Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-671/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X3 Azərbaycan” qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın etibarsız hesab edilməsi; hərracın qanunvericiliyə uyğun keçirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” təl əbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5469/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışa əsasən,ünvan 15 “X3 Azərbaycan” QSC-nin Səbail filialının adına xx.xx.2013-cü il tarixdən ipoteka ilə yüklü edilmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-93/2021 saylı qətnaməsi ilə İddiaçı 368.253,73 ABŞ dolları əsas, 2.665,78 ABŞ dolları faiz, 5000 (beş min) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 375.919,51 ABŞ dolları borcun (tutulduğu anda Azərbaycan Respu blikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 4180 (dörd min yüz səksən) manat sığorta haqqının, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətinə olan, ilkin satış qiyməti 2.480.000 (iki milyon dörd yüz səksən min) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4A, mənzil 45-ə yönəldilməsi, borcun ipoteka predmetinin açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin İddiaçı tutulması, hərracda mənzil “X3 Azərbaycan” QSC tərəfindən alındıqda (əldə edildikdə) yaşa yış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 10 gün müddətində boşaldılaraq “X3 Azərbaycan” QSC-nə təhvil verilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2(103)-5763/2021 nömrəli qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri rədd olunmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1302/2022 saylı 14 mart 2022-ci il tarixli qərarı ilə iddiaçı “X3 Azərbaycan” QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2(103)-5763/2021 nömrəli qətnaməsi qismən, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(103)- 3878/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi – hissəsində dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1549/2023 saylı 23 may 2023-cü il tarixli qərarı ilə iddiaçı “X3 Azərbaycan” QSC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(103)-3878/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)- 3412/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 368.253,73 ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 42.604,91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) ABŞ dolları pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 307,30 (üç yüz yeddi) manat 30 qəpik dövlət rüsumunun iddiaçı «X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7060/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apel lyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)3412/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1003/2024 saylı 14 mart 2024-cü il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)7060/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
10. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən İddiaçı və “X3 Azərbaycan” QSC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, ipoteka predmetinin ixtisaslaşdırılmış təşkilatda satılmasına dair 5 təqvim günü ərzində icra məmuruna müraciət etmək hüququ izah olunmuşdur.
11. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə, (surəti: İddiaçı və “X3 Azərbaycan” QSC-yə, İcra Baş İdarəsinə) ünvanlanmış xx.xx.2023-cü il tarixli 12667-165446/23-15-23 saylı məktubdan görünür ki,ünvan 15-in hərracının keçirilməsinin təşkil edilməsi sifariş olunmuşdur. 12. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Nərimanov rayon İcra şöbəsinə, habelə İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 01 №-li bildirişə əsasən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı icra sənədi üzrəünvan 15-in ilkin satış qiyməti ******* manat olmaqla hərracının keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdi r. 13. "xxxx"MMC tərəfindən Nərimanov rayon İcra şöbəsinə, habelə İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 02 №-li bildirişə əsasən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı icra sənədi üzrəünvan 15-in ilkin satış qiyməti ******* – 15% = 21080000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. 14. "xxxx" MMC tərəfindən Nərimanov rayon İcra şöbəsinə, habelə İddiaçı və “X3 Azərbaycan” QSC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023cü il tarixli təklifə əsasən, ipoteka predmeti olanünvan 15 təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 1.581.000 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. 15. “X3 Azərbaycan” QSC tərəfində n İcra şöbəsinə, "xxxx" MMC-yə və İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, bank əmlakı əldə etməyə razılığını bildirmiş, bankın tələb məbləği çıxılmaqla qalan 864991,5 manat məbləğin (həmçinin hərrac xərclərinin) hansı qaydada, hansı hesablara (bank rekvizitləri göstərilməklə) ödənilməsi barədə məlumat təqdim edilməsi xahiş edilmişdir.
16. Nərimanov Rayon İcra şöbəsi tərəfindən “X3 Azərbaycan” QSC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən, borclu İddiaçı qaytarılmalı olan qalıq 864991,5 manat məbləğin məktuba əlavə edilmiş Nərimanov Rayon İcra şöbəsinin depozit hesabına köçürülməsini xahiş olunmuş, rekvizitlər təqdim edilmişdir. 17. “X3 Azərbaycan” QSC tərəfindən İcra şöbəsinə, "xxxx" MMC-yə və İddiaçı ünvanlanmış ərizəyə əsasən, bankın tələb məbləği (79505 8,8 manat) çıxılmaqla qalan 785941,2 manat məbləğin Nərimanov rayon İcra şöbəsinin depozit hesabına ödənildiyi bildirilmiş, Bankın mülkiyyətinə keçmiş mənzilin 10 gün müddətində boşaldılaraq banka təhvil verilməsi xahiş olunmuşdur. 18. 08 yanvar 2024-cü il tarixli 9 №-li ödəniş tapşırığına əsasən, “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-nin hesabına hərrac xərci təyinatı ilə 12058,48 manat köçürülmüşdür. 19. 08 yanvar 2024-cü il tarixli 9 №-li ödəniş tapşırığa əsasən, “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-nin hesabına hərrac xərci –ünvan 15 təyinatı ilə 66991,53 manat köçürülmüşdür. 20. 09 yanvar 2024-cü il tarixli 3 №-li ödəniş tapşırığına əsasən, “X3 Azərbaycan” QSC tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına İddiaçı işi üzrə hərrac mərkəzindən əldə olunan əmlakla bağlı artı q qalan vəsait təyinatı ilə 785,941.20 (yeddi yüz səksən beş min doqquz yüz qırx bir manat 20 qəpik) manat köçürülmüşdür.
21. İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 02/01 №-li 09 yanvar 2024-cü il tarixli protokola əsasən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı icra sənədinə və Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli 12667-165446/23-15-23 saylı sifariş məktubunun və “X3 Azərbaycan” QSC-nin müvafiq məktubunun icrasına əsasənünvan 15 dəyəri ******* (bir milyon beş yüz səksən bir min manat) manat olmaqla ipoteka saxlayan “X3 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir.
22. Hərracın təşkilatçısı "xxxx" MMC və “X3 Azərbaycan” QSC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 09 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən, İddiaçı məxsusünvan 15 ******* (bir milyon beş yüz səksən bir min) manata ipoteka saxlayan “X3 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir.
23. Nərimanov Rayon İcra şöbəsi tərəfindən “X3 Azərbaycan” QSC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən, İddiaçı borclu qismində keçdiyi Bakı Apellyasiya Məhkəməsinin 16(103)-691/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə üzərinə həbs qoyulmalı olan “X3 Azərbaycan” QSC-nin hesabındakı 72428,34 manat (42604,91 ABŞ dolları) və 307,30 manat pul vəsaitinin Nərimanov Rayon İcra şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuş, rekvizitlər təqdim edilmişdir. 24. “X3 Azərbaycan” QSC tərəfindən İcra şöbəsinə və İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, ipoteka qoyana qaytarılmalı olan məbləğin ödənilməsini yalnız Bankın mülkiyyətinə keçmiş mənzilin boşaldılaraq “X3 Azərbaycan” QSC-yə təhvil verilməsindən sonra həyata keçirilməsi xahiş edilmişdir. 25. 19 yanvar 2024-cü il tarixli 13 №-li ödəniş tapşırığına əsasən, “X3 Azərbaycan” QSC tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(103)-691/2023 saylı icra sənədinin icrası təyinatı ilə 72428.34 (yetmiş iki min dörd yüz iyirmi səkkiz manat 34 qəpik) manat köçürülmüşdür. 26. 19 yanvar 2024-cü il tarixli 14 №-li ödəniş tapşırığına əsasən, “X3 Azərbaycan” QSC tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(103)-691/2023 saylı icra sənədinin icrası – dövlət r üsumu təyinatı ilə 307 manat köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
27. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəyişdirilməsi barədə ərizə) Nərimanov rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin (bundan sonra “Hərrac Mərkəzi”) xx.xx.2024-cü il tarixli, 02/01 nömrəli “hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə” protokolunun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi, cavabdeh «X3 Azərbaycan» QSC (bundan sonra “Bank”) ilə iddiaçı arasında bağlanmış 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İddia tələbi o nunla əsaslandırılmışdır ki, Bankla iddiaçı arasında 31 iyul 2013-cü ildə 42720 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı tərəfindən Banka illik 11% dərəcəsi olmaqla hesablanmış faizlər, 950.000 USD məbləğində əsas borc 60 ay müddətində ödənilməli idi. Tərəflər arasında bağlanmış 06 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə razılaşmaya əsasən kredit müqaviləsinin 1.3 maddəsinin 1-ci cümləsi redaksiya olunaraq kreditə hesablanmış illik faiz dərəcəsi 10% olmaqla müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 18 mart 2016-cı il tarixli 2 saylı əlavə razılaşmaya əsasən kredit müqaviləsinin ödəmə cədvəlinə dəyişik edilmişdir. 31 iyul 2013cü il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 4A, mənzil 45 Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
29. Artıq hamı tərəfindən birmənalı şəkildə qəbul edilmişdir ki, ölkədə mövcud olan açıq hərrac ənənəsi onun real mahiyyətini əks etdirmir. Real dəyəri 2700 000 (iki milyon yeddi yüz min) manat olan mənzilin əvvəlcə likvid dəyəri olan 2480 000 (iki milyon dörd yüz səksən min) manata, daha sonra ******* (iki milyon yüz səkkiz min) manata hərraca çıxarılması və açıq hərracda müştərisinin olmaması qətiyyən inandırıcı deyil və mövcud sözdə açıq hərracın mahiyyətini (hərrac təşkilatı ilə bankın əlbir hərəkət etmələrini və s.) ifadə edir. Daşınmaz əmlak bazarında əmlakın real bazar dəyərindən cüzi ucuz satışa çıxarılması həmin əmlakın dərhal satışını təmin edir. Bu, mövcud bazarın sadə və hamı tərəfindən qəbul edilən qaydasıdır. N ecə oldu ki, 2 700 000 (iki milyon yeddi yüz min) manat dəyəri olan mənzil ******* (iki milyon yüz səkkiz min) manata açıq hərraca çıxarıldı, lakin heç bir alıcısı olmadı? Yekunda da ******* (bir milyon beş yüz səksən bir min) manata, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə cavabdeh Bank tərəfindən əldə edilib. Buradan aydın olur ki, cavabdehlər qanunvericiliyin tələblərinə zidd olmaqla əlbir hərəkət edərək, iddiaçının mülkiyyətində olan mənzili Bankın adına rəsmiləşdirməyə, daha sonra baha qiymətlə satmağa və sonuncunun varlanmasına çalışırlar.
30. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 319.3, 414.1, 560.1, 560.2, 597.1-ci, “İpoteka haqqında” Qanunun 43, 47-ci və “İcra haqqında” Qanunun 74.3-cü maddələrinə istinad etmişdir.
31. Bankın nümayəndəsi və vəkili iddia tələbinə etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçının tələbi hərracın etibarsız hesab edilməsi barədə olsa da, mübahisələndirdiyi hərracın hansı səbəbdən etibarsız hesab edilməli olmasına dair konkret heç bir fakta, əsasa istinad edilmir. İddiaçı iddiasını əsaslandırmaq üçün ”yalnız “əmlak cavabdeh hərrac təşkilatı tərəfindən hərrac qanunvericiliyinin tələbləri pozulmaqla banka satılmış və cavabdeh bank tərəfindən hərrac qanunvericiliyinin tələbləri pozulmaqla əldə edilmişdir.” kimi ifadə işlətməklə və bu belə nəticəyə gəlməsini “Artıq hamı tərəfindən birmənalı şəkildə qəbul edilir ki, ölkədə mövcud olan açıq hərrac ənənəsi onun real mahiyyətini əks etdirmir.” dəlili ilə “sübut etməklə” kifayətlənmişdir; - iddia ərizəsində əmlakının “real dəyərinin” 2 700 000 manat olma sını iddia edən iddiaçı, mənzilinin 1 581000 (bir milyon beş yüz səksən bir min) manata, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə cavabdeh bank tərəfindən əldə edilməsini “qanunsuz” hesab edir. Halbuki, iş materiallarından da göründüyü kimi, mənzilin ilkin satış qiymətinin müəyyən olunması məsələsi dəfələrlə məhkəmə baxışının predmeti olmuş, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə mənzilin ilkin satış qiyməti 2.480.000 (iki milyon dörd yüz səksən min) manat müəyyən edilmiş və həmin qiymət üzərindən də açıq hərraca çıxarılmışdır. Bu səbəbdən iddiaçı tərəfindən mənzilin ilkin satış qiymətini şübhə altına alması yolverilməzdir; - qanunvericiliyin tələblərinə riayət edilməklə keçirilmiş hərracda mənzilin ilkin satış qiymətinə və sonradan 15% aşağı salınmış qiymətə sa tılmaması (yəni, bu qiymətə ipoteka predmetini almaq istəyən alıcının olmaması) özü-özlüyündə hərracın etibarsız hesab edilməsi üçün əsas deyildir; - iddiaçının “ölkədə mövcud olan açıq hərrac ənənəsi onun real mahiyyətini əks etdirmir” kimi dəlili, irəli sürülən tələbin hər hansı hüquqi əsasa söykənmədiyini təsdiq edir. İddia ərizəsində Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun bir sıra maddələri sadalansa da, hərracın etibarsızlığına əsas kimi konkret olaraq hər hansı normaya istinad edilmir və ümumiyyətlə, hərracın hansı səbəbdən və hansı əsasla etibarsız olmasına dair hər hansı fakta istinad edilmir və bu hal iddia ərizəsinin özündə də etiraf edilir və bildirilir ki: “Gələcəkdə işlə bağlı bütün zəruri əlavə sübutlar məhkəməyə təqdim ediləcək.” Yəni, iddiaçı konkret hansı hüququnun hansı səbəbdən “pozulduğunu” hələ bilmədiyini və bununla bağlı heç bir sübutunun olmadığını etiraf etməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir; - iddia tələblərinin əsassız olması ilə yanaşı, həmin tələblər bir-birini təkzib etməklə, ziddiyyətlidir. Belə ki, iddiaçı eyni zamanda həm hərracın yekun protokolunun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin “etibarsız” hesab edilməsinə, həm də “etibarsız” hesab etdiyi alqı-satqı üzrə “əmlakın 30 təqvim günündə əldə edilmədiyi” səbəbindən “ipotekaya xitam verilməsi” barədə tələb irəli sürmüşdür. Halbuki, hərracın yekun protokolunun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin “etibarsız” edilməsinin hüquqi nəticəsi, ipotekaya xitam verilməsinə yox, hərracın yenidən keçirilməsinə səbəb olur; “ipotekaya xitam verilməs i” tələbi isə yalnız etibarlı hesab edilən hərracdan və onun əsasında bağlanmış etibarlı alqı-satqı müqaviləsinin mövcudluğunu ehtiva edir.
32. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1320/2024 nömrəli iş üzrə 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Səbinə Nuriyeva)
33. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında hazırki iş üzrə iddiaçıdan kredit borcunun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqəsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifar işlə hazırki iş üzrə cavabdeh Hərrac Mərkəzinə müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra Hərrac Mərkəzi MMC tərəfindən ipoteka predmeti olan mənzilə dair hərrac təşkil olunmuş, keçirilən hərraclar barədə iddiaçı məlumatlandırılmış, müvafiq elanların verilməsi təmin olunmuşdur.
34. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliklə iki hərracın keçirilməsini nəzərdə tutmuşdur. Hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir.
35. Hazırki iş üzrəünvan 15-in keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması– hərracın baş tutmaması səbəbindən 12 dekabr 2023-cü il tarixli məktubla mənzilin sonuncu hərrac üzrə müəy yən edilmiş dəyəri (2108000) qanunvericiliyə uyğun olaraq 25 % azaldılaraq ******* (bir milyon beş yüz səksən bir min) manata tələbkara təklif olunmuşdur. Bank 26 dekabr 2023-cü il tarixli məktubu ilə qeyd olunan əmlakı əldə etməyə razılığını bildirmiş, təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində (30 təqvim günü) Hərrac Mərkəzi tərəfindən 09 yanvar 2024-cü il tarixdə müvafiq protokol tərtib edilərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, mənzilə dair hərracı udmuş şəxs kimi tələbkar – Bank ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır.
36. İşdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilmə si, alqısatqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Odur ki, ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətləri qanunvericiliyə uyğun və əsaslı olmuşdur.
37. Birinci instansiya məhkəməsi iddiaçının mənzilin aşağı qiymətə satılması barədə dəlillərinə münasibətdə göstərmişdir ki, qanunvericiliyə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırki iş üzrə tərəflər arasında mübahisə yarandığından Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı qətnaməsinə əsasən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 2.480.000 manat məbləğində müəyyən edilmişdir. Qətnamə həmin hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirilmiş və nəticə etibarilə yuxarı instasiya məhkəmələri tərəfindən həmin hissədə dəyişdirilmədən saxlanmışdır. İcra şöbəsi tərəfindən “İcra haqqında” Qanuna müvafiq qaydada tərtib olunmuş və Hərrac Mərkəzinə ünvanlanmış sifariş məktubunda hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti 2.480.000 manat olaraq göstərilmiş və əmlak Hərrac Mərkəzi tərəfindən ilkin satış qiyməti 2.480.000 manat olmaqla ilkin hərraca çıxarılmışdır. Yəni mənzilin satış qiymətinin 2.480.000 manat olaraq göstərilməsində hər hansı bir pozuntu olmamış, əmlakın satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir.
38. Mənzilin satış qiyməti məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edildiyindən, mənzilin dəyərinin mübahisələndirilməsi, onun qiymətinin yenidən müəyyən edilməsi hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir.
39. Bankın qeyd olunan əmlakı əldə etdikdən sonra aldığı məbləğdən daha yuxarı məbləğə satmaqla varlanacağı barədə iddiaçının dəlilini mülahizə xarakterli sayan birinci instansiya məhkəməsi bildirmişdir ki, əmlak tələbkar Bankın xüsusi mülkiyyətinə keçdikdən sonra sonuncu onu özgəninkiləşdirməkdə və satış qiymətini müəyyən etməkdə mülkiyyətçi hüquqlarından irəli gələn sərbəstliyə malikdir. Bu hal isə hərracın qanunsuzluğuna dəlalət edə bilməz.
40. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən müvafiq sübutların məhkəməyə təqdim edilməməsini vurğulayaraq, belə qənaətə gəlmişdir ki, ipoteka predmeti olmuş mənzilin açıq hərracdan satılmas ı Hərrac Mərkəzi tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmişdir. Hərrac Mərkəzi tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir.
41. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 319.4, 415.2, 416.1-ci, “İpoteka haqqında” Qanunun 36.1, 39.2, 39.3.3, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1, 42.5, 42.6, 43.4, 43.5, 43.7, 43.7-1, 47.2-ci, “İcra haqqında” Qanun un 53.1, 53.2 və 53.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
42. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmeti olan mənzilin əldə edilməsi ilə bağlı Bank tərəfindən kassa-məxaric və kassa-mədaxil qəbzlərinin təqdim edilməsi barədə vəsatəti təmin etsə də, həmin vəsatətin tam icra olunmasını gözləməmiş, işi tələsik məhkəmə baxışına təyin etmiş, natamam araşdırma aparmaqla iş üzrə yekun qərar qəbul etmişdir. Bir halda ki, məhkəmə tərəfindən işin konkret halını müəyyən etmək üçün sübutların təqdim edilməsinə dair vəsatət təmin edilərək icra olunması zəruri bilinib və icraya y önəldilib, eləcə də mənzilin alış qiymətini təşkil edən vəsait həqiqətən bank sənədləri (kassa-mədaxil və məxaric qəbzləri, depozit hesablarından çıxarış) ilə təsdiqini tapmayıb, məhkəmə də qətnaməsində yalnız ödəniş tapşırıqlarına istinad edib, belə olan halda, işin həmin halı üzrə bütün zəruri sənədlər alınmadan, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması barədə qətnamə çıxarılması əsaslı sayıla bilməz. Məhkəmə alış qiymətinin ödənilməsi qənaətinə mötəbər sübutlar olmadan gəlmiş, bu halı müəyyən edərkən Bankın kassa-mədaxil, kassa-məxaric qəbzləri və icra məmurunun depozit hesablarından çıxarışlara əsaslanmamışdır. Xüsusilə nəzərə almaq lazımdır ki, alış qiymətinin ödənilməsi üçün qanunverici konkret 7 günlük müddət təyin etmişdir ki, bu səbəbdən ödənişin həmin müddət də ödənilməməsi müqavilənin və protokolun qüvvədən düşməsinə səbəb olur. Həmçinin qanunverici hərrac təşkilatları tərəfindən hərracın keçirilməsinə və yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini, eləcə də bu barədə ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsini tələb edir. Hərrac Mərkəzi hərracın keçirilməsinə və yekunlarına dair elanları kütləvi informasiya vasitəsində dərc etdirsə də, özünün rəsmi internet saytında dərc etdirməmiş, eləcə də iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş təqdim etməmişdir. Bank mübahisələndirilən protokol və müqavilə imzalandıqdan sonra ən geci 7 gün ərzində icra məmurunun d epozit hesabına ödəməli olduğu satınalma məbləğini ödəməmiş, ipoteka predmetinin 15 yanvar 2024-cü il tarixinədək əldə edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, bununla da protokol və müqavilə qüvvədən düşmüşdür. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan həmin hallar sübut edilməmişdir. İddia tələbinin əsasında dayanan dəlillər Bank tərəfindən hərracın təşkili qaydalarının pozulduğu, satınalma qiymətinin vaxtında ödənilmədiyi, protokol və müqavilənin qüvvədən düşdüyü, həmçinin cavabdehlərin hüquqdan sui-istifadə etdiyi, nəticədə hərracın nəticələrinin etibarsız hesab edildiyi, bu səbəbdən ipotekaya xitam verilməli olduğundan ibarət olsa da, məhkəmə alış qiymətinin ödənilməsi və ipoteka predmetinin bank tərəfindən əldə edilməsi qənaətinə mötəbər sübutlar olm adan gəlmişdir. Məhkəmə nəticəsini mötəbər sübutlar olmadan müəyyən etmiş, bu halı müəyyən edərkən əsas təsdiqedici maliyyə sənədlərinə əsaslanmamışdır.
44. Apellyasiya instansiyası məhkəməsi sorğu ilə icra işinin materiallarına alaraq tədqiq etmişdir.
45. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5469/2024 nömrəli mülki iş üzrə 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1320/2024 nömrəli iş üzrə 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Sabit Bəhrəmzadə)
46. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tələbində olduğu kimi apellyasiya şikayətində hərracın keçirilməsi b arədə ona məlumat verilməməsini, həmçinin bildirişin ona təqdim edilməməsini qeyd etsə də, həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc edilmiş və bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir.
47. Apellyasiya instansiya məhkəməsi iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-m əhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İddia tələbi məhkəmədə araşdırılmış sübutlarla və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Odur ki, keçirilmiş hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.
48. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ipoteka predmeti olmuş mənzilin ilkin satış qiyməti Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-9 3/2021 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. Qətnamə həmin hissədəipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirilmiş və nəticə etibarilə yuxarı instasiya məhkəmələri tərəfindən həmin hissədə dəyişdirilmədən saxlanmışdır.
49. Apellyasiya instansiya məhkəməsi onu da vurğulamışdır ki, iddiaçı apellyasiya şikayətində alış qiymətinin qanunvericilikdə müəyyən edilmiş müddət ərzində ödənilmədiyini bildirsə də, iş materiallarından görünür ki, 09 yanvar 2024-cü il tarixli 3 №-li ödəniş tapşırığına əsasən Bank tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına cavabdehin işi üzrə Hərrac Mərkəzindən əldə olunan əmlakla bağlı artıq qalan 785,941.20 (yeddi yüz səksən beş min doqquz yüz qırx bir manat 20 qəpik) manat vəsait təyinatı ilə köçürülmüşdür. Üstəlik so rğu ilə əldə edilmiş icra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, 785,941.20 manat məbləğ xx.xx.2024-cü il tarixdən icra şöbəsinin hesabına mədaxil edilmişdir.
50. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, cavabdehlərin hüquqdan sui-istifadə etmələri və ipotekaya xitam verilməli olmasına əsas verən hallar müəyyən edilməmişdir.
51. Apellyasiya instansiya məhkəməsi hərracın nəticələri əsasında əldə edilən məbləğin bölüşdürülməsinin “İpoteka haqqında” Qanunun 4.1.4-cü və 47.2.2-ci maddələrinə uyğun aparılmamasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı izah etmişdir ki, bununla əlaqədar apellyator icra məmurunun hərəkətlərini müvafiq qaydada mübahisələndirmək hüququna malikdir. Lakin bu dəlillər əsaslı olub-olmama sından asılı olmayaraq hazırki iddianın əsaslı olmasını təsdiq etmir.
52. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 414.1, 414.2, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.7-1, 43.8, 44-cü, “İcra haqqında” Qanunun 53.2, 61.1, 61.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
53. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini etmişdi r.
54. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçi rilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41.
2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra- hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Maddə 42.1. Hərra cın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nətic ələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaq dan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Madd ə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin (vergi borcuna görə siyahıya alınmış daşınar əmlaka münasibətdə vergi orqanının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv ed ə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
57. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
58. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayəti nin dəlillərinə tam qiymət verib.
61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 4652-ci bəndində əks edilən qiymətləndirməsi ilə razılaşır.
62. Belə ki, iddia tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi Hərrac Mərkəzi tərəfindən hərracın qanunvericiliyin pozulması ilə təşkil edildiyinə istinad etmişdir.
63. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi hallar təkzib edilmişdir.
64. Göründüyü kimi, iddiaçı hərracın qanunvericiliyə uyğun qaydada keçirilməməsinə istinad etsə də, işin məhkəmələr tərəfindən müəyyən edilən halları bunun əksini, yəni hərracın “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd edilən normalar ı baxımından qanuni olmasını göstərir, bu da iddianın təmin edilməsini istisna edir.
64. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olmadığından iddia tələbinin təmin edilməsi istisna edildiyi üçün iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.
65. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olub və işə mahiyyəti üzrə baxan məhkəmələr hər biri müvafiq olaraq həmin dəlillərə qiymət vermişlər.
66. Məhkəmə kollegiyası izah edir ki, işin faktiki hallarının müəyyənləşməsinə yönələn dəlillər kassasiya instansiyasında irəli sürülə bilməz, sür üldüyü halda isə onlara baxılmır. Çünki kassasiya məhkəməsi fakt araşdırıcı məhkəmə deyil, apellyasiya məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Həmçinin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi alış qiymətinin qanunvericilikdə müəyyən edilmiş müddət ərzində ödənilməməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlilini yoxlamaq üçün icra şöbəsindən icra işini almış və iddiaçının həmin dəlilinin təzkib edildiyini müəyyən etmişdir.
68. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5469/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.