Məhkəmə qərarları › İş №2(102)-67/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-67/2024

13.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-67/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şərur Rayonu 2 saylı Notariat Ofisinə qarşı (X17 və X18 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildikləri) iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ, mirasdan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-94/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmə nin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. X16 ilə X19 arasında xx.xx.1960-cı il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Abdullayeva soyadı verilmişdir.

3. Onların nikahlarından xx.xx.1954-cü il təvəllüdlü İddiaçı, xx.xx.1957-ci il təvəllüdlü X25 və xx.xx.1960-cı il təvəllüdlü X21 doğulmuşlar.

4. Həmçinin X6 birinci nikahından xx.xx.1946-cı il təvəllüdlü oğlu - X26 doğulmuşdur. X18 anası X39 olmuşdur.

5. X16 xx.xx.1988-ci il tarixdə, arvadı - X19 xx.xx.2009-cu il tarixdə, oğlu - X25 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər.

6. X3 qalan miras əmlak ünvan 1 ünvanında yerləşən 0.1268 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 54.70 kv.m olan fərdi yaşayış evi olmuşdur.

7. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış **********933 nömrəli xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən Şərur şəhərində qeydiyyatda olan xx.xx.1988-ci ildə vəfat etmiş atası X3 miras qalmış əmlakı qəbul etdiyini bildirmişdir. Miras əmlak Naxçıvan MR ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edilmişdir. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə X36 şəhadətnamə verilməsini xahiş etmişdir.

8. Şərur rayonu 2 saylı notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2020-c i il tarixli 10 nömrəli qərarına əsasən ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı ərizəsinə əsasən mərhum X6 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan İddiaçı mirasın qəbul edilməsi üçün müddəti ötürdüyünə görə Qanun üzrə X36 Şəhadətnamə verilməsindən imtina edilmişdir.

9. X21 tərəfindən Ukrayna Respublikasında verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən 1913-cü il təvəllüdlü atası X16 18 mart 1988-ci ildə, 1926-cı il təvəllüdlü anası X19 isə 26 noyabr 2009-cu ildə vəfat etmişdir, hər ikisi vəfat edənədək Azərbaycan Respublikasında daimi yaşamışlar. Vərəsəliyin açılması vaxtı və yeri ona məlum olmuşdur. O, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmış və bununla bağlı məhkəmə qaydasında iddia ir əli sürmək niyyəti olmamışdır. Vərəsəlik hüquqlarının qanun və vəsiyyətnamə üzrə vərəsə olanın, yəni vəsiyyət edənlərin oğlunun xx xxxxxx 1954-cü il təvəllüdlü İddiaçı adına rəsmiləşdirilməsinə heç bir etirazı olmamışdır.

10. Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 274 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən X16 vəfat etdikdən sonra onun aşağıdakı tərkibdə vərəsələri qalmışdır: X19 - arvadı (vəfat edib), İddiaçı – oğlu - 1954, X25 –oğlu (vəfat edib), X21 – oğlu - 1960.

11. X26 xx.xx.2023-cü il tarixdə Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət edərək, nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 274 nömrəli arayışa düzəliş edilməsini, özünün də X6 vərəsəsi kimi tanınmasını və yeni arayışda vərəsə kimi qeyd olunmas ını xahiş etmişdir. Həmin nümayəndəlik tərəfindən verilmiş 110 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən X16 vəfat etdikdən sonra onun vərəsələri aşağıdakı tərkibdə müəyyən edilmişdir: X19 - arvadı (vəfat edib), X25 – oğlu (vəfat edib), X26 – oğlu 1946, İddiaçı – oğlu - 1954, X21 – oğlu - 1960. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Şərur rayonu 2 saylı Notariat Ofisinə (bundan sonra – Notariat Ofisi və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə kimi ünvan 6 ünvanında yerləşən 54.70 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməs ini xahiş etmişdir.

13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, atasından qalmış miras əmlakı xx.xx.1988-ci il tarixdə atası vəfat edəndən faktiki olaraq vərəsə kimi qəbul etmiş və həmin evdə ailəsi ilə birgə yaşayaraq əmlakı idarə etməyə başlamışdır. O, mirasın onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilməmişdir. Bununla bağlı qonşuları da şahidlik edə bilər. Ona görə də, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Mərhum atası mərhum anası ilə uzun müddət ayrı yaşamalarına baxmayaraq, o, həyat yoldaşı ilə atası ilə birgə yaşamış və təsərrüfat işlərini birgə aparmışlar. X2 həmin dövrdə Ukrayna Respublikasında öz ailəsi ilə birlikdə yaşamış, mərhum anası X13 isə həmin dövrdə mərhum qardaşı X 25 ilə birgə Şəki şəhərinin üzümçülük sovxozu adlanan kənddə yaşamışdır. Həmin miras qalmış fərdi yaşayış evinin bütün təsərrüfat işlərini aparmış və köhnə ev olduğu üçün yenidən təmir işlərini görməyə başlamışdır. Atasının ölüm xəbərini mərhum anasına bildirdikdən sonra anası Şərur şəhərinə köçmüş və mərhum atasından miras qalmış ünvan 6 ünvanında yerləşən miras əmlakda onunla birlikdə yaşamağa başlamışdır. Miras qalmış əmlakı 18 mart 1988-ci il tarixdə faktiki olaraq vərəsə kimi qəbul etməsinə baxmayaraq, həmin sözügedən əmlaka dair X36 şəhadətnamə almaq üçün 11 dekabr 2020-ci il tarixdə ərizə ilə Notariat Ofisinə müraciət etmiş, ərizəsinə cavab olaraq Notariat Ofisinin 10 nömrəli 15 dekabr 2020-ci il tarixli qərarına əsasən müraciətinin icrasından imtina edilmişdir. Mərhum atasından mir as qalmış fərdi yaşayış evini vərəsə kimi faktiki olaraq qəbul etdiyindən istədiyi zaman müraciət edərək vərəsəlik şəhadətnaməsi ala biləcəyini düşünmüşdür. O, Notariat Ofisinin imtinası ilə razı olmamışdır. Notariat Ofisinin notariusu onun mirası faktiki olaraq 18 mart 1988-ci il tarixdə qəbul etməyinı araşdırmadan ona X36 şəhadətnamə verməkdən imtina etmişdir. Qeyd edilən fərdi yaşayış evi onun ata yurdu olmuş, həmin evdə böyüyüb boya-başa çatmışdır. Hal-hazırda mərhum atası X6 iki vərəsəsi qalmışdır. İddiaçı özü və X2. X2 vərəsə kimi mərhum atasından miras qalmış əmlakdan özünə çatası paydan iddiaçının xeyrinə imtina etmişdir.

14. X26 və X17 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

15. Məhkəmə baxışı iclasında iştirak edən cavabd eh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatında X4 Abbasın arvadı olduğunu, 2003-cü ildə Abbasla ailə qurduqlarını, Şərur şəhərində Həzi Aslanov küçəsində Abbasın yaşadığı ata evinə köçdüyünü, orada yaşadıqlarını, nikahlarından iki uşaqları Bulqeyis və Həşimin doğulduğunu, evləndikdən təxminən 5-6 il sonra 2009-cu ildə qaynanası Bulqeyisin vəfat etdiyini, o vəfat etdikdən sonra orada yaşamağa davam etdiklərini, eyvan, hamam tikdiklərini, həyətə ağac əkdiklərini, Abbas vəfat etdikdən sonra uşaqları ilə həmin evdə yaşamağa davam etdiklərini, 2022-ci ilin noyabr ayında ev qəzalı vəziyyətdə olduğu üçün uşaqları ilə evdən çıxdıqlarını və Şahtaxtı kəndinə gedib, halhazırda orada yaşadıqlarını bildirmişdir.

16. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 izahatında Abdullayev Həşimin birinci arvadından olan oğlu olduğunu, anasının adı X27 olduğunu, 1949-cu ildə anasının onu atasının yanında qoyaraq getdiyini, sonradan atasının Bulqeyis ilə evləndiyini, onu Bulqeyis böyütdüyünü, 1965-ci ildə hərbi xidmətə getdiyini, 1968-ci ildə qayıtdığını, atasının evində yaşamağa başladığını, 1970-ci ildə ailə qurduğunu və Şahtaxtı kəndində başqa evə köçdüyünü, bu günə qədər orada yaşadığını, 1988-ci ildə atası vəfat edəndə Rübabə adlı qadınla evli olduğunu, Bulqeyisdən rəsmi qaydada olmasa da faktiki ayrıldığını, Bulqeyisin qardaşı Abbasın ailəsi ilə Şəki şəhərinə gedərək orada yaşadığını, atasının xəstə olduğunu, teztez atasının yanına gedib-gəldiyini, həmin vaxt Məhəmmədəlini n hərbi qulluqçu olduğunu, Sumqayıt şəhərində yaşayaraq orada işlədiyini, atasının vəfatı barədə Məhhəmmədəliyə və Abbasa xəbər verdiyini, Məhəmmədəlinin, Abbasın və Bulqeyisin yas mərasiminin 2-ci gün gəldiklərini, atasının dəfn xərclərinin ödənməsi üçün pul yığdığını, yas mərasiminə öz pulunu xərcləndiyini, atasının vəfatından sonra Məhəmmədəlinin Sumqayıta qayıtdığını, çünki iş yerinin orda olduğunu, həmin evdə Abbas və Bulqeyisin yaşamağa başladığını, daha Şəki şəhərinə qayıtmadıqlarını, atasının yas mərasimindən sonra həmin evdə yaşamadığını, orada hər hansı bir təsərrüfat işi aparmadığını, çünki yaşayış yerinin Şahtaxtı kəndində olduğunu, mirasın qəbulu ilə bağlı notariusa müraciət etmədiyini, Bulqeyis rəhmətə gedəndən sonra həmin evdə Abbasın və ailəsinin yaşadığını bildirmişdir.

17. Şərur Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(110)142/2023 nömrəli iş üzrə 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Seymur Qarayev) iddia təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 4 ünvanında yerləşən miras əmlak X10 məxsus olmuş, o, xx.xx.1988-ci tarixdə öldükdən sonra onun vərəsələri olan arvadı X19, uşaqları X25, X26, İddiaçı, X21 qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər. Lakin İddiaçı iddia ərizəsində atasının ölüm xəbərini mərhum anasına bildirdikdən sonra anası X19 mərhum atasından miras qalmış ünvan 6 ünvanında yerləşən miras əmlaka köçərək onunla birlikdə yaşamağa başladığını etiraf etsə də, özünün vərəsə kimi mirasın açıldığı yer üzrə no tariat kontoruna hazırkı mübahisə predmeti olan fərdi yaşayış evinin mirası kütləsinin qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Nəticədə iddiaçı mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən 22 ilə yaxın müddət keçdikdən sonra notariusa, 25 ildən artıq bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmədə şahid qismində ifadə verən iddiaçının qardaşı X26 atası rəhmətə gedəndə qardaşı Məhəmmədəlinin Sumqayıt şəhərində yaşayaraq orada işlədiyini, hərbi qulluqçu olduğunu, ona atasının ölüm xəbərini verdiyini, o, gəlib yas mərasimində iştirak etdikdən sonra işi ilə əlaqədar geri qayıtdığını bildirmiş dir ki, buda ərizəçinin atasını ölümündən sonra uzun müddət həmin miras əmlakda yaşaması iddiasının ağlabatan olmaması qənaətinə gəlməyə əsas vermişdir. Həmçinin iddiaçının nümayəndəsinin təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş şahidlər X23 və X50 isə miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edildiyini, orada yaşadığını, anası X7 isə 1990-cı ildən sonra həmin evə gələrək orada yaşamağını qeyd etməklə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə zidd ifadələr vermişlər. Belə ki, iddiaçı atası rəhmətə gedən sonra anasının həmin evə köçərək orada yaşadığını, mirası qəbul etdiyini bildirmişdir. Belə olan təqdirdə şahidlər X14 və X40 ifadələri işin faktiki hallarına uyğun olmadığından məhkəmə onları sübut kimi qəbul etməmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə atası X6 xx.xx.1 988-ci tarixdə öldükdən sonra ondan qalmış miras əmlakı qəbul etməsini təsdiq edən heç bir mötəbər və tutarlı sübut təqdim etməmişdir. Bu isə o nəticəyə gəlməyə əsas vermişdir ki, iddiaçı mirası qəbul etməyə yönələn heç bir hərəkət etmədiyindən mirası qəbul etmək hüququnu itirmişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.2000-ci il tarixədək qüvvədə olan) 528, 532, 552-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1151, 1243, 1255, 1273-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiy a şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi qətnamədə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Halbuki, o, dəfələrlə məhkəməyə miras əmlakı hələ 1988-ci ilin martından qəbul etdiyini bildirmiş, məhz birinci instansiya məhkəməsi belə səhv nəticəyə gəlmiş, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin hərəkətləri qanuni olduğundan iddiaçı haqsız olaraq məhkəməyə müraciət etmişdir. Buna əsas kimi iş materiallarında olan sübutlara yox, məhz öz mülahizəsinə istinad etmişdir. Göründüyü kimi iş materiallarında yer alan mübahisələndirdiyi qətnamədə də öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın rədd edilməsinə yox, iddia tələbinin tam təmin edilməsinə əsas olmuşdur.

23. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, sözügedən miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul etdiyini və öz payının müəyyən olunduğu təsdiq edəcək daha bir yazılı sübut tərəflərindən əldə olunmuşdur. Həmin yazılı sübut birinci instansiya məhkəməsində üzürlü səbəblərdən təqdim olunmamışdır. Ona görə ki, həmin vaxtı bu yazılı sübutun əldə olunması mümkün olmamış və hazırki iş üzrə əlaqəli olduğu sonradan aşkar olunmuşdur. Belə ki, Azərbaycan SSR adından Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2-263-1989-il nömrəli 21 noyabr 1989cu il tarixli qətnaməsi ilə iddiaçı X5 (miras qoyanın həyat yol daşı, iddiaçının anası) cavabdeh İliç Rayon VVAQ şöbəsindən “nikahın etibarsız hesab edilməsi və X11 məxsus şəxsi yaşayış evindən pay tələbinə dair” iddiası təmin edilərək, X20 ilə X15 ilə (nikahdan sonra Abdullayeva Rübabə) aralarında 3 mart 1988-ci ildə İliç Rayon VVAQ şöbəsində bağladıqları və reyestrdə qeydə alınmış nikah etibarsız hesab edilmiş, İliç şəhəri Həzi Aslanov küçəsində yerləşən sahəsi 29.6 kv.m sahədən, bir otaq və bir koridordan ibarət yaşayış evi və yardımçı tikililərlə birlikdə X5 şəxsi mülkiyyətinə verilmişdir. Naxçıvan Şəhər Xalq Məhkəməsi qətnamə qəbul edərkən belə nəticəyə gəlmişdir ki, X38 Abdullayeva arasında qeydə alınmış nikah etibarsız hesab edildiyinə görə Həşim Abdullayevin şəxsi mülkiyyətində olmuş hazırda İliç şəhəri Həzi Aslanov küçəsində yerləşən ümumi sah əsi 29.6 kv.m olan yaşayış evi yardımçı tikililərlə birlikdə X5 şəxsi mülkiyyətinə verilməlidir. Belə ki, birinci növ vərəsələr Məhəmmədəli, Abbasəli və Nifdalı Abdullayevlər miras evdən anaları Bilqeyis Abdullayevanın xeyrinə imtina edirlər. Göründüyü kimi iddiaçı miras əmlakı faktiki olaraq qəbul etməklə yanaşı həmçinin sözügedən 2-263-1989-il nömrəli 21 noyabr 1989-cu il tarixli qətnaməsi ilə də miras əmlakda olan öz payının olması faktı müəyyən edilmişdir. Lakin iddiaçının anası qətnamə ilə mülkiyyətinə verilmiş sözügedən miras əmlakı sağlığında öz adına rəsmiləşdirmədiyi üçün iddiaçı atasından qalmış miras əmlakın faktiki qəbul etdiyi barədə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Həmçinin miras əmlak ********** qeydiyyat nömrəsi ilə X8 adına Naxçıvan Muxtar Respublikası Daş ınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2-2631989-il nömrəli 21 noyabr 1989-cu il tarixli qətnaməsi barədə iddiaçının məlumatı olsa da lakin həmin qətnamənin hazırki vərəsəliklə əlaqəli olduğunu bilməmiş və həmin qətnamənin sonradan qardaşı Nifdalı tərəfindən ona verildikdən və araşdırma nəticəsində həmin qətnamənin hazırkı iş üzrə əlaqəli olduğunu aşkar etmişdir.

24. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(108)-94/2023 nömrəli mülki iş üzrə 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vera Kuimova (sədrlik edən və məruzəçi), Vüq ar Quliyev və Səxavət Bəylərli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin mübahisəli halları ilə bağlı apellyasiya icraatı zamanı tədqiq olunan iş materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından mərhum X6 ölümündən sonra ona münasibətdə miras qalmış Şərur şəhəri, Həzi Aslanov, 2 ünvanında ümumi 0.1268 ha torpaq sahəsi üzərində yerləşən 54.70 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi hər hansı əsasla iddiaçı tərəfindən qəbul olunması, eyni zamanda mərhum X16 tərəfindən adıçəkilən miras əmlaka dair vəsiyyətnamənin qoyulması h alı müəyyən olunmamışdır. İş üzrə iddiaçı istər iddia ərizəsində, istərsə də verilmiş apellyasiya şikayətində mərhum X3 miras qalmış adıçəkilən əmlakı qəbul etdiyini iddia etsə də, məhkəməyə təqdim etdiyi Notariat Ofisinə verdiyi xx.xx.2020-ci il tarixli ərizədən görünmüşdür ki, o, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddəti buraxmış və belə olan halda da haqlı olaraq Notariat Ofisinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona X36 şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, göstərilən maddənin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. İş üzrə iddiaçı iddia ərizəsində göstərdiyi sözügedən fərdi yaşayış evini vərəsə kimi faktiki olaraq qəbul etdiyini, istədiyi zaman müraciət edərək vər əsəlik şəhadətnaməsi ala biləcəyini qeyd etsə də, kollegiya mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məsələyə münasibət bildirilməsinin hazırki baxılan tələb çərçivəsində mümkünsüzlüyünü iddiaçının diqqətinə çatdırmağı zəruri hesab etmişdir.

26. Miras əmlakın faktiki olaraq iddiaçı tərəfindən qəbul olunmasına gəlincə, ilk növbədə məhkəmə kollegiyası qeyd etmişdir ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünmüşdür ki, ünvan 6 ünvanında yerləşən 54.70 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi X10 məxsus olmuşdur. İddiaçının nümayəndəsinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin verdiyi izahatlardan, birinci instansiya məhkəməsində işə baxılarkən dindirilən şahid ifadələrindən və digər iş materiallarından aydın olmuşdur ki, iddiaçı mərhum atası X6 xx.xx.1988-ci il tarixdə ölümündən sonra onun yas mərasimində iştirak etmiş, atasının ölümündən keçən vaxt ərzində, ümumiyyətlə, ondan miras qaldığını iddia etdiyi əmlakdan istifadə və ona sahiblik etməmiş, öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etməmiş, miras əmlakı lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, siğorta haqqı və digər ödənişlər vermək kimi addımlar atmamışdır. Yəni konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini göstərməmişdir. İstər birinci instansiya məhkəməsində icraat zamanı, istərsə də kollegiyada apellyasiya şikayətinə baxılması z amanı dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 atası rəhmətə gedəndə qardaşı Məhəmmədəlinin Sumqayıt şəhərində yaşayaraq orada işlədiyini, hərbi qulluqçu olduğunu, ona atasının ölüm xəbərini verdiyini, Məhəmmədəlinin yasın 3-ü günü gəlib yas mərasimində iştirak etdikdən sonra işi ilə əlaqədar geri qayıtdığını, yas mərasimindən sonra Məhəmmədəlinin bir gün də olsun atasının evində yaşamadığını, onun təqribən 1999-2001–ci illərdə rayona qayıdaraq orada işlədiyini, lakin həmin vaxt atasının evində yox kirayə ev tutub qaldığını, yasdan sonra həmin evdə əvvəlcə Bulqeyisin sonra Abbasın yaşamağa başladıqlarını, daha Şəki şəhərinə qayıtmadıqlarını, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatında Abbasla ailə qurduqlarını, Şərur şəhərind ə Həzi Aslanov küçəsində Abbasın yaşadığı ata evinə gəlin köçdüyünü, orada yaşadıqlarını, nikahlarından iki uşaqları Bulqeyis və Həşimin doğulduğunu, qayınanası Bulqeyis vəfat etdikdən sonra orada yaşamağa davam etdiklərini, evə aid olan bütün ödənişlərin Abbas tərəfindən ödənildiyini bildirmişlər.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iş üzrə şahidlər X28 və X50 verdikləri izahatlarında isə miras əmlakın yalnız iddiaçı tərəfindən qəbul edildiyini, orada yaşadığını, anası X7 isə 1990-cı ildən sonra həmin evə gələrək orada yaşamağını qeyd etməklə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə zidd ifadələr vermişlər. Belə ki, iddiaçı atası rəhmətə gedəndən sonra anasının həmin evə köçərək onunla orada yaşadığını, mirası qəbul etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi Nümayəndə elektrik və qaz sərfiyatına görə ödənişlərin, həmçinin telefon və məişət tullantılarının daşınmasına dair ödənişlərin iddiaçı tərəfindən qarşılanmasını qeyd etsə də, bunu təsdiq edəcək qəbzləri və ya iddiaçının mərhum atası X16 tərəfindən miras qalmış əmlaka sahiblik və istifadə edilməsi barədə kollegiyaya heç bir mötəbər sübut təqdim etməmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmçinin iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya instansiyasında verdiyi izahatında əvvəlcə atasının həmin əmlakda 1999-2002-ci illərdə yaşadığını, 2002-ci ildə 2-ci dəfə ailə qurub Sumqayıta köçdüyünü bildirsə də, sonra isə bu hissədə izahatını dəyişərək atasının 1989-cu ildən hərbidən çıxdığını, 1992-ci ildə Qarabağa getdiyini, 1996-cı ilədək ata sı Həşimin evində yaşadığı barədə ziddiyyətli izahatlar vermişdir. Kollegiya qeyd etmişdir ki, onun göstərdikləri işin araşdırılmış halları və apellyasiya şikayətinə baxılması zamanı dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 izahatı ilə tam təkzib edildiyindən sübut kimi qəbul oluna bilməz.

29. Apellyasiya şikayətində qeyd edilən “...birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etmədiyini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmədiyini, maddi və prosessuаl hüqu q normalarının tətbiqində səhvə yol verildiyini, bütün bunların isə mübahisələndirdiyi qətnamənin tam ləğv edilməsinə əsas olması...” barədə göstərdiyi dəlillərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətində bu pozuntu halları sadəcə sadalanmış konkret həmin pozuntuların nədə ifadə olunduğu göstərilməmişdir. Belə olan halda isə kollegiya hesab etmişdir ki, bu dəlillər mülahizə xarakterlidir, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145, 1147, 1151, 1159, 1243, 1255-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tari xli, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası həqiqətin müəyyən edilməsində ümumiyyətlə heç bir tədbir görməmiş, heç bir araşdırma aparmamış dır. İddiaçının məhkəməyə təqdim etdiyi sübuta ümumiyyətlə münasibət bildirməmişdir. İşin obyektiv araşdırılması qərəzli məhdudlaşdırılmışdır. Real həqiqəti əks edən sübutlar təhrif edilmişdir. Lakin, məhkəmə üçüncü şəxslərin verdiyi izahatları sübut kimi qəbul edib hesab etmişdir ki, “iş üzrə obyektiv araşdırma aparıb”, həqiqəti müəyyən etmişdir. İddiaçıya və iş üzrə şahidlərə münasibətdə çəkişmə və müəyyənlik prinsipinin pozulması, təqdim edilmiş sübutlara nədənsə düzgün qiymət verilməməsi və digərinə isə ümumiyyətlə münasibət bildirilməməsi, iddiaçının müraciətlərinə hər hansı hüquqi qiymət verilməməsi səbəbindən məhkəmə aktı tam qərəzli, ziddiyyətli olmuşdur.

33. Ziddiyyətlər ilə bağlı kassator qeyd etmişdir ki, iş üzrə iki məhkəmə aktı mövcud olmuşdur. Bu qətnamələrdə məhkəmələr üçü ncü şəxslərin yalan izahatlarına və verdikləri yalan ifadələrə əsaslanmışlar. Həmçinin birinci instansiya məhkəməsində iddiaçının təşəbbüsü ilə dəvət edilən şahidlərin ifadələrinə məhkəmə tərəfindən təhrif edilərək düzgün hüquqi qiymət verilməmişdir. Şahidlər iş üzrə iddiaçının miras əmlakı miras qoyanın ölümündən sonra faktiki sahiblik və idarə etdiyinin şahidi olmuşlar və bu barədə də məhkəməyə ifadə vermişlər. Lakin məhkəmə şahidlərə şahid olmadıqları hal üzrə suallar verməklə, əsas məqsəd şahidlərin verdikləri ifadələri şübhə altına salmaq olmuşdur. Bunu təsdiq edəcək birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının audio və video yazıları mövcud olmuşdur. Həmçinin iddiaçı ərizə ilə müraciət edərək, hazırki iş üzrə qanuni qüvvəsini almış Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2-2 631989 nömrəli 21 noyabr 1989-cu il tarixli qətnaməsinin birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunun hesab edilməsini, həmin qətnamədə göstərilən faktların sübut kimi qiymətləndirilməsini və mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına qanuni qüvvəsini almış Azərbaycan Sovet Sosialist Respublikası adından Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2263-1989 nömrəli 21 noyabr 1989-cu il tarixli qətnaməsi təqdim edilmiş və iddiaçının nümayəndəsi sözügedən qanuni qüvvəsini almış qətnamə üzrə izahat verərək bildirmişdir ki, həmin qətnaməyə əsasən iddiaçı X5 (miras qoyanın həyat yoldaşı, iddiaçının anası) cavabdeh İliç Rayon VVAQ şöbəsindən “ni kahın etibarsız hesab edilməsi və X10 məxsus şəxsi yaşayış evindən pay tələbinə dair” iddiası təmin edilərək, X16 ilə X15 ilə (nikahdan sonra Abdullayeva Rübabə) aralarında 3 mart 1988-ci ildə İliç Rayon VVAQ şöbəsində bağladıqları və reyestrdə qeydə alınmış nikah etibarsız hesab edilmiş, İliç şəhəri, Həzi Aslanov küçəsində yerləşən sahəsi 29.6 kv.m sahədən, bir otaq və bir koridordan ibarət yaşayış evi və yardımçı tikililərlə birlikdə (iş üzrə hazırki miras əmlak) X5 şəxsi mülkiyyətinə verilmişdir. Naxçıvan Şəhər Xalq Məhkəməsi qətnaməsində göstərmişdir ki, X38 Abdullayeva arasında qeydə alınmış nikah etibarsız hesab edildiyinə görə Həşim Abdullayevin şəxsi mülkiyyətində olmuş hazırda İliç şəhəri, Həzi Aslanov küçəsində yerləşən ümumi sahəsi 29.6 kv.m olan yaşayış evi yardımçı tikililərlə birlikdə (iş üzrə hazırki miras əmlak) X5 şəxsi mülkiyyətinə verilməlidir. Belə ki, birinci növ vərəsələr Məhəmmədəli, Abbasəli və Nifdalı Abdullayevlər miras evdən anaları Bilqeyis Abdullayevanın xeyrinə imtina etmişlər. Göründüyü kimi miras əmlakı iddiaçı 1989-cu ildə məhkəmə qətnaməsinə əsasən miras əmlakı faktiki qəbul etdiyindən öz payından anası X5 xeyrinə imtina etmişdir. Mirasın qəbul edilməsi faktı artıq 1989-cu ildə hətta məhkəmə qərarına əsasən də tanınmışdır. Sözügedən qətnaməni birinci instansiya məhkəməsinə təqdim edilməsi iddiaçının imkanı xaricində olmuşdur. Çünki həmin qətnaməni iddiaçı sonradan əldə etdiyindən birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Lakin işə baxan məhkəmə kollegiyası iş üçün əhəmiyyət kəsb edən bu qətnaməyə heç bir münasibət bildirməmiş v ə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərkən, mülki iş materiallarında iddiaçının nümayəndəsinin təqdim etdiyi məhkəmə iclasında digər sübutlarla yanaşı tədqiq edilməli olan Azərbaycan Sovet Sosialist Respublikası adından Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2-263-1989-il nömrəli 21 noyabr 1989-cu il tarixli qətnaməsini nədənsə müəyyən etməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “Kollegiya mülki işin mübahisəsiz hallarını müəyyən etməklə bərabər eyni zamanda qeyd edir ki, işin mübahisəli halları iş üzrə iddiaçının iddia tələbində qeyd etdiyi kimi, mərhum atası X6 ölümündən sonra miras qalmış Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə kimi ünvan 6 ünvanında yerləşən 54.7 0 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin atasının ölümündən sonra faktiki olaraq onun tərəfindən qəbul edilməsinin müəyyən olunmasıdır.” Əgər məhkəmə mirasın faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsini müəyyən etmək niyyətində olsaydı, onun təqdim etdiyi qanuni qüvvəsini almış 1989-cu il tarixli Naxçıvan şəhər Xalq Məhkəməsinin qətnaməsinə öz qətnaməsində münasibətini bildirərdi. Həmçinin kollegiya qətnamədə qeyd etmişdir ki, “Beləliklə, kollegiya sübutların qiymətləndirilməsi ilə bağlı yuxarıda sadalanan normalara əsaslanmaqla iş üzrə iddiaçının iddia tələbində göstərdiyi faktların öz təsdiqini tapmadığı qənaətinə gəlir. Yəni tədqiq olunmuş iş materialları ilə iddiaçının mərhum atasından miras qalmış əmlakın onun tərəfindən formal və ya qeyri-formal üsullarla qəbul edilməsi müəyyən olunmamışdır.” Bir daha açıq-aydın görünmüşdür ki, iddiaçının təqdim etdiyi iş üzrə sübutları məhkəmə kollegiyası işə qərəzli yanaşmaqla bərabər görməzdən gəlmişdir. Belə olmasaydı işin faktiki halları ilə iddia tələbi tam təmin edilməli idi. Nəticədə məhkəmə tərəfindən bir sıra maddi və prosessual normalar ciddi şəkildə pozulmuşdur.

34. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 72, 80, 125, 127, 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1151, 1159, 1243-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 76, 88, 193, 217, 220, 371, 388-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 29, İİİ-İV hissələr. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

38. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.

39. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X24 X22:

40. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının 2000-ci ildək qüvvədə olan Mülki Məcəlləsi:

41. Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

42. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

43. Maddə

530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.

44. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (ar vad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.

45. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbu l etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

47. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

48. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

49. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

50. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

51. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

52. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

53. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

54. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

55. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

56. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

64. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhb ər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

68. Mübahisyə mahiyyəti üzrə baxan məhkəmələr iddianı rədd edərkən mövqelərini belə əsaslandırmışlar ki, İddiaçı mirası qəbul etməmişdir.

