Məhkəmə qərarları › İş №2(102)-6719/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6719/2019

12.11.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6719/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və cavabdeh “xxxx” ASC vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli, 2(103)6614/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(006)7186/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) İddiaçı cavabdeh “xxxx” ASC qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının və vəkilin hüquqi xidmətindən istifadəyə görə çəkdiyi xərcin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, işəgötürənin 16 oktyabr 2018-ci il tarixli, k/18-05896 saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki aparıcı mühəndis vəzifəsinə işə bərpa edilməsi və ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli, 2(103)6614/2019 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) apellyasiya şikayəti təmin edi lmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının və vəkilin hüquqi xidmətindən istifadəyə görə çəkdiyi xərcin əvəzinin ödənilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 01 aprel 2011-ci il tarixdən Lerik Elektrik şəbəkəsində nəzarətçi və satış şöbəsinin rəisi vəzifəsində işləyib. 23 aprel 2015-ci il tarixdən cavabdeh təşkilat yarandığı gündən hazırki vaxtadək orada “balans və satış sahəsi şöbəsin”də aparıcı mühəndis vəzifəsində işləyib. İşəgötürənin 16 oktyabr 2018-ci il tarixli, k/18-05896 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi əsasına görə) 16 oktyabr 2018-ci il tarixdən xitam verilib. Əmrin verilməsinə əsas kimi işəgötürənin təqdimatı, onun əmək intizamını və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozaraq heç bir üzrlü səbəb olmadan 10 sentyabr 2018-ci ildən 08 oktyabr 2018-ci il tarixədək işə gəlməməsi göstərilib. İlk növbədə işəgötürənin əmrini qanunsuz hesab edir və 2018-ci ilin yanvar-aprel aylarında rəhbərlik etdiyi xidməti ərazidə istehlak olunan elektrik enerjisinin sayğaclar üzrə oxunmasını, istehlak edilmiş elektrik enerjisinin dəyərinin tam ödənilməsini təşkil etməməsi, işinə səhlənkar və məsuliyyətsiz yanaşması barədə əmrdə göstəri lənlər qərəzli xarakter daşıyır və əmrin əsaslı olmasını göstərmək üçün süni surətdə uydurulmuşdur. O, 20 ildən artıqdır ki, 78 saylı Lerik seçki dairəsinin 1 saylı seçki məntəqəsində məntəqə seçki komissiyasının sədridir. 11 aprel 2018-ci il tarixə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar, Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 07 fevral 2018-ci ildən 12 aprel 2018-ci il tarixədək işdən azad olunub. Bununla əlaqədar dairə seçki komissiyasının verdiyi 07 fevral 2018-ci tarixli, 13 saylı arayışını işəgötürənə təqdim edib. Həmin arayışa əsasən təkrarən “müvəqqəti olaraq işdən kənarlaşdırılmasına dair” işəgötürən tərəfindən 05 aprel 2018-ci il tarixdə k/18-01604 saylı əmr verilib. Əmrdə işdən azad olunma müddəti 16 aprel 2018-ci il tarixədək göstərilib. Belə olan halda, o, 2018-ci ilin fevral ayından aprel ayınadək olan müddət üçün işini yerinə yetirə bilməzdi. Bundan sonra işin davam etdirmiş, lakin səhhətində yaranmış problemlərlə bağlı 06 iyun 2018-ci ildən 09 sentyabr 2018-ci il tarixədək işə gedə bilməyib və 10 sentyabr 2018-ci il tarixdə müvəqqəti əmək qabiliyyəti olmaması barədə xəstəlik vərəqini işəgötürənə təqdim edib. Üzrlü səbəbdən, yəni xəstəliyinə görə 06 iyun 2018-ci ildən 09 sentyabr 2018-ci il tarixədək işə gedə bilmədiyi halda, 04 iyul 2018-ci il tarixli əmrlə barəsində intizam tənbehi tətbiq edilib və həmin tarixli əmrə əsasən ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilib. Bu əmrin surəti ona təqdim edilməyib və əmri mübahisələndirməyə şərait yaradılmayıb. İşəgötürən tərəfi ndən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin qeyd olunan tələbi pozulub, müvafiq üzrlü səbəbdən işdə olmadığı halda, əmək müqaviləsinin müddətinin qurtarması əsas götürülüb, işə çıxmasına, üzrlü səbəblərini təqdim etməsinə şərait yaradılmayıb, əksinə, işini icra etməsinə maneçilik yaradılıb, onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmasının mümkünlüyü gözlənilməyib. Xüsusən nəzərə alınmayıb ki, uzun illərdir ki, cavabdeh təşkilatda nöqsansız işləyib, iş təcrübəsi, peşəkarlıq səviyyəsi, ixtisası (peşəsi) nəzərə alınmayıb. Halbuki, ona münasibətdə bu hallar nəzərə alınmalı və üstünlük hüququna diqqət yetirilməli idi. Bundan başqa həmkarlar ittifaqında onunla bağlı məsələyə baxılmayıb və müzakirə olunmayıb. Ona görə də iddia ərizəsinin təmin edilməsi ba rədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ M əhkəmə iclasında cavabdeh “xxxx” ASC vəkili Rüfət Bədirli kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kasssasiya instansiyası məhkəməsi məruzəçini, cavabdeh “xxxx” ASC vəkili Rüfət Bədirlinin izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulmaqla xitam verilməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin, 45-ci maddəsinin 1-ci hissəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apell yasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 13 aprel 2015-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh təşkilatın Cənub RETSİ-nin Lerik EŞ-də Balans Şöbəsinə “aparıcı mühəndis” vəzifəsinə işə qəbul edilib və işəgötürənin 16 oktyabr 2018-ci il tarixli, k/18-05896 saylı əmri ilə onunla bağlanmış əmək mü qaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 16 oktyabr 2018-ci il tarixdən xitam verilib. Əmrin verilməsinə əsas kimi Cənub RETSİ-nin 08 oktyabr 2018-ci il tarixli təqdimatı göstərilib. Sözügedən təqdimat onunla əsaslandırılıb ki, iddiaçı əmək intizamını və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozaraq heç bir üzrlü səbəb olmadan 10 sentyabr 2018-ci ildən 08 oktyabr 2018-ci il tarixədək işə gəlməyib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri hesab olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslanldırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin 16 oktyabr 2018-ci il tarixli, k/18-05896 saylı əmrinin nəticə hissəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə hər hansı başqa əsasla deyil, məhz əmək müqaviləsinin müddətinin bitməsi əsasına görə xitam verilib. Lakin, işdən, tə rəflər arasında bağlanmış 13 aprel 2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə müddətsiz bağlanıb və əmək müqaviləsində onun hər hansı müddətə bağlanması göstərilməyib. Eləcə də iddiaçının işə qəbul edilməsinə dair işəgötürənin 30 aprel 2015-ci il tarixli, k15-0320 saylı əmrində iddiaçının 13 aprel 2015-ci il tarixdən 2 ay sınaq müddətinə cavabdeh təşkilatın Enerji Satış Sahəsinə “aparıcı mühəndis” vəzifəsinə işə qəbul edildiyi qeyd edilib. Tərəflər arasında əmək müqaviləsi bağlandığı vaxt qüvvədə olmuş Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstər ilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi müddətsiz bağlandığından, işəgötürən həmin müqaviləyə onun müddətinin bitməsi əsasına görə xitam verərkən sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur və belə olan halda isə, hər hansı başqa əsasların araşdırılmasına zərurət qalmır, çünki bunun iş üçün heç bir əhəmiyyəti yoxdur. Ona görə də birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin edərkən düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki əmək mübahisəsin ə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh təşkilatın kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verildiyindən, həmin dəlillərin yenidən müzakirə olunmasına lüzum yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm ə həmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki,kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 20 may 2019-cu il tarixli, 2(103)-6614/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar