Məhkəmə qərarları › İş №2(102)-6696/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6696/2019

30.10.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6696/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Ərizəçi və vəkili BHnun iştirakları ilə. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 iyun 2019-cu il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 oktyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim; Ə.Səmədov; 2(008)-939/2019) ərizə təmin edilmiş, Ərizəçi 1997-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qərardadı ilə (hakim Ə.Səmədov; 2(008)-939/2019) Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə tələbinin “Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 iyun 2019-cu il tarixli qərardadı ilə (hakimlər E.Şamayev (sədrlik edən, məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, 2(103)-9239/2019 saylı mülki iş) hazırki iş üzrə Ərizəçi apellyasiya şikayəti təmin olunmamış, Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılm ışdır. İşin halları Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, onun 1997-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən olunmasına dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi və vəkili BH kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsinin xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 -ci maddəsinə sasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hər hansı şəxsin hansısa dövlətin vətən daşlığına mənsub olub-olmaması məhkəmə aydasında baxılmalı olan məsələ deyildir. Şəxsin vətəndaşlığı (mövcud olduğu halda) həmin dövlətin səlahiyyətli orqanı tərəfindən verilən sənədlə təsdiq olunur. Digər tərəfdən məhkəmə kollegiyası hesab etmişdir ki, belə tələbə xüsusi icraat qaydasında baxılmaması da qanunsuzdur. Belə ki, Ərizəçi ərizəsinin mahiyyətindən isə müəyyən olunmuşdur ki, o, Tacikistan Respublikasında anadan olmuş, həmin dövlətin vətəndaşı olmuş, onradan vətəndaşlığı itirmişdir. İş materiallarında olan Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin 08 avqust 2014-cü il tarixli arayışına əsasən B X1 Respublikasının ərazisində qeydiyyatda deyil, müvafiq olaraq Tacikistan Respublikasının vətəndaşı deyil. İş materiallarında olan Tacikistan Respublikasının Azərbaycandakı sə firliyinin 20 avqust 2015-ci il tarixli arayışına əsasən isə B X1 Respublikasının vətəndaşlığına bərpasından imtina edilib. Azərbaycan Respublikası MPM-in 308-cimaddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin hazırki iş üzrə müəyyən olunmuşdur ki, ərizəçinin başqa ehtimal olunan dövlətin vətəndaşı olmaması iş materiallarında olan sənədlə təsdiq olunmuş və bu halın məhkəmə qaydasında təsdiqinə zərurət olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayə tinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 27 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar