Məhkəmə qərarları › İş №2(102)-6700/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6700/2019

23.10.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6700/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli 2(010)6362/2018 saylı qətnaməsi ilə (sədrlik edən G.İ manova) iddia təmin edilmiş və Cavabdeh1 adına ünvan 1 ünvanda yerləşən mənzilə dair özəlləşdirmənin ləğv edilməsi, özəlləşdirmə nəticəsində həmin mənzilə dair Cavabdeh1 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli, 2(103)-3336/2019 saylı qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi) X.Cəmilova və İ.Xəlilov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli 2(010)-6362/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə dair özəlləşdirmənin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız say ılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə dair özəlləşdirmənin ləğv edilməsi, özəlləşdirmə nəticəsində həmin mənzilə dair Cavabdeh1 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, İddiaçı mübahisə olunan mənzil özəlləşdirilən zaman evdə 2009-cu il tarixdən etibarən yaşamamış və ailə üzvlüyündən 2011-ci il tarixindən çıxmışdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının pozulmasına yol verdiyindən Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini, İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəm ə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon XDS İcraiyyə Komitəsinin qərarına əsasən ünvan 1 ünvanda yerləşən mənzili 26.07.1988-ci il tarixli 240748 nömrəli orderə əsasən X1 ailə üzvləri ilə birlikdə yaşamaq üçün verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəmə sinin 05 aprel 2010-cu il tarixli qətnaməsinə əsasən X4 azyaşlı uşağı X3 ilə birlikdə 20 noyabr 2005-ci il tarixdən qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayonu “AB” yaşayış sahəsi ev 70-in 50 nömrəli mənzili 19.04.2018ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 12.09.2017-ci il tarixli Ə-217 nömrəli arayışına, razılıq ərizələrinə, 26.07.1988-ci il tarixli 240748 nömrəli orderə əsasən Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Həmin mənzilin özəlləşdirilməsinə dair sənədlər toplusunda ünvanda qeydiyyatda olan şəxslər kimi X2 və Cavabdeh2 göstərilmiş, onların razılıq ərizələri alınmışdır. Qeydiyyatda olan iddiaçının isə razılığı alınmamışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, mənzilin özəlləşdirilməsi zamanı təqdim edilən sənədlər tam olmamış, iddiaçının özəlləşdirilən mənzildən istifadə hüququ olsa da, mənzilin özəlləşdirilməsi zamanı onun razılığı alınmamış, bu da iddiaçının hüququnun pozulmasına gətirib çıxarmışdır. İddiaçı iddia tələbində haqlıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaların tələbləri ilə əsaslandırmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşma çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qanunun 8-ci maddəsinin tələblərinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə əlavə etməli olduğu sənədlərdən biri də mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsina (evə) hüquqi olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədər mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 337.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmaması, eyni zamanda bu dəlillərlə işin faktiki halları mübahisələndirilərək kassasiya şikayətində göstərilən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından həmin dəlillər əsaslı hesab edilə bilməz. Bu isə, qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki halların a uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbayca n Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 23 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar