumi məbləğdən çıxılmalı və tutulmalı olan əsas borcun məbləği 130.300 manat müəyyən olunmalıdır. Apellyasiya instansiya məhkəməsi iddianın dəbbə pulu ilə bağlı hissəsini əsassız hesab etmişdir.
82. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi bağlanmış öhdəlik müqaviləsini tərəflər arasında yaranmış yeni öhdəlik münasibətləri kimi qiymətləndirməklə yanaşı, həmin öhdəlik müqaviləsinin müddəti başa çatmadığı halda cavabdeh tərəfindən iddiaçıya 30.000 manat pulun qarşılığında avtomobil və müqavilənin bağlandığı gün 8.000 manat məbləğində pul vəsaiti verilməsini də qeyd etmişdir. Göstərilən hissədə və iddianın təmin edilmədiyi hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə iddiaçı tər əfindən mübahisələndirilməmiş və qətnamədən həmin hissələrdə kassasiya şikayəti verilməmişdir.
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın qismən təmin edilməsi barədə iş üzrə gəldiyi qənaət qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmadığına görə bununla bağlı aşağıdakıları qeyd edir:
84. Belə ki, qeyd olunduğu kimi yaranmış mübahisə, cavabdehin Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış iddiaçıya ödənilməli olan maddi ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış öhdəlik müqaviləsinin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi iddiası ilə bağlıd ır.
85. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halından görünür ki, qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-285/2023 nömrəli, xx.xx.2023cü il tarixli hökmü ilə Cavabdeh hərəkətləri nəticəsində iddiaçıya 200.000 ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 160.100 manat məbləğində ziyan vurulması müəyyən olunmuş, cinayət işinə məhkəmə baxışı zamanı iddiaçı zərər çəkən şəxs kimi ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edərək ona cavabdeh tərəfindən vurulmuş ziyanın tam ödənilməsini bildirib, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirmiş, bu barədə notarial qaydada təsdiq olunan ərizəsini məhkəməyə təqdim etmişdir.
86. Eyni zamanda daha sonra müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli öhdəlik müqaviləsində cavabdehin törətməsində təqsirli bilinən cinayət işi üzrə zərərçəkən kimi iddiaçıya vurulması qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunan ziyanın məbləği, ümumilikdə 160.100 manat olan pul vəsaiti deyil, hadisədən 10 ildən çox vaxt keçdikdən sonra ziyanın yarısı olan 100.000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla göstərilmiş, cavabdehin vurulmuş ziyana görə sonradan verdiyi nəqliyyat vasitəsi, nağd pul vəsaitləri isə ümumiyyətlə müqavilədə nəzərə alınmamışdır.
87. İddiaçı cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanın tam olaraq ödəmədiyini bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının özünün notarial qaydada təsdiq olunmuş ə rizəsi, cinayət işinə baxılarkən verdiyi ifadəsi, tərəflər arasında aparılmış danışıqlarla bağlı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan video çəkilişlərdə aparılan danışıqlar cavabdehin iddiaçıya vurduğu, qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunmuş, ziyanı tam ödəməsi öz təsdiqini tapır. Hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən icraatın dayandırıldığı müddət ərzində iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-285/2023 nömrəli cinayət işi üzrə verdiyi ifadəsini dəyişdirməməsi, müqaviləni həmin məhkəməyə təqdim edərək ziyanın ödənilməsinə dair ərizəsini geri götürməməsi də, maddi ziyanın cavabdeh tərəfindən ödənilməsini təsdiq edən hallardan biridir. Belə ki, ali təhsilli hüquqşünas olmaqla, anlaqlılığı hər hansı şü bhə doğurmayan iddiaçı, məhkəmədə ifadə verərkən məsuliyyəti barədə müvafiq iltizamı imzalamaqla bilirdi ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (CPM-nin 65.4-cü maddəsi).
88. Məhkəmə kollegiyası həmçinin tərəflər arasında bağlanmış “öhdəlik müqaviləsi” ilə bağlı qeyd edir ki, məlum olduğu kimi, müqavilə azadlığı Konstitusiya ilə təminat verilən mülkiyyət və azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki Məcəllənin 390.1-ci maddəsində təsbit olunmuş müqavilə azadlığı, mülki hüquq subyekt lərinin seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək imkanlarını təmin edir.
89. Bununla yanaşı qanunverici müqavilənin standart şərtləri ilə bağlı xüsusi qaydalar müəyyən etmişdir. Müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ olmur. Bu xüsusi yyətlər qanunda müqavilənin standart şərtlərinə verilən anlayışda da əks olunmuşdur. Standart şərt müqavilənin tərkib hissəsinə çevrildikdən (MM 418-ci və 419-cu maddələri) sonra etibarlılıq tələblərinə cavab verməlidir. Yəni standart şərtlər onu qəbul edən şəxsin qanunla verilmiş hüquqlarını əlindən alırsa, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
90. Göründüyü kimi, iddiaçı eyni gündə cinayət işi üzrə barışmasını, cavabdehə qarşı heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirib, cinayət işi üzrə ərizəsinin nəzərə alınmasını xahiş etdiyi halda, tərəflərin bağladıqları əqddə nəzərdə tutulmuş müqavilənin predmetini, eyni ziyan məbləği, yəni cavabdehin Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsini təşkil etməsi şərti müqavilə azadlığı çərçivəsində hüquqi nəticə yaratmaqla, müqavilənin standart şərti kimi çıxış etmişdir.
91. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının cinayət işi üzrə cavabdeh tərəfindən vurulmuş ziyanın ona tam ödənilməsini bildirib, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirməsinə baxmayaraq, öhdəlik müqaviləsi üzrə həmin məbləği yenidən tələb etməsi cavabdehin mənafeyinə uyğun olmamışdır.
92. Belə ki, müqavilədə qeyd edilən - müqavilənin predmetini cavabdehin Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsini təşkil etməsi şərtinə uyğun olaraq, cavabdehin cinayət işi üzrə vurulmuş ziyanı iddiaçıya tam ödəməsi, təqsirləndirilən şəxs kimi ona qarşı heç bir şikayət və tələbinin olmadığı, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirməsi iddiaçının cinayət işi üzrə məhkəməyə təqdim etdiyi ərizəsi ilə təsdiq olunur. Odur ki, tərəflər arasında 10 oktyabr 2022-ci il tarixdə bağlanmış öhdəlik müqaviləsi belə razılaşma bağlandığı andan etibarsız olmuşdur.
93. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə hüquqi dəy ərləndirmə apararaq hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən maddi və prosessual hüquq normaları pozulduğu üçün həmin qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.
94. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir.
95. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qis mən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3455/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.