69. Kassasiya şikayətinin dəlillərindən biri odur ki, iddiaçı ərizə ilə müraciət edərək, Naxçıvan Şəhər Xalq Məhkəməsinin qanuni qüvvəsini almış, 2-263-1989 nömrəli, 21 noyabr 1989-cu il tarixli qətnaməsini məhkəməyə təqdim etmişdir. Həmin məhkəmə aktına əsasən, iddiaçı X5 (miras qoyanın həyat yoldaşı, iddiaçının anası) iddiası təmin edilərək, X16 ilə X15 ilə (nikahdan sonra Abdullayeva Rübabə) aralarında 3 mart 1988-ci ildə İliç Rayon VVAQ şöbəsində bağladıqları və reyestrdə qeydə alınmış nikah etibarsız hesab edilmiş, İliç şəhəri, Həzi Aslanov küçəsində yerləşən sahəsi 29.6 kv.m sahədən, bir otaq və bir koridordan ibarət yaşayış evi və yardımçı tikililərlə birlikdə (iş üzrə hazırkı miras əmlak) X5 şəxsi mülkiyyətinə verilmişdir. Bu qətnamədə göstərmişdir ki, birinci növ vərəsələr Məhəmmədəli, Abbasəli və Nifdalı Abdullayevlər miras evdən anaları Bilqeyis Abdullayevanın xeyrinə imtina etmişlər. Göründüyü kimi miras əmlakı iddiaçı 1989-cu ildə məhkəmə qətnaməsinə əsasən miras əmlakı faktiki qəbul etdiyindən öz payından an ası X5 xeyrinə imtina etmişdir. Mirasın qəbul edilməsi faktı artıq 1989-cu ildə hətta məhkəmə qərarına əsasən də tanınmışdır.

70. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023cü il tarixli iclasının protokoluna yazılan qərarla Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2263-1989 nömrəli, 21 noyabr 1989-cu il tarixli qətnaməsinin surəti mülki işə əlavə olunmuşdur.

71. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qətnaməyə heç bir münasibət bildirməmişdir. Halbuki, iddia tərəfinin istinad etdiyi məhkəmə aktının sübut kimi qəbul edilib-edilməməsinə və mübahisənin həllinə təsirinə məhkəmə tərəfindən qiymət verilməli idi.

72. Qanuna əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir (§ 58, 60, 64).

73. Apellyasiya instansiyası məhkəməsinin hazırkı işdə bu tələblərə əməl etməməsi, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradıılmadığına, sübutlara qiymət verilmədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 57, 60, 63).

74. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

75. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəli hallar üzrə sübutları qiymətləndirmədən, işin müəyyən edilmiş faktiki hallarına aidiyyəti maddi hüquq normalarının dispozisiya şərtləri əsasında hüquqi qiymət vermədən çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

76. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəs i ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X24 X12 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 39-40).

77. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıra n sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

79. Kassasiya məhkəməsi onu da qeyd edir ki, hazırkı işdə mübahisə vərəsəlik hüquqları ilə bağlıdır.

80. Azərbaycan Respublikasının Konstitusiyasında bəyan edilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, dövlət vərəsəlik hüququna təminat verir (§ 36-38).

81. Odur ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəflərin vərəsəlik və mülkiyyət hüquqlarının düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün halları, o cümlədən Həşim Abdullayevin ölümü ilə açılan miras kütləsini, vərəsələrin kimliyini, həmin mirasın vərəsələr arasında bölüşdürülməsini, bu zaman iddiaçının təqdim etdiyi Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2-263-1989 nömrəli, 21 noyabr 1989-cu il tarixli qətnaməsinin nəzərə alınmalı olub-olmadığını, nəzərə alınarsa həmin məhkmə aktının işin həllinə təsirini, o cümlədən H.Abdul layevin mirasının X1, bu zaman X18 atasından qalan mirasa vərəsəlik hüquqlarının necə həll olunduğu, Bilqeyis Abdullayevanın xx.xx.2009-cu ildə ölməsi ilə mübahisənin obyekti üzrə həmin tarixdə qüvvədə olan qanunla mirasın açılmasını, həmin miras üzrə vərəsələrin dairəsini, onların qanunla müəyyən edilmiş müddətdə mirasdan imtina edib-etmədiklərini, bu konteksdə vərəsə Nifdalı Abdullayevin xx.xx.2021-ci il tarixli ərizəsinin mirasdan imtina, yoxsa başqa məzmundan iradə ifadəsi olduğunu və digər zəruri hallar hərtərəfli şəkildə araşdırılmalıdır. Bu zaman bütün vərəsələrin işdə iştirakı təmin olunmalı və çəkişmə prinsipinə əməl edilməklə, toplanmış sübutlar əsasında iddiaya mirasın açıldığı anda qüvvədə olan maddi hüquq normaları əsasında yekun hüquqi qiymət verilməlidir.

82. Hazırkı Mülki M əcəllənin qüvvədə olduğu dövrdə açılan miras üzrə o da nəzərə alınmalıdır ki, həmin Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasına uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

83. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunu yoxladığı həmin qərarında göstərmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz....mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata k eçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqların dan istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi m övqeyi bir daha təsdiqləyir....miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir....mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstit usiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.”.

84. Beləliklə, kassasiya məhkməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda göstərilən qanunvericiliyə və hüquqi mövqelərə uyğun olmadığından ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.

85. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-94/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apel lyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar