Məhkəmə qərarları › İş №2(102)-67/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-67/2025

23.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-67/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, əmək stajının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9rşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1213 /2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zəngilan rayon Dövlət Arxivinin 03 nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan rayon “Karl Marks” adına kolxozun sənədləri arxivə daxil olmamışdır.

2. Ərizəçi X2 rayonundan məcburi köçkündür.

3. İT-1 № ******* saylı əmək kitabçasına əsasən, X8 xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci ilə kimi Zəngilan Aqra rsənaye kombinatında baş mühasib vəzifəsində işləmişdir. 4. 185 nömrəli kolxozçunun əmək kitabçasının surətinə əsasən, X16 “Karl Marks” kolxozunda 1970-ci ildən 1993-cü ilə kimi kolxozçu işləmişdir.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfata Nazirliyi Zəngilan X23 X1 verilmiş xx.xx.2023-cü il tarixli 09 nömrəli arayışına əsasən, o, Zəngilan rayonu X17 baş mühasibi vəzifəsində işlədiyi dövrdə kombinatın tabeçiliyində 28 kolxoz və 4 təsərrüfatlar arası müəssisə fəaliyyət göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Alıbəyli kəndində anadan olmuş, orada ailəsi ilə birlikdə yaşamışdır. Ərizəçi 19691979-cu illər ərzində orta məktəbdə oxumuş, 1980-ci il tarixdən 1982-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Ərizəçi xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu işləmişdir. Lakin rayon işğal olunduqdan sonra onun bir çox sənədləri, o cümlədən əmək kitabçası işğal zonasında qalmışdır. Ərizəçi əmək kitabçasına aid sənəd almaq üçün dövlət arxivinə müraciət etsə də ona bildirmişlər ki, arxiv sənədləri işğal zonasında qaldığından ona heç bir sənəd verə bilmirlər. Ərizəçi gələcəkdə pen siyaya çıxmaq üçün stajının bərpa olunmasını istəyir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bununla bağlı müraciət etdikdə ona həmin filialdan imtina məktubu vermişlər.

8. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X24 Şəxsinin nümayəndəsi ərizəyə yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.1962-ci il təvəllüdlü ərizəçi xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonunun Alıbəyli kəndində yerləşən “Karl Maks” kolxozunda kolxozçu işlədiyini və əməkhaqqı aldığını iddia edir. Əvvəllər qüvvədə olmuş Azərbay can Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olm adıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. İş stajının təsdiq olunması üçün ən azı iki nəfər şahid olmalı; şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Ərizəçi ərizəsində qeyd etmişdir ki, işlədiyini iddia etdiyi dövrləri onunla birgə işləmiş şahidləri təsdiq edə bilər. xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Karl Maks" kolxozunda hazırki iş üzrə ərizəçinin işləməsi faktının təsdiq edilməsi yalnız ərizəçi eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Beləliklə qeyd edilənlərə əsasən ərizəçi müvafiq sənədləri hansı səbəbdən əldə etmədiyini sübut edə bilməmişdir.

9. Birinci instansiya məhkəməsində şahid X16 bildirmişdir ki, o, 1978-ci ildə kolxozda mühasib işləmişdir. Ərizəçi bibisi oğludur. Ərizəçi 1982-ci ildən kolxozda işləmişdir. Sonradan kolxoz Elbrusu Gəncədə kursa göndərmişdir. Elbrus kolxozun fermasında işləmiş, ferma da kolxoza aid olmuşdur. Elbrus texnikomu qurtardıqdan sonra gəlib işləmişdir. O, 1993-cü ildə Bakıya gəlmişdir. Ərizəçinin əmək kitabçası rayonda qalmışdır. Hamı rayondan tez çıxm ışdır. Rayonda 3-4 nəfər mühasib qalmışdır. O, da son günə kimi rayonda qalıb işləmişdir. O, çıxanda əmək kitabçasını götürmüşdür. Arxiv müdürü başqa adam idi. O, orda bir il maaşsız işləmişdir. 1971-ci ildən isə Bakıda oxuyub işləmişdir. “Karl Marks” kolxozuna tütünçülük, mal-qara, baramaçılıq, üzümçülük, əkinçilik və maldarlıq aid idi. Ərizəçi ilə bir kənddə yaşamışlar. Əvvəllər mağazada işləmiş, sonradan 1978-ci ildən isə “Karl Marks” kolxozunda işləmişdir. Kolxoz burada, yəni Bakıda fəaliyyət göstərməmişdir. Əmək kitabçasında çıxış əmri yoxdur. Kolxoz sədrinin yanına getmiş, kolxozun 1997-ci ilə qədər fəaliyyətdə olması barədə ona arayış vermişdir. Ona sənədi əvvəlki kolxoz sədri vermişdir. O, xəstəliklə pensiyaya çıxmışdır.

10. Birinci instansiya məhkəməsində şahid X8 bildirmişdir ki, ərizəçini işlədiyi vaxtdan Zəngilandan tanıyır. Ərizəçi qonşu kənddə yaşamış, ərizəçi ilə qohumluq əlaqələri yoxdur. Onlarla bir yerdə işləyən Elbrusun əmək stajı fəaliyyətini təsdiq etmək üçün gəlmişdir. Həmin dövrdə o, orda işləmişdir. O, özü kolxozda işləmişdir. Əmək kitabçasının surətini təqdim etmiş, əsli isə nazirlikdədir. O, 1981-ci ildən Aqrar Sənayə kombinatında işləmişdir. Zəngilanda Aqrar sənaye kombinatı özündə 28 kolxoz, 4 təsərrüfatı birləşdirirdi. “Karl Marks” kolxozu kombinatın tabeçiliyində olmuşdur. O, hər ay gedib kolxozu yoxlamışdır. Kolxoz heyvandarlıq, tütünçülük, əkinçiliklə məşğul idi. Ərizəçi ilə həmin təsərüffatda tanış olmuşlar, elə olurdu ki, Elbrus ilə birlikdə mal qaranı yoxlayıb saymışlar. Həmin dövrdə süni mayalanma mütəxəssisləri çox az idi. Süni mayalanma ilə məşğul olan mütəxəssislərdən biri də bunlar olmuşlar. 1981-ci ildən 1993-cü ilə qədər işləmişdir. Onun əmək kitabçası həmin vaxtdan var. Onların əmək kitabçaları Bakıda, digərlərinin isə rayonda saxlanılırdı. Təssərüffat böyük idi. Həmin dövrdə elə bir vəziyyət yaranmışdı ki, hamı öhdəsində olan əmlakı çıxarmağa çalışmışdır. Sənədi çıxarmaqla məşğul olan yox idi. Sona xanımı da tanıyır, “Karl Marks” kolxozunda mühasib işləmişdir. Kolxoz kooperativ mülkiyyətdə ümumi yığıncaqdan asılı idi. Gəlib Sabirabad rayonunda yerləşmişlər. Ərizəçi tək özü rayondan Sabirabad rayonuna malqara gətirmişdi. Bura gələndən sonra ərizəçi işləməmişdir. Sabirabada gələndə kolxoz fəaliyyət göstərməmişdir. Mal-qara satılmış, pulu da dövlətə ödənilmişdir.

11. Zəngilan Rayon Məhkəməsinin 2(034)-238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülsarə İmanova) ərizə təmin olunmuş, Ərizəçi 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Karl Marks» adına kolxozun fermasında kolxozçu işləməsi faktının müəyyən olunması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, ərizəçinin Zəngilan rayonunun “Karl Marks” kolxozunun fermasında işləməsi faktı tam sübuta yetirilmişdir. Ərizəçinin işlədiyi müddətləri hesabladıqda onun 1982-ci ildən 1993-cü ilədək 11 il sosial sığorta stajı tamam olmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövqeyinə görə ərizəçinin 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Karl Marks” adına kolxozun fermasınd a kolxozçu işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən, onun 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Karl Marks» adına kolxozda kolxozçu işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu, hüquqi əhəmiyyətli fakt olduğundan göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır.

14. Məhkəmə öz mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci; Mülki Prosessual Məcəllənin 307.2.11, 308-ci maddələri; “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı Qərarının 1.1-ci; Azərbaycan Respubli kası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması” qaydalarının 2.5-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Maraqlı şəxs apellyasiya şikayəti verilərək qətnamənin ləğv, ərizənin rədd edilməsini xahiş edilmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və d igər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Şahidlərin hər birinin əmək kitabçasının olmasına baxmayaq, ərizəçinin əmək kitabçasını əldə bilməməsini iddia etməsi şübhə doğurur və ərizəçinin qeyd etdiyi dövrdə “Karl Maks” kolxozunda işləməsi barədə şübhə yaradır. Ərizəçinin əmək kitabçası mövcud olmuşdursa, onu əldə edə bilməməsini və başqa qaydada bərpa edə bilməməsini əsaslandırmamışdır. Eləcə də 1997-ci ildə Azərbaycan dili dövlət dili olmasına baxmayaraq, şahid qismində çıxış edən X6 əmək kitabçasındakı qeyd rus dilində aparılmışdır. Əlavə olaraq əmək kitabçasındakı bütün qeydlər eyni xəttlə aparılmışdır ki, bu məqam da şübhəyə əsas verir.

17. Sumqay ıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1829/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə maraqlı şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. (hakimlər Lətifə Məmmədova (sədrliyi və məruzəsi ilə), Ayaz Mahmudov, Səyyad Qafari)

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ərizəni şahid ifadələrinə əsasən təmin etsə də, şahidlərdən biri (X16) ərizəçinin dayısı oğludur, belə olan halda şahidin bibisi oğlunun maraqlarına uyğun izahat verməsi ağlabatandır. Bundan başqa, ifadə vermiş digər şahid X6 əmək kitabçasına nəzər yetirildikdə müəyyən edilir ki, əmək kitabçasında 1997-ci ilə aid qeydlər rus dilində aparılmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsv erməsində (referendumda) qəbul edilmiş və 1995-ci il noyabrın 27-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Ölkə ərazisində rəsmi dövlət dili Azərbaycan dili müəyyən edildiyi halda xx.xx.1997-ci il tarixində əmək kitabçasında aparılmış qeydlərin rus dilində aparılması əsaslı şübhələr yaradır. X15 rayonu X19, ərizəçi isə «Karl Marks» adına kolxozda işləmişdir. Qeyd edilən hallar birinci instansiya məhkəməsində maraqlı şəxsin nümayəndəsi tərəfindən mübahisələndirilmiş, lakin məhkəmə tərəfindən bu hallara qiymət verilməmişdir.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edi lmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2, 3.2.2, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə istinadla əsasland ırmışdır. c) Kassasiya instansiyasındakı birinci icraat

20. Ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu, Alıbəyli kəndində yerləşən “Karl Marks” kolxozunda kolxozçu işləməyini iki şahid rəsmən məhkəmədə iştirak edərək təsdiq etmişdirlər. Ərizəçinin qohumu olan Sona Fərhadova “Karl Marks” kolxozunda 1978-ci il tarixdən mühasib işləmişdir, onun orada işləməsi barədə əmək kitabçası da vardır. Həmçinin ikinci şahid Elbrus Niftəliyev əmək kitabçasını məhkəmə iclasında rəsmi olaraq məhkəməyə təqdim etmişdir. Həmin əmək kitabçasında E.Niftəli yevin 1981-ci il tarixdən X19 işlədiyi qeyd olunmuşdur. X22 Kombinatı özündə 28 kolxoz 4 təsərrüfatı birləşdirir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tam əsassız və qanuna ziddir. Belə ki, şahidin əmək kitabçasının rus dilində yazılmasının şübhə doğurması qeyd olunmuşdur. Lakin əmək kitabçasının səhv yazılması vətəndaşın günahı deyildir. Şübhə ilə onun hüquqlarını pozmaq düzgün deyil. Sənədə qarşı hər hansı şübhəsi var idisə, məhkəmə onu aydınlaşdırmalı və ona uyğun qərar verməli idi. Nazirlər Kabinetinin qərarına əsasən pensiya təyin olunması ilə bağlı sənədlər saxlanılmadıqda, ərizəçi ilə bir idarə, təşkilat, kolxoz, sovxozda işləyən onu birgə işdən tanıyan və özlərinin həmin idarədə sənədləri olan 2 nəfərdən az olmayan şahidlərin ifadələrinə əsasən müəyyən olunur. Qərar da qohumluqla bağlı hər hansı qeydlərdən söhbət getmir, həmçinin də həmin qohumunun kolxozda hətta ondan da öncə işləməsini təsdiq edən əmək kitabçası vardır. Qohumluğu əsas gətirib ərizəni rədd etmək ərizəçinin hüquqlarının pozulması deməkdir.

22. Maraqlı şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə etirazın dəlilləri ərizəyə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmuşdur.

23. Ali Məhkəmənin Mülki kollegiyasının 29 may 2024-cü il tarixli 2(102)1889/2024 qərarı ilə (hakimlər A.Abbasov, A.Hüseynov və Ə.Nurməmmədov) ərizəçinin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1829/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

24. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvəla, maraqlı şəxs apellyasiya şikayətində şahid X13 ifadəsini hər hansı əsasla, o cümlədən də həmin şahidin ərizəçi ilə qohum olması əsası ilə şübhə altına almamış, bununla bağlı hər hansı dəlil irəli sürməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində mübahisələndirilməyən hal üzrə araşdırma apararaq, həmin şahidin ifadəsini qeyd edildiyi kimi ərizəçi ilə qohum olması əsası ilə qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətində mübahisələndirilməyən hal üzrə araşdırma aparmaqla şahid X13 ifadəsini qəbul etməməsi mülki prosesin dispozitivlik prinsipi ilə ziddiyyət təşkil etmişdir.

25. Həmçinin əmək kitabçasında 1997-ci ilə aid qeydlərin rus dilində aparılması və “Karl Marks” adına kolxozda deyil, X19 işləməsi əsası ilə digər şahid X6 ifadəsinin qəbul edilməməsi də prosessual qanunvericiliyin normalarındakı (MPM 80, 81, 88-ci maddələri) tələbinə və işdəki digər sənədlərin müqayisəli təhlilinə uyğun olaraq əsaslandırılmayıb. Həmçinin qeyd edilməlidir ki, X4 əmək kitabçası 1981-ci ildə açılsa da, rus dilində tərtib edilsə də, 1997-ci ildə son qeydiyyat aparılsa da, kitabçadakı möhürdə Azərbaycan Respublikasının gerbi əks olunmuş və möhürdə onun aid olduğu təşkilat qeyd edilmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi əmək kitabçasının əslini tələb edib, möhürü vuran təşkilat vasitəsilə də bunu aydınlıq gətirə bilərdi.

26. Bundan başqa, apellyasi ya instansiyası məhkəməsi bir tərəfdən şahidin əmək kitabçasını şübhə altına almış, digər tərəfdən də şahidin Zəngilan rayonu X19 işləməklə, ərizəçi ilə bir yerdə işləməməsinə istinad etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Çünki şahidin əmək kitabçasında onun məhz Zəngilan rayonu X19 işləməsi qeyd edilib. Buna görə də şahidin əmək kitabçası şübhə altına alınırsa, belə olan təqdirdə onun Zəngilan rayonu X19 işləməsi də şübhə altına alınmalı idi. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şahidin əmək kitabçasının ona aid olmayan bir işdə bu qaydada şübhə altına alınması şahidin özünün əmək stajı ilə bağlı mənafeyinə də uyğun sayıla bilməz.

27. Kassasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 307.1, 307.2.11, 308, 416.1, 416.2, 417.1.1, 417.1.3, 418.1, 41 8.3-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin 16 və 17-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1213/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(034)-238/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər F.Məmmədov, L.Rəhimov və A. Süleymanov)

29. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 əmək kitabçası 1981-ci ildə açılsa da, rus dilində tərtib edilsə də, 1997-ci ildə son qeydiyyat aparılsa da kitabçadakı möhürdə Azərbaycan Respublikasının gerbi əks olunmuş və möhürdə onun aid olduğu təşkilat (Azərbaycan Respublikası K/T və Ərazaq Nazirliyi Zəngilan rayon kənd təsərrüfatı idarəsi) qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfata Nazirliyi Zəngilan X23 X1 verilmiş xx.xx.2023-cü il tarixli 09 nömrəli arayışından görünür ki, X3 rayonu X17 baş mühasibi vəzifəsində işlədiyi dövrdə kombinatın tabeçiliyində 28 kolxoz və 4 təsərrüfatlar arası müəssisə fəaliyyət göstərmişdir.

30. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, əmək kitabçasının rus dilində yazılm ası ərizəçinin və şahidin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı deyildir və ərizəçinin hüququnun pozulması ilə nəticələnməməlidir.

31. Kollegiya hesab etmişdir ki, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və tədqiq olunmuş digər sübutların müqayisəli təhlili ərizəçinin mövcud tələbinin təmin olunmasına əsas verdiyindən, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

32. Məhkəmə mövqeyini mövqeyini Mülki Prosessual Məcəllənin 14, 76.1, 76.2, 77.1, 88, 89.1, 217.4, 307.1, 307.2.11, 308, 372.6, 372.7, 382, 384, 392, 393, 402, 405, 420-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin 16 və 17-ci bəndlə rinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyasında ikinci icraat a) Kassasiya şikayətinin dəlilləri

33. Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2(105)-1213/2024 qətnaməsinin ləğv edilməsi və Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair” tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti ərizəyə etiraz və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Göründüyü kimi məhkəmə Əsasnamənin tələbini pozmaqla qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə iş üzrə obyektiv və ədalətli qərar qəbul edilməsi üçün üzərinə düşən vəzifələri icra etməmiş, ümumiyyətlə hazırkı iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

35. Kassator şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 88, 175, 217, 220.4-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx. 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2, 1.4, 13.4-cü bəndlərinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məh kəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 06 noyabr 2023-cü il tarixli 01/2023 nömrəli qərarına istinad etməklə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 21 7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 307.1 məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

42. Maddə 307.2.11 məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.

43. Maddə 308. məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n 12 aprel 2019-cu il tarixli, 08 saylı qərarı:

47. Bənd 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.

48. Bənd 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müva fiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.

49. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsin ə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

53. Ərizəçi ərizəsində bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir.

54. Məhkəmələr tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, ərizəçi iş stajı, əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən yəni, yaşadığı Zəngilan rayonu xx.xx.1993-cü il tarixdə işğal olunduğundan və arxiv sənədləri işğal zonasında qaldığından təqdim edilə bilmir və onları başqa qaydada bərpa etmək mümkün deyil. Buna görə də, ərizəçinin 01 iyul 1982-cı ildən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Karl Marks» adına kolxozun fermasında kolxozçu işləməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi mümkündür.

55. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mülki prosessual qanunvericiliyin və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 08 saylı qərarının tələblərinin pozulması aşkar edilməmişdir.

56. Kassatorun həmin qərarın 13.4-cü bəndinə istinad edərək, şahidlərdən birinin ərizəçi ilə birgə işləməməsi, həmçinin onun əmək kitabçasının mötəbərliyi ilə bağlı şübhələrinin olması barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Həmin məsələ ilə bağlı apellyasiya məhkəməsi tərəfindən ətra flı araşdırılmış və şahid E.Niftəliyevin «Karl Marks» adına kolxozun da tərkibinə daxil olduğu Zəngilan X191981-ci ildən işlədiyi, onun əmək kitabçasının mötəbərliyi müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyası hesab edir ki, həmin şahidin ifadəsinin işdə iddianın təmin edilməsinə əsas verən sübut kimi qəbul edilməsinə maneə olan heç bir hal yoxdur. Ərizəçinin izahatında qeyd etdiyi xüsusatlar işdə ifadə vermiş şahidlərin ifadələri ilə tam təsdiq olunur.

58. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

59. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkə mə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlayarkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, kassasiya məhkəməsinin əvvəlki qərarının göstərişləri əsasında araşdırma aparmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətində qətnamənin ləğvi üçün hər hansı tutarlı dəlil göstərilməmişdir.

61. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2024-cü il tarixli 2(105)-1213/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar