Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-672/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: evə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6504/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Bakı şəhəri, Yasamal Rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı yaşayış evi tarixsiz olaraq X6, N qızının, N qızının, N oğlunun və N qızının adlarına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 03 sentyabr 1970-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1/5 hissəsi 04 sentyabr 1970-ci il tarixdə X2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir (i/v 56). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qətnaməsi ilə Cavabdehlər X5 və İddiaçı qarşı iddiası təmin edilərək onun övladları ilə birlikdə Bakı Şəhəri, Yasamal Rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı evdə yerləşən bir otaq, balkon və mətbəxdən ibarət mənzilə köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin sentyab r ayında İddiaçı cavabdeh N qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun bacısı oğlu X1 həyat yoldaşı olmaqla məhkəmə qətnaməsi ilə evin 2 otaq və mətbəxdən ibarət hissəsinə köçürülməsini və həmin evə köçdükdən sonra, orada doğulmasına və ömrü boyu orada yaşamasına baxmayaraq Cavabdeh tərəfindən oradan qovulmasını əsas göstərməklə Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-529/2021 saylı, 07 aprel 2011-ci il tarixli qətnaməsi ilə (hakim: T.C.Xəlilova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək mübahisəli evin atasına məxsus olmasını, orada doğulub yaş amasına baxmayaraq Cavabdeh tərəfindən evə buraxılmamasını, xalası oğlu X4 06 may 2021-ci il tarixdə vəfat etməsini, hazırda evin heç kimin mülkiyyətində olmamasını, işə onun iştirakının təmin olunmadan baxılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6504/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və F.Ə.Mehdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(004)-529/2021 saylı qətnaməsi ləğv edilmiş və iddianın təmin edilib İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı fərdi yaşayış evinə köçürül məsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən və qanunun tələblərinə uyğun əsaslandırılmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə dair yazılı etirazla məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli, 2(103)-6504/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul e dilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 213.1 İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2 Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola b ilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosess ual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, q ətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiasını təmin edib onu Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı fərdi yaşayış evinə köçürərkən mübahisəli evin onun ata-baba yurdu olmasını, orada anadan olub indiyə kimi orada yaşamasını, evi təmir etdirməsini təsdiq edən şahidlər S.A.Babayevanın, A.H.Səmədovanın və E.X.Məmmədovun ifadələrinə əsaslanmış və tələbin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsaslanmışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan halları araşdırmadan, onlara müvafiq hüquqi qiymət vermədən gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İşin 56-cı səhifəsində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 12 aprel 2021-ci il tarixli məktubundan görünür ki, mübahisəli ev tarixsiz olaraq X6, N qızının, Nqızının, N oğlunun və N qızının adlarına ilkin hüquqi qeydiyyatdan keçmiş, evin 1/5 hissəsi 1970-ci ildə X3 tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilməklə həmin hissə hazırda onun mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən evin mülkiyyətçilərinin sağ olub-olmamalarını, həmin evin vərəsəlik hüququ əsasında mülkiyyətçilərin vərəsələrinə keçib-keçməməsini, mülkiyyətçilərdən hansının iddiaçının babası və ya atası olmasını, evin neçə otaqdan ibarət olmasını, iddiaçının faktiki olaraq evin hansı hissəsində yaşamasını müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. (213.1) Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. (213.2) Mübahisəli ev ümumi mülkiyyət hüququ əsasında bir neçə mülkiyyətçiyə məxsus olduğu üçün işə baxan məhkəmə iddiaçının evin hansı hissəsinə iddia etdiyini dəqiqləşdirməli və yalnız bundan sonra mübahisəni həll etməli idi. Evin bir neçə mülkiyyətçisinin olmasına baxmayaraq iddiaçı tələbini dəqiqləşdirmədən bütün evə köçürülməsini xahiş etmiş və bu zaman cavabdeh qismində məh kəmə qətnaməsi ilə həmin evə köçürülmüş Cavabdeh qarşı iddia qaldırmışdır. Evin mülkiyyətçilərinin olması iddianın Cavabdeh qarşı qaldırılmasını istisna etməklə mülkiyyətçilərin hüququnu pozduğundan, belə halda məhkəmə evin mülkiyyətçilərini cavabdeh qismində işə cəlb edilməsi imkanını müzakirə etməli idi. İş materiallarından görünür ki, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında İddiaçı evə olan qeydiyyatının formal xarakter daşımaqla onun təxminən 30 il əvvəl ailə quraraq başqa daimi yaşayış yerinə köçməsini göstərməklə iddianın rədd olunmasını xahiş etmişdir. Lakin onun apellyasiya instansiyası məhkəməsində verdiyi izahatına görə isə o, mübahisəli evə köçdükdə evin qapısının iddiaçı tərəfindən qıfıllandığını görmüş, evin damı və qapısı iddiaçı tərəfindən düzəltdirilmişd ir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin izahatına əsaslanarkən həmin izahatla onun birinci instansiya məhkəməsində verdiyi izahatı arasında ziddiyyətlərin olmasına əhəmiyyət verməmiş, iddiaçının həqiqətən də, 30 il əvvəl ailə qurması ilə əlaqədar evdən gedib həmin vaxtdan orada yaşamamasına dair cavabdehin göstərdiklərini yoxlamamış, evə istifadə hüququnu hansı mülkiyyətçiyə münasibətdə əldə etməsini aydınlaşdırmamışdır. Göstərilən vəziyyətdə iş üzrə düzgün nəticəyə gəlmək mümkün olmadığından kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 418.1-ci əsasən qətnamə ləğv olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6504/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-672/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-672/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver