Məhkəmə qərarları › İş №2(102)-6707/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6707/2019

23.10.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6707/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-979/2019 saylı, 05 mart 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh5 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən mənzilin yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilmiş, cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qeyd edilən ünvana istifadə hüquqlarına xitam verilməsi onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına əsas verməsinə dair qətnamə qəbul edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-979/2019 saylı, 05 mart 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin təmin edilməs i qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək,ünvan 1 ünvanda yerləşənmənzildə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğunda n, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsinin “X1, Cavabdeh2 və Cavabdeh3ünvan 1 ünvanda yerləşənmənzilə olan istifadə hüquqlarına xitam verilməsi” hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılaraq kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər cavabdehlər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416 -cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunver iciliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşənmənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. ünvan 1 ünvanda yerləşənmənzilində cavabdehlər də daxil olmaqla 13 nəfər pasport qeydiyyatındadır. Cavabdehlərin hamısının həmin ünvana rəsmi pasport qeydiyyata alındıqları vaxt 06 mart 1987-ci il tarixdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisə predmeti olanünvan 1 ünvanda yerləşənmənzilindən 2009-cu ilədək çıxmaları və həmin mənzildə yaşamamaları tərəflərin izahatları ilə öz təsd iqini tapmışdır. Onlar mübahisə predmeti olan mənzildən 6 aydan artıq müddət ərzində yaşamadıqlarından, onların həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ünvan 1 ünvanda yerləşənmənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Apellyasiya instansiyası məh kəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaların tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi tərəflər arasındakı hüquq münasibətlərinin 2000-ci ilin sentyabrın 1-dən əvvəl yarandığını nəzərə alaraq hesab etmişdir ki, hazırki mübahisə 08.07.1982-ci ildə qəbul olunmuş və 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qeyd olunan Məcəllənin 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 16 oktyabr 1992-ci il tarixli 2 №-li qərarına görə belə hallarda məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin istinad etdiyi hallara, işin araşdırılmış hallarına və hüquq normalarının tələblərinə uyğun düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək cavabdehlərin mübahisəli mənzildən 2009-cu ilədək çıxdıqlarını və həmin mənzildə 6 aydan ar tıq müddət ərzində yaşamadıqlarını nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 21 may 2019cu il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar