Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-670/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5510/2024 nömrəli iş üzrə 28 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC-nin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrinin etibarsız hesab edilməsinə və iddiaçının vəzifəsinə bərpa edilməyinə, cavabdeh LPO Cavabdeh1 ASC-dən əmək müqaviləsi üzrə yaranmış 35000 (otuz beş min) manat məbləğində məcburi işburaxmaya görə əmək haqqının və onun üzərinə iddia verilən günə hesablanmış 1% ödənc məbləği olan 31900 (otuz bir min doqquz yüz) manat və vəkilin xidmət haqqı kimi ödənilmiş 320 (üç yüz iyirmi) manat,cəmi 67220 (altmış yeddi min iki yüz iyirmi) manat məbləğində vəsaitin, vəzifəsinə faktiki bərpa olunduğu günədək işburaxmaya görə hər ay üçün əlavə 7000 (yeddi min) manat məbləğində əmək haqqının və həmin günədək gecikdirilmiş məbləğin üzərinə gündəlik 1% olmaqla hesablanmış ödənc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5510/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, icraata xitam verilmişdir. Həmçinin eyni tarixli qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5510/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-670/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimi Günay Axundova 12 fevral 2025-ci il tarixli məktubla müraciət edərək, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5510/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5510/2024 nömr əli, 28 noyabr 2024-cü il tarixli qərardadından verilmiş kassasiya şikayətinin baxışdan çıxarılaraq mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 103)- 5510/2024 nömrəli iş üzrə 28 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-670/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-670/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-670/2025
13.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver