Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-670/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı QSC BOKT-a qarşı qarşılqılı iddia ərizələrinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi, müqavilənin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı QSC BOKT-un (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair ilk, c avabdehin iddiaçıya qarşı kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, əmlakın ipoteka yüklülüyündən azad olunması tələbləri barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4980/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli XXX G nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə illik 19 faiz dərəcəsi ilə 48 ay müddətə qaytarmaq şərti ilə 15.430 manat məbləğdə kredit verilmişdir.
2. Eyni tarixli ipoteka müqaviləsinə görə, cavabdeh ona məxsus “X4 5” minik markalı **-GL-*** dövlət qeydiyyat nömrəli avtomobili Bankın xeyri nə ipoteka ilə yüklü etmişdir.
3. Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə, Bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. 4. 26.12.2017-ci il tarixli S-AVK-1784 nömrəli təhvil-təslim aktına əsasən, cavabdeh tərəfindən götürülmüş kredit borcuna aid sənədlər iddiaçıya təhvil verilmişdir.
5. İddiaçı cavabdehə qarşı eyni tələblə ilk dəfə xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1479/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmaması əsası ilə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır.
6. Cavabdeh ilk iddiaya qarşı iddia müddətinin tətbiqi barədə ərizə ilə çıxış etmişdir.
7. İlk iddia ərizəsi xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.226,06 manat əsas, 3981,51 manat faiz borcu olmaqla, cəmi 15.207,57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli XXX G nömrəli kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, mülkiyyətində olan “X5 5” minik markalı (buraxılış ili 2013, ban XXX, rəngi ağ) **-GL-*** dövlət qeydiyyat nömrəli avtomobilin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İlk iddianın əsaslarına görə, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Cavabdehə qarşı ilk dəfə xx.xx.2020-ci il tarixdə iddia qaldırılmış, həmin iddia ərizəsi məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Məhkəmə tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslləri iddiaçıya xx.xx.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bundan başqa, cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əla və tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Analoji mübahisələrin məhkəmədənkənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Belə olan halda, iddia müddəti ötürülməmişdir və ilk dəfə vaxtında məhkəməyə müraciət edilməsi, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər.
11. Qarşılıqlı iddianın əsaslarına görə, cavabdeh ilk dövrlərdə kredit ödənişlərini qrafik üzrə vaxtı-vaxtında ödəsə də, sonradan maddi vəziyyəti pisləşdiyindən Banka olan borcunu ödəyə bilməmiş dir. Bundan sonra Bank xx.xx.2020-ci il tarixdə ona qarşı iddia qaldırmışdır. Həmin iddia ərizəsi Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırda isə Bank yenidən ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, 6-7 ilə yaxın müddətdir ki, borcundan ödəniş etmir. Bu illər ərzində dəfələrlə Banka müraciət edərək, faiz və dəbbə pulunun silinməsini, əsas məbləğ üzrə yeni qrafik açılmasını xahiş etsə də, Bankın nümayəndəsi hər dəfəsində imtina edərək, təklifi ilə razılaşmamışdır. Bankın iddia ərizəsində qeyd etdiyi hallar iddia müddətini uzatmaq məqsədi daşıyır. Belə ki, kredit borcunun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşməsi barədə Bank tərəfindən ona hər hansı məlumat verilməmiş, bununla bağlı hər hansı təklif olunmamışdır. Mülki iş baxılmamış saxlanıldıqda və iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslini iddiaçı götürüb yenidən eyni predmet və tələb üzrə məhkəməyə müraciət etdikdə bu, iddia müddətinin axımını bərpa etmir. Göründüyü kimi, Bank iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən iddia tələbi rədd olunmalı, hər iki müqavilə ləğv olunaraq mülkiyyətində olan avtomobil ipoteka yüklülüyündən azad olunmalıdır.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6754/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 48 ay təşkil edir və xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçı ilkin olaraq hazırki tələblə xx.xx.2020-ci il tarixdə iddia müddətini ötürmədən Yasamal Rayon Məhkəməsinə müraciət etməsinə baxmayaraq, iddia müddətinin axımı ümumi qaydada davam etmiş və xx.xx.2012-ci il tarixdə bitmişdir. iddiaçı mülki qanunvericiliyin iddia müddətinə dair tələblərini nəzərə almadan Qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən və Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, həmçinin, ilkin iddia üzrə idiaçı iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına dair heç bir sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia müddəti ötürülmüş sayılıb ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin olunaraq iddiaçı Cavabdeh ilə cavabdeh "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli, XXX G nömrəli kredit və ipoteka müqavilələri ləğv edilməli, iddiaçının mülkiyyətində olan “X5 5” minik markalı **-GL-*** dövlət qeydiyyat nömrəli avtomobil ipoteka yüklülüyündən azad olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.”
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2, 375.2, 380.1, 381.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Birinci instansiya məhkəməsinin qətna məsi ilə razılaşmayan iddiaçı qətnamənin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh iddia müddətinin tətbiqi barədə və ipoteka müqaviləsinin ləğv olunması barədə qarşılıqlı iddia ərizəsi verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmiş, işə baxmış məhkəmə də bunu qəbul etməklə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsaslanmaqla kifayətlənmiş, işin hallarını araşdırmadan kredit və ipoteka müqavilələrini ləğv etmişdir. Həmçinin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı xx.xx.2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xah iş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-1479/2021 nömrəli qərardadı ilə İddiaçı QSC-nin cavabdehə qarşı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakim E.Həsənov) xx.xx.2021-ci il tarixli 2(103)-7528/2021 nömrəli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-1479/2021-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki iş şikayətin vaxtında verilib verilmədiyinin aydınlaşdırılması üçün yenidən həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-1479/2021 nömrəli qərardadı ilə İddiaçı QSC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Yasamal Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş s ənədlərin əslləri “X2 Edilməsi Agentliyi” MMC-yə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC BOKT yenidən Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Analoji mübahisələr mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasında “Ffiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsini n həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4980/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.Həsənov və M.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “...işin müəyyən olunmuş hallarına əsasən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 48 ay təşkil edir v ə xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, cavabdeh ilə bank arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2018-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, 08 yanvar 2014-cü il tarixdə b ağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 08 yanvar 2018-ci il tarixdən hesablanmalıdır. Belə olan halda iddiaçı üçün məhkəməyə müraciət etmək tarixi son olaraq 08 yanvar 2021-ci il tarixə qədər olmuşdur. Hazırki iddia ərizəsi isə 01 oktyabr 2021-ci il tarixdə məhkəməyə verilmişdir. Göründüyü kimi iddia müddəti ötürülmüşdür. İddiaçının tələbində eləcə də apellyasiya şikayətində iddia müddəti ilə bağlı göstərdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk olaraq xx.xx.2020-ci il tarixdə iddia ə rizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi və şikayətin vaxtında verilib-verilmədiyinin aydınlaşdırılması üçün mülki iş məhkəməyə göndərilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən isə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi iddiaçı 29 dekabr 2020-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətinin axımı kəsilmişdir, bu zaman isə iddia müddətinin bitməsinə 11 gün qalmışdır. İddia ərizəsi xx.xx.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş və şikayət Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Belə olan halda fasilə 12 avqust 2021-ci i l tarixdə bitmiş və iddia müddəti yenidən başlamışdır. İddiaçı isə göstərilən tarixdən 1 aydan çox müddət keçdikdən sonra, yəni 01 oktyabr 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Halbuki iddia müddətinin bitməsinə 11 gün qalmışdı. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsi də cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almaqla ilki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin ilkin iddia tələbinə münasibətdə olan dəlilləri öz təsdiqini tapmamışdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Göründüyü kimi əsas tələb üzrə iddia müddətinin ke çməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Hazırki iş üzrə də işin faktiki halları ilə müəyyən edilmişdir ki, əsas tələb üzrə iddia müddəti bitmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bu halda hazırki iş üzrə ipoteka predmeti ipoteka yüklülükdən azad oluna bilməzdi. Birinci instansiya məhkəməsi isə qarşılıqlı iddia tələbini təmin etməklə səhvə yol vermişdir.”
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2, 380.1, 381.1, 385.1, 386.1 maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-cı il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2- ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il qərarlarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətinin dəlillərinə görə, borc ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Buradan da göründüyü kimi, bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsinin konkret vaxtı müəyyən edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallar nəzərə alınm amışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublkası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013- cü il tarixli Qərarında qeyd edilmişdr ki, Konstitusiya Məhkəməsi Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən isə həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə is ə lazımi əsasa söykənməyən hesab edilməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bü müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə iddia müddəti bitdikdə başlanır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin id diadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir; Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 24. “İpoteka haqqında” Qanun: Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə geci kdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxl anılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan ca vabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsin i həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).”
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia rədd olunan hissəsi ilə razılaşaraq, kassasiya şikayəti vermədiyi üçün, hazırkı kassasiya araşdırmasının predmetini ilk iddia rədd olunan hissə təşkil edir və apellyasiya instansiyasının yekun məhkəmə aktı da məhz həmin hissəyə aid şikayətdə irəli sürülmüş dəlillər üzrə yoxlanılır.
30. Məhkəmə kol legiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlillər i üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
33. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsinin konkret vaxtının müəyyən edilməməsi, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmənin əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmaması barədə dəlillər apellyasiya şikayətində irəli sürülmədiyi və həmin instansiyada araşdırma predmeti olmadığı üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparıla və onlara qiymət verilə bilməz.
34. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesa b edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4980/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı QSC BOKT-un kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.