Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-669/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-669/2023 (Açar sözlər: yaşayış sahəsindən məcburi qaydada çıxarılma) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X10 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-224 2/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22F saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlara əsasən Cavabdeh1 Bakı şəhəri Xətai rayonu Zığ şosesi 22 A, Yat. 1, mənzil 22, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
3. Cavabdehlər hazırda Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı evdə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 22F-dən əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələb ini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu Zığ yolunda yerləşən 22F saylı ev onun mülkiyyətindədir. Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin evə qanunsuz daxil olub yaşayırlar. Bununla da onun həmin evə dair mülkiyyət hüquqları kobud şəkildə pozulur. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdehlər oradan çıxmır və ona ev üzərində mülkiyyət hüquqlarını həyata keçirməyə maneçilik törədirlər.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5386/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Xətai rayonu Zığ yolu 22F saylı evdən əşyaları ilə birlikdə çıxarılması və həmin evin onlar tərəfindən boşaldılması qət edilmişdir.
7. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan evdə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla da iddiaçının mülkiyyət hüququnu pozduqları üçün həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və həmin ev boşaldılmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd ed ilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, onlara məhkəmə iclasının keçirilməsi barədə məlumat verilməmiş, məhkəmə iclasında onların iştirakı təmin edilməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının həmin ev üzərində mülkiyyət hüququnu hansı yolla əldə etməsini, cavabdehlərin hansı əsasla orada yaşamasını araşdırmamışdır.
11. Belə ki, ümumi sahəsi 4 sota yaxın olan ona məxsus ərazidə iki mənzil mövcuddur.Bunlardan ümumi sahəsi 87 kv.m olann mənzil üzərində onun, Şamil Əhmədovun mülkiyyət hüququ mövcuddur. Bu hüquq heç kimə verilməyib. İddiaçı yanakı məsələlərlə bağlı onunla rəqabətdə olan qardaşının kürəkəni Mais Alışovun vəkili, nümayən dəsi kimi çıxış edirdi. İndi isə haradansa, saxta yolla onun mənzilinə yiyələnib. Onun bu mənzil üzərndə hər hansı hüququ vardısa da, bu hüquq cinayət yolu ilə əldə olunub. Məhkəmə bu halları aydınlaşdırmalı və bu hərəkətləri törədən şəxslərin cinayət məsuliyyətinə alınmasını təmin etməlidir. Təəssüf ki, birinci instansiya məhkəməsi bütün bu şübhəli məqamları aydıllaşdırmadan qərar çıxarmışdır.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı qeyd olunan ev üzərində mülkiyyət hüququnu saxta yollarla əldə etmişdir. Belə ki, onun banka borcu olduğuna görə 2011-ci ildə mənzilinin bir hissəsini qardaşı qızının əri X1, Mayis Alışov ona 100.000 manat pul ödəmiş, qalan 100.000 manat pulu ödəməkdən boyun qaçırmış, buna görə də, aralarında mübahisə yaranmışdır. Həm in vaxtlar Mayis Alışov hazırkı iş üzrə İddiaçı ona təqdim edərək evin 87 kvadrat metr hissəsinin bağışlama yolu ilə İddiaçı adına rəsmiləşdirilməsini istəmiş, yalnız bundan sonra evin pulunu tam ödəyəcəyinə söz versə də, vədinə əməl etməmişdir. Mənzilin 87 kvadrat metr hissəsi bağışlama yolu ilə İddiaçı adına rəsmiləşdirilmiş, lakin Mayis Alışov ona borclu qaldığı 100.000 manat pulu ödəməmişdir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı mənzili tamamilə öz adına keçirmişdir.
13. Apellyasiya icraatı zamanı Cavabdeh1 tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 03 iyun 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 22A mənzil 22-də yerləşən 87 kv.m sahəsi olan mənzili 41.000 manata X2, satış pulunun 7.000 manat hissəsi satıcıya ödənilmiş, qalan 34.000 manat pul isə alıcı tərəfindən ipoteka qaydasında "xxxx" ASC tərəfindən ödənilməli idi. 02 aprel 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən X7 mülkiyyətində olan ünvan 3-də yerləşən 87 kv.m. sahəsi olan mənzili İddiaçı bağışlamışdır. Müqavilə bağlanarkən Ramin Məmmədovu etibarnamə əsasında Cavabdeh1 təmsil etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 22A mənzil 22 üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. İddiaçı iddiası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6543/2016 saylı, 11 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən bir sıra cavabdehlərin, o cümlədən Cavabdeh3 mənzildən istifadə hüquqları itirilmişdir. Məhkəmən in sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan və ona əlavə olunmuş sənəddən görünür ki, Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 22A mənzil 22-nin mülkiyyətçisi olan İddiaçı həmin yaşayış evinin yenidən qurulması zamanı aparılmış əlavə tikililərin onun adına sənədləşdirilməsi və hüquqi qeydiyyatdan keçirilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Xətai RİH başçısının 03 fevral 2018-ci il tarixli 35 saylı sərəncamı əsasında ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan yaşayış evinin yenidən qurulması zamanı aparılmış əlavə tikililərin İddiaçı adına sənədləşdirilməsi və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında İddiaçı adına Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2242/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5386/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Zığ yolunda yerləşən 22F saylı evdən əşyaları ilə birlikdə çıxarılması və hə min evin onlar tərəfindən boşaldılması, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun apellyatorlara aid edilməsi qət edilmişdir.
15. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilməsinə əsas vermir. Belə ki, Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdehlər isə hər hansı hüquqi əsas olmadan həmin evdə yaşayırlar. Cavabdeh1 apellyasiya şikayətində və izahatında həmin evin mübahisəli olduğunu bildirsə də, İddiaçı ev üzərində mülkiyyət hüququnu məhkəmə qaydasında mübahisələndirməmişdir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Lakin işə baxılarkən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış, nəticədə işə baxılarkən çəkişmə prinsipi pozulmuşdur.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2 və 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məhkəməsinin 385.1.1 və 387.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehlər (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə araşdırılması üçün apelyasiya məhkəməsinə qaytarılmasına dai r qərar çıxarılmasını xahiş etmişlər.
19. Cavabdehlər kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışlar və əlavə olaraq qeyd etmişlər ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində istifadədə olan 0,01098 ha torpaq sahəsində yerləşən 22A nömrəli yaşayış sahəsindən ibarət 1 otaqlı, 22 nömrəli mənzil tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti Aparatının MKTD-nin xx.xx.2011-ci il tarixli sərəncamı ilə həyat yoldaşı digər cavabdeh X3 Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində yerləşən 22A saylı evin 23 sayl mənzilinin icarədarı hesab edilmişdir. Bu mənzillərdən biri-22 saylı mənzil özəlləşdirilmiş, digər 23 saylı mənzil isə icarədə olmuşdur. Onlara məxsus olmuş mənzillərin qarşısında 300 kv.m torpaq sahəsi mövcud olmuş dur. xx.xx.2011-ci il tarixdə 22 saylı mənzili banka girov qoyaraq 34.000 manat məbləğində kredit götürmüş və kredit borcunu vaxtında ödəyə bilmədiyindən bankın əməkdaşı X4 adına girov qoyulmuşdur. Götürdüyü kreditlə həyat yoldaşının icarəsində olan mənzilin üzərində 3 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Qeyd olunmalıdır ki, borcu qaytara bilmədiyindən 2011-ci ildə qohumu X8 ilə evin satılması barədə razılığa gəlmişlər. Lakin pulun qalan hissəsini ödəmədiyindən aralarında mübahisə yaranmışdır. İddiaçı adına rəsmiləşdirildikdən sonra ödəyəcəyini bildirmişdir. Bağışlama müqaviləsində 87 kv.m. yaşayış sahəsinin bağışlanması öz əksini tapmışdır. Halbuki iki mənzil, yeni inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evi, 3 sota yaxın torpaq sahəsi onların istifadəsində olmuşdur və qeyri-qanuni yollarla iddiaçının adına rəsmiləşdirilmiş, yeni ünvan verilmişdir. İddiaçının bağışlama müqaviləsində 87 kv.m. sahənin bağışlanması nəzərdə tutulmuşdur. Bakı şəhər icra Hakimiyyəti tərəfindən əlavə tikililərin sənədləşdirilməsi ilə bağlı verilmiş sərəncamın qanuni olub-olmaması halı qətiyyən araşdırılmamışdır. 30 ildən artıqdır ki, ailə üzvləri ilə bu evdə yaşayır və hansı qanunsuz daxil olmadan söhbət gedə bilər. Məhkəmə Kollegiyası tərəfindən iş birtərəfli qaydada araşdırılmış, qanunun normaları düzgün tətbiq edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
20. Maddə 152.1 Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mö vcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclas ında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərin dən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
39. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 03 iyun 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 22A mənzil 22-də yerləşən 87 kv.m sahəsi olan mənzili 41.000 manata X2, satış pulunun 7.000 manat hissəsi satıcıya ödənilmiş, qalan 34.000 manat pul isə alıcı tərəfindən ipoteka qaydasında "xxxx" ASC tərəfindən ödənilməli idi. 02 aprel 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən X7 mülkiyyətində olan ünvan 3-də yerləşən 87 kv.m. sahəsi olan mənzili İddiaçı bağışlamışdır. Müqavilə bağlanarkən Ramin Məmmədovu etibarnamə əsasında Cavabdeh1 təmsil etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 22A mənzil 22 üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. İddiaçı iddiası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6543/2016 saylı, 11 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən bir sıra cavabdehlərin, o cümlədən Cavabdeh3 mənzildən istifadə hüquqları itirilmişdir. Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan və ona əlavə olunmuş sə nəddən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 22A mənzil 22-nin mülkiyyətçisi olan İddiaçı həmin yaşayış evinin yenidən qurulması zamanı aparılmış əlavə tikililərin onun adına sənədləşdirilməsi və hüquqi qeydiyyatdan keçirilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Xətai RİH başçısının 03 fevral 2018-ci il tarixli 35 saylı sərəncamı əsasında ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan yaşayış evinin yenidən qurulması zamanı aparılmış əlavə tikililərin İddiaçı adına sənədləşdirilməsi və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında İddiaçı adına Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
40. Apellyasiya instansiya məhkəməsi iddia tələbini t əmin edərkən qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilməsinə əsas vermir. Belə ki, Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdehlər isə hər hansı hüquqi əsas olmadan həmin evdə yaşayırlar. Cavabdeh1 apellyasiya şikayətində və izahatında həmin evin mübahisəli olduğunu bildirsə də, İddiaçı ev üzərində mülkiyyət hüququnu məhkəmə qaydasında mübahisələndirməmişdir.
41. Apellyasiya məhkəməsi həmçinin qətnaməsində birinci instansiya məhkəməsinin iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməsini, maddi hüquq normalarını düzgün tətbiq etməsini, lakin işə baxılarkən prosessual hüquq normalarının pozulmasını, cavabdehlərin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamasını, nəticədə işə baxılarkən çəkişmə prinsipinin pozulmasını qeyd etmişdir. Ona görə də apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddia tələbini təmin etmişdir.
42. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
43. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində q eyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız oldu ğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
44. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
45. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və o byektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
47. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2242/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.