Məhkəmə qərarları › İş №2(102)-6713/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6713/2019

28.10.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6713/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh2 vəkili Vəkil və Cavabdeh3 və 3-cü şəxs X1 vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cuiltarixli 2(103)-2319/2019 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəriman ov rayon Məhkəməsinin (hakim F.Abdıyev) 09.04.2018-ci il tarixli, 2(005)-2259/2018 saylı qərardadı ilə iddiaçı X2 cavabdehlər İddiaçı, “xxxx” MMC-nə və “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair 2(005)-2229/2018 nömrəli mülki işin İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3 və X9 qarşı (“xxxx” MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “orderin və özəlləşdirmənin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi” tələbinə dair 2(005)-130/2018 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim F.Abdıyev) 13.08.2018-ci il tarixli 2(005)-130/2018 nömrə li qətnaməsi ilə İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3 və X9 qarşı “özəlləşdirmənin, bağışlamanın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh3 iddiasının təmin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X1 iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, ********************************* nömrəli (Yeni qaydalarla: ünvan 1 mənzilinə dair “xxxx” MMM ilə İddiaçı arasında bağlanmış 06.05.2015-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”nin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərin aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, N.Cəfərov) 09.04.2019-cuiltarixli 2(103)-2319/2019 nömrəli qərardadı ilə İddiaçı ioğlu və “xxxx” MMM, “xxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.08.2018-ci il tarixli 2(005)-130/2018 nömrəli qətnaməsinin “Bakı şəhəri,**************************** nömrəli (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 148.3 kv.m olan, 4 otaqlı yaşayış mənzilinin Cavabdeh2 adına özəlləşdirilməsinin etibarsız hesab olunmaqla 25.10.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində” ləğv edilməsi, həmin hissəyə dair mülki iş üzrə icraatın işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilm əsi qərara alınmışdır. İddiaçı X7 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadda göstərmişdir ki, iddia tərəfinin mövqeyinə görə ilkin qeydiyyat dövlət tərəfindən qəbul edilməmiş binada yerləşən mənzil üzrə aparılmış, sənədin əsli tələb edilməmiş, qeydiyyata alınan mənzilin onun sahiblik və istifadəsində olması n əzərə alınmamış, qanunsuz hərəkətə yol verərək, mənzil üzərində hüququ olmayan şəxs barəsində ilkin qeydiyyat aparmış və mənzilin texniki göstəricilərini müəyyən edən sənəd vermişdir. Bu hərəkətləri ilə zəruri araşdırma aparmayaraq, qanunauyğun olmayan, əsassız qeydiyyat aparmışdır. Buna görə də apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, iddianın əsasında hər hansı mülki hüquq münasibəti dayanmır, məhz inzibati orqanın hərəkəti mübahisələndirilir. Lakin əmlak hüquqları ilə bağlı mübahisələrdə AR ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyində n, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırki halda İddiaçı tərəfindən irəli sürülən iddia tələbi mübahisə predmeti olan mənzilin Cavabdeh2 adına özəlləşdirilməsini ehtiva etsə də, iddia tələbinin əsasını Cavabdeh2 həmin mənzilə hər hansı hüququnun olmaması, mənzilə olan hüquyqdan İddiaçı xeyrinə imtina etməsi, yəni kooperativdəki payını satması təşkil edir. Başqa sözlə hazırki iddia əmlak hüquqları ilə bağlı mübahisədir. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin özəlləşdirmə zamanı iddiaçının mövqeyinə görə yol verdiyi pozuntular hazırki mübahisə üzrə fakültativ xarakterli məlumatlardır. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(103)-2319/2019 qərardadının ləğv edilməsi və işin yenidən baxıl ması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərardadı faktlar nöqteyi-nəzərdən həqiqəti əks etdirmədiyindən, tətbiq edilmiş normalara əsasən qanunsuz və əsassızdır. Belə ki, iddia tələbində ləğvi tələb olunan özəlləşdirmə sənədləri inzibati akt deyildir. Ona görə də həmin tələbə inzibati məhkəmələrdə baxıla bilməz. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 30-cu maddəsində də göstərilmişdir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır. Apellyasiya instansiyası mə hkəməsi işə birtərəfli, qeyri-obyektiv, qərəzli və ədalətsiz baxmış, bütövlükdə məhkəmənin ümdə prinsiplərini pozmuşdur. Göstərilənlərə əsasən onlar, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cuiltarixli, 2(103)2319/2019 qərardadının ləğv olunması və mülki işin “Bakı şəhəri, ************************** ünvanda yerləşən, ümumi sahəsi 148.3 kv.m olan, dörd otaqlı yaşayış mənzilinin Cavabdeh2 adına özəlləşdirilməsinin etibarsız hesab olunmaqla 25.10.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsində də iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh2, Cavabdeh3, xxxx” MMM və “xxxx” MKT-nın səlahiyyətli nümayəndələri, ƏMDK yanında DƏRDX-nin 1 saylı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi, X10 və 3-cü şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Quliyev Ağalar Avtandil oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cuiltarixli, 2(103)2319/2019 qərardadından vermiş olduqları kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.0 4.2019-cuiltarixli, 2(103)-2319/2019 qərardadından vermiş olduqları kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və 3-cü şəxs X1 vəkili X6 Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cuiltarixli, 2(103)2319/2019 qərardadından verilmiş kassasiya şikayətinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 09.04.2019-cu il tarixli qərardadı ilə İddiaçı ioğlu və “xxxx” MMM, “xxxx” MTK tərəfindən verilmiş apelly asiya şikayətləri təmin təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.08.2018-ci il tarixli 2(005)130/2018 nömrəli qətnaməsinin “Bakı şəhəri, *********************** nömrəli (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 148.3 kv.m olan, 4 otaqlı yaşayış mənzilinin Cavabdeh2 adına özəlləşdirilməsinin etibarsız hesab olunmaqla 25.10.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində” ləğv edilməsi, həmin hissəyə dair mülki iş üzrə icraatın işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə ilkin qeydiyyat dövlət tərəfindən qəbul edilməmiş binada yerləşən mənzil üzrə aparılmış, ilkin qeydə alınmaya əsas olan sənədin əsli olmadan qeydiyyat aparılmış, sənədin əsli tələb olunmamış, qeydiyyata alınan mənzilin ona sahiblik və istifadəsində olması nəzərə alınmamış, qanunsuz hərəkətə yol verərək mənzil üzərində hüququ olmayan şəxs barəsində ilkin qeydiyyat aparmış və mənzilin texniki göstəricilərini müəyyən edən sənəd vermişdir. Bu hərəkətləri ilə zəruri araşdırma aparmayaraq qanuna uyğun olmayan, əsassız qeydiyyat aparmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə mübahisə cavabdeh olaraq cəlb edilmiş hakimiyyət səlahiyyətlərinin subyekti kimi çıxış edən inzibati orqanın yalnız ona xas olan, həyata keçirdiyi fəaliyyəti və hərəkəti ilə bağlıdır. Mübahisələndirilən səlahiyyə t ictimai idarəetməyə aid olmaqla hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunur. İddianın əsasında hər hansı mülki hüquqi münasibət dayanmır, məhz inzibati orqanın hərəkəti mübahisələndirilir. Apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, inzibati və iqtisadi mübahisələrin fərqli xüsusiyyətlərini təhlil etməklə onların ayrı-ayrılıqda mülki mübahisələrlə birləşdirilməsinin və ümumi məhkəmələrdə baxılmasının mümkünlüyü aşkar edilir. İnzibati-iqtisadi məhkəmələrdə baxılan iqtisadi mübahisələr mahiyyətinə görə ümumi məhkəmələrdə mülki iddia tələbi ilə birləşdirilə bilər. İnzibati mübahisənin xüsusiyyətinə görə isə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrdə baxılmalıdır. Bu baxımdan kollegiya be lə qənaətə gəlmişdir ki, hazırki iddia tələbinin inzibati orqanın vermiş olduğu hüquqmüəyyənedici sənədin etibarsız hesab edilməsi inzibati münasibət olduğundan həmin tələbə baxılması səlahiyyəti inzibati məhkəməyə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19.05.2014-cü il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla bu Məcəlləyə müvafiq olaraq müəyyən ed ilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.03.2013-cü il tarixli Qərarına əsasən, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikasının MPM-nin 30-cu maddəsinə uyğun həll edilməli, iddia tələbi predmetinə, mahiyyətinə və subyektiv tərkibinə görə inzibati xarakterli olduqda məhkəməyə aidiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bundan başqa inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 16.1-ci bəndinə əsasən inzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtisadi) mübahisələrdən fərqli olduğundan mülki ( iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Bununla yanaşı, həmin Qərarın 16.2-ci bəndinə əsasən İnzibati-iqtisadi məhkəməyə inzibati məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə inzibati məhkəmə icraatı, digərinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduqda, iddianın mülki tələbə dair hissəsi mümkün sayılmamalı, iddiaçıya mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bununla yanaşı, həmin Qərarın 16.3-cü bəndinə əsasən ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdə n birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşara q, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İdidaçı İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli 2(103)2319/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar