Məhkəmə qərarları › İş №2(102)-669/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-669/2020

30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-669/2020 30.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorların vəkili X7 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(012)-5607/2018, hakim C.İ.Səfiyeva) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-1358/2019, hakimlər T.O.Quliyev, G.F.Tağızadə və E.G.Rəhimov) İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-4309/2019, hakimlər Q.A.Əsgərov, E.R.Vəliyeva və S.F.Hacıyev) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-3542/2019, hakimlər Ş.R.Abasov, A.Ə.Abbasov, T.Q.Məmmədov) İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçılar verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: xx xxxxxxx 2018-ci il tarixdə İddiaçı1 və Məlikova X2 Musa İsabala oğluna qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onlara dələduzluq yolu ilə vurduğu 42500 manat məbləğində maddi ziyanın tutulması, Cavabdeh etdiyi dələduzluğa görə onun barəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-ci maddəsinə əsasən xüsusi qərardad çıxarılaraq araşdırma aparılmasından ötrü prokurora məlumat verilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia çılar ər-arvad olmaqla, birlikdə Rusiya Federasiyasında yaşasalar da, Azərbaycanda münasib qiymətə torpaq sahəsi almaq və orada fərdi yaşayış evi inşa etməyi planlaşdırmış və bunun üçün cavabdehə müraciət etmiş, cavabdeh onlara Abşeron rayonu, Mehdiabad qəsəbəsinin yaxınlığında Digah kəndində 0,10 ha sahədən ibarət olan torpaq sahəsinin 0,05 ha hissəsini 10.000 ABŞ dolları məbləğinə satdığını bildirmişdir. Həmin məbləğdən 5.000 ABŞ dolları xx xxxxxx 2014-cü il tarixdə İddiaçı1 adından, qalan 5.000 ABŞ dolları isə İddiaçı1 və İddiaçı2 Soltan qızı adından «Western Union» vasitəsi ilə göndərilmiş, həmin pulları «xxxx» ASC-dən cavabdeh şəxsən özü almışdır. Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olmasını bildirərək ona dair cizgi, ölçü və planın, o cümlədən torpaq sahəsinə dair mülkiyyət hü ququnu təsdiq edilməsinə dair X3 adına verilmiş çıxarış və torpaq sahəsinə dair cavabdehə 50 il müddətinə verilən etibarnamənin surətini təqdim etmişdir. Sonradan həmin torpaq sahəsinin cavabdehə məxsus olmaması, eyni zamanda ipoteka ilə yüklü edilərək bankın girovluğunda olması məlum olmuş, cavabdeh isə ona verilən pulları qaytarmaqdan imtina etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçılar cavabdehə qarşı pulun qaytarılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələblərinin əsası kimi cavabdehlə aralarında torpaq sahəsinin alqı-satqı müqaviləsinin baş tutmaması və cavabdehin torpaq sahəsinə görə ödənilmiş məbləği qaytarmaqdan imtina etməsinə istinad etmişlər. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçıların cavabdehə qarşı pul tələbi ilə bağlı hüquqlarının pozulması onlara 2014-cü ilin oktyabr-noyabr ayında məlum olsa da, muqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş üç illik müddətdə deyil, xx xxxxxxx 2018-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşlər. İddiaçılar həmin qətn amədən verdikləri apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qaytarılması tələb edilən məbləğin cavabdeh tərəfindən alınması işdən mübahisəsiz qaydada göründüyü və cavabdeh özü də bunu etiraf etdiyi halda, məhkəmə iddia müddətinin ötürülməsi barədə əsassız nəticəyə gələrək iddianı rədd etmişdir. Halbuki, iddia müddəti ötürülməmiş və tərəflər arasında torpaq sahəsinin alqı-satqı münasibətləri olmuşdur. Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin nəticəni qanuni və əsaslı hesab edən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçıların şikayəti əsasında ləğv edən kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin izahatlarının məzmununa diqqət yetirməyərək, onun hərəkətlərindən hüquqdan sui-istifadə hallarına yol verilməsi, onun pulu almasına baxmayaraq yalnız iddia müddətinin keçməsinə əsaslanmasına isə işin faktiki halları baxımından düzgün hüquqi qiymət verməmiş, mübahisəli torpağın mülkiyyətçisi X4 hazırki iş üzrə cəlb etmədən, həmçinin cavabdehin onunla bağlı izahatında göstərilən bəzi məqamları da araşdırmamışdır. İşə yenidən baxan apellyasiya məhkəməsi iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi bank qarşısında yüklü olduğu halda onun mülkiyyətçisi X8 tərəfindən dəyəri alınmaqla etibarnamə əsasında Cavabdeh verilmiş, o da şifahi alqı-satqı əsasında həmin əmlakı dəyəri alınmaqla iddiaçılara satmışdır. Apellyasiya məhkəməsi hesab etmişd ir ki, torpağın yüklü olduğu halda alqı-satqı predmetinə çevrilməsində və göstərilən şəxslərin mülkiyyət hüquqlarının pozulmasında təqsirkar X8 olmuşdur. Həmçinin, cavabdeh etibarnamə əsasında torpağa dair sərəncam verdiyi üçün əslində o, mülkiyyətçinin nümayəndəsi qismində çıxış etmişdir və tərəflər arasında yaranan alqı-satqı münasibətində əsl satıcı X5r. Belə olan halda, tələbin etibarnamə əsasında fəaliyyət göstərmiş və özgəninkiləşdirilmə zamanı mübahisəli əmlakın yüklülüyündən xəbərdar olması sübuta yetirilməmiş subyektə-Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbi əsassız və qəbuledilməzdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh iddiaya cavab verməli olan şəxs deyildir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd edildiyi kimi iddia tələbinin əsasını cavabdehdən torpaq sahəsinin alınmasına görə ödənilmiş pulun tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu halda, iddiaçılar cavabdehdən qaytarılmasını tələb etdikləri pulun ona verilməsini sübut etmək vəzifəsi daşıyırlar. İddiaçılar müxtəlif tarix lərdə cavabdehə cəmi 10.000 ABŞ dolları məbləğində pulu bank vasitəsilə göndərdiklərini təsdiq edən qəbzlər təqdim etmişlər. Eyni zamanda, cavabdeh iddiaçılar qarşısında öhdəliyinin olmasını inkar etməməklə, əksinə kassasiya instansiya məhkəməsinin qərarında da göstərildiyi kimi, izahatında iddiaçı tərəfdən pulun alınmasını etiraf etməklə yanaşı, onların pulu vaxtında tələb etdiyi halda verə bilməsini, indi isə imkanı olmamasını göstərmişdir. Bununla bərabər, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə də iddianı etiraf etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən pulun alınması işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi həmin məbləğin cavabdehə hansı məqsədlə verilməsini müəyyən etmədən, iddiaçılarla cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı barədə r azılaşma olması barədə dəlilləri araşdırmadan, müqavilə tələbləri üzrə üç illik iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi isə cavabdehin iddiaya cavab verməli olmayan şəxs olduğu barədə nəticəyə gələrək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Əvvəla, prosessual qanunvericiliyin tələblərinə görə kassasiya instansiyası məhkəməsinin torpaq sahəsinin mülkiyyətçisinin işə cəlb edilməsi barədə göstərişi işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən cavabdehin iddiaya cavab verməli olmayan şəxs kimi qiymətləndirilməsi üçün əsas hesab edilə bilməz. Kassasiya instansiya məhkəməsinin həmin göstərişi tərəflər arasındakı həqiqi münasibətlərin, yəni torpaq sahəsinin alqı-satqı münasibətlərinin olub-olmamasının mü əyyən edilməsi ilə bağlı olmuşdur. Digər tərəfdən, cavabdeh yuxarıda qeyd edildiyi kimi iddiaçılardan məbləği şəxsən özü aldığını etiraf etmiş və hazırda həmin məbləği qaytarmağa imkan olmadığını göstərməklə, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçılar qarşısında öhdəlik daşımadığını ümumiyyəltə mübahisələndirməmişdir. Bu halda, apellyasiya məhkəməsi Cavabdeh qarşı yönəlmiş tələbin əsassız və qəbuledilməz olması barədə səhv nəticəyə gəlmiş, həmçinin iddia müddətinin ötürülməsi barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşaraq ziddiyyətli qətnamə qəbul etmişdir. Beləliklə, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilən hüquq pozuntusuna qiymət verməməklə bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392-ci maddəsinin tələblərini pozaraq iddiaçıların apellyasiya şikayətində irəli sürdükləri dəlillərə prosessual qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət vermədən və apellyasiya şikayətində irəli sürülmüş dəlilləri hansı əsaslarla qəbul etmədiyini ümumiyyətlə göstərmədən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. AzərbaycanRespublikasıMülki Prosessual Məcəlləsinin217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları poz ulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar