Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6701/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(103)7761/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova, iş № 2(001)-2141/2019) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək iddiaçının ünvan 1 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsindəki 1 otaqlı sahəsi 51 kv.m olan 37 saylı (G) mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər 30.12.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 04.01.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikahda olduqları dövrdə, yəni 31.05.2008-ci il tarixdə ünvan 1 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 6-cı mər təbəsindəki 1 otaqlı sahəsi 51 kv.m olan 37 saylı (G) mənzilini Cavabdeh payçı olaraq almışdır. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 19.04.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh payçı olaraq aldığı ünvan 1 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsindəki 1 otaqlı sahəsi 51 kv.m olan 37 saylı (G) mənzil ərarvadın ümumi birgə mülkiyyəti hesab olunaraq mənzilin 2/3 hissəsinə N mülkiyyət payı tanınmışdır. 2018-ci ilin iyul ayında iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsindəki 1 otaqlı sahəsi 51 kv.m olan 37 saylı (G) mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəs inə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini qanuni hesab edib dəyişdirilmədən saxlayarkən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 19.04.2018-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilin ər-arvadın birgə mülkiyyəti hesab edilərək mənzilin 2/3 hissəsinə Səfərova (Mustafayeva) Samirə Səfər qızının mülkiyyət payının tanınmasını əsas göstərmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə ə sasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçı mənzildən istifadə hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və məhkəmə düzgün olaraq onun iddia tələbini təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olduğundan kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin ed ilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6701/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6701/2019
24.10.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver