Məhkəmə qərarları › İş №2(102)-6713/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6713/2021

24.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6713/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzilə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6158/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İş üzrə İddiaçı 16 oktyabr 2010-cu il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ərinin anası Cavabdeh2 mülkiyyətində olan N saylı mənzilinə köçmüş və birgə nikahdan iki uşaqları olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaqlar analarının yanında saxlanılmaqla uşaqlara görə Cavabdeh1 İddiaçı xeyrinə hər ay 340 manat məbləğində aliment tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qayınanasına məxsus mənzilə köçürülməsi və birgə nikah dövründə əldə edilmiş “MercedesBenz 220” markalı avtomobilin satılaraq əldə olunan pul vəsaitinin onların ara sında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı idia verərək tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad etməklə İddiaçı ona məxsus mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-560/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: S.R.Səlimova) iddia qismən təmin edilərək Cavabdeh1 İddiaçı xeyrinə 4000 manat tutulması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə köçürü lməklə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mənzilə istifadə hüququ əldə etməsini, lakin məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etməməklə tələbini həmin hissədə rədd etməsini əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilib mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh1 apellyasiya şikayəti verərək mübahisə predmeti olan avtomobilin onun adına qeydiyyata alınmasına baxmayaraq avtomobilin onun faktiki sahiblik və istifadəsində olmamasını və bunu bildiyi üçün İddiaçı avtomobilin alqısatqısına dair müqaviləni mübahisələndirməməsini, qətnamənin həmin hissədə sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilib iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməklə və avtomobilə baxış keçi rilməklə real qiymətinin müəyyən olunub iddianın qismən təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6158/2021 saylı, 05 iyul 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Ş.A.Məmmədova) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-560/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə İddiaçı kassasiya şikayəti verərək mübahisəli mənzilə cavabdehlərin razılığı ilə köçüb ora qeydiyyata alınmasını, dəyəri 9000-15.000 manat olan avtomobilə görə uşaqların da mənafeyi nəzərə alınmaqla cavabdehdən onun xeyrinə 7000 manatın tutulmalı olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontrakt ında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 228.1 Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (228.2) Azərbaycan Respublikasını Ail ə Məcəlləsi Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya ins tansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya in stansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin qanuniliyi ilkin iddia tələbinə aid hissədə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi həmin hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzil 11 aprel 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. İ ddiaçı isə, müəyyən olunduğu kimi, həmin mənzilə mülkiyyətçinin oğlu ilə nikaha girməsi ilə əlaqədar köçmüş və 2020-ci ilə kimi orada yaşamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın yaşayış sahəsinə dair hissədə rədd olunmasını qanuni hesab edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsaslanmışdır. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binası nın tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (228.2) İşdən görünür ki, mülkiyyətçi ilə iddiaçı arasında yaşayış sahəsindən istifadə hüququna dair notariatda təsdiq olunmuş müqavilə bağlanmamışdır. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli yaşayış sahəsinə qanunla müəyyən olunmuş qaydada istifadə hüququ əldə etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının kassasiya şikayətində əsaslandığı Mənzil Məcəlləsinin 30-cu maddəsi də onun mübahisəli mənzilə qanunla müəyyən olunmuş qaydada istifadə hüququ əldə etməsi nəticəsinə gəlmək üçün əsas vermir. İddiaçının mənzilə q anunla müəyyən olunmuş qaydada istifadə hüququ əldə etmədiyi vəziyyətdə orada yaşaması və qeydiyyata alınması onun mənzilə köçürülməsi üçün əsas vermədiyindən, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissədə rədd edilməsini qanuni saymaqla düzgün nəticəyə gəlmişdir. İlkin iddia tələbi üzrə mübahisə predmeti olan avtomobil tərəflərin nikahda olduqları dövrdə əldə edilməklə Mülki Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32-ci maddələrinə əsasən onların ümumi birgə mülkiyyəti olduğundan və avtomobilin orta bazar qiymətinin 8000 manat olması müəyyən olunduğundan, həmin məbləğin ½ hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə məhkəmənin nəticəsini də kollegiya əsaslı sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə ər-arva d arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İddiaçı avtomobilin bazar qiymətinin məhkəmənin müəyyən etdiyindən daha artıq olmasını iddia etsə də məhkəməyə bunu təsdiq edən sübutlar təqdim etmədiyindən kollegiya şikayətin bu barədə olan dəlilini əsassız sayır. Göstərilənlərlə əlaqədar kollegiya mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır, hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1 03)-6158/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar