Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-672/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: istifade hüququna xitam verilməsi və mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1440/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, ünvan 1 ünvanında Cavabdeh1 və xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadırlar. 2. xx.xx.2013-cü il tarixdən əlavə qeydiyyat aparılmaqla ipotekaya qoyulmuş (sonrakı ipoteka) Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzilə tutma yönəlmiş və mənzil hərracda satılmışdır. İddiaçı mənzili mülkiyyətinə qəbul etmiş, mənzildə qeydiyyatda olan cavabdehlər isə mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra mənzili tərk etməmişdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" ASC iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsini, mənzildən çıxarılmasını və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC hərrac vasitəsi ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzili almışdır. xx.xx.2021-ci il tarixli çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən əldə etdikləri arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzildə hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadır. Həmin şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçiləri ilə nə qanunla müəyyən edilmiş qaydada razılaşma, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi vardır. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzildə qeydiyyatda olması və orada yaşaması qeyri-qanunid ir. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzil kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(060)-378/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, 59 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzili qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci i l tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ iddiaçıya keçməsinə baxmayaraq mülkiyyət hüququndan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur.
7. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 178.1, 203.1, 152.1, 152.5, 157.4-cü maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-378/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32-də yerləşən, 59 saylı mənzil ailə üzvləri ilə daimi və yeganə yaşayış ünvanıdır. xx.xx.20 13-cü il tarixli, 38/13SU saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi atası X2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası, anası X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binası və ünvan 3 evin 59 saylı mənzili "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra təqdim edilmiş cədvəl öhdəliklər yerinə yetirilmişdir. Lakin 2015-ci ilin 1-ci rübündə ölkədə manatın birinci devalvasiyası baş vermiş və birdən-birə manat təqribən 30 faizə qədər devalvasiyaya uğramışdır. Həmin müddətdə, yəni manatın dollara 105 məzənnəsində də ödəmələr aparılmışdır. Lakin ikinci devalvasiyadan sonra artıq ödənişlər etmək mümkünsüz olmuşdu r. Bundan sonra iş icraya yönəlmiş və ipoteka ilə yüklü edilmiş əmlaklar hərraca çıxarılmışdır. Dəfələrlə "xxxx" KB ASC-yə müraciət etmişdirlər ki, aralarında olan kredit müqaviləsini yeni müqavilə bağlamaqla həll etsinlər. İpoteka ilə yüklü edilmiş əmlaklar hərraca çıxarıldıqdan sonra hərracın keçirilməsi ilə bağlı məlumat almamışdırlar. Protokolla tanış olduqdan sonra isə əsl şok yaşamışdırlar. Belə ki, məhkəmə tərəfindən 52.000 manat dəyərləndirilən yeganə yaşayış yerləri olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, 59 saylı mənzil 33150 manat məbləğində qiymətləndirilərək "xxxx" KB ASC-yə verilmişdir. Bu, onların mülkiyyət hüququnun kobud şəkildə pozulması deməkdir. Hal-hazırda isə başqa yaşayış sahəsi və qeydiyyata düşməkləri üçün əmlakları yoxdur. Məhkəmə işə baxarkən iştiraklarını təmin etməmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1440/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-378/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər mübahisələndirilən mənzildə qeydiyyatda olmaqla yaşasalar da, onlar həmin hüquqlarını hərracın yekunlarına dair müqavilə bağlanan zaman itirmişdirlər. Hərracın yekunlarına dair nəticələr isə ləğv edilməmiş, həmin müqavilə qüvvədədir.
12. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, borc tələbi və tələb in ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə mövcuddur və borc məbləğinin nə qədər təşkil etdiyinin, əmlakın hansı məbləğdə qiymətləndirilməsinin, hərracın keçirilməsi barədə tərəfin məlumatlandırılmamasının hazırkı mübahisənin predmetinə aidiyyatı yoxdur.
13. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunduğundan, toxunulmaz olduğundan və dövlət tərəfindən müdafiə olunduğundan, birinci instansiya məhkəməsi cavabdehlərə qarşı mövcud iddianı təmin etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
14. Həmçinin cavabdehlərin birinci instansiya məhkəməsinin iclaslarında iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən görünür ki, cavabdehl ərin yaşadığı ünvana bildirişlər göndərilmiş, bildiriş həmin ünvanda qəbul edilmiş, bundan əlavə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə “Sms-bildiriş”lər göndərilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 1521, 152.5, 157, 157.2, 157.4, 178, 178.1, 205, 205.2, 228 və 228.4-cü maddələrinə, “İpoteka haqqında” Qanunun 59, 59.3.1 və 59.3.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4., 14., 14.1., 14.2., 24.1, 372, 372.6, 372.7, 384, 384.0, 384.0.1, 402 və 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verər ək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək, müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassator şikayəti onunla əsaslandırılmışdır ki, qetdiyyatda olduğu Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32-də yerləşən, 59 saylı mənzil onların ailə üzvləri ilə daimi və yeganə yaşayış ünvanlarıdır. Hal-hazırda isə başqa yaşayış sahələri və qeydiyyata düşməkləri üçün heç bir mənzilləri yoxdur. Məhkəmə işə baxarkən onların iştirakını təmin etməmişdir. Buna görə də hesab edir ki, işə düzgün baxılmamışdır. Onlar yaşadıqları mənzildə qanuni əsaslarla yaşayırlar. Hal-hazırda da bank ilə danışıqları davam edir, birgə əmlakların satışına çalışırlar, hesab edirlər ki, bankın pulu ödənməlidir, bu barədə məhkəmə qətnamələri mövcuddur. Bu inkar olunmayan faktdır. Lakin kassator bir daha qeyd edir ki, onların yaşamaq üçün başqa yerləri yoxdur. Bank özü də onların vəziyyəti barədə məlumatlıdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsində də iştirak etməmişlər. Əgər mənzillərindən başqa ipoteka qoyulmuş qeyri əmlak sahəsi satılarsa, banka olan borcları bağlana bilər. Məhkəmələr isə bütün bunları nəzərə almır. Yəni mənzilin ipotekaya yönəlməsinə imza atdıqları zaman olan şəraitin dəyişməsi məhkəmələr tərəfindən nəzərə alınmır.
18. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422 və 425-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 9., 14.2., 77.1., 88., 372., 417.1.4 və 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
20. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
25. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, o nda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
29. Maddə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.
30. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
31. Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi. 32. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satı ldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 33. 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 34. 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
45. Belə ki, cavabdehlər mübahisələndirilən mənzildə qeydiyyatda olmaqla yaşasalar da, onlar həmin hüquqlarını hərracın yekunlarına dair müqavilə bağlanan zaman itirmişdirlər. Hərracın yekunlarına dair nəticələr isə ləğv edilməmiş, həmin müqavilə qüvvədədir.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun d övlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
47. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixdən əlavə qeydiyyat aparılmaqla ipotekaya qoyulmuş (sonrakı ipoteka) Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzilə tutma yönəlmiş və mənzil hərracda satılmışdır. İddiaçı mənzili mülkiyyətinə qəbul etmiş, mənzildə qeydiyyatda olan cavabdehlər isə mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra mənzili tərk etməmişdirlər.
48. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və borc məbləğinin nə qədər təşkil etdiyinin, əmlakın hansı məbləğdə qiymətləndirilməsinin, hərracın keçirilməsi barədə tərəfin məlumatlandırılmamasının hazırkı mübahisənin predmetinə aidiyyatı yoxdur.
49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunduğundan, toxunulmaz olduğundan və dövlət tərəfindən müdafiə olunduğundan, birinci instansiya məhkəməsi cavabdehlərə qarşı mövcud iddianı təmin etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(105)-1440/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.